Ana səhifə »  Elm »  MDU-nun Bakı Filialında Azərbaycanda ilk dəfə Beynəlxalq Coğrafi İmla - 2017 tədbiri keçirilib
A+   Yenilə  A-
MDU-nun Bakı Filialında Azərbaycanda ilk dəfə Beynəlxalq Coğrafi İmla - 2017 tədbiri keçirilib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında Coğrafi İmla - 2017 adlı nadir beynəlxalq layihə həyata keçirilib. İlk dəfə 2015-ci ildə Rus Coğrafiya Cəmiyyəti (RCC) tərəfindən Rusiyada keçirilmiş layihə bu il beynəlxalq səviyyəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Rus Coğrafiya Cəmiyyəti tarixən rus xəritəşünaslığının mərkəzlərindən biri olub. V.Y.Struve, F.F.Şubert, N.D.Artamonov, K.A.Salişşev kimi məşhur geodezist, topoqraf və kartoqraflar bu cəmiyyətin üzvləri olublar. Cəmiyyətin kartoqrafiya toplusu 1845-ci ildə cəmiyyətin yaradıldığı vaxtdan formalaşmağa başlayıb. Bu gün həmin topluda 40 minə yaxın nadir atlas və xəritə var. Son illərdə isə yeni buraxılmış kartoqrafiya materialları və geoloji informasiya xarakterli məlumatlar hesabına, o cümlədən cəmiyyətin qrant dəstəyi sayəsində həmin toplunun həcmi əhəmiyyətli dərəcədə artıb. 2015-ci ildə RCC-nin Qəyyumlar Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilk dəfə Ümumrusiya Coğrafi İmla tədbiri keçirilib.
Beynəlxalq Coğrafi İmla əhalinin coğrafi savad səviyyəsinin qiymətləndirilməsinə yönəlmiş genişmiqyaslı təhsil aksiyasıdır. 2017-ci ildə İmla artıq beynəlxalq səviyyəyə çatıb və bu il noyabrın 26-da dünyanın 25-dən çox ölkəsində (o cümlədən Rusiya, Azərbaycan, Argentina, Çexiya, Danimarka, Böyük Britaniya, Norveç, Türkiyə, Monteneqro və başqa dövlətlərdə) imla keçirilməsi məqsədilə məxsusi olaraq hazırlanmış regional məkanlar fəaliyyət göstərirdi.
MDU-nun Bakı Filialında Beynəlxalq İmlada iştirak etmək arzusunda olanların sayı 800-dən çox idi. Qeyd etmək lazımdır ki, Filial bu tədbirin keçirilməsi üçün ən böyük məkanlardan birini təqdim edib və imla iştirakçılarının sayına görə Rusiyadan xaricdəki məkanlar arasında birinci olub.
Həmin gün Filialın tədris korpusunun auditoriyalarında bütün zəruri şərait yaradılmış, texniki cəhətdən yüksək səviyyədə təchiz olunmuş 12 auditoriya ayrılmışdı.
Rus dilində keçirilən coğrafi imlada iştirak etmək könüllü idi. İmla müxtəlif çətinlik dərəcəli 3 bloka bölünmüş 30 test tapşırığından ibarət idi. Birinci blokdakı suallar coğrafi anlayış və terminlərlə bağlı biliklərə aid idi. İkinci blok xəritə ilə işləmək bacarıqlarının yoxlanmasına, üçüncü blok isə səyyahların gündəliklərindəki qeydlərə və bədii əsərlərdən seçilmiş parçalara əsasən coğrafi obyektlərin təyin edilməsinə yönəlmişdi.
İmla başlanmazdan əvvəl tədbirin hər bir iştirakçısına imlanı yazmaq üçün möhürlənmiş blank, tapşırıqların mətni yazılmış blank və onun doldurulmasına dair şifahi təlimat paylandı. Hər bir iştirakçıya fərdi eyniləşdirmə nömrəsi verilmiş, bu nömrə imla yazma üçün blank alınarkən həmin blanka yazılır. Eyniləşdirmə nömrəsi kəsmə vərəq şəklində də təkrarlanır və həmin vərəq imlanın iştirakçısında qalır. İmlaya görə verilən balların maksimum sayı 100-dür. Tapşırıqların yerinə yetirilməsi uçun iştirakçılara 45 dəqiqə vaxt verilib. İştirakçıların təlimatlandırılması vaxtı da nəzərə alınmaqla imla üçün ayrılan ümumi vaxt 60 dəqiqə olub.
İmla başlanmazdan əvvəl Rus Coğrafiya Cəmiyyəti tərəfindən hazırlanmış maraqlı materiallar nümayiş etdirilib. “Putoran vadisi. Əlçatmaz gözəllik”, “Multi-Rusiya”, “Rusiya qoruqları”, “Rusiya zirvələri”, “Yeri gəlmişkən, coğrafiya haqqında” adlı videomateriallar imla iştirakçılarının böyük marağına səbəb olub. Yaşından, təhsilindən, sosial mənsubiyyətindən, dini etiqadından və vətəndaşlığından asılı olmayaraq arzu edən hər kəs bu imlada iştirak edirdi. Burada Rusiyanın Bakıdakı səfirliyinin əməkdaşlarını, “Rossotrudniçestvo” agentliyinin, Moskvadan Rus Coğrafiya Cəmiyyətinin nümayəndələrini, məktəbliləri və tələbələri, ölkənin ali məktəblərinin professor və müəllimlərini, AMEA alimlərini, yaradıcı ziyalıların və digər müxtəlif peşələrin nümayəndələrin görmək olardı. İmla dərsinin keçirilməsi üçün auditoriyalarda işə cəlb edilmiş bütün moderatorlar M.V.Lomonosov adına MDU-nun professorları və dosentləri idi.
Tədbir iştirakçıları öz şərhlərində MDU-nun Bakı Filialında imlanın yüksək səviyyədə təşkil olunmasını və keçirilməsini, Azərbaycanda belə bir layihənin reallaşdırılmasının vacibliyini qeyd ediblər.
Rusiyanın Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri İqor Yeronin: “Artıq üçüncü ildir ki, keçirilən Coğrafi İmla insanların təhsili ilə bağlı yaxşı bir ənənəyə çevrilib. Azərbaycanda bu imla Rusiyanın ən yaxşı ali məktəbini təmsil edən MDU-nun Bakı Filialında keçirilir. Təəccüblü deyil ki, bu hadisə məhz burada keçirilir. İştirakçıların sayı dünyanın istənilən başqa ölkəsindəkindən çoxdur”.
285 nömrəli məktəbin müəllimi Safura Rəhimova imlada öz uşaqları - 278 nömrəli məktəbin şagirdləri 14 yaşlı Nigar və 10 yaşlı Nicat ilə birlikdə iştirak edib. O deyir: “Coğrafi imla bu bazar günü bizim üçün ailəvi bayram oldu. Burada, MDU-nun Bakı Filialında biz çoxlu yeni və maraqlı məlumatlar aldıq. Belə tədbirlər intellektual inkişafa kömək edir, insanın dünya görüşünü xeyli genişləndirir. Bu, bizim uşaqlarımızın inkişaf etməsi üçün gözəl imkandır”.
Rus Coğrafiya Cəmiyyətinin Moskva vilayət bölməsinin icraçı direktorunun müavini Yuri Minnikov: “MDU-nun Bakı Filialında Coğrafi İmla üçün ayrılmış məkan bu məqsədlə dünyada ayrılan ən böyük məkandır. Hər şey - imlanın təşkili, iştirakçıların sayı, bu hadisəyə maraq ən yüksək səviyyədədir. Bütün bunlar onu göstərir ki, imla bayramı baş tutub! MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevaya və bu tədbirin baş tutmasına kömək etmiş hər kəsə Azərbaycanda coğrafi imlanın keçirilməsi üçün gözəl şərait yaratdıqlarına görə dərin minnətdarlığımı bildirmək istərdim. Biz bu barədə Moskvada hökmən danışacağıq. Hamınız çox sağ olun!”
Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər kafedrasının professoru Rüfət Qasımov: “İmla ölkənin təhsil sisteminin həyatında mühüm hadisə oldu. Bu tədbirdə yaşından və sosial mövqeyindən asılı olmayaraq hər kəs öz biliklərini yoxlamaq, çoxlu yeni məlumatlar almaq imkanına malik idi. İnsan bütün həyatı boyu öyrənməlidir. İqtisadiyyat sahəsində çalışan bir müəllim kimi, mənim üçün özümü coğrafiya sahəsində sınamaq, ölkəmizin gələcəyi olan istedadlı, biliklərə can atan gəncləri görmək çox maraqlı idi”.
MDU-nun Bakı Filialının iqtisad fakültəsinin ikinci kurs tələbəsi Şəbnəm Quliyeva: “İmla bizim doğma Filialda keçirilir və bu, bizim üçün sevindirici hadisədir. İqtisadiyyat ilə sıx bağlı olan coğrafiya məni həmişə maraqlandırıb və bu sahədə öz biliklərimi yoxlamaq mənim gələcək inkişafım üçün mühüm amildir”.
189-190 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Riad Mirzəyev: “Burada mən ümumtəhsil məktəblərinin çoxlu şagirdlərini, öz dostlarımı gördüm. Bizim yaşda biliklər əldə etmək çox vacibdir, onlar gələcəkdə hökmən lazım olacaq. Qeyd etmək istərdim ki, suallar çox maraqlı və ibrətamiz idi. Bu imla mənim üçün bir növ müsabiqə oldu. Mən özümü yoxlamaq istəyirdim və bu təcrübə çox faydalı oldu”.
Eldar Quliyev adına 145 nömrəli məktəbin 10-cu sinif şagirdi Fidan Quliyeva: “Azərbaycanda coğrafi imla keçirilməsi bizi çox sevindirdi. Bizim Rusiya tarixinə və Rusiya coğrafiyasına çox böyük marağımız var və bu tədbir bizə bu sahədə öz biliklərimizi yoxlamaq, Rusiya haqqında yeni biliklər əldə etmək imkanı verir”.
Bakıya Dnepropetrovskdan köçüb gəlmiş Lyubov Abdullayeva: “Rus Coğrafiya Cəmiyyətinin MDU-nun Bakı Filialında həyata keçirilən layihəsi ölkələr arasında dostluq körpüsüdür. Bu tədbir uşaqların, gənclərin və yaşlı nəslin böyük diqqətini cəlb edib. Coğrafi İmla xalqları, müxtəlif yaşlı və müxtəlif peşələrə aid insanları birləşdirir”.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov: “Müasir dünyada tarixi və coğrafiyanı bilmək çox vacibdir. Coğrafi İmla beynəlxalq miqyaslı hadisədir. Azərbaycanda MDU-nun Bakı Filialında və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilən bu tədbirdə mindən çox insan iştirak edir. Bu, MDB ölkələrində ən yüksək nəticə və bizim ümumi qələbəmizdir”.
İmlanın moderatoru, M.V.Lomonosov adına MDU-nun iqtisad fakültəsinin professoru Kaysın Xubiyev: “İmlanın MDU-nun Bakı Filialında keçirilməsi faktı mənim üçün xüsusilə maraqlıdır. Bu layihənin MDU-nun Bakı Filialında təşkili və keçirilməsi ən yüksək tərifə layiqdir. Bu mühüm hadisədə iştirak etməyimə görə çox şadam”.
İmlanın moderatoru, MDU-nun fizika fakültəsinin professoru, fizika-riyaziyyat elmləri doktoru Aleksandr Slepkov: “Mən özüm də imlada iştirak etdim, ola bilsin ki, sualların hamısına cavab vermədim, lakin bu çox maraqlı tədbirdir və mənim çox xoşuma gəldi. MDU-nun Bakı Filialı Coğrafi İmlanın keçirildiyi ən böyük beynəlxalq məkanlardan biridir. Cari il M.V.Lomonosov adına MDU-nun Bakı Filialı üçün yubiley ilidir - 10-cu tədris ilidir. Artıq çoxdandır ki, bu Filial iri beynəlxalq layihələrin uğurla həyata keçirildiyi və belə tədbirlərin yüksək səviyyədə reallaşdığı bir məkana çevrilib. Məsələn, 2015-ci ildə Filialda dünyanın 80 ölkəsindən 600-ə yaxın şagirdin iştirakı ilə məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirildi. Beynəlxalq Olimpiadanın İdarəetmə Komitəsinin rəyinə görə, həmin olimpiada məktəblilərin kimya olimpiadalarının keçirilməsi tarixində ən uğurlu və ən yaxşı olimpiada oldu.
Ona görə də ən yüksək səviyyədə təşkil olunmuş bugünkü tədbir də ən gənc iştirakçılarından başlamış yaşlı nəslin nümayəndələrinə qədər hər kəsin böyük marağına səbəb oldu. Ümumiyyətlə, Filialın təchizatının yüksək səviyyədə olmasını, buradakı müasir auditoriya və laboratoriyaları qeyd etmək istərdim. Burada işləmək və təhsil almaq çox xoşdur. Təsadüfi deyil ki, İmla məhz MDU-nun Bakı Filialında keçirildi”.
İmlanın moderatoru, filologiya elmləri doktoru, M.V.Lomonosov adına MDU-nun filologiya fakültəsinin ən yeni rus ədəbiyyatı tarixi və müasir ədəbi proses kafedrasının müdiri Mixail Qolubkov: “Bu ildən etibarən Coğrafi İmla beynəlxalq miqyas alıb. Bu vaxt Bakıda olmağıma və belə mühüm bir layihədə iştirak etməyimə görə çox şadam. Bu, MDU-nun Bakı Filialının və Azərbaycan paytaxtının həyatında çox mühüm hadisədir, çünki ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına, Rusiya coğrafiyasının öyrənilməsinə şərait yaradır. Bu hadisə bizim həyatımızda bayramdır. Mən bu tədbirin uğurla həyata keçirilməsi münasibətilə Bakı Filialının bütün kollektivini təbrik edirəm”.
Rus Coğrafiya Cəmiyyətinin Azərbaycandakı təşəbbüs qrupunun rəhbəri Cavid Zamanov: “MDU-nun Bakı Filialında Coğrafi İmlanın keçirilməsi böyüməkdə olan nəslin təhsilinin və tərbiyəsinin inkişafına böyük töhfə verməklə bərabər, həm də bütün iştirakçılar üçün gözəl bayram oldu”.
Həmin gün M.V.Lomonosov adına MDU-nun Bakı Filialında bu nadir tədbirin əvvəlindən sonuna qədər əsl bayram şəraiti hökm sürürdü.
Coğrafi İmlanın bütün iştirakçılarına sertifikatlar verildi. İmlanın nəticələri dekabrın 25-də elan ediləcək.
Qeyd edək, MDU-nun Bakı Filialında 6 fakültə fəaliyyət göstərir: tətbiqi riyaziyyat, kimya, filologiya, psixologiya, iqtisadiyyat və fizika. Filialın çox zəngin kitabxanası, kimya, fizika və psixologiya fakültələrində tədris prosesinin təmin edilməsi və elmi tədqiqat işləri aparılması üçün zəruri olan, demək olar ki, istənilən dərəcədə mürəkkəb eksperimental araşdırmalar aparmağa imkan verən ən müasir avadanlıqla təchiz olunmuş 22 tədris-elmi laboratoriya var. Bakı Filialı həm humanitar, həm də fundamental elm sahələrində gənc tədqiqatçıların elmi potensialının artırılmasına həmişə xüsusi diqqət yetirir. Artıq üçüncü ildir ki, MDU-nun rəhbərliyi Filialın məzunlarına Moskva Dövlət Universitetinin əyani aspiranturasında pulsuz oxumaq üçün yerlər ayırır. Bakı Filialı lap əvvəldən özü üçün asan olmayan yol seçib: burada indiki dövrdə çox populyar olan beynəlxalq hüquq, hüquqşünaslıq kimi ixtisaslar və istiqamətlər açmaq əvəzinə, humanitar ixtisaslarla yanaşı dəqiq elmlər üzrə yüksək ixtisaslı kadrlar hazırlanmasına xüsusi diqqət yetirilib və bu gün də belədir. Bu yaxınlarda Filialda ən müasir avadanlıqla təchiz edilmiş yeni “Nüvə və atom fizikası” tədris laboratoriyası açılıb.
Filialın nisbətən qısa müddətdə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tədris və elmi-akademik fəaliyyətin bütün sahələrində qazandığı nailiyyətləri çox sadalamaq olar.
Rus Coğrafiya Cəmiyyətinin rəhbərliyi məhz Filialın bütün uğurlarını və nailiyyətlərini nəzərə alaraq bu İmlanın məhz MDU-nun Bakı Filialında keçirilməsi təşəbbüsü ilə Filialın rektoru akademik Nərgiz Paşayevaya müraciət edib.

 
  • Oxunub:  9660  |  
  • Tarix:  28-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir

20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil
20 Fevral 20:32
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib
20 Fevral 20:29
Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
20 Fevral 20:28
Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək
20 Fevral 20:17
Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib
20 Fevral 20:12
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
20 Fevral 20:10
Milli Məclisin deputatı Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
20 Fevral 18:02
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
20 Fevral 17:51
Nəsimi rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır
20 Fevral 17:47
Ankarada Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək dəyərləndirilib
20 Fevral 17:37
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib
20 Fevral 17:35
YAP Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
20 Fevral 17:28
Hadi Rəcəbli: Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq mühüm qərarlar qəbul edir
20 Fevral 17:24
Avstraliya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
20 Fevral 17:20
Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət ediblər
20 Fevral 17:13
Prezident: Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq
20 Fevral 17:10
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizinə digər ölkələrin də marağı artır
20 Fevral 16:30
Prezident İlham Əliyev: Azərbaycanın regiondakı rolu artmaqdadır
20 Fevral 16:19
Azərbaycan Prezidenti: Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir
20 Fevral 16:11
Günter Ottinger: Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz nəqlinin həcmi növbəti illərdə artırıla bilər
20 Fevral 16:09
Ziyad Səmədzadə: Əmanətlərin tam sığortalanmasının daha bir il müddətinə uzadılması banklara inamı artıracaq
20 Fevral 16:03
Prezident: Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş kimi təqdim etməyə imkan verib
20 Fevral 16:00
Elçin Mirzəbəyli: Dövlətimizin başçısının bu Fərmanından sonra mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər
20 Fevral 15:55
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir
20 Fevral 15:49
Azərbaycan Prezidenti: Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir
20 Fevral 15:46
Vüqar Rəhimzadə: Prezidentin yeni Fərmanı insan, vətəndaş amilinə verilən böyük dəyərdir
20 Fevral 15:08
Prezident: Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq
20 Fevral 14:46
Sahibə Qafarova: Təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu sahədə çox böyük nailiyyətlər müşahidə olunmaqdadır
20 Fevral 14:37
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir
20 Fevral 14:32
Siyavuş Novruzov: “Azərbaycan hökumətinin atdığı addımlar müxalifəti əndişələndirir”
20 Fevral 14:23
Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub
20 Fevral 14:22
Yeni subartezian quyuları vasitəsilə Ağcabədidə 480 hektar əkin sahəsi suvarılacaq
20 Fevral 14:16
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
20 Fevral 14:12
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
20 Fevral 14:10
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər çapdan çıxıb
20 Fevral 14:01
Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri başlayıb
20 Fevral 12:53
Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub
20 Fevral 12:49
SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb
20 Fevral 12:42
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
20 Fevral 12:34
Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub
20 Fevral 12:32
Horadizdə “Ana Vətən” adlı konsert proqramı keçirilib
20 Fevral 12:24
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işə başlayıb
20 Fevral 12:21
Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,067 milyard ton neft çıxarılıb
20 Fevral 12:11
Sədaqət Vəliyeva: Minimum əmək pensiyasının artırılması dövlətimizin uğurlu sosial siyasətinin əyani təzahürüdür
20 Fevral 11:52
Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb
20 Fevral 11:36
Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək
20 Fevral 11:28
Rayonlar üzrə IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi mart ayında keçiriləcək
20 Fevral 11:09
Tusi-Bohm Planetariumda “Elm günü”nə həsr olunmuş “Açıq qapı” təşkil edildi
20 Fevral 10:48
Daşkənddə ölkəmizin turizm imkanlarından danışılıb
20 Fevral 10:23
Kənd Təsərrüfatı Nazirliyində taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
20 Fevral 10:11
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir
20 Fevral 10:10
Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
20 Fevral 10:09
Milli Məclisin növbəti iclası keçirilib
20 Fevral 10:07
Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz
20 Fevral 10:04
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir...
20 Fevral 10:03
Ötən il Yevlaxda tikinti-quruculuq işləri davam etdirilib
20 Fevral 10:02
Şəhərdə kənd ab-havası
20 Fevral 09:59
“Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur
20 Fevral 09:58
Nikol Paşinyanın siyasi riyakarlığı
20 Fevral 09:56
Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib
20 Fevral 09:56
“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
20 Fevral 09:55
Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+1 +2