Ana səhifə »  Elm »  AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub
A+   Yenilə  A-
AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, Nazirlər Kabineti Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva, dövlət və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, ali məktəblərin rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları akademiyanın elmi müəssisə və təşkilatlarının 2016-cı ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər, akademiyanın Yüksək Texnologiyalar Parkında istehsal olunan yeni məhsullar nümayiş etdirilib. Pavilyonlarda quraşdırılmış monitorlarda institut və təşkilatların fəaliyyətini əks etdirən videoçarxlar təqdim olunub.
Sərgini ziyarət edən qonaqlara akademiyanın elmi müəssisələrində aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən elmi əsər və kitablar, jurnal və bukletlər haqqında ətraflı məlumat verilib.
Yığıncaqda Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümumi yığıncağı açaraq akademiyanın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. Ötən ilin mühüm elmi nailiyyətlər və uğurlarla yadda qaldığını söyləyən akademik qeyri-neft sektorunun inkişafı baxımından bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, ölkədə dövlət siyasətinin əsas prioritetlərindən olan sosial layihələrin uğurla davam etdirildiyini bildirib.
Hesabat ilində dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar akademiyada elmi nailiyyətləri əks etdirən bir sıra nəşrlərin işıq üzü gördüyünü xatırladan A.Əlizadə akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə çap olunan “Müstəqillik yollarında-25” kitabını xüsusi vurğulayıb. Qeyd edilib ki, nəşrdə ötən illər ərzində keçilmiş məsuliyyətli və şərəfli yol, qazanılan mühüm nailiyyətlər əksini tapıb.
Akademik Azərbaycan multikulturalizmi və onun tarixi-nəzəri aspektlərinin tədqiqi yönündə fəaliyyətdən də danışıb. Azərbaycan modelinin bu sahədəki rolunun elmi əsaslandırılması və digər məsələlərin ötən il AMEA-nın müvafiq institutlarında geniş tədqiq edildiyini, bu istiqamətdə mühüm elmi nəticələrin əldə olunduğunu bildirib.
2016-cı ildə “Elm haqqında” Qanunun təsdiqlənməsi ilə elm sahəsində normativ-hüquqi bazanın təkmilləşdirildiyini deyən AMEA-nın rəhbəri hesabat ilində “Elm haqqında” Qanunun, eləcə də müasir dövrün çağırışlarının tələblərinə müvafiq olaraq Rəyasət Heyəti tərəfindən “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsinin hazırlandığını, təsdiq üçün dövlətimizin başçısına təqdim edildiyini vurğulayıb.
Ötən il akademiyanın ümumilikdə 23 dövlət əhəmiyyətli proqramın icrasında yaxından iştirak etdiyini diqqətə çatdıran AMEA-nın prezidenti elmi-təşkilati sahədə əldə olunan nailiyyətlər haqqında məlumat verib. Akademik 2016-cı ildə AMEA-da elmi-təşkilati işlərin yeni əsaslarla qurulduğunu, kadr hazırlığı və elmi-innovativ fəaliyyətin gücləndirildiyini, hüquqi islahatlar həyata keçirildiyini vurğulayıb. Elm və təhsilin inteqrasiyası, elektron elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın yeni əsaslar üzərində qurulması, elmin istehsalata inteqrasiyası, elmin populyarlaşdırılması və ictimaiyyətlə münasibətlərin qurulması, maddi-texniki bazanın gücləndirilməsi və digər istiqamətlərdə mühüm işlərin görüldüyü diqqətə çatdırılıb.
Ümumi yığıncaqda hesabat məruzəsi dinlənildikdən sonra müzakirələr aparılıb.
Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə olan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin, Nizami Gəncəvi Fondunun yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında tədqiq olunması sahəsindəki müstəsna xidmətlərinə görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib.
Mükafata görə minnətdarlığını bildirən professor Nərgiz Paşayeva Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətindən, qazanılan uğurlardan danışıb.
Nərgiz Paşayeva vurğulayıb ki, 2013-cü ildə təməli qoyulan və dahi Nizaminin adını daşıyan Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 800 illik tarixə malik olan Oksford Universitetinin bir funksional, elmi tərkib hissəsinə çevrilib. Bu, böyük nailiyyətdir və bütün Azərbaycan elminin nailiyyətidir.
Professor Nərgiz Paşayeva deyib: “Biz 2013-cü ildən Mərkəzin elm-təhsil proqramının həyata keçirilməsi ilə məşğuluq. Biz tarix, arxeologiya elmləri üzrə tədqiqatlar aparırıq. Azərbaycan tarixinə, ədəbiyyatına aid, indiyədək heç bir Avropa dilinə tərcümə edilməyən elmi ədəbiyyatları Avropa dillərinə çevirməklə məşğuluq. Bununla yanaşı, konfranslar keçiririk. Artıq Oksford Universitetində iki beynəlxalq konfransımız keçirilib. Bizim altı məzun yerimiz var - üç doktorant, üç magistr. Artıq yerlərin hamısı tutulub. Bu yerləri Amerikadan, İngiltərədən və başqa ölkələrdən tələbələr tutublar. Biz təkcə Azərbaycanda deyil, bütün Qafqazda yaşayan xalqları, onların maddi, mənəvi sərvətlərini, dillərini, ədəbiyyatını və s. öyrənirik. Qafqaz həmişə elmi, tarixi baxımdan maraq doğuran, Qərbdə, xüsusilə də İngiltərədə az öyrənilən, elmi ədəbiyyatda az təbliğ olunan bölgələrdən biridir. Bu baxımdan biz bu boşluğu doldurmaq niyyətindəyik. Bizim böyük işlərimizdən biri əlbəttə ki, Mərkəzə Nizami Gəncəvinin adının verilməsidir. Bu ad əbədi olaraq Oksford Universitetində qalmalıdır və Nizami Gəncəvi adına Mərkəz bugünkü ilk addımlarını gələcəkdə yeni nəsillərə, yeni alimlərə verəcək”.
Nərgiz Paşayeva bildirib ki, Oksford Universitetinin gözəl devizi var - Tanrı, yolumu işıqlandır. Yaradan hər kəsin yolunda bir məqsəd, bir niyyət, bir sınaq qoyur. “Bugünkü mükafat cüzi əməyim qarşılığında böyük mükafatdır. Mən sadəcə olaraq bu sınağı doğrultmağa çalışmışam. Amma çox az bir qismə nail olmuşam. Bu mükafat məndə həm qürur hissi yaradır, eyni zamanda, üzərimə böyük məsuliyyət də qoyur”, - deyə professor Nərgiz Paşayeva qeyd edib.
Həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsi sahəsində xüsusi xidmətlərinə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, professor Robert Hoylanda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” verilib.
Professor R.Hoyland Azərbaycana səfərindən və bu medala layiq görülməsindən məmnunluğunu bildirib, yüksək mükafata görə təşəkkür edib.
Sonra elmi fəaliyyətin qiymətləndirilməsi üçün milli məlumat bazasının yaradılması sahəsində mövcud problemlər, biliklər iqtisadiyyatının formalaşdırılması, elm və təhsilin inteqrasiyasında inkişaf perspektivləri, AMEA-nın elmi müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, elektron elmin inkişafı, biliklər cəmiyyətinin formalaşdırılmasında alimlərimizin rolu və digər məsələlər ətrafında verilən sualları AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev cavablandırıb.
Daha sonra Fizika İnstitutu direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abdinov ötən il AMEA-da fizika sahəsində aparılan tədqiqatlar, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev elm, təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi, Bakı Dövlət Universitetinin faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə yer elmləri sahəsində multidisiplinar tədqiqatlar mövzularında çıxış ediblər.
Tədbirdə ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın 2016-cı ildəki fəaliyyəti qənaətbəxş hesab edilməklə illik hesabat təsdiqlənib.
Qərarda Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, biotexnologiya, gen mühəndisliyi və biofizika sahələrində tədqiqatların genişləndirilməsi, neft sənayesinin inkişafı ilə əlaqədar Xəzər dənizinin ekologiyası, biologiyası və geologiyası ilə bağlı tədqiqatlara üstünlük verilməsi, AMEA-nın xarici elmi mərkəzlərlə birgə meqalayihələrdə iştirakının davam etdirilməsi ilə bağlı müddəalar yer alıb. Bundan başqa, elm və təhsilin qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsi, elmin informasiya təminatının, innovasiya və elmin kommersiyalaşdırılması sahələrində fəaliyyətin və yüksək texnoloji bizneslə əlaqələrin genişləndirilməsi, AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və digər məsələlər də qərarda əksini tapıb.
Daha sonra AMEA-nın adlı mükafatları sahiblərinə təqdim olunub.
Fizika-riyaziyyat elmləri doktoru Kərim Allahverdiyev Nəsrəddin Tusi adına, akademik Məhərrəm Babayev Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanov Akademik Üzeyir Hacıbəyli adına və AMEA-nın müxbir üzvü Zakir Qarayev Akademik Mirəsədulla Mirqasımov adına mükafatlarla təltif olunublar.
Bundan başqa, akademik Vaqif Fərzəliyevə Akademik Yusif Məmmədəliyev adına mükafat, akademik Vasif Babazadəyə Akademik Musa Əliyev adına mükafat, tarix elmləri doktoru Əli Rəcəbliyə Abbasqulu ağa Bakıxanov adına mükafat təqdim edilib.
Bununla da AMEA-nın illik ümumi yığıncağı öz işini başa çatdırıb.

 
  • Oxunub:  11550  |  
  • Tarix:  29-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA