Ana səhifə »  Elm »  Muxtar respublikada ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi olub
A+   Yenilə  A-
Muxtar respublikada ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi olub

Noyabrın 1-də Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin açılış tədbiri olub.
AZƏRTAC xəbər verir ki, festival iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra qonaqlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının foyesində Naxçıvanda nəşr olunan elmi kitablardan, jurnallardan, arxeoloji tapıntılardan, rəsm əsərlərindən və xalq yaradıcılığı nümunələrindən ibarət sərgiyə baxıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov muxtar respublikada keçirilən ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin iştirakçılarını və qonaqları salamlayıb, festivalın işinə uğurlar arzulayıb.
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında elmin inkişafının həmişə diqqət mərkəzində olduğunu vurğulayan Rəhman Məmmədov bildirib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu daha da təkmilləşdirilib, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi təsis edilib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar, Təbii Ehtiyatlar institutları, Batabat Astrofizika Rəsədxanası üçün binalar tikilib və ya əsaslı təmir olunub, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar və iş otaqları qurulub. Bununla yanaşı, elektron kitabxana da yaradılıb.
Qeyd olunub ki, muxtar respublikada zəruri elmi infrastrukturla yanaşı, elmi kadrların hazırlanması da diqqətdə saxlanılıb, AMEA Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində dissertasiya şuraları fəaliyyətə başlayıb. Bunun nəticəsində muxtar respublikanın elmi potensialı ildən-ilə artıb.
“Elmi potensialın artması fundamental tədqiqatların aparılmasına və elmi nəticələrin əldə olunmasına əlverişli şərait yaradıb. Naxçıvanda aparılan elmi araşdırmaların ən son nailiyyətləri, məlumatları və ümumiləşdirici fikirləri nəşr olunan əsərlərdə öz əksini tapıb”, - deyən Rəhman Məmmədov diqqətə çatdırıb ki, üç cildlik “Naxçıvan tarixi” və “Naxçıvan folklor antologiyası”, iki cildlik “Naxçıvan ensiklopediyası” və Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan teatrının salnaməsi” kimi ümumiləşdirici əsərlər hazırlanaraq nəşr olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri elm adamlarının elmimizi daha da zənginləşdirəcəklərinə əminliyini ifadə edib, ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin işinə uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisə olan ikinci Azərbaycan Elm Festivalının ilk mərhələsinin qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Akademik respublikamızda, o cümlədən muxtar respublikada elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısından, alimlərimizin əldə etdikləri uğurlu elmi nəticələrin əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən ətraflı söhbət açıb. Bildirib ki, Azərbaycan elmi Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə böyük inkişaf yolu keçib. Dahi Heydər Əliyev epoxasının Azərbaycan Elmlər Akademiyası keçmiş Sovet İttifaqında tanınmış mühüm elmi qurumlardan birinə çevrilib. Ulu öndər 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilməsi haqqında tarixi Fərman imzalayıb. Həmçinin bu istiqamətdə verilən digər qərarlar akademiyanın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaradıb. Bütün bunların nəticəsində AMEA-nın fəaliyyət dairəsi genişlənib, elmin davamlı inkişafı təmin edilib. Ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanı bütövlükdə, elmimizin inkişafına böyük töhfə verib.
“Ölkəmizdə bütün sferalarda olduğu kimi, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunması, onun inkişaf etdirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən biridir”, - deyən AMEA-nın vitse-prezidenti qeyd edib ki, Ümummilli lider Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması kimi mühüm vəzifələri qarşıya qoyaraq, AMEA Naxçıvan Bölməsinin təsis edilməsi istiqamətində müdrik addım atıb. Bu elmi müəssisə isə öz növbəsində, mühüm töhfələri ilə bölgədə elm mərkəzinə çevrilib və elmi inkişafa stimul verib. İyirmi beş ildir blokada vəziyyətində yaşayan muxtar respublikada bu gün Ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan bütün sahələr üzrə, o cümlədən elmin inkişafında böyük inkişaf yolu keçib.
AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev vurğulayıb ki, bu gün respublikamızda elmin cəmiyyətdə rolu gündən-günə artmaqdadır. Bunun bir səbəbi elmə dövlətin diqqət və qayğısının artması ilə bağlıdırsa, digər bir səbəbi isə elm siyasətinin elm adamlarına güclü təsiri və gənclərin bu sahəyə göstərdiyi ciddi maraqla əlaqədardır. Naxçıvan Muxtar Respublikasında da elm adamları yüksək qayğı və diqqətlə əhatə olunublar. Nəticədə son illərdə muxtar respublikada elmi mühit formalaşıb, elmdə kəmiyyət və keyfiyyət artımı özünü əyani şəkildə göstərib.
“Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tərkibində 4 elmi-tədqiqat institutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu fəaliyyət göstərir. Bunlardan üçü təbiətşünaslıq-texniki, qalan üçü isə ictimai-humanitar istiqamətlərdə elmi-tədqiqat işlərini həyata keçirir”, - deyən İsmayıl Hacıyev bildirib ki, bölmənin elmi əməkdaşlarının 119 monoqrafiyası, 145 kitabı, 4717 məqaləsi, 1251 tezisi, 18 xəritəsi nəşr olunub. Həmçinin 25 patent alınıb, bölmənin elmi əməkdaşları 19 qrand layihəsində qalib gəliblər. Elmi əməkdaşların 46 elmi əsəri impakt faktorlu jurnallarda dərc olunub.
Tədbirdə “Azərbaycanın elm məbədi” adlı sənədli film nümayiş etdirilib.
Sonda Naxçıvan Dövlət Filarmoniyasının konsert proqramı olub.
Festival AMEA Naxçıvan Bölməsində təşkil olunmuş elmi-populyar mühazirələrlə davam etdirilib.
Tədbir iştirakçıları Naxçıvan şəhərində yerləşən tarixi abidələrlə, səhiyyə, mədəniyyət müəssisələri ilə də tanış olublar.

 
  • Oxunub:  12630  |  
  • Tarix:  02-11-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA