Ana səhifə »  Ədəbiyyat »  NARINGÜLün “QAR ÇİÇƏYİ”
A+   Yenilə  A-
NARINGÜLün “QAR ÇİÇƏYİ”

(Kəsintili harmoniya öyküsü)
Sübut edəcəkdi: özünü, gücünü, səbrini - hər şeyi!.. Bütün malik olduqlarını bir yerə cəm edib qisas alacaqdı. Ən çox da özündən. Alınacaqdı... Çox güclü və bütöv olacaqdı. Alınmayan nə var ki?! Ən əsası qalib olacaqdı. Həmişə istədiyi bu olmuşdu həyatda.
- Nədən qorxursan?
- Nə bilim... düzgün deyil axı...
- Qorxma, gəl! Fikir vermə adamlara, cəhənnəm olsun hər şey!
- Yox, yenə də olsun...
- Səni istəyirəm... ölürəm səninçün.
Bədəni gizildədi.
Əslində özü də istəyirdi getməyi.
- Onda özün bilərsən... Deyəsən çox yalvardım axı. ...Amma gəlsən çox yaxşı olardı. Səndən xoşum gəlirdi.
Sanki göylərdən endi. “Xoşum gəlirdi”, indi gəlmir. Səsin daha nə deyəcəyini gözlədi. Artıq danışmaq olmazdı. Hər şey pozula bilərdi. Nəyinsə yerini dəyişməklə azıb qala bilər, çıxışı tapmazdı. Onsuz da bütün düşüncələri qarmaqarışıqdı, içində burulğandı.
Susmaq işə yaradı deyəsən. Telefondakı səs yumşaldı, tonu xeyli aşağı düşdü.
- Özün bil, uduzmazdın məncə, - gerisini demək üçün pauza verməli oldu - sənə hədiyyə də almışdım. Sən hər şeyə layiqsən. Biz öz həyatımızı yaşayırıq. Hər şeyin gözəldi, ürəyimcədir. Bircə əxlaq dərsi keçmə mənə.
- Yox, nə əxlaq dərsi. Müasirəm.
- Müasirsən, onda gəl...
Səs yenə hökmlü göründü. Səsin yiyəsi hakimdi. Səsin tonu açmadı bu dəfə onu. Nə cavab versin. “Adam deyir ki, gəl özü də səni istəyir, israr edir. Get! Hələ o biri tərəfi də var... hədiyyə-filan... diqqətlidir sənə. Dəyər verir. Get! Həm də müasir deyilsən deyir...” Belə tez istəməzdi. Hər şeyin ortada olduğu, qarışıq bir məqamda. Bilirdi sonluq bu yerə gələcək. Amma hələ hazır deyildi. İçindəki cəhənnəm boşluğunu doldurmaq kimi bir şeydi bu. Dayanıqlı deyildi bu əlaqə. İçindəki səs təslim etdirdi. “Görüşək, xoşbəxt olarıq”. Sırf qadın marağından olan daha başqa şeylər qərarını üstələdi. Həyatına rəng qatacaqdı. Ürəyi uçundu.
- Ey... gözəl, hara gedirsən? Gəl, aparım. Dayanacaqdakı maşınlardan birinin sürücüsü pəncərədən başını çıxarıb onu səslədi.
Dodağını dişlədi: “Bircə sən çatmırdın”.
- Özün bil...
“Bu harda qaldı görəsən?” Telefondakı səsin sahibi o qədər hökmlüydü ki, zəng etməyə də ürəyi gəlmədi. Qoy özü axtarsın. Elə başa düşsün ki, hələ gəlməmişəm. Yüngüllük olmasın. Səsin sahibi görünmürdü.
Dözməyib zəng etdi. Telefon söndürülmüşdü. Nə olmuşdu görəsən. “Gələcək, əlbəttə gələcək. Oyuncaq deyil ki?..” O tərəf - bu tərəfə gəzişə-gəzişə xəyallar qurdu. Xəyallar qanadlandı. Bir müddət öncə elə bilirdi, qanadları qırılıb, heç nəyə yaramır. Amma indi... Çox isti və mərhəmdi hər şey. Sevgi və ehtiras vardı ortada. Sevinc, nəşə, xoşbəxtlik vardı. Çox açıq danışmağa imkan verməyəcək. Hər şeyin sonu deyil ki... ədəb-ərkan deyilən bir şey də var... Bir qədər uzaqda dayanmaq lazımdır. Əriyib müvazinəti itirmək olmaz...
“Gərək, gəlməzdim.. Yalvartmaq lazımdı. Uzatmaq lazımdı vaxtı. Ürəyimə, ruhuma yaxın idi axı. İncitmək istəmədim. Niyə oynamalıydım ki?.. Bir-birimizdən xoşumuz gəlirdi. Bəlkə qisas alır. Öncə çox soyuq davrandım. İstiliyimmi qalıb? Qırılıb, paramparça olub ürəyim”. - Hər şey beynində qarışdı. “Ələ salıb məni. Bu da sənin ruhun, arzun. Havaya sovurdun hər şeyi. Uduzmağa bənzəyir. Xəyalların, istəklərin.”
Ağlamadı. Ağlamaq zəiflikdi. Zəif olmağa nifrət edirdi. Onsuz da saman çöpündən yapışana bənzəyirdi. O, dirçəltmişdi bir az, ruhlandırmışdı. Hər şeyə maraq yaratmışdı, inandırmışdı. İndi də belə.
Təkrar zəng etdi. Telefondan səs gəlmədi.
Qıraqda dayanmış kişi yaxına gəldi. Qoluna toxundu. Mızıltılı səs eşidildi:
- İstəyirsən gedək, yaxınlıqda ev də var. Danışaq, razılaşaq.
Key-key baxdı kişinin üzünə. Üzünün ifadəsi o qədər laqeyd və mənasızdı ki... Kişi bir şey anlayammadı. Ayağını sürüyə-sürüyə gəzişdi. “Xarab olub e, bunun başı. Hardan ağlına gəlir birdən -birə mənə yaxınlaşmaq.!? Dayandığı yerə indi nəzər saldı. Bura üzdəniraqların toplaşdığı bağın yaxınlığıydı. Bir dəfə yazı yazmışdı bu bağdan. Gözaltı kişinin arxasınca baxdı. “Adamını tanımır, axmaq! - dodaqlarını sıxdı, özüylə zarafatlaşdı - yəqin elə məni də “adamına” bənzədib. Nə fərqi var?.. Hara qaçıram ki? Gedib bir yerə çıxa bilmirəm onsuz da”.
“Yox o, ruhuma çox yaxın idi. Məni çox xoşlayırdı. Nə qədər dil tökürdü , belə etməməliydi”. Hər şeyi qırıb atmaq olmaz. Nə qədər zaman sərf edib. Əlini telefona uzatdı. Cavab gəlmədi.
Geri qayıtmağa qərar verdi.
Evə çatıb paltarını soyunanda zəng gəldi. O idi: səsin sahibi. İstədi telefonu açmasın. “Daha nə zəng? - Təhqir etdi məni, əməlli-başlı”.
Dözmədi. Səsin sahibi üzrxahlıq etdi:
-İşim oldu.
- Yalan deyirsən. Qurtardı!
- Yalan demirəm. İnan!
Söz tapmadı deməyə. Hər şeyi darmadağın etməyə ürəyi gəlmədi. Barışmaq da istəmədi. Yumşalmaq məğlub olmaqdı. Qələbənin bir addımlığındaykən. Qalib olacaqdı...
- Səni istəyirəm. Səs zəhmli idi yenə.
“Sevirəm yox, istəyirəm”. - Acı-acı güldü.
- Məni istəyən çoxdur. Sevgi istəyirəm mən.
Niyə dedi axı bunu. Dilənçi deyil ki... O qədər sevəni var. - “Elə biləcək acizəm”.
Səsin sahibi dil tökməyə başladı. Bir ümid cücərdi ürəyində. Amma yaşıl tarlaların bar verib - verməyəcəyi qəqiq bilinmirdi. İçindəki təlatüm çəkilmədi.
- O qızın yazıları daha perespektivlidir. O gənc qızı deyirəm. Bağışla, onu seçməli olduq. Bizə elə kadr lazımdır ki, həyatın nəbzini tutsun. Onlar həm də görünə bilirlər. Kompleks-filan burda işə keçmir. Özün bilirsən də, insanların içinə nüfuz etmək lazımdır, quzum. Sən bir az çəkingənsən.
Demək, iş məsələsi yenə də qaldı. Bu dəfə də alınmadı.
“Yaman da çəkingənəm. Öz tutumum qədər varam. Bundan artıq olmayacağam ki?.. - Daha neyləməliyəm ki?..”
- Səni onsuz da tanıyırlar, yazıların-filan... Hara getsən yaşıl işıq yanacaq.
“İşıq-zad yoxdur. Hələ də işsizəm. Allah kəssin belə yaşıl işığı”.
- Sən də pis deyilsən. Ancaq...
“Lazım deyil sənin işin, işləməsəm də olar.”
Səsin sahibi: “Bir kənara çəkil, danışaq. Görüşmək istəyirəm”. Dəhlizin o başına çəkildi.
- Gərginsən, həm də, yorğun görünürsən...
- Bilirəm.
- Səni mənim kimi duyan yoxdur...
- Doğru deyirsən.
- Onda görüşək. Nə oldu, danış, indi nə fikirləşirsən.
- Şöhrət də boş şeydir, sabun köpüyü kimidir. O tərəfindən bu tərəfi görünür. Neynirəm şöhrəti?!
- Bəs istədiyin nədir? - səsin sahibi onu çözələyir, içinə nüfuz etməyə çalışır,- sevdiyin adam da sənə laqeyddir. Nə vaxtdır itib. Nə istəyirsən?
Nə istədiyini özü də bilmir. Amma istəyir, çox istəyir. Bu an səsin sahibinə inanır, güvənir, sığınmaq istəyir. Qadındır da... Kiməsə inanmasa, güvənməsə gərək onda qadın olmaya.
- Yaşamağın sirrini öyrənirəm.
- Gəl səni yaşadım...
Sevgilisi son dəfə “sən mənim qar çiçəyimsən” yazmışdı ona. Ondan sonra bir daha yazışmamışdılar. Üç gün - üç gecə ağlamışdı. İndi də yadına salanda göz yaşlarını güclə tutur. Həmişə ağlayır. Hərdən onunla çox xoşbəxt olurdu. Sonra əvəzini ödəyirdi. Ən xoşbəxt anlarında belə bu ağlamaq hardansa gəlib tapırdı onu. Bəzən ürəyində çoxdan kök salmış axmaq arzusunu bildirirdi sevgilisinə. Birlikdə ölmək, əl- ələ tutaraq intihar etmək!..
Sevgilisi: “Niyə ölək ki?” - deyə etiraz edirdi.
- Qoy, belə bitsin sevgimiz, ayrılıq olmasın... Yaxşı, istəmirsən mən özüm ölərəm.
- Sən olmasan elə mən də ölmüş olaram. Nə fərqi?..
O qədər xoşbəxtdi ki... İnanırdı ona. İndi də inanır. Gələcəkdə də inanacaq. İnanmasa ölər!
Hanı, indi yoxdur. Heç biri ölməyib. Amma unuda da bilmir. Özünü tanıyammır. Gözlərini yuman kimi onu istəyir. Dünyanın ən böyük ayrılığını yaşayırlar. Aralarında o qədər keçilməz sınırlar var ki...
Ancaq canı, ruhu ölməyib. Müharibə dövrünün qadınlarından deyil ki, oturub ömrüboyu yas saxlasın.
- Mənə sevgilindən danış , - deyir səsin sahibi. Hiss edir ki, danışanda qısqanır. Bəzən qəsdən danışıb, qıcıqlandırmaq istəyir, sonra xətrinə dəyər deyə fikrindən vaz keçir. Amma hiss edir ki, heç kəsə danışmadıqlarını danışa bilir səsin sahibinə. Sirr ortağı tapıb özünə. Yaxşı dost ola bilərlər. Ovuda bilir onu, ürəyini isidir. Unutdurur hər şeyi.
- Uşaqlar texnikanı yaxşı bilirlər, yazı texnikasını. Əsas texnikadır, - redaktor əli ilə balaca qlobusu stolun küncünə itələyir, - nə ictimai nüfuz? İctimai nüfuz nədir? Sənin yazmağın elə ictimai nüfuzundur da... Yaz, getsin. İstəyirsən siyasətdən yaz. Səndə alınır, sən hamısından yaxşı yazırsan Amma... belə, necə deyim o adıyamanlar kimi yazmaq lazımdır, siyasətdən yazanda da... Çəkinmədən!
Redaktor ayağını ayağının üstünə aşırıb əlavə edir:
- Heç yazmaq da bir peşə deyil, əslində. Gedin özünüzə iş tapın.
Uşaqların xoşuna gəlmir bu söhbət. Dodaqaltı mızıldanırlar: “Sənin nə vecinə. Yazdığını yazmısan, aylıq maaşını da alırsan, kef çəkirsən!”
- Yox, o şəhəri istəmirəm... başqa yer olsa sevinərdim. Artıq fikrimi dəyişdim.
Redaktorun gözləri heyrətdən böyüyür:
- Dünənə kimi yalvarırdın, nə oldu indi? Özün bil. Mən sənin ürəyini almaq istəyirdim, iş məsələsinə görə... ödülləndirirdim səni. Hm... qadınsan da... Nə istədiyinizi bilirsiz ki? Arxadan kinayəli səsi eşidilir.
Geri qayıdıb cavab vermək də olar. Həvəsi gəlmir, həm də lazım bilmir. Durub deməyəcək ki, orda məni sıxan çox şeylər var. Ora gedən kimi sevgilimi xatırlayacam. O şəhərin hər qarışında onun ruhu var, nəfəsi var. Məni dəli edər o yerlər. Məhv olaram! Yox!
“Guya sən kişi olub neyləmisən ki?!” - Ürəyində qeyzlənir.
...Yağış damlaları getdikcə güclənərək arx suyuna çevrilir, küçə aşağı axmağa başlayır.
- Bu yollara bir əncam çəkmirlər – şəhərin yaşlı sakinlərindən biri söylənir. Ürəyində bahar çiçəklənir. Bilmir hara tələsir.
Natamamlıq var hər yerdə. Hər şey yarımçıqdı. Təkcə səsin sahibi onu oxuyur. Səsin sahibi idarə edə bilərdi onu. “Sizə etibar yoxdu” - deyirdi səsin sahibi. - “Xəyanət edə bilirsiniz istədiyiniz vaxt. Xislətiniz belədir!” – Düz deyirdi, əyri deyirdi - hər nəysə deyirdi. Gülümsündü. - “Xislətiniz” sözünə gülməyi gəldi.
Sevgilisinə necə?! Yox ona etməzdi! Dünya dağılsa etməzdi! Amma etdi sonda. Necə olsa da sonunu gözləyə bilmədi. Enerjisi çatmadı. Gücü qalmadı. Qurtardı hər şey!
...“Uğur qazana bilərsən” deyirdi səsin sahibi. Kim bilir, bəlkə elədir, xoşbəxt olacaq. Hansında? - sənətində, yoxsa, həyatda? Bilmir. Bəlkə dönüş başlanacaq..?
Daha o, olmayacaq. Heyf! Hər şeyi olacaq. Səsin sahibi onu çox sevəcək. Xoşbəxt olacaqlar. Bəlkə o, başqasını seçəcək. Dəqiqləşdirmək çətindir, olacaqları. Amma o, olmayacaq. Bu dəqiqdir!
Yenə gözləri dolur.
...Bu gün bir saatlıq məruzəsi də var. Kitabxana işçilərinin qarşısında çıxış edəcək. Bədii yaradıcılığın özəllikləri haqqında danışacaq. Adamlar maariflənəcək, faydalanacaq. Belə deyir təşkilatın rəhbəri.
Küçədə zibil qutusunun içinə başını soxub nə isə axtaran kişi arvadını çağırır, deyəsən “işəyarayan” əşya tapıb. Sevinərək qadına göstərir. Geyimlərindən, hərəkətlərindən ağıllarını itirmiş olduqları hiss olunur. Səfillər öz işlərindədir.
...“Hər şeydən yazmaq olar,- deyirdi redaktor - zibildən də konfet kimi yazmaq... Peşəkarlıq budur... Gərək heç nəyi gözdən qaçırmayasan”. Səfillərə yaxınlaşır. Qadın təəccüblə ona baxır. Kişi bir az qəzəblidir. Hürkmüş kimi görünürlər. Qadın onun üzünə baxıb öz aləmində hansısa mahnını zümzümə etməyə başlayır. Gülümsünərək onları başa salır ki, qorxmasınlar. Cibindən xırda pul axtarır, kişinin ovcuna basır. Qadın pulu götürüb, əlindəki torbanın içinə atır. Hiss olunur ki, kişini o idarə edir. Deyəsən, isinişirlər ona. Onları danışdırmaq istəyir. Qarışıq danışırlar, nə danışdıqları başa düşülmür. Bir neçə dəfə cəhd etsə də, heç nə alınmır. Kişi zibilqablarının birini onun qarşısına itələyir. Yəqin demək istəyir ki, sənə verdik bunu. Bir- birilərinə dəyə-dəyə aradan çıxırlar. Qarşısındakı zibil qabı ilə üzbəüz qalır. Redaktorun qarasınca söylənir: “Bu da sənin çılpaq həqiqətin”...
Adamların diqqətini çəkməmiş aralanmaq istəyir. Tələm-tələsik irəli addımlayır. Qarşıdakı divara yazılmış elanı görür: “Bura keçid deyil”. Yolu dəyişmək lazımdır!
Səsin sahibi zəng edir:
- Nə edirsən, nəylə məşğulsan indi?
Qeyri-ixtiyari dillənir:
- Heç nə! Yolumu dəyişirəm yenə...
...Və telefonumda köhnə mesaj: “Sən mənim qar çiçəyimsən.”

 
  • Oxunub:  33120  |  
  • Tarix:  12-01-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA