Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Bilik Fondu daha bir regional layihənin icrasına başlayıb

Bilik Fondu daha bir regional layihənin icrasına başlayıb

10.09.2015 [10:06]

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu daha bir regional layihənin icrasına başlayıb. Fondun təşəbbüsü ilə Qaxda yeni fəaliyyətə başlayan “Bilik evi”ndə ölkəmizin şimal-qərb bölgəsində xarici avtomobillərə texniki xidmət ustaları hazırlayan kurs açılıb. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarından olan hərbi xidmət keçmiş, avtomobil ustalığına marağı, müəyyən bilik və praktiki bacarığı olan işsiz gənclər bu kursa cəlb ediliblər. “Auto Azerbaijan” şirkətinin Bakıdakı təlim mərkəzində keçirilən sınaq imtahanından keçən 15 gənc ilk mərhələdə şirkətin tədris mərkəzində, sonra isə Şəki və Qaxda təcrübəli ustalardan təlim alacaq.
Kursun fəaliyyətə başlaması münasibəti ilə şirkətdə keçirilən mərasimdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, “Auto Azerbaijan” Dilerlərin İnkişafı Departamentinin müdiri İhsan Korkmazer, Dilerlərin inkişafı üzrə baş mütəxəssis Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi Qurban Məmmədov çıxış edərək layihənin əhəmiyyətindən, perspektivlərindən danışıb, kursa qatılanlara uğurlar arzulayıblar.
Gənclər 13 xarici şirkətin ölkəmizdəki distribüteri olan şirkətin fəaliyyəti haqqında filmə baxıblar, texniki xidmət bazaları ilə tanış olublar.

Paylaş:
Baxılıb: 1302 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30