Ana səhifə »  Ədəbiyyat »  Ədəbiyyatşünas alim Almaz Ülvinin yeni kitabı - “Özbək ədəbiyyatı”
A+   Yenilə  A-
Ədəbiyyatşünas alim Almaz Ülvinin yeni kitabı - “Özbək ədəbiyyatı”

“Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan növbəti kitab “Özbək ədəbiyyatı” (ədəbi portret cizgiləri, araşdırmalar, müsahibələr) adlanır.
AZƏRTAC xəbər verir ki, imzası oxuculara çoxdan tanış olan zəhmətkeş alim, filologiya elmləri doktoru Almaz Ülvinin müəllifi olduğu bu kitab Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunub.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri Almaz Ülvi bu kitabında bir-biri ilə qan qohumluğuna, dil və din birliyinə malik olan Azərbaycan-özbək xalqlarının zəngin və rəngarəng ədəbi əlaqələr salnaməsinə yenidən nəzər salır. Kitabda özbək ədəbiyyatı ilə bağlı bütün tədqiqatlar eyni zamanda, Azərbaycan ədəbiyyatı ilə bağlılıqlar, ədəbi əlaqə və ədəbi təsir üzərində araşdırmalar öz əksini tapıb. Ə.Nəvai, XX əsr özbək klassikləri, eləcə də müasir dövrümüzü əhatə edən ustad alimlər və gənclik ədəbiyyatı haqqında olan portret cizgiləri, araşdırmalar, söhbətlər sözügedən kitabın əsasını təşkil edir. Kitabda müəllifin Nəvai izi ilə Daşkəndə, Herata olan səfər təəssüratları da maraqlıdır. Sonda verilmiş istifadə olunmuş ədəbiyyat siyahısı və müəllifin özbək ədəbiyyatı ilə bağlı yazdığı məqalələrin biblioqrafiyası da nəşrin elmi xarakter daşıdığına diqqəti yönəldir.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, rəyçiləri isə professor Nüşabə Araslı və Özbəkistan Qəhrəmanı, professor Suyima Qəniyeva, redaktoru Özbəkistan Elmlər Akademiyasının Ə.Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun klassik ədəbiyyat şöbəsinin baş elmi işçisi Sırderyahan Utanovadır.
Akademik İsa Həbibbəyli kitaba yazdığı “Ön söz”də deyir: “Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Almaz Ülvinin Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin çoxəsrlik inkişaf yolu, böyük sənətkarların sənət dostluğu, ideya birliyi haqqındakı tədqiqatlarında böyük ənənələrin zəngin təcrübəsini ümumiləşdirilməsinə və müasir vəzifələrin müəyyən edilməsinə gur işıq salır. Almaz Ülvi ölkəmizdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələri üzrə tanınmış elm adamıdır. Azərbaycan ədəbiyyatına böyük sevgi, özbək ədəbiyyatına dərindən bələdlik, ortaq dəyərlərə böyük ehtiram Almaz Ülvinin əbədi əlaqələrdən bəhs edərkən ümumiləşmiş elmi qənaətlər əldə etməsinə imkan yaradır. Bundan başqa Almaz Ülvi ədəbi əlaqələrin az öyrənilmiş, hətta naməlum qalan qiymətli səhifələrinin açılmasına, araşdırılıb öyrənilməsinə xüsusi diqqət yetirdiyi üçün yeni söz deyə bilir. Bu mənada Almaz Ülvinin tədqiqatları ilə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin qiymətli salnaməsi daha da zənginləşir. Bu isə xalqlarımız və ölkələrimiz arasındakı çoxəsrlik qardaşlıq əlaqələrinin daha da möhkəmlənib inkişaf etməsinə xidmət edir. Bu, ölkələrimiz üçün də, dünya üçün də əhəmiyyətlidir”.
Kitaba 314 səhifədə yer alan “Əmir Əlişir Nəvai”, “Araşdırmalar, tədqiqatlar”, “Müsahibələr, söhbətlər” və “Səfər düşüncələri, yol qeydləri” bölmələrinin hər birində müəllifin zəhmətini, alim axtarışlarını görməmək mümkünsüzdür.
Özbək ədəbiyyatının böyük söz sərrafları haqqında Azərbaycan oxucusuna geniş və dolğun məlumat verməyə çalışan alim haqlı olaraq vurğulayır ki, Əlişir Nəvainin yazıb-yaratdığı illər özbək ədəbiyyatının, bütövlükdə türk ədəbi dilinin yüksəliş və ya qızıl dövrü, intibah dövrü sayılır. Alim özbək ədəbiyyatının, incəsənətinin, teatrının və ədəbiyyatşünaslığının ən dəyərli simalarından söz açmağı özünə borc bilir. Bu sırada Əbdürrauf Fitrət, Xalid Səid Xocayev, Həmzə Həkimzadə Niyazi, Abdulla Qədiri, Maqsud Şeyxzadə, Səidəxan Nərzullayeva, Aydın Hacıyeva və başqaları haqqında söz açır. Əsərin bir üstünlüyü də ondadır ki, alim Azərbaycan və özbək söz adamları haqqında tarixi faktların dili ilə doğmalıq, dostluq əlaqələrini ortaya qoyub. Nəvai və Nizami arasında başlanan bu dostluq körpüsü sonradan Füzulinin, Hüseyn Cavidin timsalında daha da genişlənərək bu günümüzə gəlib çatıb.
Kitabın maraqlı cəhətlərindən biri də Almaz Ülvinin alim olmaqla yanaşı, əsl publisist kimi özünü bir daha təsdiq etməsidir. Çoxlarına bəllidir ki, o, uzun illər “Ədəbiyyat və incəsənət” və “Xalq qəzet”lərində ədəbiyyatımızın, incəsənətimizin təbliği istiqamətində əsl cəfakeşlərdən biri kimi yorulmadan çalışıb. Məhz bu səbəbdən də kitabda yer alan “Səfər düşüncələri, yol qeydləri” bölməsindəki yazıları adam birnəfəsə oxuyur. Müəllif yazır: “Qalın buludların arasından sıyrılıb çıxanda artıq Daşkənd səmasındaydıq. Göy üzü apaydın idi. Yerə enəndə bəlli oldu ki, axşamdan başlayan güclü yağış yenicə kəsilmişdi. Topa və sıx buludlar selə-suya dönüb Daşkəndin küçələrinə səpələnmişdi. Bizi qarşılamağa gələn səfirlik əməkdaşlarını görəndə sevindim. Sanki, Bakıdan bura təyyarə ilə yox, arzularımın qanadında uçub gəlmişdim”.
Bəlkə də Almaz Ülvinin bu xeyirxah işi qarşıdakı illərdə neçə-neçə elmi əsərlərin, monoqrafiyaların yaranmasına, yeni-yeni dostluq, qardaşlıq əlaqələrinin qurulmasına təkan verəcək. Təki bütün kitablar xalqları, millətləri bir-birinə tanıtdırmağa və sevdirməyə xidmət etsin.
Kitabdan türk xalqları, xüsusən özbək ədəbiyyatı üzrə maraqlanan tələbələr, tədqiqatçılar, geniş oxucu kütləsi istifadə edə bilər.

 
  • Oxunub:  47130  |  
  • Tarix:  22-10-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA