Ana səhifə »  Ədəbiyyat »  Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı nəşr olunub
A+   Yenilə  A-
Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı nəşr olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - gənc Azərbaycan şairi Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabı işıq üzü görüb.
Kitaba toplanan şeirlərin sətri tərcüməsinin müəllifi Zahid Məmmədov, bədii tərcüməsinin müəllifi Afaq Məsuddur. Nəşrin redaktoru Yaşar Əliyev, bədii tərtibatçısı Aqil Əmrahovdur.
“Dünya yuxutək əriyir...” kitabı Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk şeirlər toplusudur. Kitab Afaq Məsudun şairin yaradıcılığı barədə fikirlərini bölüşdüyü “Buludlardan yuxarı” essesi ilə başlayır.
“Buludlardan yuxarı”
Oxuculara təqdim olunan bu şeirlər toplusu ədəbi mühitimizə “Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub” və digər bu kimi təsirli şeirləri ilə qədəm qoymuş gənc, istedadlı şair Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk kitabıdır. İlk qələm sınaqlarından başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən, ağrıları, sevgiləri, havanın hərarətini, yağışın, çiskinin, çiçəyin qoxusunu həmişəyaşıl bitkitək özündə saxlamağı bacaran bu şeirlər artıq neçə illərdən bəridir ki, geniş, intellektual oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb.
Bu kitabı şairin bəzən parlaq günəşli yaşıl düzənliklərlə, bəzən isə ildırım və şimşək çaxıntıları dolu sıldırımlı, qasırğalı yollarla irəlilədiyi yaradıcılıq xəritəsi adlandırmaq olar. Bir qədər də yaxınlaşsaq, bu şeirlərin Yer üzünə sanki buludların yuxarısından qanadlarla enmiş məsum mələyin yadlıq və qəriblikdə keçən həyat mənzərələri - mənasını, məntiqini heç cür anlaya bilmədiyi “həqiqətlərdən” üzülüb nazilmiş ruhuyla bu dünyanın darısqallıqlarından, bəzən çıxış nöqtəsi, nəfəsliyi olmayan kip çərçivələrindən sivrilib gah üzüyuxarı - məchul ənginliklərə, gah da qəfil həyat yanğısıyla üzüaşağı - Yerə şığıyan mələk uçuşları olduğunu anlayarıq...
Burada müəllifin ən böyük uğuru və qələbəsi, İlahi ərazilərdə baş verən bütün hadisələri - ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın havasında, həmin təsirdə saxlamaq və kağıza köçürmək qabiliyyətidir. Bu şeirlər anlaşılmaz, dərkedilməz, dirildici bir enerji daşıyıcılığına malikdir. Burada sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən İlahi gözəlliklərinə vurğunluq kimi, qüssə də, kədər də, tənhalıq və çıxılmazlıqlar da şəfqətverici və oyandırıcıdır. Ən başlıcası isə bütün bu yaşananların öz həqiqəti və sevgisi ilə dünyanın, onun insanlar tərəfindən quraşdırılmış dayaqsız, məntiqsiz Məntiqinin üzərində, fövqündə qələbə çalmasıdır.
* * *
Dünyanın ən gizli, ən mübhəm həqiqətlərini açmağa tələsən Mələyin burada, insanlarla dolu bu Yer üzündə qaranlıq, sakit gecələrdən, küləkdən, buluddan, Günəşdən və Aydan savayı heç kimi yoxdur. Köməyinə yetməyən Aylı gecələr, göz yaşı tökən yağışlar, dəli küləklər, fikir və duyğu ilğımında əriyib itən günlər, aylar, fəsillər... Dostlar, tanış üzlər... dayağı, əsası, mütləq həqiqəti olmayan görüntülər... Zaman-zaman biri o birini inkar edən amansız ilğım sayrışmaları...
Mələk bu qarmaqarışıq aləmdə təkdir. Amma o, təslim olmur - zülmət gecələrin qaranlıqlarında azan pərvanətək işıq işartısı sezdiyi pəncərə şüşələrinə çırpılmaqdan usanmır.
Mələk belə yaşayır. Özünü və dünyanı ağrı-əzablardan xilas etmək eşqiylə mənası qaranlıq mətləblərə, izahı olmayan sirlərə çırpıla-çırpıla, qanadlarının zərif tozunu dörd bir yana səpib itirə-itirə, cavabsız suallar içində azıb üzülə-üzülə...
Şüur və düşüncənin dərk etmək iqtidarında olmadığı, hansısa toxunulmaz, ali ərazilərdə yaşanan bu ağrı, nisgil, insan nisgili və ağrıları qəbilindən olmayan, nə iləsə yağışın, daşqının, zəlzələnin halını, bəzən tənha, lal gecələrin tanış, çıxılmaz sakitliyini andıran, tamamilə fərqli ağrı, fərqli nisgildir. İlahi Sevgidən və Mərhəmətdən bədirlənmiş bu aləmi islanmadan, üşümədən, titrətmədən tərk etmək, oralardan sakitcə uzaqlaşmaq olmur.

Yenə yara vuruldu,
Ruhum soluxdu gültək.
Qırıq misralarımın
İçindən düşdü ürək...

Ürəyim qaya kimi
Çırpıldı uçurumlara.
Sən ruhuma rəhm elə,
İlahi, qaçım hara?

Çırpınır yazıq ruhum
Qəfəsində quş kimi.
Çırpınır dənizlərdə
Batmış əzizim kimi.

Boğulur... yox iradəm
Ruhumu çıxarmağa.
İstəyirəm, amma, yox,
Güc yoxdu ağlamağa.

Nə dəyişdi qəfildən?
Qışmış demə, qar yağır...
Sən demə, şaxta imiş,
Nə biləydim mən-fağır?

Yarpaqlar da tökülür...
Toran basır gündüzü.
Niyə inanmıram bəs?
Niyə? Bilmirəm, özüm.

Mələyi təslim olmağa qoymayan, ona, insana çevrilməyə imkan verməyən içində məşəltək daşıdığı qənirsiz, sərhədsiz Sevgidir... Qanadlarını, qəlbini daim buludlarla, Günəş işığı və yağışlarla dolduran, insanlığa şəfa gətirən İlahi Sevgi.
Mələk Yer üzünə bu missiya ilə gəlib - Günəşdən, yağışdan, buludlardan aldığı bu Sevgini, mərhəmət və sevgi hissini, nə vaxtsa çoxdan yadırğamış İnsanlığa ötürməkdən, Onu, yuvarlandığı ruhsuzluq uçurumlarından xilas etməkdən ötrü.
Mələk özü bunu bilmir.
Bütün dünyanı - insanları, ağacları, dənizi, Günəşi və Ayı, sərhədi, sonu olmayan Sevgisinin İşığında, ovcunda saxlamağa qadir Mələyin özününsə, Göydə də, Yerdə də yeganə sığınacağı, tək bir öz Qəlbidir.

Zaman hara axdı sürətlə belə?
Qapının ağzını qış aldı yenə.
Yenə yay ruhumu soyuğa verdim,
Tutuldum darıxmaq xəstəliyinə.

Gün doğur, bağçada qızılgül açmır,
Xəzərin qumları parlamır gündə...
Yandırar köksünü həsrət yanğısı,
Kim ki, sonsuzacan yalqızdı yenə.

Nədən yenə dondun, mənim ürəyim?
Bu donuq buzunu kim əridəcək?
Heç cürə qızınmaq istəmirsən sən,
Sənin adətindi qışda qəm yemək.

Zaman hara axdı, görəsən, belə?
Mən - “Dayan!” - söylədim, o dayanmadı.
Yola toran çökdü saat altıda
Əlimsə, Günəşə uzana qaldı.

Yetişə bilsəydi əgər əllərim,
Ovcumun içində gizlərdim onu.
Elə sıxardım ki, salıb qəlbimə,
Bir daha gəlməzdi gündüzün sonu.

Ancaq göz yaşını görür gecələr...
Bağışla, ürəyim, məni bağışla.
Bir daha xətrinə dəymərəm sənin,
Qaça bilmərəm mən səndən heç yana.

Mələk buraya, Yer üzünə nədən ötrü gəldiyindən xəbərsizdir. O, bir şeyi dəqiq bilir - O, məğlubedilməzdir. Günəşin özü kimi. Küləklər, yağışlar, ildırım çaxıntıları kimi.
Zaman ötdükcə, qəlbi sevgi və mərhəmət dolu Mələk hələ çox pəncərələrə çırpılacaq, yasaq qaranlıqlara daxil olub Xilas Yolunun gizli qapılarını açacaq, İnsana kim olduğunu anladacaq. Sonra... buludlara, küləklərə qarışıb gəldiyi Məkanına dönəcək.
Pəncərə şüşələrində isə onun qanadlarının zərif tozu qalacaq. Günəş, Yağış, İldırım, Külək bu toz zərrəciklərinə toxunmayacaq. Bu zərif zərrələr uzun illər, əsrlərlə bərq vuracaq, işıqlı dənələrini ətrafa səpə-səpə insanlarla danışmağa davam edəcək.

 
  • Oxunub:  42780  |  
  • Tarix:  02-07-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

17:41
25 İyun
“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
17:37
25 İyun
Azay Quliyev: Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi və bütün dünya buna şahidlik etdi
17:26
25 İyun
Azərbaycan və Ukrayna Dövlət Sərhəd xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi planı imzalanıb
17:24
25 İyun
Bəhruz Quliyev: Türkiyə xalqı Ərdoğan siyasətinin uğurlu davamına səs verdi
17:16
25 İyun
BƏƏ-nin mobil operatorunun qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib
17:12
25 İyun
Deputat: Prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının zəfəridir
17:10
25 İyun
Millət vəkili AŞ PA-nı Azərbaycana qarşı ikili standartlara son qoymağa çağırıb
17:05
25 İyun
Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyinə silsilə tədbirlər həsr edib
17:01
25 İyun
Prezident Administrasiyası: Türkiyə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək
17:00
25 İyun
Ermənistan müdafiə nazirinin sabiq müavininin oğluna ittiham elan olunub
16:50
25 İyun
Bakıda keçiriləcək paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi iştirak edəcək
16:49
25 İyun
Maynura Murzamadieva: Naxçıvanda tarixi və dini turizmin inkişaf etdirilməsi üçün böyük potensial var
16:45
25 İyun
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək
16:31
25 İyun
Vüqar Rəhimzadə: Türk xalqı daha parlaq gələcəyinə səs verdi
16:29
25 İyun
“The Jerusalem Post”: TANAP Azərbaycanın qaz ehtiyatlarını Avropaya nəql edəcək
16:27
25 İyun
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tədris ilinin yekunlarına həsr olunan iclas keçirilib
16:26
25 İyun
Lilian Mori Paskye AŞPA-nın sədri vəzifəsinə təsdiqlənib
16:25
25 İyun
Kanadada Heydər Əliyev adına Kanada-Azərbaycan Dostluq Evi açılıb
16:20
25 İyun
Türkiyədə seçkilərin yekun nəticəsi yaxın bir neçə gün ərzində məlum olacaq
16:18
25 İyun
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
16:18
25 İyun
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub
16:16
25 İyun
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi Varşavada qeyd edilib
16:15
25 İyun
Bakı Ali Neft Məktəbinin tələbələri yay istehsalat təcrübəsində
16:13
25 İyun
Dünya Bankı kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı Azərbaycana kömək etməyə hazırdır
16:11
25 İyun
Yaponiya KİV-ləri Türkiyədə keçirilən seçkiləri geniş işıqlandırıb
16:09
25 İyun
Məhərrəm İncə: Səsvermənin nəticələrini tanıyıram
16:08
25 İyun
AŞPA-nın yay sessiyası işə başlayıb
16:07
25 İyun
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
16:03
25 İyun
Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub
15:19
25 İyun
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:58
25 İyun
Dövlət Gömrük Komitəsinin sədri Qax şəhərində vətəndaşları qəbul edib
14:41
25 İyun
Azərbaycan OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsini yanvardakı iclasını Bakıda keçirməyə dəvət edib
14:36
25 İyun
“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib
14:34
25 İyun
Sədaqət Vəliyeva: Lələtəpədən, Günnütdən sonra növbə Şuşanın və Xankəndinindir
12:42
25 İyun
Hikmət Babaoğlu: "Türkiyə xalqı ən doğru qərarı qəbul etdi"
12:39
25 İyun
Gəmiçilik səhmləri dünya birjalarında satılan kommersiya təşkilatına çevrilməyi planlaşdırır
12:36
25 İyun
FHN Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə tədbir keçirilib
12:25
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Heydər Əliyev Mərkəzində olub
12:07
25 İyun
Sudeif İmamverdiyev “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb
11:40
25 İyun
2019-cu və növbəti üç ilin sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması ilə bağlı komissiya yaradılıb
11:35
25 İyun
Azərbaycan Ordusunun 100 illik yubleyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
11:31
25 İyun
Vyaçeslav Volodin: Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 30 faiz artması yaxşı göstəricidir
11:11
25 İyun
Azərbaycanın energetika naziri Vaşinqtondakı beynəlxalq konfransda iştirak edəcək
11:00
25 İyun
Azərbaycan OPEC-in neft hasilatının artırılması qərarını dəstəkləyib
10:54
25 İyun
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
10:49
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
10:45
25 İyun
MHP sədri Rəcəb Tayyib Ərdoğanı möhtəşəm qələbə münasibətilə təbrik edib
10:42
25 İyun
Türkiyə seçicisi Prezident Rəcəb Tayyib Ərdoğana və AKP-yə etimad göstərdi
10:40
25 İyun
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:29
25 İyun
Ölkəmizdə ayaqqabı istehsalı 95,6 faiz artıb
09:27
25 İyun
Bu ilin beş ayında dəniz limanlarında 4100,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib
09:24
25 İyun
Türkiyə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğan və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb
09:17
25 İyun
Bu il 224,6 milyon manatlıq tikinti materialı istehsal edilib
09:13
25 İyun
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
09:07
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Azərbaycana rəsmi səfərə gəlib
09:01
25 İyun
Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
08:58
25 İyun
Prezident İlham Əliyev Türkiyə prezidentini təbrik edib
13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+31 +36
gecə+20 +24