Ana səhifə »  Dünya »  Ermənistanda vəziyyət tamamilə nəzarətdən çıxıb
A+   Yenilə  A-
Ermənistanda vəziyyət tamamilə nəzarətdən çıxıb

Paşinyan və komandasının səriştəsiz idarəçiliyi erməni əhalisinin etirazına səbəb olub
Ermənistanda hakimiyyətə yiyələnən Nikol Paşinyan artıq tam fəaliyyətsizlik nümayiş etdirir. Daha dəqiq desək, işğalçı ölkədə nəzarəti həyata keçirə bilməyən N.Paşinyan hərbi xunta rejiminin həbsdəki nümayəndələrini girov müqabilində buraxdığı, kriminal oliqarxiya ilə bacarmadığı üçün artıq öz dəstəkçiləri tərəfindən də ciddi tənqidlərlə üzləşib.
N.Paşinyanın düşüncəsiz hərəkət etdiyinin ən bariz göstəricisi isə onun artıq ləğv olunan nazirliyin yüksəkvəzifəli şəxsini işdən azad etməsi olub. Diaspor nazirinin müavini Aramis Qriqoryanın vəzifəsindən azad edilməsi barədə qərar qəbul edən N.Paşinyan növbəti sürprizi isə öz blokunun üzvlərinin rəhbərlik etdiyi Yerevan meriyasındakı görüşündə edib. “Jamanak” qəzetinin yazdığına görə, N.Paşinyan gözlənilmədən özünü lap müxalifət nümayəndəsi kimi apararaq yığıncağın iştirakçılarına şəhər iqtisadiyyatının idarəçiliyində uğursuz fəaliyyətə və paytaxt sakinlərini narazı saldıqlarına görə ciddi ittiham ünvanlayıb. Qəzetin yazdığına görə, onu nəzərə almaq lazımdır ki, əslində bu özbaşınalıq təkcə Yerevanla məhdudlaşmır, bütün ölkədə hökm sürür.
Təbii ki, bu nəzarətsizliyin baiskarı da məhz N.Paşinyanın özüdür. Demək olar ki, işğalçı ölkədə regionlarda hakimiyyətdən narazılıqlar vaxtaşırı özünü göstərir. Bu dəfə isə etiraz səslərini Eçmiədzin rayonunun sakinləri ucaldıblar. Onlar girov müqabilində həbsdən buraxılan cinayətkar general Manvel Qriqoryanın bu rayonda yaşamaq hüququndan məhrum edilməsi tələbi ilə etiraz aksiyası keçiriblər.
Ermənistanda narazılıq yaradan digər səbəblər regionlarda və paytaxtda quldur dəstələrinin “at oynatması”dır. Bu qəbildən olan son hadisə bu günlərdə hərbi çağırışçıları Kotayk rayonunun hərbi komissarlığından Yerevana aparan avtobusun cinayətkarlar tərəfindən ələ keçirilməsi olub. Əvvəllər məhkum olunmuş şəxslərdən ibarət dəstə avtobusa hücum edərək yolda qəza vəziyyəti yaradıb, habelə hərbi qeydiyyat üzrə nümayəndələrə güc tətbiq edib, təhqir edib, sürücünü güclə avtobusdan çıxmağa məcbur ediblər. Hadisənin iştirakçıları N.Paşinyanın amnistiyasından sonra cəmiyyət içinə buraxılan əvvəl məhkum olunmuş Merujan Voskanyan və Qor Hakobyan olublar.
Bütün bunlar Ermənistanda tam nəzarətsizliyin hökm sürdüyünü, kriminal ünsürlərin daha da fəallaşdığını göstərir. Belə ki, N.Paşinyan vəd etdiyi qayda-qanunu yaratmaqdansa, özünün atdığı səbatsız addımlarla kriminal durumu daha da gərginləşdirib.
Üstəlik, guya hakimiyyətə gəldikdən sonra Ermənistanın xarici aləmdə “demokratik imicə” malik olduğu barədə N.Paşinyanın fikirləri də bu müddətdə özünü doğrultmayıb. “News.am” saytı yazır ki, Respublikaçı Partiyanın sədr müavini Armen Aşotyan bununla bağlı faktlar ortaya qoyub. A.Aşotyanın sözlərinə görə, Böyük Britaniyanın “Economist Intelligence Unit” təşkilatının “Demokratiya indeksi-2018” hesabatından məlum olur ki, seçkidən sonra belə, Ermənistan 2017-ci ildəki kimi klassik “hibrid rejimlər” arasında qalıb. Vətəndaş azadlıqlarının göstəricilərinə görə də Ermənistan 2017-ci ildəki həddən yuxarı qalxmayıb: 5,59 bal.
Hesabatın müəllifləri hakimiyyət dəyişikliyindən sonra cəmiyyətdəki mənfi əhval-ruhiyyəni, o cümlədən hökumətin çoxsaylı və savadsız üzvlərinin fəaliyyəti ilə bağlı narazılıqları da nəzərdən qaçırmayıblar. A.Aşotyan bunlara yekun olaraq qeyd edib ki, Ermənistanda hakimiyyətin dəyişməsi təhlükəsizlik, xarici siyasət, iqtisadiyyat və sosial problemləri artırıb: “Bu hesabat sübut edir ki, N.Paşinyanın “demokratik imici”nin möhkəmləndirilməsi barədə iddiaları “məxməri blef”dən ibarətdir”.
N.Paşinyanın Qərbdə hansısa müsbət imic qazanması iddiasına digər bir cavab isə Ermənistan Avropa Partiyasının həmsədri Tiqran Xəzmalyandan gəlib. “A1+” telekanalına açıqlamasında T.Xəzmalyan iddia edib ki, hakimiyyət dəyişikliyi baş versə də, Ermənistan hələ müstəqil və suveren dövlət deyil: “Təəccüblüsü odur ki, Ermənistan BMT-nin üzvüdür, müstəqillik gününü qeyd edir. Bir respublikanın iqtisadiyyatındakı əsas pay başqa bir ölkəyə aiddirsə, onun sərhədlərini başqa bir dövlətin qoşunları qoruyursa, hansı müstəqillik və suverenlikdən söhbət gedə bilər?”.
Göründüyü kimi, bir-birinə zidd addım və bəyanatları ilə dalana dirənən N.Paşinyanın “hibrid” hakimiyyəti dövründə Ermənistanda tam nəzarətsizlik hökm sürür.
Qaşqay ZİYƏDDİNOĞLU

 
  • Oxunub:  33690  |  
  • Tarix:  12-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
16 Sentyabr 20:12
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
16 Sentyabr 20:04
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
16 Sentyabr 19:40
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16 Sentyabr 19:08
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 18:05
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 17:54
Şirvanda yeni məktəb binası açılıb
16 Sentyabr 17:50
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16 Sentyabr 17:46
Sona Əliyeva: Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
16 Sentyabr 17:44
Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir
16 Sentyabr 17:41
Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb
16 Sentyabr 17:38
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb
16 Sentyabr 17:35
TAP-ın 89,3 faizi tamanlanıb
16 Sentyabr 17:12
İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib
16 Sentyabr 17:09
BŞTİ-nin müdiri Rəşad Tağıyev “Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə olub
16 Sentyabr 17:03
Muxtar respublikada Bilik Günü qeyd olunub
16 Sentyabr 17:00
Türkiyədən gəlmiş qazilər Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə “Yallı” halayına qoşulublar
16 Sentyabr 16:51
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16 Sentyabr 16:43
Azərbaycanda əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb
16 Sentyabr 16:41
Seymur Orucov: Gənclərimiz tariximizi dərindən öyrənməli və onu qorumalıdırlar
16 Sentyabr 16:40
İmişlinin Qızılkənd və Aranlı kəndlərinin şagirdlərinə Bilik Günü hədiyyəsi
16 Sentyabr 16:30
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
16 Sentyabr 16:25
“Qarabağ” – “Sevilya” oyununun idarə edilməsi ukraynalı hakimlər briqadasına tapşırılıb
16 Sentyabr 16:00
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
16 Sentyabr 15:49
Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir
16 Sentyabr 15:46
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16 Sentyabr 15:28
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 15:23
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
16 Sentyabr 15:19
Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu
16 Sentyabr 15:17
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
16 Sentyabr 15:15
Türkiyənin Vitse-prezidenti Fuat Oktayin şərəfinə rəsmi nahar verilib
16 Sentyabr 14:50
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 12:00
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb
16 Sentyabr 11:36
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
16 Sentyabr 11:24
Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olunub
16 Sentyabr 11:12
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
16 Sentyabr 11:10
Şəhidlərin xatirəsinə ehtiram
16 Sentyabr 10:53
Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” təntənə ilə qeyd olunub
16 Sentyabr 10:51
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
16 Sentyabr 10:44
Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
16 Sentyabr 10:43
Yardımlı rayonunda Tunc İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
16 Sentyabr 10:39
Bu gündən Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır
16 Sentyabr 10:24
Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası Bilik Günündə istifadəyə verilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA