Ana səhifə »  Ədəbiyyat »  Bədii və nəzəri fikrin vəhdəti
A+   Yenilə  A-
Bədii və nəzəri fikrin vəhdəti

Poeziya tənqidi ədəbi tənqidimizin sürətlə dəyişməyən, çətinliklə yenilənən istiqamətlərindən biridir. Bu sahədə yeni, xüsusən də uğurlu bir əsər meydana gələn kimi dərhal diqqəti cəlb edir. Məhz buna görə də ədəbiyyatşünas alim və tənqidçi Yaşar Qasımbəylinin istedadlı qələm sahibi Rəşad Məcidin poeziyası haqqındakı estetik düşüncələrini maraqla oxudum. Tənqidçi həmkarımın özünəməxsus qeydlərini oxuya-oxuya mən Rəşadı özüm üçün təzədən kəşf etdim. “Kəşf etdim” ifadəsinə xüsusi vurğu vermək istəyirəm. Çünki Rəşad Məcid ədəbi-mədəni mühitimizin mərkəzində duran, kifayət qədər tanınan və sayılıb-seçilən bir ədəbi simadır. Zatən onun ayrıca və geniş bir təqdimata ehtiyacı da yoxdur. Amma Yaşar Qasımbəylinin səmimi və özəl münasibəti qeyri-ixtiyari olaraq sizin də düşüncənizə təsir edir- yanaşmanız üfüqlərini genişləndirir. Məsələ bundadır ki, biz Rəşad Məcidi, əsasən, nasir, publisist, mütərcim, ədəbi həyatımızın istedadlı təşkilatçılarından biri, eyni zamanda, təbii ki, məşhur qəzetimizin baş redaktoru kimi daha çox tanımış və sevmişik. Etiraf edək ki, onun bütün yaradıcılığını, xüsusən, poetik istedadını yetərincə dəyərləndirməmişik. Şair Rəşad Məcid hamımızın - xüsusən, ədəbi tənqidin nəzər-diqqətindən bir qədər kənarda qalmış, hərəkətdəki estetikanın son onilliklərdə xeyli zəifləmiş nəzərləri bu istiqmətə, ədib yaradıcılığının bu sahəsinə az yönəlmişdir. Məni sevindirən odur ki, tənqidçi dostum hal-hazırkı ədəbi mühitimizdə geniş yayılmış, daha çox məlum və məşhur problemlərə müraciət sindromuna qalib gələrək, elmi düşüncənin işığını Rəşad dünyasının məhz bu guşəsinə yönəldə bilmişdir.
Həqiqətən, Rəşad Məcidin ötən yüzilin sonlarında - 90-cı illərin əvvəllərində nəşr olunmuş “Hələ ki vaxt var” (1993) kitabı uğurlu və parlaq bir poetik talenin başlanmasından xəbər verirdi. O, poeziyamızın növbəti nəslinə - 80-ci illər pleyadasına mənsub istedadlı bir şair kimi formalaşırdı. Amma o dövrdə baş verən və dünyanı dəyişən qlobal hadisələr bir çox ölkələrin, xalqların, nəsillərin müqəddəratını alt-üst etdiyi kimi, mədəniyyətlərin, ədəbiyyatların, bir çox peşə və sənət növlərinin taleyinə də güclü təsir göstərdi, axarını başqa səmtə yönəltdi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində, dünyanın sonuncu və ən böyük imperiyası SSRİ dağılandan sonra xaos və mənasız mübarizələr burulğanına düşən postsovet məkanında, ümumən, insanın mahiyyəti və sivil həyatı, mədəni fəaliyyəti sual altında idi. Həmin zamanların tragik pafosunu və fəlsəfi mahiyyətini ümumiləşdirərək, bütün baş verənləri çox uğurlu poetik biçimdə Xalq yazıçısı, böyük sənətkar və vətəndaş İsmayıl Şıxlı dəqiq və sərrast ifadə etmişdi: “Ölən dünyam”. O böyük dünyanın ölümü həyatın bütün sahələrində, minlərlə, milyonlarla insanların ömür və tale yollarında əks edirdi - əks-səda verirdi. İldırım sürəti ilə keçmişə yuvarlanan, tarixə çevrilən, bir də geriyə dönməsi mümkün olmayan o gedən dünya özü ilə birgə - özünməxus amansızlıqla, acgözlüklə hər şeyi - yaratdıqlarını, qurduqlarını, verdiklərini, bütün nişan və izlərini də acıqla çəkib, qəzəblə sürüyüb aparırdı. Sanki yad və yadelli bir nifrətlə, qəzəblə bizi ibtidai bir başlanğıcda, qeyri-mədəni və qeyri-insani bir durumda qoyub-getmək istəyirdi. Belə bir acınacaqlı keçid mühitində bütün postsovet respublikaları insanlığın mövcud olmaq üçün, elmin, ədəbiyyatın və sənətin yaşamaq üçün ölüm-dirim mübarizəsi apardığı, hər şeyi xaosun idarə etdiyi dəhşətli bir meydana çevrilmişdi.
İnsanlıq tarixinin və talenin görünməmiş sınaqlarından mədəniyyətimiz böyük və ağır itkilər verərək çıxdı. Elm və mədəniyyətin bütün sahələri misilsiz zərərlər və çox ağır zərbələrlə qarşılaşdı. Ədəbiyyatın itkiləri də çox böyük və hədsiz idi. Yaxın tariximizin bu amansız dönüşü və sınaqları ədəbi nəsillərin taleyində də silinməz izlər qoydu. Altmışıncılar da, yetmişincilər də zamanın maddi, mənəvi və siyasi sınaqlarına, təzyiqlərinə müqavimət göstərərək öz müvazinətini saxlamağa çalışırdı. O illərdəki fədakar və inadkar fəaliyyətinə görə biz söz sənətimizin çağdaş ustadlarına minnətdar olmalıyıq. Amma o vaxt ən gənc ədəbi nəsil - səksənincilər həyatın onları üz-üzə qoyduğu hamletanə suallara cavab tapmaqda çətinlik çəkirdilər. Gənc qələm sahibləri həyatın amansız iztirablarına qalib gələ bilməzdilər. Məhz elə bu səbəbdən də o dəhşətli təzyiqlər nəslin poetik taleyini ciddi surətdə dəyişdi. Onların arasından çox az qələm sahibləri ədəbi-siyasi uçurumlardan adlayaraq növbəti mərhələyə qədəm qoya bildi. Səksənincilərin əksəriyyətinin isə ədəbi taleyi uğurla inkişaf etmədi. Zamanın şaxtasında solmuş poetik idealları diriltmək və dirçəltmək üçün isə sənət meydanına doxsanıncılar tələsirdi. Tənqidçi bu mürəkkəb və təzadlarla dolu prosesi obyektiv təhlil etməyə çalışır. Yaşar yazır: “Gənc qələm sahibinin özünün ilk şeir toplusuna son söz yazmasını da anlamaq asan deyil. Onun bu hədsiz dərəcədə ağır itkini müdrikanə dərki və fəlsəfi izahı da adamı heyran qoyur. Sanki müəllif yalnız özünün yox, bütövlükdə mənsub olduğu nəslin, ədəbi zamandaşlarının, küll halında milli poeziyamızın Zamanla əlbəyaxa vuruşmasındakı acı məğlubiyyətinin səbəblərini açıqlayır: “...Şairin özü isə həmin amansız illərin isti iztirabları və həyəcanlı yaşantılarının diktəsi ilə belə düşünürdü. Rəşad yazırdı: “Amma bizim bəxtimizə məhz başqa həyat, dövr qismət oldu. Nəhəng bir dövlətin parçalanmasının şahidi olduq. Harmoniya pozuldu, ölçülər itdi. Və cəmiyyətimizdəki indiki qarışıqlığın səbəblərindən biri də, məncə, bu harmoniyanın pozulmasıdır. Hesablanan ölçülər, planlar darmadağın dağıldı. Və bizə ara-sıra nağıl kimi ağlımıza gətirdiyimiz bir xəyalın gerçəkləşməsi qismət oldu, biz müstəqil Azərbaycan dövlətinin vətəndaşları olduq”...
Rəşad Məcidin ilk kitabı müəllifinin yaşadığı iztirabları təbii surətdə əks etdirir. Hətta deyərdim ki, bu toplunun hər səhifəsi gənc qəlbin iztirabları ilə yoğrulmuşdur. Və 80-ci illərdə yaranmış o şeirlərdəki kövrək arzularda, ürkək istəklərdə Vətənin həsrətləri, elimizin, yurdumuzun başına gələcək müsibətlərin nəfəsi hiss olunmaqdadır. Gənc qəlbin poetik arzularını və şeir iztirablarını da bu sıraya əlavə etsək, Rəşad dünyasının ilk lirik panoramını təxminən təsəvvür etmiş olarıq. Müəllif araşdırdığı şairin yaradıcılığına düzgün və obyektiv yanaşa bildiyinə görə, zamanın Rəşad Məcidin ilk lirikasındakı izlərini görə və göstərə bilmişdir: “Rəşad Məcidin unudulmaz poeziya taleyi... Bir şairin nisgilli tarixi. Hər bir yaradıcı şəxsiyyətin araya-ərsəyə gəlməsi, tamam-kamal formalaşması özünəməxsus bir tarixdir. Yaradıcılıq bioqrafiyasının bütün mərhələləri isə insan və cəmiyyət münasibətlərinin, sosial həyatın eniş-yoxuşları, döngələri ilə sıx surətdə bağlıdır. Söz sənətinə sırf sosioloji yanaşma nə qədər zərərlidirsə - ədəbiyyata qeyri-ictimai baxış, bədii hadisə və prosesləri cəmiyyətlə əlaqəsiz şəkildə izah etmək də bir o qədər yanlışdır. Həyatın gedişatı ən zərif və ilkin duyğuların nüvəsinə qədər nüfuz etməyə qadirdir. Ədəbi-tarixi təcrübədən məlumdur ki, lirika da ictimai həyat burulğanlarından kənarda qala bilmir. Dünyanın ən həssas və kövrək liriki Məhəmməd Füzulinin misralarında zamanının acı və amansız reallıqları əks etmişdir. Bu mənada cəsarətlə söyləmək olar ki, dahi Füzuli öz lirikasında zamandaşı olan tarixçi və salnaməçilərdən həqiqətə daha çox sadiqdir”.
Alim bu fəlsəfi və analitik düşüncələrini davam etdirərək söz sənətinin mahiyyətinə daha dərindən nüfuz edir, bütün əsrləri şöhrətləndirən sənətkar və zaman konfliktinin genezisi və estetik mənşəyi barəsində ciddi mülahizələr irəli sürür: “Elə bu səbəbdən də sənətkar və zaman konflikti qaçılmaz hesab olunur. Xüsusən, lirik istedadın Zamanla mübarizəsi amansız keçir; bu qarşıdurmadan çox vaxt qanlı izlər qalır. Lirikanın insan faciələrinə dözməsi, həyatın ağırlığını öz zərif çiyinlərində daşıması, zamanın təzyiqlərinə sinə gərməsi hədsiz iztirablı, ağrılı prosesdir. Bu cür gərgin mücadilədə zaman axıra qədər səbrli və təmkinli ola bilmir; ictimai xaosun və ədalətsiz gerçəkliyin rəmzi olan zaman “İdeal nizam”ın (Alekasandr Blok) səsi olan lirikanı əvvəl-axır məhv edir...”.
Yaşar ədəbi prosesi və ümumən, ədəbiyyat hadisələrini müqayisəli ədəbi-nəzəri müstəvidə, yaxın və uzaq ellərin bədii-estetik təcrübəsi kontekstində incələməyə, ümumiləşdirməyə üstünlük verir: “Bəzən isə lirikanın zamanla döyüşü gizli keçir. Bu təkbətək ölüm-dirim mübarizəsi fiziki ölümlə nəticələnməsə də, zaman əsas məqsədinə nail olur: Şair susur. Bu qansız ölüm qanlı izləri qalan ölümlərdən daha dəhşətlidir. Elə təkcə XX yüzildə Almaniyada, İtaliyada, İspaniyada, Rusiyada, bütün Sovet respublikalarında, ümumən, Avropa, Asiya və Latın Amerikasının bir çox məmləkətlərində hökmranlıq edən diktatura rejimləri dövründəki ədəbi-mənəvi həyatlar, sındırılmış, yarımçıq qalmış poetik talelər söylədiklərimizin real təsdiqidir”.
Yaşar Qasımbəylinin qələminə mənsub “İlk lirikanın cazibəsi” kitabında diqqəti çəkən mühüm xüsusiyyətlərdən biri də şair əsərlərinə yanaşmanın özəlliyidir. Bu cəhətdən kitab təzə və təravətli münasibətin ifadəsi təsiri bağışlayır. İndiyə kimi oxuduğumuz və tanış olduğumuz poeziya təhlillərindən fərqli olaraq özünəməxsus elmi-nəzəri məxrəcin və istinad nöqtəsinin şahidi oluruq. Məsələn, Yaşar yazır: “Rəşad Məcidin “Hələ ki vaxt var” adlandırdığı ilk toplusundakı emosional əsərlər, poetik tərcümeyi-halının lap ilkin dövrünə aid olan lirik nümunələrin əksəriyyəti özünün təravəti və cazibəsi ilə oxucunun ruhunu ovsunlayır. Bu şeirlərdə öncə diqqəti çəkən gənc şairin səmimi özünəinam hissləri, qürurlu poetik təhkiyəsidir. Müəllifin bədii oriyentasiyası, şairanə təxəyyülünün hədəf seçdiyi zirvələr də məhz böyük istedad sahiblərinin arzuladığı yüksəkliklər, ucalıqlar sırasındadır. Xüsusən “Məğrur qaya” şeirində ilkinlik nişanələri, başlanğıc əhval-ruhiyyəsi diqqəti çəkir. Əzəmətli, qüdrətli qaya gənc şairin ilhamını qanadlandırır”.
Müəllif “Məğrur qaya” şeirini özünəməxsus zövq-şövqlə təhlil edərək sanki bizim şeirə, sözə sevgimizi rövnəqləndirir:
Bu qayanın duruşundan əzəmət yağır.
Bu sahilin güvənc yeri, ümid yeridir.
Bu qayanın qarşısında dalğalar-fağır,
Yüz həmləni sinəsində ovub əridir.
Alim gənc şairin qələm təcrübələrinin bədii siqlətini açmaq və orijinallığını göstərmək üçün ədəbiyyatşünaslıqda az işlədilmiş və yetərincə öyrənilməmiş ilk lirika kontekstini seçir və ona əsaslanır. Haqlı olaraq bədii yaradıcılıqda ilk lirika fenomeninin həlledici əhəmiyyətə malik olduğunu qabardır. Rəşad Məcidin şeiriyyətini ilk lirika müstəvisinə çıxararaq nəzərdən keçirir. Gənc qələm sahibinin dəst-xəttini, ümumi və xüsusi keyfiyyətlərini təyin etməyə nail olur. Tənqidçi yazır: “Məğrur qaya” şeirində özünütəsdiq pafosu bərq vurur. Şeirin hər bir sətri nikbin ədəbi xəyallar ağuşunda çırpınır. Gələcək dramatik şair taleyindən burada hələ əsər-əlamət yoxdur...
Nəzərdən keçirdiyimiz şeir gənclik ilhamının gözəl və təbii nümunəsi kimi yaddaşımıza naxışlanır. Öncə qeyd etməliyik ki, şeirdə lirik mövzu və surətin seçimi son dərəcə uğurlu alınmışdır. Ümumən, böyük rus şairlərinin, dünya poeziyası korifeylərinin ilk lirikasına nəzər salsaq, görərik ki, həmişə başlanğıc qələm təcrübələrində müəyyən spesifik surətlər, romantik mövzular üstünlük, qəribə bir ardıcıllıq təşkil edir”.
Təhlil prosesində ilk lirikanın özünəməxsus estetik səciyyəsi, bədii əlamət və xüsusiyyətləri barəsində irəli sürülən tezislər də məntiqli və ağlabatandır: “Əzəmətli dağlar, başı buludlara dəyən zirvələr, nəhəng qayalar, zülmətləri qovan günəş, göylərə yüksələn çinarlar, qartal, şahin, təkrarolunmaz mənzərələr, göz oxşayan gözəlliklər, xülləs, yerin, göyün munis heyrət anları... bütün bunlar poetik gəncliyin bədii maraq və seçim dairəsinə daha çox mənsubdur. “Məğrur qaya”nın təbii və normal gənclik şeiri olduğunu vurğulayarkən biz məhz bunları nəzərdə tuturuq. Təkcə möhtəşəm və məğrur lirik obraz deyil, eyni zamanda, ona qarşı duran güc rəmzləri də bizim yanaşmamızı təsdiq edir. Beləliklə, aydın olur ki, şeirin bircə yazılma tarixi deyil, həm də və ən əsası lirik struktur, lirik konfliktin qütblərini formalaşdıran simvolik obrazlar da poetik gəncliyə mənsubiyyəti şərtləndirir”.
Alimin poeziya mətnlərinin təhlilində orijinal yollardan getməyə çalışması, xüsusən, ilk lirika poetik formulunu müvəffəqiyyətlə müxtəlif müəlliflərin yaradıcılığına tətbiq edə bilməsi səmərəli nəticə verir. Səməd Vurğun, Rəsul Rza, Maqsud Şeyxzadə, Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Nəriman Həsənzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Akif Azalp və başqa görkəmli sənətkarların əsərlərini nəzərdən keçirərkən Yaşar Qasımbəyli ilk lirika fenomenini öz araşdırmalarının leytmotivinə uğurla çevirə bilib. Rəşad Məcidin poeziyasına münasibətdə də bu baxış bucağı tənqidçiyə sərbəst mühakimə yürütmək imkanı qazandırıb ki, bu da şairin poetik həqiqətini hərtərəfli şəkildə əhatə etməyə imkan verir.
Rəşad Məcidin bir sıra şeirlərinin təhlili isə məndə xüsusi və xoş bir təəssürat yaratdı. Məsələn, Yaşar Qasımbəyli aşağıdakı şeirin poetik gözəlliyini həssaslıqla kəşf edə bilib: “Poetik gəncliyin ifadə manerası həmişə təzəliyi və təravətliliyi ilə diqqəti çəkir. Rəşad Məcidin ilk lirikası da gözəl və gözlənilməz surətlərlə zəngindir. Onun şeirlərində vəsf olunan həyat və təbiət lövhələri həm lirik mündəricəsinə, həm də bədii biçiminə görə yadda qalandır. “Yollar” şeirinin məna tutumunu, qəlbimizdə oyatdığı təəssüratı bir-birindən nəfis, zərif lirik surətlərsiz təsəvvür etmək mümkün deyil”.
Həqiqətən, “Yollar” şeiri Rəşad Məcid poeziyasının gözəl və nəfis nümunələrindən biridir. Bu şeirdə gənc poetik nəzər, həyata şairanə baxış sənətkarlıqla ifadə olunub:
Dərədə çən, düzdə günəş,
Zirvədə dumandı yollar.
Bir kədərdən yaralanıb,
Min sevinc umandı yollar.
Kədər yükü ağır olar,
Kədərli yol fağır olar,
Doğulanda cığır olar,
Öləndə çəməndi yollar.
Mənə elə gəlir ki, bu gözəl şeirin ədəbi-tənqidi təhlili və dəyərləndirilməsi də şeirin özü ilə həmahənglik təşkil edir: “Səkkiz misralıq şeirdə müəllif azı səkkiz istiarə işlətmişdir; yollar çənə, günəşə, dumana, canlı varlıqlara - kədərdən yaralanana, sevinc umana, kədər yükü çəkənə oxşadılır. Qəm-kədərdən üzülüb, fağırlaşan yol, cığır təki doğulanda sevinən, çəmənə çevrilib ölən yol... kimi məna çalarları göy qurşağını andıran lirik-assosiativ surətlər gözlərimiz önündə canlandırılır”.
Y.Qasımbəylinin ədəbiyyata baxışında, elmi təhlil manerasında bədii kəşflərə və yeniliklərə sonsuz bir maraq, sanki mənəvi-estetik bir təşnəlik duyulur. Düşünürəm ki, onun poetik gəncliyə və ya gənclərin poeziyasına bu gün də azalmayan, əksinə, artan marağının səbəbi məhz budur. Çünki ədəbi gəncliyin yaradıcılığı bədii yenilik və kəşflərlə daha zəngin olur. Əsl alimin ədəbi-tənqidi təxəyyülünə və özünəməxsus estetik düşüncələrinə başlanğıc ədəbi yaradıcılıq nümunələri daha çox və geniş meydan verir. Məhz elə bu səbəbdən Yaşarın təhlil və təlqinində “Aylı dağlar” şeirinin estetik uğur kimi qiymətləndirilməsi də mənə xoş gəldi. Bu şeir də, həqiqətən, gənclik eşqi və ehtirası ilə yazılıb. Gənclik ovqatı və ruhu bu şeirin hər bir misrasına, hər sözünə hopub:
Bu dağlarda ay işığı -
Çəməni bürüyən şehdir,
Bir ahıl saçında zehdir.
Bu dağlar ay işığında
Nəsildən-nəsilə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.
Müəllifin təhkiyəsində isə şairin və tənqidçinin zərif və nəfis poetik sözə münasibəti sanki bir-birini tamamlayır: “Rəşadın “Aylı dağlar” şeiri də təsirli və orijinaldır. Səkkiz misrada sıralanan istiarələrin düzümü şairanə nəzərin incəliyini və zərifliyini əks etdirir. Dağların ay işığındakı romantik görüntüləri şair təxəyyülündə cazibəli poetik obrazlara çevrilir, dağları sanki oxşayan ay işığını çəmənzarda işıldayan şehə, daha sonra müdrik, dərin xəyallara qərq olmuş bir qocanın saçlarındakı ağ yola - zehə bənzədir. Ay işığında ağaran dağlar gənc qələm sahibinə gələcəyə yön almış böyük yelkənli gəmini xatırladır. Həm də bu adi gəmi deyil, nəsillər arasında ünsiyyət və mənəvi birlik yaradan, onları yadlaşmağa, genetik köklərini unutmağa qoymayan sehrli bir gəmidir, milli-bədii pafosa malik canlı rəmzdir. Burada dağların ənənələrimiz və mənəvi dəyərlərimizlə bağlılığının təkidlənməsini müəyyən mənada qədim lirik ənənələrlə uzlaşma kimi də qiymətləndirmək olar. Amma sonrakı sətirlər müəllifin yenə ənənə sərhədləri daxilində qalmaq istəmədiyini əyani şəkildə göstərir. Lirik duyğular axınının zirvəsi sonuncu təşbehlə bağlıdır. Sələflərin müdrik qoca kimi təsvir etdikləri məşhur obrazın tamamilə yeni yozumu və lirik-situativ təqdimi ilə üz-üzə gəlirik. Gənc şair cəsarətlə ay işığında hədsiz dərəcədə səmaviləşən, daha da məsumlaşan dağları uşağa, özü də üzü-gözü südə bulaşmış körpəyə oxşadır. Bu son dərəcə emosional, könülləri ehtizaza gətirən bir bədii müqayisədir, Rəşadın bədii kəşfidir”.
“İlk lirikanın cazibəsi” kitabındakı fəsillərin: “Şeiriyyət heyrətin surətidir”, “Bir qəlbin sevgi və iztirabları”, “Vətənin poeziyası və poeziyanın Vətəni” və s. hər birində qarşıya qoyulan problemin müəyyən cəhətləri öz əksini tapıb. Əgər “Şeiriyyət heyrətin surətidir” adlı ilk fəsildə bədii istedadın doğuluşu və poetik gəncliyin estetik təbiətindən bəhs edilirsə, “Bir qəlbin sevgi və iztirabları” fəslində isə bədii istedadın həyat və ədəbi mühitlə münasibətindən, gənc şair qəlbinin kəskin təzadlarından və amansız iztirablarından söz açılır. Xüsusən, bu fəsildə “Göy üzü”, “21 yaşımla söhbət” və s. şeirlər geniş ədəbi-fəlsəfi təhlilə cəlb edilir.
Fikrimcə, “21 yaşımla söhbət” şeiri təkcə R.Məcid yaradıcılığının deyil, ümumən, müasir poeziyamızın yaddaqalan nümunələrindən biridir. Bu şeirin mövzusu və lirik mündəricəsi də son dərəcə orijinaldır. Bədii istedadın təbiəti və taleyi haqqında bu şeirdə bildirilən fikirlərə, demək olar ki, əvvəlki və çağdaş poetik proseslərin heç birində rast gəlinməyib. Fəqət bircə istisna mövcuddur: Ustad Məmməd Arazın məşhur “Bir axşamın balladası” şeiri. Təsadüfi deyil ki, Rəşad Məcid də həmin şeirdəki məşhur misranı öz şeirinə epiqraf götürüb: “İlahi qəlbimə bir sevgi göndər”.
Kitabda “21 yaşımla söhbət” şeirinin geniş təhlil olunmasını və tənqidçinin öz analitik düşüncələri əsnasında gəldiyi elmi nəticələri mən də təqdir edirəm: “Demək, bir gəncin qəlbində şeir odunun yaranması, yaşaması və nə vaxtsa sönməsi mümkündür. İlham odunun doğulması, ilham işığının insan qəlbində yanması necə fərəhbəxş, necə ləzzətlidirsə, onun soyuması və sönməsi də bir o qədər ələmli və əzablıdır. Lirik şair ovqatının itirilməsi və ya əbədiyyən ölməsi onun daşıyıcısı üçün əsl faciədir”.
Aşağıdakı mülahizələri isə ədəbiyyatşünaslığımızda söz sənətinin təbiəti və psixologiyası haqqında söylənmiş təzə söz kimi dəyərləndirirəm: “Hədsiz heyrətamiz və təəccüblüdür ki, Rəşad Məcidin ilk lirikasında bu narahatçılığın və nigarançılığın iztirabları ilə üz-üzə gəlirik. Bu mənada Rəşad Azərbaycan poeziyası tarixində bənzərsiz və təkrarsız bir poetik taleyin sahibidir. Heç bir gənc şairin aşağıdakı misraları nəinki yazmağa, hətta düşünməyə və təsəvvür etməyə belə səmimiyyəti və cəsarəti çatmazdı...”.
21 yaşımın ayrılıq günü,
Qoyma öləziyim, qoyma ki, sönüm!
Ümumən, bu şeiri də, onun haqqında söylənən ədəbi-tənqidi mülahizələri də çağdaş estetik düşüncəmiz üçün yenilik hesab etmək olar. Etiraf etməliyik ki, bizdə bədii istedadın və söz sənətinin təbiəti, mahiyyəti haqqında çox az yazılıb. Əlimizdə olan materiallar, mənbələr isə Şərq və Qərb klassiklərinin məlum və məşhur fikirlərindən ibarətdir. Bu mənada gənc şairimizin bu cür ciddi nəzəri-estetik məsələlərdən bəhs etməsi diqqətəlayiqdir. Və bu şeirdən çıxarılan elmi xülasələri də mən bəyənirəm. Çünki sözün düzü, bir çoxları şairliyin insan həyatında müəyyən bir dövrlə və ya mərhələ ilə bağlı olduğunu təsəvvür belə etmir. Şairlik - əbədi bir əhval-ruhiyyə ola bilməz. Bunu ilk dəfə Rəşad cəsarətlə etiraf edir. Tənqidçi isə şairin səmimi etirafını elmi cəhətdən doğru və düzgün əsaslandırır: “21 yaşımla söhbət” özünəməxsus bir fəlsəfi şeirdir. Burada adi bir adam taleyindən çox, xüsusi istedada malik insan mahiyyətindən söhbət gedir. Daha doğrusu, bu istedadla insan arasındakı mürəkkəb münasibət təhlil edilir. Bu şeiri oxuyarkən bir sıra ciddi suallar önündə düşünməli olursan; şairlik istedadı doğma, anadangəlmə bir keyfiyyətdirmi? Şair doğulan şəxsdə bu qabiliyyət ömrünün axırına qədər davam edirmi və ya davam etməlidirmi? Həyatının yeniyetməlik və ya ilk gənclik çağlarında yazmaq-yaratmaq istəyini, yəni istedadını hiss edən insan günlərin bir günü özünün artıq şair olmadığını, ilahi, ilhami duyğular qəlbini tərk etdiyini söyləyə bilərmi və ya söyləməlidirmi? Gənc qələm sahibinin mürəkkəb yaradıcılıq proseslərini anlamağa çalışması, şeir ovqatının sirlərini duyması, ilhamlı və ilhamsız sənətin sərhədlərini seçməyə can atması olduqca güvəncverici və sevindiricidir”.
Bu kitab haqqında mülahizələrimi ümumiləşdirərkən onu da qeyd etməliyəm ki, sənətkar yaradıcılığının başlanğıc dövrü, xüsusən erkən bədii yaradıcılığın poetikası bir tənqidçi və ədəbiyyatşünas kimi Yaşar Qasımbəylinin elmi fəaliyyətində mühüm yer tutur. Onun XX əsr poeziyasının Səməd Vurğun, Aybək, Mikayıl Müşfiq, Osman Nasir, Rəsul Rza, Maqsud Şeyxzadə və başqa klassikləri haqqındakı əsərləri fikrimi təsdiq edir. Eyni zamanda, altmışıncıların erkən poeziyasını mühüm bir elmi problem kimi dərindən tədqiq edən alimlərdən biri də Y.Qasımbəylidir. Mən, yeri gəlmişkən, tənqidçinin ilk lirika probleminə həsr etdiyi bir sıra tənqidi-estetik işlərini burada xatırlatmağı məqsədəuyğun sayıram. Xüsusən, onun altmışıncıların ilk lirikası barəsindəki silsilə ədəbi-tənqidi əsərlərini vurğulamaq istəyirəm. Alimin “Erkən Əli Kərim”, “Gənc Məmmədin Araz dərdi, Söz dərdi”, “Yenilməz Xəlil Rza”, “Böyük şairin və yeni ədəbi epoxanın oğlu”, “Gənc Fikrət Qoca”, “Bir yağışlı nəğmənin tərcümeyi-halı” və başqa hal-hazırkı elmi-estetik normativlərə sığmayan əsərləri bu cəhətdən diqqətəlayiqdir. “İlk lirikanın cazibəsi” kitabı da məhz bu yöndəki tədqiqatlar ruhunda düşünülmüş və yazılmışdır.
Rəşad Məcidin poetik dünyasını uğurla açan və bizim üçün yenidən kəşf edən “İlk lirikanın cazibəsi” kitabından aldığım təəssüratları və yuxarıdakı düşüncələrimi ümumiləşdirərək, sözümün əvvəlində qeyd etdiyim mülahizəni vurğulamağı vacib sayıram. Rəşad Məcidin cəsarətli və vətənpərvər şəxsiyyət, istedadlı jurnalist, orijinal dəst-xəttə malik nasir, parlaq üslublu publisist olduğunu çoxumuz yaxşı bilirdik. Amma indi bir həqiqəti də dərindən və ürəkdən hiss edirik: Rəşad Məcid həm də incə qəlbli və gözəl şairdir... Bu isə, şübhəsiz, həm bədii, həm də estetik fikrimizin uğuru deməkdir.
Nizaməddin Şəmsizadə
filologiya elmləri doktoru,
professor, Azərbaycan Dövlət
Mükafatı laureatı

 
  • Oxunub:  44130  |  
  • Tarix:  15-08-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
14:02
16 Yanvar
Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır
14:01
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb
12:49
16 Yanvar
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
12:31
16 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
12:26
16 Yanvar
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12:13
16 Yanvar
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
11:49
16 Yanvar
Beynəlxalq Əmək Təşkilatı “Əməyin gələcəyi” mövzusunda qlobal hesabatını ilk dəfə Bakıda təqdim edəcək
11:29
16 Yanvar
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
11:23
16 Yanvar
Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib
11:12
16 Yanvar
Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb
10:52
16 Yanvar
Avropa Qaz Konfransında Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
10:40
16 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:20
16 Yanvar
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
10:19
16 Yanvar
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
10:18
16 Yanvar
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib
10:15
16 Yanvar
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir
14:19
15 Yanvar
BP: “Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib
14:03
15 Yanvar
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:59
15 Yanvar
Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək
13:54
15 Yanvar
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb
13:49
15 Yanvar
Bakı Slavyan Universitetində qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub
13:46
15 Yanvar
Azərbaycan Texniki Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər
12:36
15 Yanvar
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
11:40
15 Yanvar
Hikmət Babaoğlu: Struktur islahatları yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək
11:28
15 Yanvar
Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
11:24
15 Yanvar
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120 milyon manatlıq maddi ziyanın 87 milyon manatı ödətdirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +15
gecə+4 +7