Ana səhifə »  Elm »  Gənc alimin dilçilik elminə dəyərli töhfəsi
A+   Yenilə  A-
Gənc alimin dilçilik elminə dəyərli töhfəsi

Aysel Qəriblinin “Azərbaycan dili” anlayışının tarixi” kitabı çapdan çıxıb
Filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin “Azərbaycan dili” anlayışının tarixi” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, gənc alimin bu monoqrafiyasında “Azərbaycan dili” anlayışının formalaşma tarixinin dövrləri araşdırılıb. Orta əsrlərdə, XIX əsrdə, mürəkkəb proseslərlə zəngin XX yüzillikdə, eləcə də yaşadığımız müasir dövrdə “Azərbaycan dili” anlayışının tarixinə dair müxtəlif mülahizələr irəli sürülüb. Kitabda qeyd olunur ki, “Azərbaycan dili” anlayışı (linqvonimi) “Azərbaycan” toponimi, bunun ardınca isə “Azərbaycan xalqı” etnoniminin təşəkkülü ilə formalaşmağa başlayaraq müasir dövrdə sayı iyirmi beşdən çox olan türk dillərindən birinin adını bildirir ki, həmin ad-anlayışın formalaşmasının zəngin tarixi var. Lakin bu tarix indiyə qədər sistemli şəkildə, xronoloji (və məntiqi) ardıcıllıqla öyrənilməyib, yalnız mülahizələrlə (özü də biri digərini istisna edən, yaxud mübahisəli) kifayətlənilib.
A.Qəribli bu kitabında “Azərbaycan dili anlayışının tarixi”nə bütöv şəkildə yanaşıb, özündən əvvəlki mülahizələri ciddi araşdıraraq analitik, eləcə də düzgün metodologiya ilə təhlil edib, elmi nəticələrə gəlib. Gənc alimin fikrincə, “Azərbaycan dili” anlayışının, eləcə də linqvoniminin təşəkkül tarixinin əsasını “türk dili”ndən “Azərbaycan dili”nə keçid dövrü, başqa sözlə, həmin dövrdə meydana çıxan problemlər təşkil edir.
Monoqrafiya beş fəsildən, “Azərbaycan dili” anlayışını bildirən linqvonimlər (dil adı) sözlüyündən və ədəbiyyat siyahısından ibarətdir.
Müəllif monoqrafiyanın əvvəlində yazır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev istər sovet, istərsə də xüsusilə müstəqillik dövründə ölkəyə rəhbərlik illərində “Azərbaycan dili” anlayışının həm ictimai şüurda möhkəm yer tutması, həm də Azərbaycan dilinin hər cəhətdən mükəmməl bir xalqın dili olaraq daha da inkişaf edib zənginləşməsi üçün davamlı şəkildə təxirəsalınmaz tədbirlər görüb. Xalqın (və dövlətin) dili ilə bağlı mülahizələri, apardığı genişmiqyaslı müzakirələr, verdiyi qərarlar, həyata keçirdiyi ideyalar dahi dövlət xadiminin ümumən milli dövlət quruculuğu missiyasının üzvi tərkib hissəsi olub.
Qeyd edək ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və digər rəsmi sənədlər, eyni zamanda, alimlərimizin qarşısında yeni-yeni vəzifələr qoyur. A.Qəriblinin müraciət etdiyi mövzu həm də bu baxımdan aktualdır.
Kitabın “Türk dili” anlayışının təşəkkülü” adlanan birinci fəslində bu anlayışın mənşəyi, orta əsrlərdə mövqeyi, “türk dilləri” anlayışının təşəkkülü, “ortaq türkcə” anlayışı ilə bağlı iddialar və imkanlar barədə tutarlı fikirlər irəli sürülür. Müəllifin fikrincə, “türk dili” anlayışında diferensial xüsusiyyətlər orta əsrlərdə xüsusi linqvonimlərlə fərqləndirilməyib, bir qayda olaraq “türki” adından istifadə edilib.
Tədqiqatçı haqlı olaraq bu nəticəyə gəlir ki, türk dillərinin diferensiasiyasının dərinləşdiyi (buna uyğun olaraq “türk dilləri” anlayışının populyarlaşdığı) XIX əsrdə, xüsusilə həmin əsrin sonlarından etibarən bütün türkləri birləşdirmək, onların anlayacağı “ümumi dil tapmaq” ideyası da meydana çıxıb. Bu isə o deməkdir ki, “türk dilləri” anlayışı ilə “ümumi (ortaq) türk dili” anlayışı bir-birinə diferensiasiya-inteqrasiya münasibəti əsasında sıx bağlıdır. Müəllif vurğulayır ki, müasir dövrdə “ortaq türk dili” (“ortaq türkcə”, “türklər üçün ortaq ünsiyyət dili” və s.) anlayışı həm nəzəri, həm də praktik türkologiyanın maraq dairəsində əhəmiyyətli yer tutur.
“Azərbaycan türkcəsi anlayışının təşəkkülü” adlanan ikinci fəsildə “Qədim Azərbaycan dili” anlayışının, “Azərbaycan türkcəsi” anlayışının mənşəyinin və formalaşmasının, “Əkinçi”nin Azərbaycan türkcəsi” məsələlərinin elmi izahı verilib. Tədqiqatçı qeyd edir ki, “Azərbaycan türkcəsi” anlayışı XIX əsrdə formalaşıb. Bu anlayış ənənə ilə ümumi şəkildə “türk dili” adlandırıldığı məqamda da kontekstdən aydın olur ki, söhbət hansı “türkcə”dən gedir. Daha çox isə “Qafqaz”, “Zaqafqaziya”, “Azərbaycan türklərinin (tatarlarının) dili”, yəni “toponim+etnonim+dil” (lisan, zəban, ləhcə) formul-modeli ilə ifadə olunur. Eyni prinsip digər türk dillərinin və ya ləhcələrinin adlandırılmasında da özünü göstərir.
Monoqrafiyanın üçüncü fəsli XIX əsrin sonu XX əsrin əvvəllərində “türk dili”, “Azərbaycan türkcəsi” və “Azərbaycan dili” anlayışlarının funksional paralelliyinə həsr edilib. Burada Əli bəy Hüseynzadənin “türkcə”si, Məhəmməd ağa Şahtaxtlının, Cəlil Məmmədquluzadənin, Yusif Vəzir Çəmənzəminlinin, Nəriman Nərimanovun, Üzeyir Hacıbəylinin ayrı-ayrılıqda “ana dili” anlayışları barədə açıqlamalar yer alıb.
Dördüncü fəsil “Azərbaycan dili” anlayışının formalaşması” adlanır. Burada XX əsrin 20-ci, 30-cu illərində “türk dili”ndən “Azərbaycan dili”nə keçid prosesləri, “Azərbaycan dili” anlayışı: Şimalda və Cənubda, Səməd Vurğunun “Azərbaycan dili” anlayışı, XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyində “Azərbaycan dili” anlayışı məsələləri əhatə olunub.
“Azərbaycan dili” anlayışı müstəqillik dövründə” adlı beşinci fəsildə müstəqilliyin ilk illərində ana dilimizin “türk dili”, “Azərbaycan türkcəsi” və “Azərbaycan dili” adlandırılması ilə bağlı mübahisələr, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan dil müzakirələri və həmin müzakirələrin rəsmi nəticələri, “Azərbaycan dili” anlayışı müasir mərhələdə mövzuları əhatə edilib. Müəllif diqqətə çatdırır ki, SSRİ dağıldıqda müstəqilliyinə qovuşan Azərbaycanda varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra atributları ilə yanaşı, dövlət dilinin adı olaraq “türk dili” də qəbul edilib. Lakin qanunvericiliyin pozulması ilə müşayiət olunan bu addım respublika ictimaiyyətinin narazılığı ilə qarşılanmaqdan başqa, beynəlxalq aləmdə də müəyyən anlaşılmazlıqlar yaradıb. Bütün bunları, eləcə də “Azərbaycan dili” anlayışının təşəkkülü tarixini (və mövcud təcrübəsini) nəzərə alan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə dövlət dilinin adı məsələsinə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilərkən ümumxalq səsverməsində (referendum) ayrıca baxılıb, Azərbaycan Respublikasının dövlət dilinin “Azərbaycan dili” olduğu təsbit edilib.
Monoqrafiyanın maraqlı və faydalı cəhətlərindən biri burada “Azərbaycan dili” anlayışını bildirən linqvonimlər sözlüyünün yer almasıdır. Sözlük “türk dili”ndən “Azərbaycan dili” anlayışına qədər təxmini xronologiya ilə tərtib olunub və 27 anlayışı əks etdirir. Müəllifin Azərbaycan, türk, ingilis və rus dillərində XIX əsrin 40-cı illərindən müasir dövrümüzədək 138 mənbəni təhlilə cəlb etməsi tədqiqatın geniş əhatə dairəsini bir daha təsdiqləyir.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın elmi redaktoru professor Sayalı Sadıqova, rəyçilər professor Roza Eyvazova, Pərvin Quliyeva, redaktoru Dəyanət Osmanlıdır.

 
  • Oxunub:  7140  |  
  • Tarix:  17-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA