Ana səhifə »  Dünya »  Aİ-nin qeyri-müəyyən ssenariləri: analitik xəbərdarlığı və Brüsselin laqeydliyi
A+   Yenilə  A-
Aİ-nin qeyri-müəyyən ssenariləri: analitik xəbərdarlığı və Brüsselin laqeydliyi

Artıq bir neçə ildir ki, Qərbin tanınmış analitik və ekspertləri Avropa İttifaqının təkamül ssenariləri ilə bağlı fərqli proqnozlar verirlər. Proqnozların spektri genişdir, lakin onların sırasında bədbin əhval-ruhiyyəli tezislər də az yer almır. İndi isə mütəxəssislər bir qədər də irəli gedərək Aİ-nin xaosa yuvarlandığından bəhs edirlər. Bu zaman onlar konkret faktlara və əlamətlərə əsaslanırlar. Belə görünür ki, həmin məsələ Brüssel üçün getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Proseslər bu istiqamətdə inkişaf edərsə, qarşıya hansı təhlükələr çıxa bilər? Aİ doğrudan da xaosa yuvarlana bilərmi? Bu halda dünya sisteminin aqibəti necə ola bilər? Bu kimi suallara cavab axtarmaq üçün Aİ-ni xaosa sürükləyən faktorların geosiyasi təhlili üzərində geniş dayanaq.
Faktların məntiqi: Brüssel üçün mürəkkəb problemlər
ABŞ Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haas “Project Syndicate” nəşrinə yazdığı məqalədə iddia edib ki, Avropa İttifaqı inamla xaosa doğru gedir. Dünya siyasəti üzrə tanınmış və təcrübəli bir mütəxəssisin bu proqnozu ekspertlərin diqqətini cəlb edir. Aİ-nin hansı parametrlər üzrə xaosa düçar olduğu analiz olunur. Əslində, belə bir xarakteristika uzun illərdir ki, Avropa İttifaqı haqqında məqalələrdə yer alır. İndi məsələ daha qabarıq və əhatəli şəkildə, konkret faktlarla təqdim olunur.
Avropanın 28 ölkəsinin birləşdiyi Aİ özlüyündə möhkəm bir təşkilatdır. Bu təşkilata Almaniya və Fransa kimi güclü dövlətlər daxildir. Aİ həm də dünyanın ən inkişaf etmiş geosiyasi məkanındadır. Onun Amerika kimi müttəfiqi var. Almaniya iqtisadiyyatı isə hazırda dünyanın ən güclü iqtisadi sistemləri sırasına daxildir. Bütün bunların fonunda Riçard Haas hansı səbəblərdən bu təşkilatın xaosa doğru gedəcəyini proqnozlaşdırır?
Məsələyə geniş aspektdə və müxtəlif geosiyasi proseslərin qarşılıqlı əlaqəsi müstəvisində baxdıqda, həqiqətən də Aİ-nin gələcəyi ilə bağlı müəyyən sualların meydana çıxdığına əmin oluruq. Hər şeydən öncə, təhlükəsizlik məsələsində təşkilatın qəti bir mövqedə olmadığı aydınlaşır. Məsələ ondan ibarətdir ki, Aİ-nin ən çox inkişaf etmiş üzvləri ilə digərlərinin təhlükəsizliklə bağlı mövqelərində fərqlər var və onlar prinsipial xarakter daşıyır.
Almaniya və Fransa Avropa ordusunu qurmağı daha məqsədəuyğun hesab edirlər. Daha az inkişaf etmiş üzvlər isə bu ağırlığı qaldıra bilməyəcəklərini ifadə edirlər. Onlar bir tərəfdən təhlükəsizlik üçün bir sıra təhdidlərin meydana gəldiyini deyir, digər tərəfdən isə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmək istəmirlər. Məsələn, hesab edirlər ki, miqrasiya problemi Aİ üçün ciddi çətinliklər yaradır. Miqrantların Avropaya buraxılmasına qarşı çıxırlar. Lakin, eyni zamanda, bunun üçün antiliberal və ya qatı milliyyətçi mövqe tuturlar. Bu xətt isə Avropanı birləşməyə deyil, lokallaşmağa aparır.
Çünki təşkilatın hər bir üzvü millətçi mövqedə olsa, onda inteqrativ qurumların fəaliyyəti iflic olar. Ortaq fəaliyyət strategiyası hazırlamaq çətinləşir. Deyək ki, Macarıstan və İtaliya miqrasiya məsələsində digərlərindən fərqli tədbirlər həyata keçirir, sərt inzibati proqramlarla insanların ölkəyə buraxılmasına əngəl törədirlər. Belə halda hansı meyarlarla ümumi təhlükəsizlik kursu müəyyənləşdirmək olar? Ekspertlərin cavabı birmənalıdır: bu, mümkün deyil!
O halda Aİ üzvləri miqrasiya problemini ümumi proqramla necə həll edə bilərlər? Bu sualın cavabı aydın deyil. Deməli, doğrudan da təhlükəsizliyin bu aspekti ilə bağlı təşkilat daxilində bir qeyri-müəyyənlik var və bu, prosesləri xaosa sürükləyir.
Fransada bir neçə müddətdir davam edən “sarı jiletlilər” hərəkatı prizmasından da eyni mənzərə yaranır. Fransa polisi ancaq çox sərt güc tətbiq etməklə bu kütləvi hərəkatı söndürə bildi. Lakin ekspertlər əmindirlər ki, bununla problem həllini tapmadı. Çünki etirazlar konkret sosial problemlərə görə yaranmışdı. İndi onun başqa Aİ üzvlərinin ərazilərinə yayılması ehtimal olunur. Yəni “sarı jiletlilər” bütövlükdə Aİ-nin ümumi probleminə çevrilsə, Brüssel həll yolunu necə tapacaq?
Ekspertlər hesab edirlər ki, bu məsələnin həlli Aİ-yə daxil olan ölkələrdə siyasi elitanın transformasiya mərhələsində olması ilə daha da çətinləşir. Belə ki, Almaniyada Angela Merkelin istefa barədə qərarı ilə siyasi mühitin ciddi dəyişikliyə uğraması gözlənilir. Yeni siyasi qüvvələrin tamamilə fərqli miqrasiya və maliyyə siyasəti yeridəcəyi ehtimal edilir.
Siyasi və ideoloji savaş: təşkilat silkələnir
Fransada Emmanuel Makrona qarşı olan hərəkat göstərdi ki, sağçı populist Marin Le Penin mövqeyi getdikcə möhkəmlənir. Bu isə ölkədə avropasentristlərin siyasi mövqeyinin zəifləməsi əlamətidir. Deməli, Fransa növbəti seçkidən sonra Avropa inteqrasiyasının əleyhinə ola bilər. Bununla avtomatik olaraq təşkilatda fikir ayrılığı sürətlənər ki, bu da özlüyündə qarışıqlığa və ayrılığa aparıb çıxara bilər.
İtaliyada vəziyyət xeyli vaxtdır ki, gərgindir. Roma büdcə kəsirləri ilə bağlı Brüssellə yola getmir. İtaliya büdcə kəsirlərini təşkilatın ümumi maliyyə imkanları hesabına həll etmək inadından dönmür. Fransada etiraz aksiyalarının vüsət almasına da Roma sevinib. Çünki hesab edir ki, problem yalnız İtaliya ilə bağlı deyil. İtaliyada sağ populistlərin hakimiyyətdə olması bütün Avropa üçün təhlükə yaratmaqda, onu xaosa sürükləməkdədir.
Eyni fikirləri Avstriya, Yunanıstan, Macarıstan, İspaniya, Portuqaliya haqqında da demək olar. Bütün bunlar Böyük Britaniyanın Aİ-dən çıxması fonunda daha təhlükəli təsir bağışlayır. Ekspertlərin rəyinə görə, Aİ-ni xaosa aparan proseslər sırasında sözügedən “eksit”lər ayrıca rol oynaya bilər. Məsələn, artıq “Breksit” Şotlandiya və İrlandiya problemlərini yaradıb. Prosesin genişlənməsi ilə bu növ problemlərin sayı arta bilər. Macarıstan çox radikal millətçi mövqedədir. Bu ölkə hətta Aİ-ni tərk etmək, Brüssel isə Budapeştin tutduğu radikal mövqeyə görə Macarıstanı cəzalandırmaq fikrinə düşür.
Bu cür qarşılıqlı ittihamlar, təbii ki, mərkəzlə ayrı-ayrı üzvlər arasında uçurum yaradır. Heç kəs zəmanət verə bilmir ki, oxşar tendensiya Şərqi Avropanın digər ölkələrində baş qaldırmayacaq. Bu halda Aİ bir təşkilat olaraq daha geniş aspektdə problemlərlə üz-üzə qalmış olacaq. R.Haas bu vəziyyəti xaosa doğru bir addım sayır.
Avropa İttifaqında xaosu gündəmə gətirən digər faktoru fərqli ideoloji konseptlərin qabarmasında axtarmaq olar. Məsələ ondan ibarətdir ki, hazırda İttifaq ölkələrində radikal millətçilikdən tutmuş liberalizmə qədər bir neçə cərəyan inkişaf edir. Onların sırasında sağ populistlər daha çox seçilirlər. Bu qrup Avropada inteqrasiyanın və qloballaşmanın əleyhinədirlər. Məsələn, Avropa Parlamentində xarici və təhlükəsizlik siyasəti ilə bağlı hazırlanmış hesabata sağçı əhval-ruhiyyəli qüvvələrin reaksiyası maraqlı olub. Onlar qəbul edilən qətnaməyə münasibət bildirərkən açıq vurğulayıblar ki, Aİ-də militarist əhval-ruhiyyə artır və bunun təzahürü kimi vahid Avropa ordusu yaradılması təklifini göstəriblər.
Parlamentdə hələlik azlıq təşkil edən sağlar göstərirlər ki, Aİ bir tərəfdən demokratiyadan və insan haqlarından danışır, digər tərəfdən münaqişələri həll etmək üçün daha çox maliyyə arzulayır və strukturları birləşdirməyə çalışır. Əslində isə Aİ bütün hərbi strukturları ləğv etməli, silahsızlaşma aparmalı və problemləri yalnız dinc üsulla həll etmək yolunu tutmalıdır.
Hələlik bu səs zəifdir, ancaq qarşıdakı seçkidə sağlar qalib gəlsə, onda Brüsselin vəziyyəti necə olacaq? Avropa təhlükəsizlik və miqrasiya məsələlərində vahid mövqedən çıxış edə biləcəkmi? Bu suallara ekspertlərin cavabı mənfidir. Bu səbəbdən Aİ-ni qarşıda həmin aspektdə hansı sürprizlərin gözlədiyini demək çətindir.
Bütün bunlardan belə nəticə çıxara bilərik ki, Riçard Haasın qənaətləri əsassız deyil. Üstəlik, qlobal geosiyasi proseslərdə turbulentliyin artması halında Aİ-də mərkəzdənqaçma tendensiyasının güclənməsi ehtimalı daha da artacaq.
Avropa İttifaqı kimi böyük bir təşkilatda xaosun meydana gəlməsi daha geniş miqyasda problemlərə səbəb olacaq. Mümkündür ki, xaotik proseslər müxtəlif regionlara da yayılsın. Onda Aİ-də başlayan qarışıqlığın bütün dünyaya yayılması ehtimalından da danışa bilərik. Maraqlıdır ki, Brüsselin bunun qarşısının alınması ilə bağlı konkret planına dair informasiya yoxdur. Ekspertləri də narahat edən məhz bu məqamdır.
Bütövlükdə Avropa İttifaqında xaosun dərinləşəcəyinə dair proqnozlar siyasi liderləri daha məsuliyyətli olmağa çağırır. Artıq bu tendensiya ilə bağlı müxtəlif səviyyələrdə fikirlər ifadə edilir. Görünür, Qərbin siyasi liderləri konkret və qətiyyətli addım ataraq demokratiya ilə təhlükəsizlik arasında uyğun nisbəti tapmalıdırlar. Bu balans təmin edilməsə, Avropanı və ümumən dünyanı nələrin gözlədiyini proqnozlaşdırmaq da çox çətinləşəcək.
Newtimes.az

 
  • Oxunub:  10980  |  
  • Tarix:  28-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır
20 May 17:47
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi
20 May 17:43
Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur
20 May 17:40
Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir
20 May 17:28
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 milyon 145 min manat vəsait ayrılıb
20 May 17:18
Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib
20 May 17:15
Bu gün Dünya Bal Arısı Günüdür
20 May 17:12
Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
20 May 16:56
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib
20 May 16:53
Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20 May 16:52
Şəkidə indiyədək 3737 hektarda yazlıq
20 May 16:42
Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub
20 May 16:38
Tahir Mirkişili: Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77 faizi Azərbaycanın payına düşür
20 May 16:18
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək
20 May 16:08
DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər
20 May 15:57
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
20 May 15:49
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20 May 15:42
İyulda İsveçrəyə ixrac missiyası təşkil ediləcək
20 May 15:37
Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan və Naxçıvan MR barədə xüsusi veriliş yayımlanıb
20 May 15:31
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
20 May 15:22
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20 May 15:15
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq
20 May 15:11
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir
20 May 15:07
Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir
20 May 15:05
Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir
20 May 14:41
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
20 May 14:37
Elçin Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir
20 May 14:32
Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb
20 May 14:30
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib
20 May 14:26
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 faizi fərdi sahibkarların payına düşür
20 May 14:20
AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
20 May 14:18
Milli valyutada olan əmanətlər 20 faizədək artıb
20 May 14:13
UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb
20 May 14:07
Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüşüb
20 May 14:02
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
20 May 13:56
Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib
20 May 12:52
Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir
20 May 12:46
Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır
20 May 12:43
Azərbaycan İlahiyyat İnstitutu kollektivinin maarifləndirici səfərləri davam edir
20 May 12:41
Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək
20 May 12:18
Ümumdünya Metrologiya Günü qeyd olunub
20 May 12:15
Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib
20 May 12:11
Səfir: Koreya problemli kreditlərin həlli üzrə əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır
20 May 12:02
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb
20 May 11:49
Orxan Məmmədov: Ədalət mühakiməsinin keyfiyyətinin artırılması ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək
20 May 11:36
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib
20 May 11:28
Vüsal İsayev: Prezidentin Fərmanında əsas istiqamətlərdən biri də sahibkarlığın inkişafına şərait yaratmaqdır
20 May 11:21
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Çilidə rəsmi qəbul keçirilib
20 May 11:19
Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” Mövzusunda konfrans işə başlayıb
20 May 11:14
MM-in sədri Oqtay Əsədov Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
20 May 11:11
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilir
20 May 11:10
Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb
20 May 10:57
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
20 May 10:27
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
20 May 10:11
BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...
20 May 10:08
Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzə çevirməkdədir
20 May 09:55
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub
20 May 09:52
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib
20 May 09:48
Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA