Ana səhifə »  Ədəbiyyat »  “JANA QAZAQ POEZİASYNYN ANTOLOGİASY” - “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI”
A+   Yenilə  A-
“JANA QAZAQ POEZİASYNYN ANTOLOGİASY” - “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI”

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb. Qardaş Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış, “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI” adlanan (“Elm və Təhsil” Nəşriyyatında çıxan) 280 səhifəlik nəşrin baş redaktoru (və nəşrə məsul) Əkbər Qoşalıdır.
“Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist Dr. Sona Vəliyeva antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstan Respublikasının Dövlət Ödülü laureatı Temirxan Mədətbek isə “Önsöz” yazıb. Antologiyanın tərtibçiləri Tanagöz İLYAS, Dauren Kasenov (Qazaxıstan), Dos.Dr. Rəsmiyyə Sabir (Azərbaycan), məsləhətçiləri: millət vəkili Dr. Cavanşir Feyziyev, Qazaxıstan Yazıçılar Birliyi başqanının I müavini Qalım Jaylıbay, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, rəyçiləri: millət vəkili, Akd. Nizami Cəfərov, Prof.Dr. Elçin İsgəndərzadə, BAMF başqanı Umud Rəhimoğlu, Mahmud Kaşqari adına Uluslararası Fondun başqanı Elxan Zal Qaraxanlı, redaktoru isə Əfsanə Ələsgərlidir.
“Yeni qazax şeiri antologiyasi”na daxil edilən şeirlər Qazaxıstanlı yeni nəsil yazarları Dr. Gülnaz Faizulla, Gülnaz Satbay, Azərbaycanlı yazarlar Dos.Dr. Rəsmiyyə Sabir, Dos.Dr. Təranə Turan (Rəhimli), Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Əkbər Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar və Ruslan Dost Əli tərəfindən çevrilib.
(Antologiyanı http://kitabxana.net/?oper=readBook&id=3267 ünvanından da oxumaq (və ya endirmək mümkündür)
Qeyd edək ki, “Yeni qazax şeiri antologiyası”nda şeirləri toplanmış şairlərdən Tolkın Kabılşa, Janar Ailaş, İndira Kerey, Akberen Yelgezek, Oljas Qasım, Janargül Qədir, Saqınış Namazşam, Anar Şamşadin, Nazira Berdali, Rəvan Kabidoldin, Ayazda Berkut, Kuanış Medevbay, Janibek Aliman, Janat Jankaçoğlu, Əzəmət Yessalin, habelə tərtibçilər Tanagöz İlyas, Dauren Kasenov, əməkdar mədəniyyət işçisi Almas Ahmetbekoğlu, Qazaxıstan Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu, Dr. Gülnaz Faizulla bu il dekabrın 1-dən 5-dək keçiriləcək “Bakıdan Türk Dünyasına” adlı silsilə tədbirlər çərçivəsində “Yeni qazax şeiri antologiyası”nın təqdimat və imza törənlərində, müzakirələrdə iştirak etməkçün Azərbaycanda səfərdə olacaqlar.
Antologiyanın Türk Dünyasının builki mədəniyyət paytaxtı Türkistanda da təqdimatının keçirilməsi nəzərdə tutulub.
* * *
Antologiyaya Azərbaycandan və Qazaxıstandan yazılmış ürək sözlərini oxucularla paylaşırıq:
Dr. Sona VƏLİYEVA
“Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist
“XƏZƏRİN O TAYINDA VURAN İSTİ ÜRƏKLƏR”
“Yeni qazax şeiri antologiyası”nın Bakıda gün üzü görməsi, bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin - Qazaxıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisədir.
Bizim sahib olduğumuz ortaq dəyərlərdən biri də Xəzərdir - göl ola-ola dünyada dəniz kimi qəbul edilmiş Xəzər..! Hər iki sahilində, eləcə də digər sahillərində tarix boyunca (bu gün də) bizə doğma dildə, doğma ləhcədə danışanların yaşadığı Xəzər! Və adını bu dənizdən götürmüş, Bakıda gün üzü görən (“üç əsrin qəzeti” fəxarət və qürur “titul”unu daşıyan!) bir qəzetin təsisçisi olaraq, mənimçün xoşdur ki, “Yeni qazax şeiri antologiyası”na ürək sözlərimi yazıram.
Belə antologiya ilk dəfədir hazırlanır. Qazax qardaşlarımızın zəngin söz sənətinin bugünkü nümayəndələrinin, demək olar, bütün spektri ilə görünməsi, əlbəttə, təqdirəlayiqdir.
Etiraf edək ki, bizdə Qazax ədəbiyyatı deyincə, adətən, Abay, Cambul və Oljas Süleymenov adları çəkilir, “Türk xalqları ədəbiyyatı” antologiyalarında da, əsasən bu adları görürük. Əslində, bu görkəmli adlarla yanaşı, tanımalı olduğumuz onlarla başqa qazax ədibləri vardır.
Beləliklə, çağdaş qazax ədəbiyyatı nümayəndələrini, özəlliklə perspektiv vəd edən yeni və ən yeni nəsli tanımaq neçə-neçə dostluqların, işbirliklərinin əsasını qoyacaqdır. Ədəbiyyatçıların, əli qələmlilərin dostluğu bir başqa dostluqdur və bütün topluma geniş şəkildə sirayət edir. İlk növbədə isə öz planında ədəbiyyat təsərrüfatımızda canlanma yaradacaq, müəyyənlik gətirəcəkdir. Qazaxıstanın mövcud ədəbi mənzərəsini bir kitab boyunca izləmək imkanı fərqləndiriləsi və dəyərləndiriləsi haldır.
Elə bilirəm, həm bu antologiya özü dostluğun bəhrəsidir, həm dostluq, qardaşlıq çələngidir, həm də antologiyanın hazırlanması prosesi də yeni dostluqlara səbəb olub...
“Yeni qazax şeiri antologiyası” dövlət qurumlarının hazırladığı nəşr deyil, qardaş xalqlarımızın yeni nəsil yazarları arasında işbirliyinin məhsuludur. Məncə, bax bu məqam da özünəməxsus gözəllik daşıyır.
* * *
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidentinin dəvəti ilə 2017-ci ilin aprelində Azərbaycan Respublikasında rəsmi səfərdə olarkən keçirilən mətbuat konfransında hər iki Prezidentin səsləndirdikləri fikirlərdən bəzi məqamları burada xatırlatmaq istərdim.
Prezident İlham Əliyev: “... Əlbəttə, humanitar sahədə əməkdaşlıq da müzakirə olundu. Biz bu əməkdaşlığın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdirmişik. Eləcə də gənc nəslin bir-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin yaxınlaşması məqsədilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq”.
Prezident Nursultan Nazarbayev: “... Digər məsələlərə - həm iqtisadi və siyasi, həm də mədəni-humanitar məsələlərə gəldikdə isə biz münasibətlərimizi bir daha vurğulamaq üçün... mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirməliyik. Bunun üçün yaxşı imkanlar, bir növ körpü var”.
Elə bilirəm, “Yeni qazax şeiri antologiyası”nın nəşrinin nə qədər düşünülmüş, doğru qərar olması, dövlət başçılarımızın bu yolgöstərici, istiqamətverici fikirlərinin işığında daha da aydın görünür. Demək, gələcəkdə bu kimi layihələri genişləndirmək məqsədəuyğundur.
* * *
“Təşəkkür sözü qısa olar” - bu, qazax qardaşlarımızın sözüdür. - Mən həm təşəkkürümü, həm də ürək sözlərimi qısa tutmaq istərdim. Elə bilirəm, bu kitabda əziyyəti olan hər kəsə təşəkkür, ilk növbədə, qədirbilən oxucularımızdan gələcək. Biz də, öz növbəmizdə, antologiyanın redaksiya heyətinə də, müəlliflərə də səmimi qəlbdən minnətdarlıq edirik ki, belə bir nəcib təşəbbüslə çıxış edib və onu gerçəkləşdiriblər. Məncə, oxucuları çox da intizarda qoymadan, onları OXUya dəvət etməyin vaxtıdır. - Buyurun, qazax qardaşlarımızın qələmindən süzülüb gələnlərlə, Xəzərin o tayında vuran isti ürəklərlə tanış olun... O ürəklər və o ürəklərdəkilər sizə çox tanış gələcək. Bu ruhubirliyin, keçmişi birliyin və birgə gələcək diləklərinin ifadəsidir...
* * *
Temirxan MƏDƏTBEK
Qazaxıstan Respublikasının Dövlət Ödülü laureatı
ÖNSÖZ
“Çevriləcək şeir çətin bir həyat yaşar, həm də üç kərə... O, ana-atasından ilgisiz qalan bir cocuq kimidir. Artıq bu cocuğu qucağına alaraq, şəfqətlə saracaqmı, yoxsa yad dildəki (yadırğayan yetim) halında buraxacaqmı? - bax, bunlar bu özgənin, yəni çevricinin əlindədir” - demiş Bella Ahmadulina. Azərbaycan dilinə çevrilən qazax şairlərinin şeirlərini əlimə aldığımda mənim ağlıma gələn ilk düşüncə bu oldu. Mənə görə, çevriyə asanlıqla uymayan, ən çətin varlıq da Şeirdir..! Gerçəkdən, “şeiri çevirmək, onu öldürməklə eynidir” deyən Robert Frost kimi inadçılar da vardır. “Tamam, elə olsun” deyək... ancaq bizə bu Frostun özünü tanıdan kimdir və ya nədir? Digərlərini bir yana qoysaq, kökübir qardaş - Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm kimi Azərbaycan şairlərinin bir çox əsərləriylə məhz çevricilərin hazırladığı kitablar sayəsində tanış olduğumuzu unutmamalıyıq.
... Tamam. Mənim qarşımda Xəzər Dənizinin ötəsinə doğru yola düşən qağayı kimi 57 qazax şairinin şeirləri qanad vurur...
Yadlardan biri deyə bilməzsiniz - kökü bir, diləyi bir qardaş millətdir onlar - azərbaycanlılar!
Özümüz hər zaman anlatdığımız NİZAMİnin, NƏSİMİnin, FÜZULİnin torpağıdır Xəzərin o tayındakı qardaş ölkə!
Arasında alovlanan gəncləri də bulunan, zəki və bilgili şairlərimizin yaşlı Qafqaz ölkəsindən öz oxucularını tapacağına əminik...
Bu - sorumluluğu böyük, məqsədi yaxşı, savabı bol çalışmaya vaxtını, enerjisini xərcləyən, bu gözəl işi qeyrətlə gerçəkləşdirən tərtibçilərə, çevricilərə, redaktorlara... ortaq dənizli iki qardaş ölkənin aydınlarının çox təşəkkür edəcəyi şübhəsizdir!

 
  • Oxunub:  61290  |  
  • Tarix:  24-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23