Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Bakı Dövlət Universitetində əlamətdar gün münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetində əlamətdar gün münasibətilə tədbir keçirilib

30.12.2013 [09:20]

Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildiriblər ki, tanınmış alimlərin, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün geniş şəkildə keçirilməsində dahi rəhbər Heydər Əliyevin tarixi rolunu diqqətə çatdırıb və onun əhəmiyyətindən danışıb.
Rektor Ümummilli lider Heydər Əliyevin milli birliyə, həmrəyliyə daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Dövlətimizin başçısının apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən akademik A.Məhərrəmov milli diasporun inkişaf etdiyini, səmərəli fəaliyyət göstərdiyini söyləyib.
Azərbaycanın çox sürətlə tərəqqi etdiyini, dünya ölkələri arasında layiqli yer tutduğunu qeyd edən rektor qazanılan nailiyyətlərin müdrik rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb.
BDU-nun kafedra müdirləri Yaqub Mahmudov və Rüstəm Məmmədov əlamətdar gün münasibətilə xoş arzularını bildiriblər.

Paylaş:
Baxılıb: 1842 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31