Ana səhifə »  Ədəbiyyat »  Gəncədə görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 107-ci ildönümü qeyd edilib
A+   Yenilə  A-
Gəncədə görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 107-ci ildönümü qeyd edilib

Görkəmli ədib, yazıçı və alim Mir Cəlal Paşayevin anadan olmasının 107-ci ildönümü Gəncədə təntənə ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, ədibin ev muzeyində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edib. O bildirib ki, hər il yazıçının anım tədbirinin keçirilməsi gəncəlilərin bu görkəmli şəxsiyyətə olan məhəbbətindən irəli gəlir. Onun təkcə “Bir gəncin manifesti” əsəri kifayətdir ki, klassiklər arasında özünə layiqli yer tuta bilsin. İllər keçsə də, Mir Cəlal Paşayev insanların qəlbində görkəmli nasir, ədəbiyyatşünas alim, mehriban ailə başçısı, xeyirxah və nəcib insan kimi daim yaşayacaqdır.
Mərasimdə iştirak edən Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyev ömrünün ən gözəl çağlarını Gəncədə keçirən, ən gözəl əsərlərini burada ərsəyə gətirən görkəmli yazıçı və alimin həyatının müxtəlif anlarından epizodlar danışdıqdan sonra Gəncə Dövlət Kamera Orkestrinin ifasında musiqi səsləndirilib.

 
  • Oxunub:  52860  |  
  • Tarix:  25-04-2015  |  
  •    Çap et   |