Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / “ADA” Universitetində ikinci Azərbaycan-Fransa universitetlərarası forumu keçiriləcək

“ADA” Universitetində ikinci Azərbaycan-Fransa universitetlərarası forumu keçiriləcək

03.04.2014 [09:58]

Aprelin 4-5-də “ADA” Universitetinin, Fransanın Azərbaycandakı səfirliyinin və “Kampüs Frans” agentliyinin birgə təşkilatçılığı ilə ikinci Azərbaycan-Fransa universitetlərarası forumu keçiriləcək.
“ADA” Universitetinin kommunikasiya departamentindən AzərTAc-a bildiriblər ki, aprelin 4-də forumun açılış mərasimində “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, “Kampüs Frans”ın direktoru Antuan Qrasse, regional nümayəndəsi Fransua Pradal, həmçinin Fransanın 14 universitetinin və ayrı-ayrı Azərbaycan universitetlərinin nümayəndələri iştirak edəcəklər.
Tədbirdə “ADA” Universiteti və Fransanın İESEG Menecment İnstitutu arasında Anlaşma Memorandumu imzalanacaq.
Eyni zamanda, forum çərçivəsində B2B Fransa və Azərbaycan universitetləri və şirkətləri arasında görüşlər keçiriləcək, elmi əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılacaq.
Forum öz işini aprelin 5-də təhsil sərgisi ilə davam etdirəcək. Sərgidə tələbələr Fransada təhsil imkanları, mövcud təqaüdlər barədə məlumat əldə edəcəklər, Fransanın ali məktəblərini bitirmiş azərbaycanlı məzunlarla görüş keçiriləcək.
Sərgi ictimaiyyətə açıq olacaq. İştirak etmək istəyənlər bu ünvandan istifadə edə bilərlər: event.management@ada.edu.az

Paylaş:
Baxılıb: 1632 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31