Ana səhifə »  Ədəbiyyat »  “Hələ ədəbiyyatda özümü şagird hesab edirəm”
A+   Yenilə  A-
“Hələ ədəbiyyatda özümü şagird hesab edirəm”

VARİS: Ümumbəşəri ideyalar ümummilli ideyaların içindən keçir
“YA ƏDƏBİYYAT”ın bugünkü müsahibi tanınmış yeni nəsil yazıçısı Varisdir.
Bu gün Azərbaycanda və ölkə hüdudlarından kənarda yetərincə tanınan yeni nəsil yazıçımız Varis öz məhsuldarlığı ilə seçilir: onun Bakıda 10, İstanbulda 3, Moskvada 2, Daşkənddə 2, Torontoda 1 kitabı işıq üzü görüb. Üzümüzə gələn il İstanbulda, Nyu-Yorkda və Bişkekdə yeni kitabları çıxacaq. Varis Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi ədəbiyyat ödülü olan “Qızıl kəlmə”yə layiq görülüb; iki romanına teleserial çəkilib; Rusiya Yazıçılar Birliyinin “İlin yazıçısı” müsabiqəsinin diplomantıdır; “Yanvarın 13 günü” əsəri nüfuzlu “Beynəlxalq Moskva Ədəbi Ödülü”nün “şort-list”inə daxil edilib, “3+1” hekayələr toplusu Varşavada keçirilən Slavyan Ədəbi Festivalının və UNESCO-nun təsis etdiyi “Adam Miskeviç Medalı”nın nominantıdır; “21” esselər toplusu isə Antuan de Sent Ekzüperi (Fransa) ödülünün nominantıdır... Bunlar Varis Yolçuyevin ədəbi uğurlarının tam olmayan siyahısını təşkil edir. Əlbəttə, hər bir yazar üçün ən böyük ödül oxucu məhəbbəti, oxucu diqqətidir. Müsahibimizlə söhbətə də məhz bu məqamdan başladıq:
- Varis müəllim, siz ölkədə kitabları ən çox oxunan yazarlardansınız; əsərləriniz ölkə hüdudlarından kənarda da yayımlanır, oxunur. Özəlliklə, gənclər əsərlərinizə böyük maraq göstərirlər. Sizcə, bu, nədən qaynaqlanır?
- Təşəkkür edirəm. Əlbəttə, yazıçı öncə öz oxucu auditoriyasını tanımalı və istədiyini onların istəklərinin gözünə qatmalıdır. Doğru deyirsiz ki, mənim əsas oxucu auditoriyam gənclərdən ibarətdir. Rahatlıqla deyə bilərəm ki, gənclərin nə ilə nəfəs aldıqlarını bilirəm. İkincisi, yəqin, dünyada məhəlli ədəbiyyatçıların daha çox sevildiyi sizə bəllidir. Yəni “öncə özümünkü, sonra əcnəbi”... - Statistik azərbaycanlı oxucu üçün Londonda baş verən olaylardan öncə Yasamaldakı olay daha maraqlıdır, elə deyilmi? Bütün ümumbəşəri ideyalar ümummilli ideyaların içindən keçir, bu, aksiomdur. Belə bir fəlsəfi deyim də var: “Milli olmayan bəşəri ola bilməz”.
Təsadüfi deyil ki, mənim Azərbaycanda sevilən romanlarımda mental azərbaycançılıq var, olaylar Azərbaycanda cərəyan edir. Oxucu bəhs olunan yerləri gözləri önündən keçirə bilir, qəhrəmanların yaşantılarını özünün, tanış-bilişinin yaşantılarında görə bilir...
Onu da deyim ki, ən çox satılan kitabın bestseller adlandırılması hazırda bestseller adlı yeni ədəbi janr yaradılmasına zəmin olub. Bu janra üz tutan yazıçı öncədən romanının şöhrət qazanacağına, yaxşı satılacağına əmin olur. Janrın qızıl qaydaları var ki, onlardan ən vacibi, ilk andan oxucunu cəlb edərək, axıradək oxumağa məcbur etməkdir; ikincisi, sözçülüyə və uzunçuluğa yol verməməkdir; üçüncüsü, bədiiliyin informasiya və sənədliliyə söykənən publisistikaya keçidlərlə zənginləşdirilməsidir...
Uzun sözün qısası, biz də bildiyimiz işlə məşğuluq və bəlkə də, məhz bu amil qeyd edilən uğurlara yol açır...
- Doğru deyirsiz. Gəlin bu məqamda oxucularımıza “Yazıçıların 2016-cı il Beynəlxalq Nyu-York Konfransı” barədə qısaca bilgi verək. Bəlli olduğu kimi, dünya ədəbiyyatının böyük olaylarından hesab edilən bu konfransda ABŞ nəşriyyatlarına, ədəbi agentlərə və redaktorlara sizin “Yetmiş yeddinci gün” romanınızın “sinopsis”i təqdim və tövsiyə edildi ki, bu da Azərbaycan ədəbiyyatı adına özünəməxsus bir uğurdur...
- Çağdaş dünya ədəbiyyatında nəsrin yerini və perspektivlərini müzakirə edən, eləcə də yazıçıyla ədəbi agent və redaktor arasında körpü yaratmağa xidmət göstərən, rəsmən “Writers Digest Annual Conference” adlanan bu konfransda Matyu Kuin Martin, Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor kimi tanınmış ədəbiyyat mütəxəssisləri tərəfindən “Tarixi roman üçün tədqiqat”, “Dinamik xarakterlərin yaradılması”, “Uğurlu müəllif olmağın sirləri”, “Dram janrı çağdaş dönəmdə”, “Xorror və detektiv ədəbiyyat bu gün” kimi maraqlı seminarlar keçirildi, “Müəlliflər üçün marketinq strategiyası” adlı çox yararlı təlim baş tutdu. Şübhəsiz, konfrans çərçivəsində ən diqqətçəkən məqam “pitçinq” - uğur qazanacağı ehtimal edilən nəsr əsərlərinin ədəbi agentlər və redaktorlar üçün təqdimatı oldu. Bu il ilk dəfə Nyu-York Konfransının “pitçinq” siyahısına MDB məkanını təmsil edən yazıçıların da əsərləri daxil edilmişdi: Aleksandr Qritsenko, Andrey Aksyonov, Nataliya İmpris, Simon Bebel, Saşa Kruqosvetov, Vladimir Şatakaşvili, Viktoriya Balaşova və mənim. Amerika ədəbi agentlərinə və redaktorlarına mənim Bakıda və İstanbulda çap edilən, Moskvada çapa hazırlanan “Yetmiş yeddinci gün” romanım təqdim edildi. Qeyd edim ki, “pitçinq” hüququ əldə etmiş bütün “sinopsis”lər “Writers Digest Annual Conference - 2016”nın rəsmi kataloquna salınaraq daha böyük arealda yayılmaq imkanı qazandı. Konfransın MDB üzrə agenti Lyn Menkenin verdiyi açıqlamaya görə, keçmiş Sovet İttifaqı yazarlarının əsərləri fərqli təəssürat axtaran Amerika ədəbi agentlərinin və redaktorlarının böyük marağına səbəb oldu. Demək, üzümüzə gələn il yaxşı təkliflər gözləməyə dəyər...
- Bildiyim qədər, siz özünüz “Yetmiş yeddinci gün”ü ən çox sevdiyiniz əsəriniz hesab edirsiniz. 77-ci gün nə baş verir ki?...
- Bu romanda Qarabağ müharibəsinin yataq xəstəsinə çevrilmiş bir qazisinin 14 yaşlı yeniyetmə oğlundan söz açılır. Tay-tuşlarından fərqli olaraq dənizlə, günəşlə söhbətləşən bu oğlanın çoxlu arzusu var: atası tezliklə sağalsın; qonşuları küçəni az zibilləsinlər ki, süpürgəçi işləyən anası zillət çəkməsin; dostu ilə velosiped almaq üçün yığdıqları bəlli məbləğ tez düzəlsin ki, onların da velosipedi olsun; evlərində kirayənişin qalan tələbə qızın diqqətini cəlb edə bilsin və s... Onların qonaq otaqlarında qalın cildli bir kitab var, hər gün yeniyetmə o kitaba toxunmaq istəyəndə nəsə ona mane olur. Gah atası çağırıb harasa yollayır, gah anası çağırıb iş buyurur, gah dostu gəlir... Nəhayət, bir gün o, kitabı açıb vərəqləməyə macal tapa bilir və ilk diqqətini çəkən də bu sözlər olur: “Yetmiş yeddi gün günəşin çıxmağını seyr etsən, 77-ci gün ömrünə əbədi günəş doğacaq”. Yeniyetmə xeyli tərəddüddən sonra qərara gəlir ki, 77 gün dalbadal günəşi qarşılasın.
Üzərində uzun illər çalışdığım bu mürəkkəb strukturlu romanda Stalin repressiyasının dəhşətləri də yer alıb. Yeri gəlmişkən onu da qeyd edim ki, bu romanın İstanbul nəşri Türkiyənin Yozqat Bozok Dövlət Universitetində dərs vəsaiti kimi təsdiqlənib.
- Adətən bir yazıçının bu suala özünəməxsus və fərqli cavabı olur: soruşmaq istərdim ki, şəxsən sizi yazmağa vadar edən nədir? Gününüzün neçə saatını yazmağa ayırırsınız? Özünüz mütaliə edirsinizmi?
- Kitab mübaliğəsiz olaraq ən böyük sərvətdir. Məncə, yazmaq yazıçının missiyasıdır. Yazıçı divarın o biri üzünü, tavanın üstünü, döşəmənin altını görə bilir. İlahi qüvvə yazıçıya bir söz pıçıldayır, yazıçı isə bu sözü minlərə, milyonlara çatdırır. Yazılarım beynimdə daim “qövr eləyir”. - Mən beynimdə əsəri tam hazırladıqdan sonra vərəqlərə köçürürəm. Yazıçı üçün yazmaq onun var oluşudur. O ki qaldı oxuya, hər bir peşəkar yazıçı eyni zamanda yaxşı oxucu olur. Ədəbi proses(lər)i izləməyən, ədəbi tendensiyalara bələd olmayan, ədəbiyyatşünaslıqdan baş açmayan, dünyagörüşü və fəlsəfi savadı olmayan ən istedadlı şəxs belə, yaxşı yazıçı ola bilməz. Günümün müəyyən hissəsini oxuya həsr edirəm. Həm bayraqdar yazıçıları, həm ədəbi olaya çevrilmiş istənilən yerli əsəri oxumağa çalışıram. Klassiklərə də dönə-dönə üz tuturam; amma təkcə bədii ədəbiyyat oxumuram. Fəlsəfə və siyasi ədəbiyyatlar da “oxu menyum”da öz yerini alır. Hazırda Orxan Pamukun “Beynimdəki qəribəliklər” romanını, Vasiliy Rozanovun “Apokalipsis” fəlsəfi traktatını, Əli Həsənovun “Azərbaycan geosiyasəti” dərsliyini, Marta Bekin “Uğur formulası” toplusunu paralel oxuyuram. Eyni zamanda, ərəbəsilli ünlü Amerika sosioloqu Nassim Talebin “Qara qu quşu” əsərini oxumağa başlamışam. - Avstraliya kəşf edilənədək köhnə dünyanın insanları təcrübələrinə əsaslanaraq, əmin idilər ki, qu quşları ancaq ağ olur. İlk qara qu ilə qarşılaşma ornitoloqları hədsiz təəccübləndirdi. Ancaq bu əhvalat başqa səbəbə görə önəmlidir. Bu əhvalat sübut etdi ki, bizim bilgilərimiz nə qədər dar çərçivəli, səthi və nisbidir. Bir müşahidə min illərin aksiomunu yox etdi..! “Qara qu quşu sindromu”, təbii ki, Qarabağ savaşı, iqtisadi böhran, mənəvi deqradasiya adları altında bizim də yaşamımıza nüfuz etməkdədir; bununla belə, qara qu quşları axı barmaqla sayılası qədərdir. Çoxu isə ağ qulardır. - Demək, qara rənglərə təslim olmamağımız gərəkdir. Gərəkdir ki, ruhdan düşməyək, inamımızı itirməyək, fərdi qələbələrimizə doğru daim yürüyək..!
Fərdlərin qələbəsi isə ümumxalq gücünün əsasını, özülünü təşkil edir.
- Elədir. Varis müəllim, siz vaxtı ilə ustad Xalq yazıçısı İsmayıl Şıxlıdan dərs almısız. Sizin bir yazıçı kimi yetişməyinizdə rolu olan yazıçılardan söz açmağınız maraqlı olardı...
- Atam Musa Yolçuyev dövrünün tanınmış ədəbiyyatşünası, ədəbiyyat tənqidçisi olub. Zamanında Sumqayıt şəhərində ardıcıl olaraq, tanınmış şair-yazıçılarla tələbələrin görüşünü təşkil edər, yeni kitabların müzakirələrini həyata keçirərdi. 4-cü sinifdə oxuyarkən bu görüşlərə mən də qatılmağa başladım.
Nəriman Həsənzadə, Əzizə Cəfərzadə, Nüsrət Kəsəmənli, İsa İsmayılzadə ilə görüşlər yaddaşımda dərin iz buraxıb. Bu görüşlər və evimizdəki kitablar məndə ədəbiyyat sevgisi oyatdı. Deyim ki, mərhum yazıçımız İsi Məlikzadənin “Küçələrə su səpmişəm” adlı povestlər kitabı ədəbi zövqümü ilk olaraq formalaşdırmağa yardımçı olub. BDU-da oxuyarkən Xalq yazıçısı, unudulmaz ustad İsmayıl Şıxlı ilə görüşüm, hekayələrimi bəyənib mənə uğurlu yol diləməsi və onları yazdığı resenziya ilə 90-cı illərin əvvəlində “Ulduz” jurnalında dərc etdirməsi isə ədəbiyyata gəlişimdə həlledici rol oynadı. Yeri gəlmişkən, yazıçı kimi formalaşmağımda BDU-da mənə dərs demiş əziz müəllimlərim Samət Əlizadənin, Əzizə Cəfərzadənin (o dünyaları gözəl olsun!) və Kamal Abdullanın təlqin etdiyi ədəbiyyat sevgisinin də rolu az olmayıb...
- Və beləliklə, bir də baxdınız ki, ədəbi proseslərin içindəsiniz, artıq yalnız oxucu, görüş iştirakçısı deyil, özü yazan, görüşü keçirilən bir yazıçısınız...
- Gözümü açan gündən kitabların arasında olmuşam. Evimizdə 3 min kitablıq kitabxana var idi. Öncə kitablarla oynayırdım, sonra şəkillərinə baxırdım, daha sonra da... oxumağa başladım. Beləcə, içimdəki kitab sevgisi ilə baş-başa qaldım. 6-7 yaşımda dəftərxana kitabçasını kəsib kitab düzəltdim, adı belə idi: “Varisin romanları, hekayələri, şeirləri, poemaları, felyetonları, pyesləri”... Bax onda atam anama dedi ki, oğlum yazacaq. Bilirsiniz, atam mənə Varis adını qoyanda söyləyib ki, istəyirəm oğlum ədəbiyyatımızın keçmişdəki nəhəng simalarının varisi olsun. Əlbəttə, hələ ki, varislikdən söhbət gedə bilməz, hələ ədəbiyyatda özümü şagird hesab edirəm; amma hədəflərim çox böyükdür. Böyük hədəfləri vurmağa köklənməyən insan heç kiçiklərini də vura bilməz, deyə düşünürəm!
- Siz, eyni zamanda, beynəlxalq miqyasda erməni yalanlarına qarşı özünəməxsus təbliğat aparırsınız. Bu istiqamətdə gördüyünüz işlərdə nə kimi yeniliklər var? Son dəfə on minlərlə erməninin şikayəti ilə Rusiyada “Yaş əsgər çəkmələri” adlı əsərinizə qadağa qoyulduğu barədə xəbər yayılmışdı...
- Soyuq savaşda ədəbiyyat böyük önəm daşıyır. Mən də bundan maksimum yararlanmağa çalışıram. Bir neçə fakt gətirəcəyəm. - Türk dilində kitabların yayıldığı çox böyük coğrafi ərazidə yetərincə populyarlıq qazanan, “1000 kitap.com” portalının reytinqində 50.000 adda bədii kitab arasında ötən ilin əvvəllərində 52-ci pilləyədək yüksələn, nüsxələri hətta Böyük Britaniyada yerləşən ünlü Birmingem Universiteti tərəfindən istənilən “Son məktub” romanımda Xocalıda qana boyanan bir sevgi tarixçəsi yer alıb. Amerikada psixoloji və fəlsəfi romanlar kateqoriyasından çıxaraq ABŞ və Kanadada maraqla qarşılanan “Metamorfoza” romanımda Mübariz İbrahimovun hətta meyitinin əllərini bağlayan erməni əsgərlərinin qorxaqlığı bir millət kimi erməniləri xarakterizə edərək diqqət önünə gətirilib. Rusiyada elektron kitab formatında əhatəli oxucu auditoriyası toplayan, hazırda böyük tirajla çapa hazırlanan “Əzilmiş fotoşəkillər” romanımda 1989-cu il Sumqayıt olaylarının erməni izlərinə toxunulur... Türk Dünyası Mədəniyyətinə Dəstək Fondunun sifarişi ilə Qırğız Respublikasında çapa hazırlanan “Bir ovuc torpaq” romanım isə büsbütün Qarabağ savaşından bəhs edir - bizə qarşı başladılan, elan olunmamış savaşdan...
Əslində, Qarabağ mövzusu hər bir əsərimin içindən keçir. Hətta 2013-cü ildə Özbəkistanda fantastik (126 000!) tirajla çıxan “Sonuncu ölən ümidlərdir” adlı sırf sevgi romanımda da Qarabağ savaşında ata-baba torpağını itirənlərimizin ağrı-acılı yaşamı barədə məqamlar var...
- Çox vacib bir missiya həyata keçirirsiniz. Bu, hər birimizin borcudur - hər kəs öz çapında, öz sahəsində daşı daş üstə qoymalıdır ki, haqsızlığa divar olaq, haqqa arxa!.. Demək, qələmlə mübarizəniz davam edir...
- Əlbəttə. Özü də get-gedə daha da təkmilləşərək..! 2015-ci ildə ermənilərlə mübarizəni azərbaycanlı-erməni miqyasından çıxararaq beynəlxalq müstəviyə keçirmişəm. 1918-ci ildə ermənilərin Qubada türklərlə yanaşı yəhudiləri də qətliama məruz qoymaları barədəki “Xrizantema dəstəsi” adlı hekayəm “Ümumdünya Dağ Yəhudiləri Konqresi”nin internet səhifəsində “tövsiyə olunan ədəbiyyat” statusu alıb. 2016-cı ildə 200.000-ə yaxın erməninin faşist ordusunun tərkibindəki legionda vuruşaraq ruslara güllə atması barədəki “Qar uçqunları” adlı hekayəm isə Rusiyanın ünlü “Proza.ru” ədəbiyyat portalında dərc edilərək, reytinq qazanıb. Bu əsərlər həm yəhudilərə, həm ruslara, həm də digər xalqlara ermənilərin tək türkün deyil, hamının düşməni olmasını təlqin edir...
- Bu yaxınlarda bir neçə nüfuzlu beynəlxalq ödülə nominantlığınız barədə də xəbərlər aldıq...
- Bəli. “3+1” audio-kitabına görə Varşavada keçirilən “Slavyan Ədəbiyyatı Festivalı”nın UNESCO ilə birgə təsis etdiyi Adam Mitskeviç medalına nominant oldum. Habelə, “21” esselər topluma görə Antuan Sent Ekzüperi (Fransa) ödülünün nominantı oldum. “Yanvarın 13 günü” adlı romanım isə nüfuzlu Beynəlxalq Moskva Ədəbi Ödülünün “şort-list”inə daxil olaraq, finalçılar sırasına yüksəldi. Yeri gəlmişkən, bu münasibətlə “Yanvarın 13 günü” ünlü “Müasirlər və klassiklər” seriyasından çap olunaraq, dünyanın 23 ölkəsində satışa çıxarıldı. Qürur duyuram ki, həmin əsərdə Azərbaycanla bağlı dünya oxucusuna çatdırmaq istədiyim vacib informasiyalar var. Burada Şuşanın erməni qəsbkarları tərəfindən vəhşicəsinə talan edilməsi barədə faktlarla yanaşı, Şərqin böyük sufi şairi və övliyası Seyyid Nigari Qarabağinin timsalında Qarabağın yerli türk mədəniyyətinin beşiyi olmasından, erməni snayperinin gülləsinə tuş gəlib görmə qabiliyyətini itirdikdən sonra paralimpiya hərəkatına qoşularaq olimpiya çempionluğu qazanan İlham Zəkiyevin timsalında Azərbaycan xalqının yenilməzliyindən, xristian dini mərkəzinin Vatikan kitabxanası və Roma katakombalarının bərpası üçün bütün xristian dünyasına nəticəsiz müraciətindən sonra müsəlman inanclı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sayəsində bu problemin yüksək səviyyədə həlli epizodu ilə Azərbaycanın humanizm və tolerantlığından söz açılır.
- Türkiyənin “Voir Magazine” dərgisi sizi eşq romanları yazan söz sərrafı, Rusiyanın “Rossiyskiy kolokol” dərgisi isə aforizmlər ustası adlandırır. Bəs özünüz necə fikirləşirsiniz?..
- Qiymət verən bütün oxucularıma, tənqidçilərə minnətdarlığımı bildirirəm. Nə deyə bilərəm?
- Son vaxtlar sosial şəbəkələrdə geniş rəğbət görən “Özünün ən güclü zərbələrini yaşadığın zamanın ən zəif vaxtına saxla”, “Bu dünyada müvəqqəti qədər daimi olan heç nə yoxdur”, “Bəzilərinin sinəsində ürək, bəzilərində ət parçası yerləşir”, “...Bilirsiz, əslində, insan bütün yaşamı boyu bu yaşamın sirlərini öyrəndiyini zənn edir... ancaq dünyadan köçən anda anlayır ki, sən demə ölməyin sirlərini öyrənibmiş..!” - bu və bu kimi aforizmlərin rəğbət görməsi həyati, səmimi və xəlqi olması ilə bağlı ola bilər...
Və ən nəhayət, nə qədər ənənəçi sual olsa da, bu müsahibəmizin son sualını vermək istərdim: Oxucularımızı yaxın zamanlarda nə ilə sevindirəcəksiniz?
- Üzümüzə gələn il bir neçə ölkədə kitablarım çıxacaq. Bakıda isə “A.M.İ.N” adlı sayca 11-ci romanım işıq üzü görəcək. Bu ilin sonu, gələn ilin əvvəli xalqımıza inanılmaz bir töhfə verməyin də bir addımlığındayam. Beynəlxalq səviyyəli bu uğurum, yəqin ki, ədəbiyyatımızın, eləcə də Azərbaycanımızın dünyada daha da tanınması işinə bir töhfə olacaq. Nədir? - hələ sirr olaraq qalsın. - İnşallah, gerçəkləşəndə, ictimaiyyətimizi bilgiləndirərik.
Həmsöhbət oldu: Əkbər QOŞALI
“YA ƏDƏBİYYAT”

 
  • Oxunub:  102450  |  
  • Tarix:  15-12-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16 Oktyabr 11:21
“YARAT”da Rusiya istehsal olan qısametrajlı filmlər nümayiş olunacaq
16 Oktyabr 11:16
Bu il Azərbaycandan 9,1 milyard kubmetrdən çox təbii qaz göndərilib
16 Oktyabr 11:08
Azərbaycan Prezidenti: Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk
16 Oktyabr 10:20
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16 Oktyabr 10:16
Professor İbrahim Öztək: Yerevanda Njdeyə heykəl qoyulması hitlerçiliyin açıq-aşkar təbliğatıdır
16 Oktyabr 10:13
Qırğızıstan mətbuatı Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 10:10
Prezident İlham Əliyev: Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir
16 Oktyabr 10:07
Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
16 Oktyabr 10:04
Azərbaycan multikulturalizmi Seulda tədris olunacaq
16 Oktyabr 10:02
Akademik İsa Həbibbəylinin elmi və ictimai fəaliyyətinin əsasında azərbaycançılıq məfkurəsi dayanır
16 Oktyabr 10:01
Füzulidə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib
16 Oktyabr 09:58
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür
16 Oktyabr 09:57
Qubadakı meyvə bağlarının 13 min hektardan çoxunu alma bağları təşkil edir
16 Oktyabr 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
15 Oktyabr 23:15
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
15 Oktyabr 23:05
Xarici İşlər Nazirliyində İtaliya Senatının nümayəndə heyəti ilə görüş keçirilib
15 Oktyabr 22:54
Dövlət Turizm Agentliyinin sədri türkiyəli jurnalist və bloqqerlər üçün təşkil olunmuş mediaturda iştirak edib
15 Oktyabr 22:46
Siyasi ambisiyalar üçün öz analarının ruhuna belə həqarət edənlər
15 Oktyabr 22:26
Koreya Respublikası Milli Assambleyasının Sədri Azərbaycana rəsmi səfərə gəlib
15 Oktyabr 22:02
Xarici jurnalistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
15 Oktyabr 20:56
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
15 Oktyabr 20:51
Azərbaycan nümayəndə heyəti Avropa Ədliyyə nazirlərinin konfransında iştirak edib
15 Oktyabr 20:46
Almaniyanın “Der Freitag” qəzeti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən yazır
15 Oktyabr 20:34
Azərbaycan Konstantin Zatulinlə bağlı Rusiya XİN-ə nota göndərib
15 Oktyabr 20:31
Azərbaycanın və Özbəkistanın Təhlükəsizlik şuraları katiblərinin görüşü olub
15 Oktyabr 20:24
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Oktyabr 20:21
Baş Prokurorluqda Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
15 Oktyabr 20:18
Milli Məclisdə türk iş adamları ilə görüş olub
15 Oktyabr 20:08
Qazaxıstanlı nazirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar
15 Oktyabr 19:53
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Qazaxıstan mediasının diqqət mərkəzində
15 Oktyabr 19:48
İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub
15 Oktyabr 19:40
Azərbaycan ilə Qırğızıstan arasında idman və gənclər sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub
15 Oktyabr 19:36
Azərbaycan və Macarıstan alimlərinin humanitar elm sahələrində tədqiqat imkanları genişləndirilir
15 Oktyabr 19:31
Macarıstan XİN-in başçısı türkdilli ölkələrlə əmtəə dövriyyəsinin genişlənməsindən məmnun qaldığını bildirib
15 Oktyabr 19:29
“Azərxalça”nın Lənkəran filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub
15 Oktyabr 19:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
15 Oktyabr 19:24
Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib
15 Oktyabr 19:22
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfəri başa çatıb
15 Oktyabr 19:19
Əli Əhmədov: Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir
15 Oktyabr 19:16
Azərbaycan-İtaliya münasibətləri strateji xarakter daşıyır
15 Oktyabr 19:13
YAP Suraxanı rayon təşkilatında “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib
15 Oktyabr 19:10
Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Horadiz şəhərində YAP Füzuli rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18