Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Uludağ Universitetinin rektoru UNEC-də olub

Uludağ Universitetinin rektoru UNEC-də olub

08.05.2018 [11:58]

Türkiyənin Uludağ Universitetinin rektoru, professor Yusuf Ulcayın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-in rektoru Ədalət Muradovla görüşüb. Görüşdən öncə qonaqlar Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib.
UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə hər iki universitet arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Uludağ Universiteti ilə UNEC arasında maliyyə və biznesin idarəedilməsi ixtisaslarında magistratura pilləsi üzrə ikili diplom proqramının icrasından irəli gələn məsələlər müzakirə edilib, müəllim və tələbə mübadiləsinin önəmi vurğulanıb. Tərəflər təhsilin doktorantura pilləsində mübadilənin mümkünlüyü istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdən sonra professor Yusuf Ulcay UNEC-in Heydər Əliyevin İrsinin Öyrənilməsi Mərkəzində Ulu öndərin fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edib. UNEC-in imtahan zalı, auditoriyaları və kitabxanasına baxış keçirən rektor Yusuf Ulcay Elektron Universitet Modelini yüksək qiymətləndirib. O, təhsildə müasir texnologiyaların tətbiqini tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil adlandırıb.
Tələbələrlə görüşən Uludağ Universitetinin rektoru Radio UNEC-in canlı efirində də qonaq olub.

Paylaş:
Baxılıb: 852 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30