Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Rusiyanın iqtisadi inkişaf naziri “ADA” Universitetində olub

Rusiyanın iqtisadi inkişaf naziri “ADA” Universitetində olub

04.06.2014 [09:19]

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev iyunun 3-də “ADA” Universitetində olub.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanın dövlət strukturlarının rəsmi şəxsləri, RF-nin Azərbaycandakı səfirliyinin nümayəndələri, “ADA” Universitetinin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev Rusiya iqtisadi inkişaf nazirinin bioqrafiyasından danışaraq deyib ki, iqtisad elmləri doktoru, professor Aleksey Ulyukayev 1994-1996 və 1998-2000-ci illərdə Y.Qaydar adına Keçid Dövrünün İqtisadi Problemləri İnstitutu direktorunun müavini, 2004-cü ilin aprelindən 2013-cü ilin iyununadək RF Mərkəzi Bankı sədrinin birinci müavini işləyib, 2013-cü il iyunun 24-dən RF-nin iqtisadi inkişaf naziri vəzifəsində çalışır.
A.Ulyukayev səmimi qəbula görə minnətdarlığını bildirərək qeyd edib ki, universitetin proqramı müasir elmin ən qabaqcıl tələblərinə cavab verir. Rusiya-Azərbaycan ticarət münasibətlərinə toxunan nazir qeyd edib ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi 2013-cü ilin yekunlarına görə maksimum həddə - 2,6 milyard dollara çatıb. Perspektivdə əmtəə dövriyyəsini 4 milyard dollara çatdirmaq olar. O deyib: “Dünən Rusiya İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. “İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında”, “Ümumrusiya Sərgi Mərkəzi ərazisində Azərbaycan ticarət-sərgi mərkəzinin yaradılması haqqında” hökumətlərarası sazişlər və uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı da hazırlanma mərhələsindədir. Həmin sənədləri yaxın vaxtlarda imzalamağı düşünürük. Azərbaycan və Rusiya müştərək investisiya fondu yarada bilərlər. Bu fond iri layihələrin həyata keçirilməsinə kömək edə bilər. Rusiya artıq Qətər, Küveyt, Koreya Respublikası, Çin və digər ölkələrlə belə bir fond yaradıb”.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Rusiya Azərbaycanın əhəmiyyətli iqtisadi tərəfdaşı və ən başlıca idxalçısıdır. Ölkələr arasında ticarət rejimində heç bir problem yoxdur.
Sonra çıxış edənlər “ADA” Universiteti tələbələrinin suallarına cavab veriblər.
Tədbirin sonunda Aleksey Ulyukayevə qiymətli hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 1480 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30