Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanda səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanda səfərdədir

13.02.2020 [15:45]

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan İslam Respublikasına rəsmi səfərə gedib. “Anadolu” Agentliyinin məlumatına görə, səfər zamanı dövlət başçısını Xarici İşlər naziri Mevlud Çavuşoğlu, Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönməz, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Ticarət naziri Ruhsar Pekcan, Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan, Rabitə naziri Fahrettin Altun və Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın müşayiət edir.
Türkiyə Prezidentinin Pakistana səfəri zamanı əsasən iki ölkə arasındakı strateji və iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Eyni zamanda Prezident R.T.Ərdoğan Pakistana səfəri çərçivəsində Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI yığıncağına qatılacaq, yığıncaq çərçivəsində ​​təşkil edilən Türkiyə-Pakistan Biznes Forumunda iştirak edəcək.
Xəbərdə qeyd edilir ki, Türkiyə Prezidentinin, həmçinin fevralın 14-də Pakistan Prezidenti Arif Alvi ilə görüşü, Pakistan Milli Məclisi və Senatının birgə iclasında çıxışı da nəzərdə tutulur.
Agentliyin digər bir xəbərinə görə, Prezident Ərdoğan 13-14 fevral tarixlərinə nəzərdə tutulan rəsmi səfər ərəfəsində paytaxt İslamabadda dövlət binalarının yerləşdiyi Konstitusiya Bulvarı, Türkiyə Prezidentinin qaldığı hotelin önü və hava limanı marşrutundakı yollar R.T.Ərdoğan ilə Pakistan prezidenti Arif Alvi və Baş nazir İmran Xanının şəkilləri, ingilis və türk dillərində "Yaşasın Türkiyə-Pakistan qardaşlığı", "İki ölkə tək millət" və iki ölkənin dostluğuna dair digər şüarlarla bəzədilib.

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30