Ana səhifə »  Elm »  Qafqazşünaslığa sanballı töhfə
A+   Yenilə  A-
Qafqazşünaslığa sanballı töhfə

Qafqaz xalqlarının tarixi unikal sivilizasiyanın tarixidir
İradə Hüseynovanın ali məktəblər üçün “Qafqaz xalqlarının tarixi” (qədim dövrlərdən zəmanəmizə qədər) dərsliyi işıq üzü görüb. Bakı, “Elm və təhsil” 2018, 1248 səh.
Qafqaz xalqlarının tarixi unikal sivilizasiyanın tarixidir - professor, tarix elmləri doktoru İradə Hüseynovanın irihəcmli və geniş əhatəli əsərini belə səciyyələndirmək olar.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatında Bakı Dövlət Universitetinin “Qafqaz xalqlarının tarixi” kafedrasının müdiri İradə Hüseynovanın ali məktəblər üçün “Qafqaz xalqlarının tarixi” dərsliyi çapdan çıxıb. Bütün dünyanın geosiyasəti üçün mühüm bir regionda xalqların tarixi inkişafının bütün dövrlərini əhatə edən və çoxsaylı millətlərin, xalqların və qrupların etnik rəngarəngliyini özündə ehtiva edən bu nəşrin Azərbaycanda ərsəyə gəlməsi təsadüfi deyil.
Azərbaycan Respublikası Qafqazda qüvvələr nisbətinə görə mühüm mövqelərdən birini tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti təkcə regional miqyasda lider deyil, həm də dünya miqyasında mühüm mövqeyə malikdir. Bu gün demək olar, bütün dünya birliyi tərəfindən etiraf edilir ki, Azərbaycan siyasi, iqtisadi, bundan heç də az əhəmiyyət daşımayan mədəniyyət və təhsil sahələrində böyük nailiyyətlər qazanıb.
Qədim dövrlərdən zəngin mədəni palitrası ilə seçilən Azərbaycan vahid məkanda mehriban qonşuluq şəraitində dinc yanaşı yaşayan və gözəl bəhrələr verən ümumi ənənələri olan müxtəlif etnos və konfessiyalardan ibarət bütöv bir dünyadır. Əzəldən burada multikulturalizm təkcə tolerantlıq kimi deyil, həm də tamdəyərli xalqlar dostluğu kimi səciyyələnib.
Haqqında söhbət gedən 1248 səhifədən ibarət irihəcmli dərslik oxuculara və Qafqaz xalqlarının tarixi-mədəni irsi ilə maraqlanan, dünyanın inkişafında, bir-birini əvəzləyən nəsillər silsiləsində bu xalqların yerini və rolunu aydınlaşdırmaq istəyən hər kəsə kömək edəcək. Qafqazın tarixi müstəqil həyat və mədəniyyət hüququnu əsrlər boyu qoruyan xalqların tarixidir. Müəllif vurğulayır ki, dünyanın mədəniyyət, elm və təhsil xəzinəsinə sanballı töhfə vermiş Qafqaz xalqlarının nailiyyətləri, ilk növbədə, onların öz səylərinin bəhrəsidir.
Qədim dövrlərdən başlayaraq tarixi inkişafı mərhələ-mərhələ təhlil edən İradə Hüseynova qeyd edir ki, Qafqaz birliyi xalqları, onları bir-birindən ayıran müxtəlif həyat şəraitinə, inkişaf sürətinə və məsafə uzaqlığına baxmayaraq, çoxsaylı tellərlə bağlıdırlar. Onların bəziləri təsərrüfatçılıq, mədəniyyət və dövlət quruculuğunun inkişafında oxşar mərhələləri tez, digərləri gec keçiblər, bir-birinin ixtiralarını və əmək vərdişlərini mənimsəyiblər, öz ənənələrini və dünyagörüşlərini formalaşdırıblar. Oxuculara təqdim olunan dərslik bizim kim olduğumuzu, tarixi köklərimizin haradan qaynaqlandığını, Avropa və Asiya tarixində Qafqaz xalqlarının tutduğu yeri başa düşməyə kömək edəcək. Qafqaz dünyaya nə verib və ondan nələr əxz edib? Dünya mədəniyyətinə və sivilizasiyasına layiqli töhfə vermiş Qafqaz xalqları onların təşəkkül və inkişaf tarixinin obyektiv və gerçək şəkildə təqdim olunmasına layiqdirlər.
İradə Hüseynova vurğulayır ki, bəşəriyyət tarixi təkcə xalqların uzaq keçmişini sübut edən qədim dövrə hörmət əlaməti olaraq öyrənməyə çalışmır. Görünür, məqsəd daha dərindir: tutarlı faktlar əsasında xalqların inkişafının həqiqi və əhatəli mənzərəsini canlandırmaq.
Kitabda Qafqaz regionunda baş verən hadisələr və faktlar sistemləşdirilib, kompleks və əsaslandırılmış şəkildə obyektiv şərh edilib. Akademik tərzdə yazılmış əsərdə lüzumsuz ideologiyalaşdırmaya, ehkamçılığa və mifləşdirməyə yol verilməyib.
Bəzi regional və dünya aktorlarının geosiyasi ambisiyaları, keçmişə siyasətçilərin və mif yaradıcılığı ilə məşğul olan yalançı tarixçilərin maraqları prizmasından baxılmaması, ərazilərə hansı xalqların birinci sahib olması, onların müstəsnalığı, başqalarından üstünlüyü və bir-birinə qarşılıqlı iddiaları - bütün bu məsələlər Qafqaz xalqlarından və ilk növbədə Qafqaz üzrə mütəxəssislərdən həmin xalqların müasir dövrə qədərki inkişafının bütün tarixi mərhələlərində ictimai-siyasi proseslərin tədqiqinə daha dərin və ölçülüb-biçilmiş yanaşma tələb edir. Bu baxımdan professor İradə Hüseynovanın fundamental əsəri faktlara və hadisələrə milli baxışlar, minilliklər ərzində formalaşmış özünəməxsus mədəniyyət, mənəviyyat, ənənələr, mənəvi-əxlaqi dəyərlər prizmasından Qafqaz xalqlarının çoxəsrlik tarixinin yenidən dərk edilməsinə, öyrənilməsinə və şərh olunmasına tələbatı dəqiq və məqsədyönlü şəkildə stimullaşdırır. Müasir dövrdə Qafqaz ərazisindəki müstəqil dövlətlərdə baş verən hadisələr barədə geosiyasi informasiya dərslikdə ayrıca, yetərincə sanballı bölmədə təqdim edilir.
Elmi fəaliyyətinin böyük hissəsini gənc nəslin ümumbəşəri və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına həsr etmiş müəllifin çoxillik elmi-tədqiqat və pedaqoji fəaliyyətinin bəhrəsi olan “Qafqaz xalqlarının tarixi” kompleks sistemləşdirilmiş nəşrdir. Dərslik yeni reallıqlar, əsaslı şəkildə dəyişmiş geosiyasi şərtlər nəzərə alınmaqla, innovativ əsasda hazırlanıb. Bəzi xalqların etnik müstəsnalığına sosial sifarişlərin qarşısını almaq məqsədi daşıyan kitab “Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur”, - deyən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü sülhməramlı “Ümumqafqaz evi” ideyasını obyektiv əks etdirir.
Tarixin elmi konsepsiyasını - şəksiz təlim və tərbiyə vasitəsi olan biliklərin obyektivliyini rəhbər tutan professor İradə Hüseynova bu əsərinə xeyli faktoqrafiq və analitik material, çoxsaylı yazılı mənbələrdən, habelə artefaktlardan məlumat, oxucuların dərin düşünməsinə və onların öz mövqeyinin formalaşmasına kömək edən əlavə informasiya daxil edib. Nəşr hər bir oxucunu xalqların tarixi-mədəni irsinin nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması problemləri və aspektləri barədə düşünməyə sövq etmək üçün də nəzərdə tutulub.
Tarixi biliklərin əldə edilməsi dünyanın tarixi prosesində Qafqaz xalqlarının yerini və rolunu başa düşməyə, onların dünya sivilizasiyasına töhfəsini qiymətləndirməyə, sələflərinin təcrübəsini mənimsəməyə və dürüst qavramağa, indiki və gələcək hadisələrə münasibət formalaşdırmağa kömək edəcək. Bakı Dövlət Universitetinin “Qafqaz xalqlarının tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Humanitar məsələlər komissiyası sədrinin müavini, elm, təhsil və texnologiyalar sahəsində xidmətlərinə görə Beynəlxalq Sokrat Mükafatı (Oksford, Böyük Britaniya) laureatı İradə Hüseynovanın fundamental əsəri bu baxımdan elm və təhsildə əlamətdar hadisədir.
Qeyd edək ki, professor İradə Hüseynova 250-dən çox elmi əsərin, o cümlədən elmi monoqrafiyaların, dərsliklərin, tədris vəsaitləri və proqramlarının müəllifidir.
Qədim zamanlardan bu günümüzə qədərki dövrü əhatə edən, ali məktəb tələbələri, magistrantlar, Qafqazşünas alimlər, tarix, regionşünaslıq, etnosiyasət, dünya geosiyasəti, beynəlxalq münasibətlərlə məşğul olan alim və mütəxəssislər üçün nəzərdə tutulan bu dərslik, həmçinin Qafqaz regionunun və bu regionda yaşayan xalqların tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə maraqlanan hər kəsə praktiki yardım göstərəcək.

 
  • Oxunub:  7410  |  
  • Tarix:  17-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan parlamenti ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir

21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
11:34
24 Sentyabr
Diasporla İş üzrə Dövlət Komitəsi və İTV birgə yeni layihəyə başlayır
11:24
24 Sentyabr
Səyyar “ASAN xidmət” davam edir
11:03
24 Sentyabr
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə olunur
11:02
24 Sentyabr
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
10:54
24 Sentyabr
Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb
10:42
24 Sentyabr
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
10:37
24 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 89 dəfə pozub
10:34
24 Sentyabr
Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq
10:05
24 Sentyabr
Cüdo üzrə dünya çempionatının beşinci günündə daha iki çəkidə qaliblər müəyyənləşəcək
08:24
24 Sentyabr
Misir və Sudan mətbuatı Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdan yazıb
08:22
24 Sentyabr
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
08:16
24 Sentyabr
Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb
08:14
24 Sentyabr
Energetika naziri Əlcəzairdə bir sıra görüşlər keçirib
08:13
24 Sentyabr
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub
08:01
24 Sentyabr
Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib
15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA