Ana səhifə »  Elm »  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü
A+   Yenilə  A-
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü

Oktyabrın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2018-2019-cu tədris ilində bu ali məktəbə daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan professor, mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri Yuri Sadovniçi MDU-nun Bakı filialının “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib. Bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Əvvəlcə burada üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri fəaliyyət göstərib, sonra psixologiya, iqtisad və fizika fakültələri açılıb. Təhsil bakalavr və magistr pillələrində aparılır. “M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə 2012-ci ildə çox gözəl kampus inşa edilib və tələbələr üçün burada hər cür şərait yaradılıb. Kampusda çox zəngin kitabxana, müasir laboratoriyalar var, tələbələr geniş auditoriyalarda dərs keçirlər, burada yataqxanalar, idman meydançaları var. Fənləri əsasən MDU-nun professor və müəllimləri tədris edirlər. Tələbələr sonda Moskva məzunlarının aldıqları diplomdan heç nə ilə fərqlənməyən diploma sahib olurlar”, - deyən Y.Sadovniçi filialda oxumağın çətin olduğunu, lakin bu çətinliyin tələbələrin gələcəyinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. O deyib: “Praktika göstərir ki, məzunlarımızın işə düzəlmək problemi olmur. Onlar sonra bizə təşəkkür də edirlər”.
Qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, bu barədə bütün məlumat filialın http://msu.az/ saytında yerləşdirilib. Əgər məlumat kifayət etməzsə, http://www.msu.ru/ saytına, habelə filialın info@msu.az elektron ünvanına müraciət etmək olar. Bu il filial bakalavr və magistr proqramı üzrə qəbul keçirir. Filologiya fakültəsinin bazasında “Rus dili və ədəbiyyatı” və “Xarici filologiya” (fransız, ispan) bölmələri fəaliyyət göstərir. İqtisadiyyat fakültəsində iqtisadiyyat və menecment bölmələri var. Bütün fakültələrə plan 25 nəfər, filologiyada isə rus dili və ədəbiyyatı, fransız və ispan dili və ədəbiyyatı ixtisaslarına ayrı-ayrılıqda 10 nəfər olmaqla, ümumilikdə 30 nəfərdir. Magistraturaya qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, psixologiya və iqtisadiyyat fakültələri üzrə aparılır. Filialda qəbul imtahanları və təhsil rus dilindədir. Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün təhsil pulsuzdur. Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən birinci (yaz) imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə 300 və ya daha çox bal toplamaq tələb olunur.
Denis İlyutko diqqətə çatdırıb ki, qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza (ERİ) - FİN kod əsasında verilə bilər. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında http://dim.gov.az/ doldurula bilər. Ərizələri yalnız bir fakültəyə vermək olar. Lakin iqtisadiyyat və filologiya fakültələrində iki istiqamət olduğundan, hər iki istiqamətə vermək olar. Filiala qəbul MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən aparılır. Filialda təhsil rus dilindədir. Azərbaycan vətəndaşları, ali təhsili olanlar istisna edilməklə, büdcə hesabına (ödənişsiz) təhsil alırlar. Əcnəbi vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, habelə ali təhsilli Azərbaycan vətəndaşları üçün təhsil pulludur.
MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, fizika fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Aleksandr Saletski diqqətə çatdırıb ki, fizika təcrübi elm olduğundan təhsil prosesində bu məsələyə böyük diqqət verilir. “Əgər MDU-nun Bakı filialı dünyanın ən yaxşı 100 universiteti sırasında yer alırsa, fizika fakültəsinə görə 30 universitet sırasına daxildir. Filialda olan ən müasir avadanlıq dünyanın bir çox ali məktəbində yoxdur”, - deyə A.Saletski vurğulayıb.
Psixologiya fakültəsinin dekan müavini, psixologiya elmləri doktoru Valentina Barabanşikova müasir dövrdə həyatın müxtəlif sahələrində psixoloqa ehtiyac yarandığını vurğulayıb, bu baxımdan Bakıda da psixoloji mərkəzlərin açıldığını diqqətə çatdırıb. Bildirib ki, fakültənin tələbələri Moskvaya diplom praktikasına gedəcəklər.
Qeyd edək ki, psixologiya fakültəsində fundamental təhsilin əsasını ümumi psixologiya, şəxsiyyətin psixologiyası, psixologiyanın tarixi, eksperimental psixologiya, diferensial psixologiya, psixodiaqnostikanın əsasları, psixoloji praktikum kursları təşkil edir.
Kimya elmləri doktoru, üzvi kimya kafedrasının professoru, kimya fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Sergey Karlov Azərbaycanın zəngin təbii ehtiyatlarının kimya sənayesinin, eləcə də kimya elminin inkişafını tələb etdiyini söyləyib. Vurğulayıb ki, ölkə rəhbərliyi müvafiq sahələrin inkişafı üçün hər cür şərait yaradıb. “Filialda 15-dən çox kimya laboratoriyası var. Bakalavr təhsilində tələbələr üç il ümumi fənləri, dördüncü il ixtisas fənlərini öyrənirlər. Əlbəttə ki, yaxşı oxuyanlar diplom işinə görə Moskvaya gedirlər. Məzunlarımızın bir hissəsi Azərbaycanda nüfuzlu şirkətlərdə, dövlət strukturlarında işləyir, bir hissəsi isə təkcə MDU-da aspiranturada deyil, həm də xaricdə təhsillərini davam edirlər”, - deyə S.Karlov qeyd edib.
Tətbiqi riyaziyyat fakültəsindən Sergey Qaşkov riyaziyyatın elmlərin ən yaxşısı olduğunu maraqlı faktlarla diqqətə satdırıb. “Pifaqor hesab edirdi ki, dünyanı ədədlər idarə edir”, - deyən S.Qaşkov elm-texnikanın inkişafında riyazi hesablamaların, riyaziyyatın tətbiq edilməsinin əhəmiyyətindən söz açıb. O deyib: “İnsanların istifadə etdikləri smartfonlar çox asanlıqla bir neçə cihazı əvəz edir. Bu, həm kompüter, həm televizor, həm diktofon, həm telefondur. Səbəb bütün informasiyanın işlənməsində rəqəmsallığa keçilməsidir. Yaxud telefonun işi, funksiyalarının reallaşdırılması alqoritmə əsaslanır. Burada kodlaşdırma alqoritmindən istifadə edilir. Pul hesablaşmaları bank kartları ilə aparılır. Burada da rəqəm mikrosxemi var. Eləcə də şifrələmədə riyaziyyatdan istifadə edilir”.
Filologiya elmləri doktoru, german və kelt filologiyası kafedrasının professoru Nataliya Qanina filologiya fakültəsinin filialın yaradıldığı vaxtdan fəaliyyət göstərdiyini diqqətə çatdırıb və bunun da söz sənətinə yüksək qiymət verən Azərbaycan üçün səciyyəvi olduğunu bildirib. Qeyd edib ki, tədris planına iki tədris təcrübəsi-folklor, dialektoloji, istehsalat (pedaqoji), habelə bir qayda olaraq Moskvada keçirilən diplomdan əvvəlki təcrübə daxildir. “Roman-german” filologiyası filiallar arasında məhz Bakıda yaradılıb. Növbəti tədris ilindən isə burada ispan və fransız ədəbiyyatı ixtisası tədris ediləcək. Vurğulayıb ki, həm rusistlərin, həm də xarici filologiyanı tədris edən professor-müəllim heyətinin böyük təcrübəsi var. Fakültənin beynəlxalq əlaqələri də genişdir. Bu sırada Oksford universitetini qeyd etmək yerinə düşər. Bu, filialın rektoru akademik Nərgiz Paşayevanın böyük zəhmətinin sayəsindədir.
İqtisad elmləri namizədi, iqtisad fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Ceyhun Hüseynov diqqətə çatdırıb ki, fakültə filialda nisbətən yeni olsa da, məzunlarının iş problemi olmayıb. Onların bir qismi isə təhsillərini magistraturada davam etdirir. Ceyhun Hüseynov iqtisad elmlərinə tələbatdan danışıb, fakültədə fundamental tədris aparıldığını vurğulayıb, bakalavr və magistratura təhsili haqqında ətraflı məlumat verib.
Çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Sonra tədbir iştirakçılarına xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.
Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

 
  • Oxunub:  8490  |  
  • Tarix:  24-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sabitliyin möhkəmləndirilməsi dövlətin və hər bir vətəndaşın işi olmalıdır

15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır
15 Fevral 16:39
Vüqar Bayramov: Bu il ölkəmizin iqtisadi artım tempində daha yüksək faiz qeydə alınacaq
15 Fevral 16:21
“Nəsimi ili” ilə bağlı Özbəkistanda silsilə tədbirlər keçiriləcək
15 Fevral 16:16
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalanda vətəndaşları qəbul edib
15 Fevral 16:12
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək
15 Fevral 15:58
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
15 Fevral 15:40
Ötən il Yevlaxda 53,7 milyon manatlıq tikinti-quruculuq işləri aparılıb
15 Fevral 15:34
Professor Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir
15 Fevral 15:15
ABŞ-ın Enerji Administrasiyası: Azərbaycan Cənubi Avropa üçün daha mühüm qaz tədarükçüsü olmaq niyyətindədir
15 Fevral 15:04
Gələn həftədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanacaq
15 Fevral 14:51
Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub
15 Fevral 14:47
Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib
15 Fevral 14:38
Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib
15 Fevral 14:25
Elman Məmmədov: Nikol Paşinyan hələ də nəticə çıxara bilməyib
15 Fevral 14:23
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır
15 Fevral 14:19
Ekologiya və təbii sərvətlər naziri Beyləqanda vətəndaşları qəbul edib
15 Fevral 14:16
“The Korea Times” qəzetində Azərbaycanın xarici işlər nazirinin müsahibəsi dərc olunub
15 Fevral 14:16
Bakı Dövlət Universitetində doktorantların sualları cavablandırılıb
15 Fevral 14:12
Ötən il Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb
15 Fevral 14:04
Mədəniyyət Nazirliyi ilə “British Council” arasında niyyət sazişi imzalanıb
15 Fevral 12:57
Saatlıda ötən il görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
15 Fevral 12:54
Malayziya-Azərbaycan parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə edilib
15 Fevral 12:41
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü VII Qlobal Bakı Forumunda iştirak edəcək
15 Fevral 12:40
YAP Gənclər Birliyinin nümayəndəsi Moskvada «Единая Россия»nın gənc qvardiyaçılarının IX Qurultayında iştirak edib
15 Fevral 12:36
Təhsil naziri: Təqaüd sisteminin təkmilləşdirilməsi tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir
15 Fevral 12:31
YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
15 Fevral 12:24
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nin növbəti dərsləri başlayıb
15 Fevral 12:22
Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib
15 Fevral 12:21
Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək
15 Fevral 12:01
Azərbaycanda ilk dəfə rayon icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıb
15 Fevral 11:44
Reyhan Camalova ABŞ-da Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcək
15 Fevral 11:30
Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür
15 Fevral 11:12
Əqli Mülkiyyət Agentliyi biznes sektorunun nümayəndələri üçün təlimlər təşkil edəcək
15 Fevral 11:07
Ötən gün 27 cinayətin üstü “isti izlər”lə açılıb
15 Fevral 11:03
Qusarda son üç ildə 3 min 238 hektar yeni fındıq bağları əkilib
15 Fevral 10:48
Azərbaycan İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis olundu
15 Fevral 10:40
Hikmət Babaoğlu: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq
15 Fevral 10:22
Ceyhun Bayramov: Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır
15 Fevral 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub
15 Fevral 09:38
Prezident İlham Əliyevdən tələbə gənclərə mühüm dəstək
15 Fevral 09:37
Azərbaycanda dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub
15 Fevral 09:33
Azərbaycan xalqı Prezident İlham Əliyevə öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir
15 Fevral 09:32
Xəzər rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib
15 Fevral 09:31
Abbas İsmayılov: Xocalı soyqırımı kimi dəhşətli cinayətə göz yummaq böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir
15 Fevral 09:31
Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
15 Fevral 09:29
Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır
15 Fevral 09:28
“Xocalı - şahidlərin gözü ilə” sənədli-tarixi kitabı ingilis və rus dillərində nəşr olunub
15 Fevral 09:28
Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq
15 Fevral 09:27
Bakcell və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib
15 Fevral 09:23
Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşüblər
15 Fevral 09:23
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA