Ana səhifə »  Elm »  Dövlət İdarəçilik Akademiyasında “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib
A+   Yenilə  A-
Dövlət İdarəçilik Akademiyasında “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, DİA-nın nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə təşkil olunan konfransda bu ali təhsil ocağının rektoru, akademik Urxan Ələkbərov Ümummilli lider Heydər Əliyevin tarix elmi qarşısında mühüm xidmətlərindən söz açıb, Ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb.
Rektor bu gün əldə edilən nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını bildirib, bu strategiyanın reallaşdırılmasında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb. Urxan Ələkbərov müvafiq sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusən də Heydər Əliyev Fondunun önəmli fəaliyyətindən də bəhs edib.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, rəhbərlik etdiyi elm müəssisəsinin elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. O deyib: “Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir. Dövlətimizin başçısının institutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi kimi dəyərləndirməsinin bütün məsuliyyətini dərindən dərk edirik. Biz tarixçi-alimlər ölkə rəhbərinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək üçün bütün qüvvələrimizi səfərbər edəcəyik”.
Diqqətə çatdırılıb ki, 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı” fəxri adı verilib.
“Məhz dövlətimizin başçısının qayğısı sayəsində son illərdə Tarix İnstitutunda 400-dək tədqiqat əsəri işıq üzü görüb. Xalqımıza “26 Bakı komissarı” adı ilə təqdim olunan, Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyanın və digər cəlladların cəsədlərinin qalıqlarının Bakının mərkəzindən şəhər qəbiristanlığına köçürülməsi qərarı ilə dövlətimizin başçısı şüurlarda inqilab etdi. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq İlham Əliyevin prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”, - deyə Yaqub Mahmudov vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev kimi tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən dövlət başçısıdır, tarix yaradan tarixi şəxsiyyətdir.
Konfrans çərçivəsində ölkə başçısının təşəbbüsü ilə Tarix İnstitutunda çap olunan elmi əsərlərin təqdimatı və 1000-dək kitabın sərgisi olub. Yaqub Mahmudov institutun nəşrlərini Qarabağ Araşdırmalar Mərkəzinə və DİA-nın elmi kitabxanasına hədiyyə edib.
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ləyaqətlə, müasir dövrün tələblərinə uyğun, novatorcasına davam etdirilir. Bütün sahələrdə böyük uğurlara imza atan Azərbaycanın beynəlxalq mövqeyi gündən-günə möhkəmlənir. Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycanda təşkil olunan mötəbər beynəlxalq tədbirlər, ölkəmizin dünyaya inteqrasiyası istiqamətində atılan addımlar və əldə olunan nailiyyətlər respublikamızın, əsl mənada, inkişaf dövrü yaşamasının bariz göstəricisidir. Bu, bütün sahələrdə olduğu kimi, Azərbaycanın tarix elminin inkişaf etdirilməsi baxımından da dəyərlidir.
Elçin Əhmədov AMEA-nın 70 illik yubileyində Prezident İlham Əliyevin çıxışını xatırladaraq dövlətimizin başçısının Azərbaycan tarixinin yenidən yazılması ilə bağlı ortaya qoyduğu siyasi iradənin təqdirəlayiq olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin Tarix İnstitutunun İrəvan tarixi ilə bağlı obyektiv araşdırmalarını və bu araşdırmaların xarici dillərə tərcümə olunmasını alqışladığını diqqətə çatdırıb. “Dövlətimizin başçısı yubiley tədbirində vurğuladı ki, çar Rusiyası dövründə nəşr olunmuş xəritələr indiki Ermənistan ərazisində erməni mənşəli toponimlərin olmadığını sübut edir. Bu fakt onu göstərir ki, həqiqətən də Azərbaycan tarix elmi Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifədən irəli gələrək yenidən yazılmalıdır. Bu istiqamətdə ən aparıcı rolu oynayan Tarix İnstitutudur”, - deyə Elçin Əhmədov bildirib.
Ermənilərin əsassız ərazi iddialarını ifşa etmək üçün Tarix İnstitutunun hazırladığı fundamental əsərləri təqdirəlayiq sayan Elçin Əhmədov Yaqub Mahmudov başda olmaqla AMEA-nın Tarix İnstitutunun gördüyü işlərin yüksək qiymətə layiq olduğunu vurğulayıb və dəyərli hədiyyəyə görə minnətdarlığını bildirib.

 
  • Oxunub:  9390  |  
  • Tarix:  22-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

14:48
18 Noyabr
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
20:28
17 Noyabr
Akrobatika gimnastikası üzrə dünya kuboku çərçivəsində “AGF Trophy” Kubokunun qalibləri mükafatlandırılıb
18:17
17 Noyabr
Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda yaxından iştirak edib
18:06
17 Noyabr
Naxçıvanda payız iməciliyi keçirilib
17:55
17 Noyabr
Azərbaycanın mədəniyyət naziri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb
17:40
17 Noyabr
Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir
17:32
17 Noyabr
Azay Quliyev: Beynəlxalq cinayət törədənlərin cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər
16:56
17 Noyabr
Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir
16:44
17 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
16:33
17 Noyabr
Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq
16:20
17 Noyabr
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
15:56
17 Noyabr
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
15:47
17 Noyabr
Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il
15:24
17 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
15:12
17 Noyabr
Ağsuda Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa”
15:10
17 Noyabr
AQTİ xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir
14:59
17 Noyabr
“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
14:55
17 Noyabr
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
14:50
17 Noyabr
Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək
14:48
17 Noyabr
Bakının 23 nömrəli orta məktəbində robotexnika laboratoriyası yaradılıb
14:40
17 Noyabr
Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır
14:35
17 Noyabr
Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib
13:23
17 Noyabr
Bakıda akrobatika üzrə dünya kuboku yarışları başlayıb
13:10
17 Noyabr
Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib
13:08
17 Noyabr
Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir
12:38
17 Noyabr
Fuad Nağıyev: Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb
12:27
17 Noyabr
Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq kimi məqsədi güdür
12:15
17 Noyabr
Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard kubmetr təbii qaz ötürülüb
12:13
17 Noyabr
SOCAR-ın vitse-prezidenti: Yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub
12:05
17 Noyabr
Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir
12:02
17 Noyabr
Bu ilin 10 ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxınlaşıb
11:13
17 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirib
11:05
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
14:33
16 Noyabr
Növbəti üç rayon üzrə təhsil müəssisələrində şəffaflığın artırılmasına dair seminarlar keçirilib
14:26
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
14:21
16 Noyabr
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
14:15
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
14:11
16 Noyabr
Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir
14:08
16 Noyabr
Elife Çekem: AZƏRTAC və Anadolu düzgün informasiya təminatı məsələsində eyni mövqedən çıxış edir
14:06
16 Noyabr
Deputat: Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər
14:02
16 Noyabr
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
13:59
16 Noyabr
Elçin Mirzəbəyli: Fransanın davranışları BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərə tamamilə ziddir
13:00
16 Noyabr
UEFA nümayəndələrinin Bakıya tanışlıq xarakterli səfəri olub
12:51
16 Noyabr
Gürcüstanın maliyyə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:46
16 Noyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib
12:44
16 Noyabr
Azad Rəhimov: VIII Forumda Azərbaycan gəncliyi üçün çox vacib məsələlər müzakirə olunacaq
12:38
16 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb
12:37
16 Noyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
12:28
16 Noyabr
Hikmət Babaoğlu: Fransa terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA