Ana səhifə »  Ədəbiyyat »  Heydər Əliyev və milli söz sənətimiz
A+   Yenilə  A-
Heydər Əliyev və milli söz sənətimiz

Ümummilli lider Heydər Əliyev dövlət qayğısının milli mədəniyyətə təsirini özünün bütün müasirlərindən daha dərin və yaxşı təsəvvür edirdi. Elə bu səbəbdən də Ulu öndərin Azərbaycanda ali hakimiyyətə rəhbərlik etdiyi az qala 40 illik bir vaxt ərzində xalqımızın ədəbi-mədəni yaradıcılığına hamilik Onun rəhbərlik fəaliyyətində əsas prioritet sahələrdən biri olmuşdur. Dahi öndər öz xalqının ictimai-siyasi təbiətini və dövlətçiliyə həssas münasibətini çox gözəl bilirdi. Ulu öndər onu da bilirdi ki, dövlətçilik mədəniyyəti bütün mədəni fəaliyyət tiplərinin, maddi və mənəvi mədəniyyət formalarının əsasında durur. Məhz buna görə də, öz dövlətçilik tarixi olmayan millətlərin özəl və müstəqil mədəniyyət tarixləri də olmur.
Ötən yüzilin 70-ci illəri Azərbaycan tarixinin əlamətdar dövrlərindən biridir. Ümummilli liderimizin Vətənimizə 1969-82-ci illəri əhatə edən birinci rəhbərliyi dövründə həyata keçirilən mədəniyyət tədbirlərini yada salsaq, bu gün də heyrətlənirik; bu qısa zaman parçasının elm və mədəniyyət, ədəbiyyat və incəsənət tədbirləri, müxtəlif mərasimlərlə və yubiley təntənələri ilə zənginliyi qəlbimizi milli iftixar və qürur duyğuları ilə riqqətə gətirir.
Ümummilli liderimiz Heydər Əliyevin cəsarətli və zəngin dövlətçilik fəaliyyəti son iki minillik Azərbaycan mədəniyyətinin, demək olar ki, bütün mərhələlərini ehtiva etmişdir. Nizami, Nəsimi, Xətai, Füzuli, Vaqif, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza və onlarla başqalarının adlarını çəkərkən, onların mədəniyyətimiz tarixindəki xidmətlərindən bəhs edərkən, qeyri-ixtiyari olaraq, Ulu öndəri də anmalı və xatırlamalı oluruq. Çünki yuxarıda qeyd etdiyimiz dahi şəxsiyyətlərin tariximizdəki yerinin və rolunun müəyyənləşməsində, onların ad-sanının və şöhrətinin dünyaya yayılmasında Heydər Əliyevin bir dövlət rəhbəri və mədəniyyət hamisi kimi misilsiz xidmətləri olmuşdur. Dahi mütəfəkkir Hüseyn Cavidin milli yaddaşımıza və mənəviyyatımıza qaytarılmasında isə Ümummilli liderimizin xidmətləri təkcə bizim çox minillik tariximizdə deyil, ümumiyyətlə, dünya və insanlıq tarixində nadir hallarda rast gəlinən hadisələrdəndir. Məhz buna görə də, böyük sənətkarın 130 illik yubiley təntənələri müstəqil Vətənimizdə və dünya miqyasında geniş şəkildə qeyd olunduğu bir vaxtda minnətdar və qədirbilən xalqımız hər iki dahi oğlunun adını qürurla qoşa çəkir: Heydər Əliyev və Hüseyn Cavid!..
Zəmanəmizin görkəmli elm və təfəkkür sahiblərindən biri, akademik Mahmud Kərimov dahi sənətkarın 130 illik yubileyi münasibəti ilə “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” mövzusunda keçirilən beynəlxalq elmi konfransdakı dərin məzmunlu məruzəsində aşağıdakıları vurğulamışdır: “Məlum olduğu kimi, Stalin repressiyasının qurbanlarından olan Hüseyn Cavid keçən yüzilliyin 50-ci illərinin ikinci yarısında bəraət alsa da, onun bir vətənpərvər şəxsiyyət və dahi sənətkar kimi həqiqi mənada bəraət alması Azərbaycan xalqının başqa bir dahi oğlunun - Ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ötən əsrin 60-cı illərinin sonunda respublika hakimiyyətinə gəlmiş Heydər Əliyev Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri olan Azərbaycanı qısa müddətdə hər sahədə qabaqcıllar sırasına çıxarmağa nail oldu. Əlbəttə, mədəniyyət və ədəbiyyat sahəsi də bu baxımdan istisna deyildi. Böyük klassiklərin, o sıradan Cavidin də ədəbi irsini yüksək qiymətləndirən Ümummilli lider 1981-ci ildə qəbul etdiyi qərarla Cavid əsərlərinin daha geniş yayılmasına və təbliğinə, eləcə də, cavidşünaslığın yeni yüksək mərhələyə qalxmasına əlverişli zəmin yaratmış oldu”.
Görkəmli alim həmin tarixi qərarın millətimiz və tariximiz üçün əhəmiyyətini dərindən təhlil edərək, o dövrün son dərəcə qiymətli və müqayisə olunmaz dövlət sənədində əlahiddə vurğulanmış bir bəndə diqqətimizi yönəldərək fikrini davam etdirmişdir: “Həmin tarixi qərarda H.Cavidin Sibirdə məzarının tapılması və nəşinin qalıqlarının Azərbaycana gətirilməsi, Naxçıvanda məqbərəsinin ucadılması, Bakıda və Naxçıvanda ev-muzeylərinin açılması haqqında göstərişləri verilmişdir.
1993-cü ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasının ziyalıları ilə görüşündə Heydər Əliyev Cavidlə bağlı fəaliyyətini belə xatırlayırdı: “...Böyük filosof-şairimiz, dramaturqumuz Hüseyn Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında Kommunist Partiyasının qəbul etdiyi qərarı Azərbaycanda 10 il ərzində həyata keçirmədilər... İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuşdurmu?” (“Ədəbiyyat” qəzeti, 9 noyabr 2012-ci il).
Akademik Mahmud Kərimov Heydər Əliyev və Hüseyn Cavid dühalarının həmahəngliyini, bir-birini tamamlamasını elmi cəhətdən müqayisə edərək bu dahiyanə birliyin misilsiz ümummilli əhəmiyyət daşıdığını vurğulayır: “1996-cı ilin oktyabrında Hüseyn Cavidin məqbərəsinin açılışında söylədiyi nitqdə Heydər Əliyev bu yolda sərf etdiyi titanik səyləri təvazökarcasına belə ümumiləşdirirdi: “Üç il yarımdır ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, respublikamızı Ermənistan təcavüzündən qurtarmaq üçün əlimdən gələni əsirgəmirəm və bu yolda gecə-gündüz çalışıram”.
1995-ci ilin iyununda Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki nitqini üç böyük işin həyata keçirilməsi istiqamətində quran Ümummilli liderimiz bu işlərin hamısının müstəsna əhəmiyyəti olduğunu qeyd etmiş, Cavid məqbərəsinin, ev-muzeyinin və abidəsinin açılışını bir nömrəli vəzifə kimi əlaqədar təşkilatlar üzərinə qoymuşdur. Yalnız bundan sonra qısa bir müddət ərzində Heydər Əliyevin şəxsi nəzarəti və qayğısı altında nəhəng işlər görülmüş və özünün müəyyənləşdirdiyi kimi, böyük şairin anadan olmasının ildönümündə - 1996-cı ilin oktyabrında Naxçıvanda Hüseyn Cavidin məqbərəsi bütün gözəlliyi və əzəməti ilə xalqın gözü qarşısında ucalmışdır.
Heydər Əliyevin böyük cəsarət nümayiş etdirib Hüseyn Cavidi Azərbaycan mənəviyyatına və mədəniyyətinə qaytarması bədii təfəkkürdə də güclü əks-səda verdi. Məhz buna görə də, XX yüzil Azərbaycan ədəbiyyatında Cavid obrazına dəfələrlə müraciət edilməsi, əlbəttə, təsadüf deyildi. Xüsusən, müstəqilliyin qazanılmasından sonra, 90-cı illərdə bu mövzuya sıx-sıx müraciət olunduğunu söyləmək olar. Amma altmışıncılar və Cavid xüsusi bir mövzudur. Milli istiqlalı çoxlarının ağlı kəsmədiyi və arzulamağa belə cəsarət etmədiyi zamanlarda bu poetik gənclik Cavid sevgisini ürəklərində yaşatmağa və aydın lirikanın səsi ilə söyləməyə cəsarət etmişdilər. Çağdaş nəsillərin azadlıq arzuları və cəsarətləri o illərin yenilməz gəncliyinin bənzərsiz mərdliyindən və rəşadətindən doğulmuşdur desək, yanılmarıq.
Həqiqətən də altmışıncıların lirikasında bədii ideal timsalı olan sənətkar obrazlarından söz açarkən dahi Hüseyn Cavidi anmamaq mümkün deyil. Öncə söyləməliyik ki, ömür yolu amansız faciə nəticəsində kəsilmiş şairin xatirəsi gənclik üçün hədsiz dərəcədə əziz və müqəddəs idi. Bu pleyadanın alovlu nümayəndələri Hüseyn Cavidi misilsiz bir ustad, mənəvi ata və saf milli ideal kimi öz qəlblərində əzizləyirdilər. Onlar bir çox şeirlərində açıq-aşkar olmasa da, xəyalən, müəyyən sətiraltı mənalarla və işarələrlə ötən yüzilin ən tragik dahilərindən birinə müraciət edirdilər. Amma Hüseyn Cavid və Əhməd Cavad adının uzun müddət qəti qadağalar mühasirəsində saxlanması onlara birbaşa ithaflar yazmağa, şeirlər həsr etməyə imkan vermirdi. Düzdür sonralar, xüsusən 80-ci illərdəki məlum hadisələrdən sonra Hüseyn Cavid obrazına açıq müraciət etmək imkanları genişləndi. 60-cı illərdə isə belə bir ictimai-siyasi şərait heç kimin yuxusuna belə girməzdi. Elə bu səbəbdən də bəxtsiz dahi haqqındakı 60-cı illərdə yazılmış və talenin bir möcüzəsi kimi işıq üzü görmüş nadir əsərləri layiqincə və mərdcəsinə qiymətləndirməliyik. Belə nadir əsərlərdən biri yeniyetməlik çağlarından “Cəsarət - ürəyin istedadıdır” deyən və son nəfəsinə qədər öz sözünə sadiq olan Xəlil Rza Ulutürkə məxsusdur. “Hüseyn Cavidə” adlanan şeirində gənc şair həqiqətpərəstlik və ədalətpərəstlik duyğularını cilovlaya bilməyərək, sanki bütün dünyaya, yerə-göyə, təbiətə və iqlimlərə üsyan edirdi:
Qəlbin od, şeirin od!
Ömrün-günün od!
Özün buz məzarda!
Bu necə işdir?
Bəs necə olub ki, o buz dağları
Sənin atəşindən əriməmişdir?!
Gənc və alovlu Xəlil Rzanın düz yarım əsr əvvəl yazdığı manifest səciyyəli, poetik amalı təqdir və təkid edən miniatür əsərlərindən daha bir nümunə - “Şəlalə kimi” dördlüyündə oxuyuruq:
Şəlalə - dağların
mərd övladıdır.
Qır bütün sədləri!
Şəlalə tək qır!
İldırım - buludun,
tufan - dənizin,
Cəsarət - ürəyin
istedadıdır!
Altmışıncıların sənət və sənətkar haqqındakı görüşləri, təbii ki, həyatdan və insana münasibətdən doğurdu. Düzdür, onların hələ təsəvvür və qənaətlərində müəyyən dərəcədə maksimalizm də mövcud idi. Buna baxmayaraq, mənəviyyatı hər şeydən uca tutmaqda, məslək və əqidə yolundan dönməməkdə, milli namus və qürura sədaqətdə bu gənclik heç nəyə güzəştə getməzdi. Əli Kərim, Məmməd Araz, Fikrət Qoca, Xəlil Rza Ulutürk və digər altmışıncıların lirik qəhrəmanını, heç bir mübaliğəsiz, ideal mücəssəməsi adlandırmaq olardı.
Fikrət Qocanın “Uzaq şərqin üfüqlərində Cavidi xatırladım” şeiri ulu ustadın xatirəsinin təkcə 60-cı illərdə yox, sonrakı dövrlərdə də pleyadanın mənəvi-bədii fəaliyyətində mühüm yer tutduğunu göstərməkdədir. Altmışıncılar yaradıcılığa təzə başladığı və formalaşmaqda olduqları zamanlarla yanaşı, artıq boya-başa çatdıqları və öz estetik mövqelərini təyin etdikləri dövrlərdə də öz amallarının mənşəyinə bağlılıqlarını vurğulamaqdan usanmırdılar. Fikrət Qocanın şeiri Hüseyn Cavid iztirablarının hərarətinin soyumadığını, əksinə bu həsrətin illər keçdikcə alovlandığını nümayiş etdirir:
Təyyarədəyəm, göyləri fəth etmədə sürət,
Çərxi-fələyin sürətini ötmədə sürət.
Yay idimi, yer ox kimi atdı bizi ərşə,
Qaçqın günəşə çatmağa yerdən üzü ərşə.
Cavid, göy üfüqlərdə çiməndə səni andım.
Yandım, yenə andım.
Ötən yüzildə ulu Cavidimizə həsr olunmuş böyük şeirlərdən bəhs edərkən bir gözəl poetik nümunəni də yaddan çıxartmaq olmaz. Bu şeir də narahat sənətkarımız Fikrət Qocanın qələminə məxsusdur. Misal gətirmək istədiyimiz əsərin fövqəladəliyini təkcə böyük Cavidin amansız və dözülməz faciələri deyil, həm də bu müsibətlərin gözlənilməz və fövqəladə sonu, xalq qəlbindəki əks-sədası, şəhid sənətkarın dünyada misli görünməmiş və möcüzəli bir tərzdə Vətənə qayıdışı şərtləndirmişdi. Ulu öndərin misilsiz cəsarəti və fədakarlığı nəticəsində Azərbaycan xalqının dahi və nakam oğlu Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən doğma vətəninə gətirilməsi və Naxçıvanda ana yurd torpağına qovuşması əsrlərin, tarixlərin, bəlkə də minilliklərin bir möcüzəsi idi. Məhz şeir mövzusunun özü, təkrarsızlığı və müqayisə edilməzliyi bu əsərin taleyini sanki əvvəlcədən müəyyən etmişdi. Bu şeirdə üç böyük obraz - Hüseyn Cavid, Ulu öndər və Azərbaycan bütün əzəməti, cəsarəti və tragizmi ilə üzvi surətdə birləşmişdir. “Cavid gəlib, aç qoynunu” şeirinin bədii səviyyəsi və dərəcəsi isə öz mövzusuna, ehtiva etdiyi məqsəd və mətləblərə tamamilə həmahəngdir:
Tale, nə gözəl gündü bu,
sən insafa gəldin
Qırx ildi gəlirdin, gəl,
a Cavid, səfa gəldin.
Cavidin Vətənə qayıdışı uzunmüddətli, ümid və iztirablarla dolub-daşan bir proses idi. Altmışıncılar özlərinin mərdanə və cəsur fəaliyyətləri ilə əzabkeş dahinin mənəvi qayıdışını təmin etmişdilər. Yenilməz gəncliyin hüdudsuz və azadlıq eşqi ilə qanadlanan təxəyyülü zamanın süni bölgüləri və milli yaddaşda yaratdığı sərhədlərlə barışa bilməzdi. Atəşin və istiqlal xəyallı gənclik “ruhu ilə həmvətən” (Ə.Vahid) olduqları və özlərinə ideal elan etdikləri varlıqla, şəxsiyyətlə daim bir yerdə, bir sırada idilər. Bu mənada 80-ci illərin əvvəllərində Cavidin fiziki qayıdışı öz mənşəyini Caviddən başlayan və taleyini əbədiyyən Cavidlə bağlayan pleyadanın aləmşümul qələbəsi idi. Və bu qəti qələbənin reallaşmasında altmışıncıların mənəvi-siyasi hamisi - Ümummilli liderimiz Heydər Əliyevin həlledici xidmətlərini etiraf etməmək insafsızlıq olardı. 60-cı illərin ədəbi-siyasi dissident hərəkatı ilə ürəkdən həmrəy olan Ulu öndər böyük Cavidimizə münasibətdə də onlarla həmfikir və məsləkdaş idi.
Beləliklə, aydın olur ki, 60-80-ci illərin poetik prosesində reallaşan və dahi sənətkara ünvanlanan ithaflar sadəcə bir ədəbiyyat işi və hadisəsi deyildi. Cavid taleyi və tərcümeyi-halı, şəxsiyyəti və sənəti təkcə ədəbi obraz sərhədlərinə sığmayıb, eyni zamanda, ümummilli birlik və həmrəylik simvoluna çevrilirdi. Məhz o illərdə yenidən doğulan Cavidanə şeiriyyət isə yeni Azərbaycan şeirinin ilk parlaq səhifələri idi.
XX əsr Azərbaycan poeziyasının Cavid sevgisindən söz açarkən, onu da söyləmək yerinə düşər ki, hələ 70-ci illərin sonlarında Azərbaycanda və Özbəkistanda keçirilən mədəniyyət günlərinin təsiri altında Heydər Əliyev şəxsiyyətinə məftun olan özbək şair və yazıçılarını Ulu öndərin Hüseyn Cavidlə bağlı tarixi qərarı və hərəkətləri vəcdə gətirmişdi. Özbəkistanın xalq şairi Abdulla Aripov mədəniyyət günləri zamanı yazdığı məşhur şeirində “Heydər yurdu, Şərəf yurdu payıdar” deyə Ulu öndəri necə vəsf etmişdisə, 80-ci illərdə yazdığı ədəbi-publisist yazılarında da Onun misilsiz siyasi cəsarətini vurğulamaqdan zövq alırdı. Həmin dövrdə Heydər Əliyev cəsarətlərindən ruhlanan özbək ədəbi ictimaiyyətində repressiya olunmuş böyük özbək şairi Osman Nasirin nəşinin qalıqlarının da Sibirdən Vətəninə gətirilməsi arzusu və inamı xeyli güclənmişdi. Amma 1983-cü ilin noyabrında Özbəkistanın o vaxtkı rəhbəri Şərəf Rəşidovun qəfil ölümü bu arzunun reallığa çevrilməsinə imkan vermədi. Buna baxmayaraq, 80-ci illərdə Heydər Əliyev obrazı Hüseyn Cavid obrazı ilə qoşa və yanaşı olaraq Özbəkistan mədəniyyətinə yenidən daxil olurdu. Özbəkistanın bir sıra şairləri, o zamanlar alovlu şeirləri ilə xalq içərisində məşhur olan Əzim Suyun “Cavidi Vətənə qaytaran insan” obrazını sevə-sevə yaratmışdı. Məhz buna görə də, bu gün qardaş Mərkəzi Asiya respublikalarında, xüsusən Özbəkistanda Azərbaycan deyən kimi Heydər Əliyev dərhal yada düşdüyü kimi, Hüseyn Cavid söyləyərkən də Heydər Əliyev adı ürəklərdə əks-səda verir: Hüseyn Cavid və Heydər Əliyev!.. Bu birlik Azərbaycan xalqının mənəvi qüdrətinin tükənməzliyindən və milli iradəsinin yenilməzliyindən xəbər verən parlaq bir xüsusiyyətdir!..
Ulu öndərin Nizami Gəncəvi, Xaqani Şirvani, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqa dahi klassiklərimiz haqqında söylədiyi kəlamlar bu gün də dillər əzbəridir. Məsələn, dahi öndər Nizami haqqında demişdir: “Tariximizin böyük səhifələrini, intibah dövrünün - XI-XII əsrlərdə Nizamini, Xaqanini, Fələkini, Məhsətini götürsək, onların hamısının yaradıcılığı geniş yayılmışdır. Ancaq təkcə bir cəhəti xatırlatmaq istəyirəm. Nizami Gəncəvinin 800 illiyi 1948-ci ildə keçirilmişdir. 1979-cu ildə biz Nizaminin ədəbi irsinin öyrənilməsi haqqında böyük bir qərar qəbul etdik. Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeydə edəndə bizə çox irad tuturdular ki, 840 il yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində el bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”.
Ümummilli liderimizin Azərbaycan poeziyasının bənzərsiz korifeyi Məhəmməd Füzuli haqqında söylədikləri də qəlbimizə və yaddaşımıza əbədi möhürlənmişdir: “Qürur hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikası və onun dövləti öz böyük oğlunun - böyük Füzulinin xatirəsini bu günün imkanları çərçivəsində qeyd etmək üçün əlindən gələni etmişdir. Eyni zamanda, onu da demək yerinə düşərdi ki, 500 il ərzində - Füzulinin sağlığında da, o həyatdan gedəndən sonra da Füzuli yaradıcılığı, Füzuli şəxsiyyəti haqqında bu qədər yüksək səviyyəli tədbirlər keçirilməmişdir. Füzulinin 400 illiyi də olub, 450 illiyi bizim nəslin vaxtında olub, indi 500 illik yubileyini başa çatdırırıq. Biz fəxr edə bilərik ki, bu 500 illik yubileydə Füzulini onun yaradıcılığının, şəxsiyyətinin layiq olduğu səviyyəyə çatdırdıq. Şübhəsiz ki, Füzuli elə bir şəxsiyyət, elə bir dahidir ki, onun haqqında xatirəsi ilə əlaqədar nə qədər çox iş görülsə də Füzulinin o səviyyəsinə çatmaq mümkün olmayacaqdır. Ancaq biz buna çalışmışıq, bu yolla getmişik və şübhə yoxdur ki, bu yolla getməkdə davam edəcəyik”.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə və milli söz sənətimizə yüksək qayğısı, həssas münasibəti Ümummilli liderimizin bu inamının və dövlətçilik ənənələrinin parlaq təzahürüdür.
Yaşar Qasımbəyli,
filologiya elmləri üzrə fəlsəfə doktoru, AMEA-nın baş elmi işçisi

 
  • Oxunub:  41010  |  
  • Tarix:  19-12-2012  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

25 Aprel 21:26
Azərbaycanın cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər ABŞ tərəfindən müsbət qiymətləndirilir
25 Aprel 21:23
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib
25 Aprel 21:14
Elçin Əhmədov: ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları beynəlxalq hüququn prinsiplərinə ziddir
25 Aprel 20:30
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25 Aprel 20:24
Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
25 Aprel 20:16
Mahsa Mehdizadə: XX əsrin əvvəllərində erməni quldurları Arazın cənubunda 150 mindən çox müsəlman-türkü qətlə yetirib
25 Aprel 20:06
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü Suraxanıda təntənəli şəkildə qeyd edilib
25 Aprel 20:00
Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
25 Aprel 19:46
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub
25 Aprel 19:38
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
25 Aprel 19:37
Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
25 Aprel 19:20
Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb
25 Aprel 19:15
XİN: Rəsmi Bakı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesini ən qısa müddətdə başa çatdırmağa hazırdır
25 Aprel 19:13
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ərəfəsində avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib
25 Aprel 19:04
Məmməd Musayev: Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb
25 Aprel 17:50
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
25 Aprel 17:42
Nurlana Əliyeva: Zərifə Əliyeva bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb
25 Aprel 17:29
Azərbaycan öz qəti və ardıcıl mövqeyini saxlayır – danışıqlar indiki formatda davam etdirilməlidir
25 Aprel 17:21
Üç ayda dəniz limanlarında 2 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib
25 Aprel 17:19
Mədəniyyət naziri Cenevrədə beynəlxalq konfransda iştirak edib
25 Aprel 17:17
Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir
25 Aprel 17:11
“Azərpoçt” ötən üç gündə 8 milyon manatdan çox kompensasiya ödəyib
25 Aprel 17:07
İçərişəhər DTMQİ: Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan fotogörüntülər həqiqətə tamamilə ziddir
25 Aprel 17:04
Polad Bülbüloğlu: Bakı əslində Qəhrəman şəhərdir
25 Aprel 16:58
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
25 Aprel 16:48
Malik Həsənov: Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır
25 Aprel 16:45
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib
25 Aprel 16:39
Milli Olimpiya Komitəsində atletika məşqçilərinin təltif edilməsi mərasimi olub
25 Aprel 16:36
YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi
25 Aprel 16:33
Ankara Ticarət Palatasının nümayəndələrinə türk iş adamları ilə birgə üçüncü ölkələrdə biznes qurmaq təklif edilib
25 Aprel 16:31
Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
25 Aprel 16:14
Azərbaycanlı paralimpiyaçı dünya kubokunda qızıl medal qazanıb
25 Aprel 16:09
“Jewish Journal” nəşrində minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqqında məqaləsi dərc olunub
25 Aprel 16:07
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş olub
25 Aprel 16:01
Mübariz Qurbanlı: Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur
25 Aprel 15:58
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
25 Aprel 15:49
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib
25 Aprel 15:44
Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır
25 Aprel 15:35
Formula-1 SOCAR Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub
25 Aprel 15:27
YAP Qadınlar Şurasının kollektivi akademik Zərifə Əliyevanın məzarını ziyarət edib
25 Aprel 15:04
Paytaxt məktəbliləri beynəlxalq konfransda
25 Aprel 15:01
Ölkəmiz 83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisində təmsil olunur
25 Aprel 14:50
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçirilib
25 Aprel 14:45
Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb
25 Aprel 14:43
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi keçiriləcək
25 Aprel 14:39
Dövlət Gömrük Komitəsi Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında təmsil olunur
25 Aprel 14:27
Azərbaycanla Çinin enerji sahəsində əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub
25 Aprel 14:24
Nazir: TANAP və TAP böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verir
25 Aprel 14:20
Bu gün F1 pilotlarının Bakıda mətbuat konfransı keçiriləcək
25 Aprel 14:16
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
25 Aprel 14:12
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb
25 Aprel 14:11
“Digital HUB” proqramı çərçivəsində “AzerTelecom” və “China Telecom” strateji anlaşma memorandumu imzalayıb
25 Aprel 13:22
YAP Gənclər Birliyinin nümayəndəsi Qazaxıstanın Türküstan şəhərində “Türk Şurası Gənclərinin II Forumu”nda iştirak edir
25 Aprel 12:46
Azərbaycan İlahiyyat İnstitutunda “Rusiyada İslam tarixi” kitabının təqdimatı olub
25 Aprel 12:43
Azərbaycanın ABŞ-dakı səfirliyi Kolorado Senatına ölkəmizlə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərib
25 Aprel 12:18
Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib
25 Aprel 12:15
Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulur
25 Aprel 12:14
Formula 1 azarkeşləri bu gündən yarış məkanına daxil ola biləcəklər
25 Aprel 11:55
Bu gün Azərbaycanda Sahibkarlar Günüdür
25 Aprel 11:53
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri 7-ci Baltik Aqroforumunda iştirak ediblər
25 Aprel 11:46
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı
25 Aprel 11:39
Azərbaycan Prezidenti İlham Əliyev "China Poly Group" Korporasiyasının sədri ilə görüşüb
25 Aprel 11:28
Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb
25 Aprel 11:02
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
25 Aprel 10:58
Kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb
25 Aprel 10:50
Aprelin 25-i Beynəlxalq DNT Günüdür
25 Aprel 10:43
AZƏRTAC 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi media tərəfdaşı olub
25 Aprel 10:40
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub
25 Aprel 10:37
“Sky Sport” televiziya kanalının saytında oxuculara Formula 1 Azərbaycan Qran-Prisi barədə məlumat verilib
25 Aprel 10:17
Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA