Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Çində Ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirlərinin materialları kitab şəklində nəşr olunub

Çində Ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirlərinin materialları kitab şəklində nəşr olunub

04.02.2014 [09:30]

Ulu öndər Heydər Əliyevin Çin Xalq Respublikasında (ÇXR) keçirilmiş 90 illik yubiley tədbirlərinin materialları kitab şəklində nəşr olunub.
Azərbaycanın Pekindəki səfirliyinin nəşr etdirdiyi kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halı, ötən ilin mayında Çin İctimai Elmlər Akademiyasının nəzdindəki Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konfransın, dekabrda Pekində yazıçılar Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabının Çin dilində nəşrinin təqdimat mərasiminin materialları əksini tapıb. Buraya hər iki tədbirdəki çıxışlarının mətnləri, konfransın və təqdimat mərasiminin gündəliyi, Çin mətbuatında - “Sinxua” agentliyində, rəsmi “Jenmin Jibao” qəzetində, Çin Beynəlxalq Radiosunda, “Kitay” jurnalında mövzu ilə bağlı verilmiş xəbərlər, habelə Ümummilli liderin yubileyinə həsr olunan foto və rəsm müsabiqəsinə aid materiallar daxildir.
Ulu öndərin Çin Xalq Respublikasına səfərinin 20 illiyi ərəfəsində hazır olan nəşr həmin tarixi səfərə, habelə Ümummilli liderin Çin ilə bağlı tədbirlərdə iştirakına aid fotoşəkillərlə zəngindir.
Redaktoru Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov olan nəşrin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın və “Jenmin Jibao”nun fotomateriallarından istifadə olunub.
Nəşr Azərbaycan-Çin münasibətlərinin tarixini və Ulu öndərin iki ölkə arasında münasibətlərin inkişafındakı xidmətləri öyrənmək baxımından sanballı mənbədir.

Paylaş:
Baxılıb: 1791 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30