Ana səhifə »  Ədəbiyyat »  Görkəmli yazıçı, ədəbiyyatşünas alim, Əməkdar Elm Xadimi Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin təqdimatı olub
A+   Yenilə  A-
Görkəmli yazıçı, ədəbiyyatşünas alim, Əməkdar Elm Xadimi Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin təqdimatı olub

Aprelin 30-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, Əməkdar Elm Xadimi Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin (5 cilddə) təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, görkəmli ədibin ailə üzvləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Mir Cəlal Paşayevi istedadlı yazıçı, böyük müəllim, xeyirxah insan kimi xarakterizə edib və ədibin seçilmiş əsərlərinin nəşrini yüksək qiymətləndirib.
Bildirilib ki, “Adiloğlu” nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan buraxılmış beşcildliyin tərtibçiləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov, redaktoru Şəmsəddin Axundov, rəssamı isə Nüsrət Süleymanoğludur.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin ömür yolundan və bənzərsiz yaradıcılıq axtarışlarından geniş söhbət açıb.
Görkəmli ədibin “Seçilmiş əsərləri”nin hazırlanması üçün əmək sərf edən hər kəsə, xüsusilə də bu kitabların tərtibçilərindən biri olan professor Nərgiz Paşayevaya minnətdarlığını bildirən nazir vurğulayıb ki, bu, olduqca təqdirəlayiq bir işdir.
Beşcildliyə görkəmli ədibimizin kiçik janrlarda yazılmış əsərləri daxil edilib. Cildlərdəki əsərlərin hər biri ilk dəfə olaraq xronoloji ardıcıllıqla verilib. Hekayələrin və oçerklərin əksəriyyəti vaxtilə əvvəlcə qəzet və jurnallarda dərc edilib, sonralar kitab halında çap olunub. Təbii ki, bu zaman müəllif tərəfindən onların bəzisində az, bəzisində isə çox dəyişikliklər, redaktə xarakterli düzəlişlər aparılıb. Hətta bu əsərlər daha sonralar başqa kitablarda təkrar çap edilərkən bəzən müəyyən dərəcədə fərqli olub. Bəzi əsərlərin adları da dəyişdirilib. Beşcildliyə daxil edilən bütün əsərlərin son variantı əsas götürülüb.
Hekayə janrı Mir Cəlal yaradıcılığında əsas yer tutduğundan dörd cilddə onun hekayələri ardıcıllıqla verilib. Son cilddə isə ədibin yaradıcılığında epizodik xarakter daşıyan janrlar - oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar yer alıb. Bütün bunlar görkəmli yazıçının əsərlərinin nəzərdə tutulmuş akademik nəşri üçün də kifayət qədər əsaslı zəmin olacaq.
Nazir vurğulayıb ki, Mir Cəlal Paşayevin 100 illiyinin beş il bundan əvvəl UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürü olub.
Sonra tədbir iştirakçıları Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən videomateriala baxıblar.
Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Mir Cəlal Paşayevi görkəmli ədəbiyyatşünas alim, yazıçı və pedaqoq kimi xarakterizə edib. Bildirib ki, Azərbaycan ədəbiyyatşünaslıq elminə böyük töhfələr vermiş Mir Cəlal Paşayev, həm də pedaqoji sahədə fədakarlıqla çalışıb, yüzlərlə tələbə yetişdirib. Bu gün onlar milli ədəbiyyatşünaslıq elmimizin tanınmış simalarıdır.
Vurğulanıb ki, Mir Cəlal Paşayev bütün bunlarla yanaşı, həm də yeni Azərbaycan roman janrının yaradıcılarından biri olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə hələ gənclik illərindən Mir Cəlal ailəsi ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, ali təhsilimizin beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi və nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. O, həmişə övladları ilə fəxr edirdi. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.
Qeyd edilib ki, Mir Cəlal Paşayevin işıqlı xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatşünasların əbədi mövzusu olacaq.
Tədbirdə akademiklər Abel Məhərrəmov, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov, Tofiq Hacıyev, professorlar Xalid Əlimirzəyev, Təhsin Mütəllimov, Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, Şirindil Alışanlı çıxış edərək Mir Cəlal Paşayevin zəngin ədəbi irsindən və pedaqoji fəaliyyətindən, eləcə də yüksək insani keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edilib ki, yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn, elə həmin ildə də ilk tədqiqat əsərini yazan Mir Cəlal Paşayevin hekayələri, povest və romanları klassik bədii nümunələr kimi ədəbiyyat tariximizdə layiqli yerini tutaraq, müəllifinə əbədiyaşarlıq qazandırıb. Görkəmli ədib Mir Cəlal Paşayev milli ədəbiyyatımızda Mirzə Cəlildən və Əbdürrəhim bəy Haqverdiyevdən sonra Azərbaycan hekayə janrında yaranmış boşluğu öz lakonik hekayələri ilə doldurub.
Qeyd edilib ki, Mir Cəlal Paşayev kiçik hekayə janrının böyük ustadı olub. O, yumorla, dolayı yolla siyasi mətləblərin üstünə pərdə çəkməyi ustalıqla bacarıb. Hekayələrində Azərbaycan gülüş mədəniyyəti sahəsində ədəbi məktəb yaradıb. Mir Cəlal Paşayevin hekayələrinin adlarının cəlbedici olması, təsvirlərin təbiiliyi və canlılığı xüsusi qeyd edilib.
Bildirilib ki, görkəmli alimin yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir. O, Şərq ədəbiyyatını dərindən bildiyi üçün Füzuli yaradıcılığını böyük ustalıqla tədqiq edib.
Diqqətə çatdırılıb ki, Mir Cəlal Paşayev həm də əsl müəllim ömrü yaşayıb. Görkəmli alim-pedaqoqun mühazirələri rəvan və canlı olduğuna görə yadda tez qalırdı. Mir Cəlal Paşayev tələbələrini öz övladları qədər sevirdi. Həmin dövrdə onun qədər elmi kadrlar yetişdirən ikinci bir alim olmayıb.
Bildirilib ki, Mir Cəlal Paşayev istər əsərlərində, istər ailədə, istərsə də cəmiyyətdə sadə, təvazökar və xeyirxah bir insan olub. Qəlbi nur mənbəyi olan Mir Cəlal Paşayevin bu insani keyfiyyətlərində bir müdriklik vardı. Çünki onun sadəliyi də, xeyirxahlığı da təbiətindən gəlirdi.
Çıxışlarda Mir Cəlal Paşayevin 5 cilddə təqdim edilən “Seçilmiş əsərləri” yüksək qiymətləndirilib. Vurğulanıb ki, dörd illik böyük zəhmətin nəticəsi olan bu əsərlər gənclərin marağına səbəb olacaq və tədqiqatçılar tərəfindən yenidən öyrəniləcək. Bu beşcildlik həm də yaxın gələcəkdə ədibin əsərlərinin 12 cilddə hazırlanması nəzərdə tutulmuş akademik nəşri üçün də dəyərli mənbə olacaq.
Vurğulanıb ki, Əməkdar Elm Xadimi Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq elmi tarixində elə bir cığır açıb ki, bu, çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaq.
Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə və tədbirin iştirakçılarına təşəkkür edən MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirib ki, hər bir xalqın mədəniyyəti onun yazılı ədəbiyyatında özünü göstərir. Mükəmməl yazılı ədəbiyyatı olmayan xalqın mükəmməl mədəniyyəti və tarixi də yoxdur. Yazılı ədəbiyyatı olmayan xalqların dili də rəsmən qəbul edilmir. Bu baxımdan ədəbiyyatın, sözün qüdrəti əvəzedilməzdir.
Professor Nərgiz Paşayeva vurğulayıb ki, Mirzə Cəlil ədəbi məktəbinin davamçısı, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mir Cəlal Paşayevin zəngin ədəbi irsi böyük həqiqətlərin sonsuz səmimiyyətlə bədii təcəssümünə əsaslanır. O, təməli Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuş realist Azərbaycan ədəbiyyatının çox görkəmli, istedadlı və sevilən nümayəndələrindən biridir.
MDU-nun Bakı filialının rektoru diqqətə çatdırıb ki, təxminən əlli illik bədii yaradıcılığı dövründə Mir Cəlal öz oxucuları ilə həmişə səmimi və obyektiv söhbət aparıb, həyat materiallarını hər cür “kosmetik əməliyyatlardan” uzaq, bütün həqiqətləri, gözəllik və faciələri, sevincli və kədərli tərəfləri ilə canlandırmağı bacarıb. Buna görə də Mir Cəlalın sovet dövründə yazılmış əsərləri bu gün də maraq və məhəbbətlə qarşılanır, köhnəlmir və yəqin ki, heç vaxt da köhnəlməyəcək. Onların hər biri yazıldığı zamanın ictimai-siyasi və mənəvi-psixoloji səciyyəviliklərini dəqiqliklə, müfəssəlliklə təcəssüm etdirdiyindən öz tarixinin bədii abidəsi, yadigarı kimi əbədiyaşardır.
Həyatın hikmətini anlamaq və dünyanı dərk etmək üçün çoxlu kitab oxumağın vacibliyini söyləyən Nərgiz Paşayeva deyib ki, bu beş cilddəki əsərlər də oxuculara çox mətləblərdən xəbər verəcək. Uzun illərdən sonra bu əsərlərin ardıcıllıqla, vahid toplu halında işıq üzü görməsi əslində ədəbi hadisədir. Bu, təkcə Mir Cəlal müəllimin adı ilə bağlı deyil. Bu, həyata doğru gözlə baxmaq istəyən hər bir insan üçün gərəkli mənbədir.
Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı əvəzsiz xidmətlərindən söz açan MDU-nun Bakı filialının rektoru qeyd edib ki, o, cəfakeş bir alim kimi böyük zəhmət hesabına dəyərli elmi əsərlər yazıb. Böyük alimin fundamental tədqiqatlarının nəticəsi olan əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır və dəyərli mənbə kimi gənc tədqiqatçıların köməyinə çatır.
Professor Nərgiz Paşayeva vurğulayıb ki, əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib və millətinin övladlarına Azərbaycanın ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Nərgiz Paşayeva qeyd edib ki, Mir Cəlal kimi yazıçılar zamanı arxada qoyurlar, onu qabaqlayırlar. Çünki onlar heç bir ölçüyə sığmır, əqidələri naminə hər bir çətinliyə sinə gərirlər. Bu cəhətdən belə qələm adamlarının yaratdığı ədəbiyyat əsl həyat kitabına çevrilir.
Professor Nərgiz Paşayeva qeyd edib ki, Mir Cəlal Şərq ədəbiyyatını nə qədər dərindən bilirdisə, Qərb mədəniyyətinə, incəsənətinə də bir o qədər bələd idi. Ona görə də yazdıqları ilə könülləri fəth edirdi. Onun həyat tərzində, davranışında, insanlara münasibətində ümumbəşərilik özünü göstərirdi. Mir Cəlal Paşayevin yazdığı əsərlər sayəsində qazandığı sevgi əbədidir, əlçatmazdır və heç bir fəxri adla, titulla ölçüyə gəlməz.
Mir Cəlal Paşayevin Mirzə Cəlili bir ədib kimi daha çox sevdiyini söyləyən Nərgiz Paşayeva vurğulayıb ki, bunun səbəbini illər ötdükdən sonra anladım. Başa düşdüm ki, o, Mirzə Cəlili cəsarətinə, hünərinə, sözün düzünü dediyinə və yazdığına görə sevirmiş.
MDU-nun Bakı filialının rektoru diqqətə çatdırıb ki, hər bir xalqın bədii ədəbiyyatı onun taleyini və tarixini tam dəqiqliyi və müfəssəlliyi ilə özündə təcəssüm etdirən bədii abidələrdən ibarətdir. Bütün varlığı ilə xalqına bağlı olan Mir Cəlalın da yaradıcılığında xalqımızın təxminən yarıməsrlik tarixinin müxtəlif mərhələlərindəki ictimai-iqtisadi və mənəvi-psixoloji vəziyyəti, taleyi zəngin həyati faktlar, vüsətli bədii təxəyyül hesabına məharətlə təcəssüm etdirilib.
Sonda Nərgiz Paşayeva kitabın həmtəsisçisi, müəllimi professor Təhsin Mütəllimova təşəkkür edib. Vurğulayıb ki, onun köməyi olmadan belə sanballı nəşrin hazırlanaraq oxuculara çatdırılması mümkünsüz olardı.
Təqdimat mərasimində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov Mir Cəlal Paşayevin bolqar dilində çap edilmiş “Söyüd kölgəsi” hekayəsinin nüsxəsini Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə və professor Nərgiz Paşayevaya təqdim edib.
Vurğulanıb ki, Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin beşcildliyi artıq türkdilli ölkələrin mərkəzi kitabxanalarına göndərilib.
Sonda tədbir iştirakçıları “Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayev” mövzusunda kitab sərgisi ilə tanış olublar.

 
  • Oxunub:  36180  |  
  • Tarix:  01-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23