Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu öndərin irsinin öyrənilməsi məqsədilə açıq dərslər keçirilir

Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu öndərin irsinin öyrənilməsi məqsədilə açıq dərslər keçirilir

25.02.2014 [09:37]

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə respublikamızın digər şəhər və rayonlarında olduğu kimi, Qax rayonunda da ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müəyyən olunmuş mövzular üzrə açıq tarix dərslərinin keçirilməsi müvəffəqiyyətlə davam edir.
AzərTAc xəbər verir ki, Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularına dair açıq dərslərdə indiyədək 210 nəfər şagird iştirak edib.
Mayın sonunadək davam edəcək dərslərdə rayonun 30 tam orta məktəbi üzrə 540 nəfər XI sinif şagirdi iştirak edəcək.
Dərslərə başlamazdan əvvəl şagirdlər Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətinə dair zəngin ekspozisiya ilə tanış olurlar.
Keçirilən dərslərdə şagirdlərə müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət barədə geniş məlumat verilir, 1993-cü ilin ortalarına qədər ölkədə tənəzzülə uğrayan iqtisadiyyat, inflyasiya, işsizlik, başıpozuqluq, siyasi iflas Ulu öndər Heydər Əliyevdən əvvəl hakimiyyətdə olanların bacarıqsızlığının, uğursuz daxili və xarici siyasətinin məntiqi nəticəsi kimi xarakterizə olunur.
Dərslərdə 1993-cü ilin iyununda Ulu öndərin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlişi, iyunun 15-də Ali Sovetin Sədri seçilməsi, gərgin fəaliyyəti nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsinin və separatçı meyllərin qarşısının alınması, siyasi sabitliyin yaranması, 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi, cəbhədə atəşkəsin təmin edilməsi və digər məsələlər əsaslandırılmış dəlillərlə diqqətə çatdırılır.
Şagirdlər Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, “Əsrin müqaviləsi”nin imzalanması və milli neft strategiyasının əsasının qoyulması, Azərbaycanın dünyanın enerji və siyasi xəritəsində mövqeyinin möhkəmlənməsi, hüquqi və demokratik dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər barədə dolğun məlumat əldə edirlər.

Paylaş:
Baxılıb: 1648 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31