Ana səhifə »  Elm »  İngilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub
A+   Yenilə  A-
İngilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub

İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dövrümüzün tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib. Tədbir AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qərbdə böyük maraqla qarşılanan və akademik dairələrin diqqətini cəlb edən bu əsərin Azərbaycan dilində nəşrinin siyasi tariximizin parlaq simalarından biri hesab edilən Nadir şah Əfşarın dövlətçilik fəaliyyətinə və şəxsiyyətinə dair çox dəyərli mənbə olduğunu vurğulayıb. İ.Həbibbəyli kitabın elmi redaktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin geniş “Ön söz”ündə əsərə və Nadir şah şəxsiyyətinə elmi səviyyədə yüksək qiymət verildiyini bildirib. AMEA-nın vitse-prezidenti akademik Ramiz Mehdiyevi görkəmli alim və dövlət xadimi kimi xarakterizə edib. Akademik Ramiz Mehdiyevin dövlətçilik tariximizdə gördüyü işlərdən danışan İ.Həbibbəyli onun əsərlərinin sanballı, elmimiz və milli mənəvi dəyərlərimiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Qeyd edilib ki, akademik Ramiz Mehdiyev Heydər Əliyev məktəbinin yetişdirib formalaşdırdığı görkəmli dövlət xadimidir. O, həyatının böyük hissəsini Ulu öndərin silahdaşı kimi dövlətçiliyimizin möhkəmlənməsinə sərf edib. Bu gün də akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən ölkəmizə, dövlətçiliyimizə xidmət göstərməkdədir. O, eyni zamanda, mükəmməl bir akademik düşüncəyə sahib olan görkəmli elm xadimidir. İ.Həbibbəyli tariximizin ilkin mənbədən öyrənilməsi baxımından kitabın əhəmiyyətini vurğulayıb, bu əsərin tariximizin obyektiv öyrənilməsi və gənclərdə vətənpərvərlik hissinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını deyib.
İ.Həbibbəyli görkəmli alim, akademik Ramiz Mehdiyevin son illər bir-birinin ardınca nəşr etdirib geniş ictimaiyyətə çatdırdığı “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitablarını Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran, onu sənədlər əsasında tədqiq edən xüsusi elmi nümunələr kimi səciyyələndirib. Qeyd edilib ki, “Nadir şah” kitabında elmi redaktorun apardığı təhlil və müqayisələr bu böyük şəxsiyyəti dövlət hakimiyyətinə gətirən yolun aydın qavranılmasına kömək edir.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova “Nadir şah” kitabının Azərbaycan tarixşünaslıq elminə dəyərli töhfə olduğunu, müəllifin zəngin mənbələrə əsaslandığını söyləyib. Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin tarixi mövzuda qələmə aldığı bütün əsərlər təqdirəlayiqdir və istiqamətverici monoqrafik araşdırmalardır. N.Axundova müəllifin Osmanlı, İran, Rusiya mənbələrindən geniş istifadə etdiyini, həmçinin xalq arasında Nadir şahla bağlı lətifələrin də əsərdə əksini tapdığını deyib. O, kitabın ilk dəfə 2006-cı ildə Avropada çapdan çıxdığını və Qərbdə qəddar sərkərdə kimi təqdim edilən Nadir şaha qarşı düşüncənin dəyişməsində mühüm rol oynadığını söyləyib.
AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov hər bir xalqın tarixinə sahib çıxmasının vacibliyini vurğulayıb. O, akademik Ramiz Mehdiyevin Azərbaycanın tarixi ilə bağlı məsələləri daima diqqətdə saxladığını, Səfəvilər dövləti, Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən soyqırımlara dair sanballı əsərlər ərsəyə gətirdiyini bildirib.
Y.Mahmudov Nadir şahın Qərb dairələrində qəddar kimi qələmə verilməsinin doğru olmadığını, əksinə imperiyada yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox humanist addımlar atdığını diqqətə çatdırıb.
Y.Mahmudov Nadir şahın Azərbaycanın bütövlüyünü təmin edən və sərhədlərini genişləndirən bir hökmdar olduğunu, məzhəb ayrılığı salmağa çalışan qüvvələrə qarşı daim mübarizə apardığını və dini birlik yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, eyni zamanda, son vaxtlar bəzi qüvvələrin Azərbaycanın görkəmli şəxsiyyətlərinin üzərinə kölgə salmağa yönəlmiş cəhdlərini pisləyib, təqdimatı keçirilən kitabın belələrinə tutarlı cavab olduğunu vurğulayıb.
Tarix İnstitutunun direktoru qeyd edib ki, Nadir şah Əfşar yaxın-uzaq ölkələrlə münasibətlərin qurulması istiqamətində geniş fəaliyyət göstərib. Nadir şah Azərbaycan ərazilərini genişləndirən, idarəçiliyin müxtəlif sahələrində fərqli strategiya yürüdən bir hökmdar və sərkərdə olub. Onun şəxsiyyətinə yönələn diqqət də məhz bu tarixi xidmətlərindən qaynaqlanır.
AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva təqdimat mərasimi keçirilən kitaba akademik Ramiz Mehdiyev tərəfindən yazılmış elmi redaktə hissəsini, əslində dərin elmi tədqiqatı Nadir şah Əfşar şəxsiyyətinə və yaratdığı dövlətə yeni konseptual baxış kimi qiymətləndirib, onun milli tariximizin obyektiv araşdırılmasında əvəzsiz rol oynadığını və Azərbaycan xalqının strateji maraqlarından irəli gəldiyini vurğulayıb. Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilən kitabda maraqlı tarixi məlumatların, təsvir və sxemlərin əks olunduğu da diqqətə çatdırılıb.
Təqdimat mərasimində, həmçinin Şərqşünaslıq İnstitutu direktorunun müavini, akademik Şahin Mustafayev, bu elm müəssisəsinin İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, dosent Vidadi Mustafayev, Cənubi Azərbaycan şöbəsinin müdiri, dosent Səməd Bayramzadə, Fəlsəfə İnstitutu direktorunun elmi işlər üzrə müavini Eynulla Mədətli çıxış edərək kitabın əhəmiyyətindən danışıblar. Çıxışlarda vurğulanıb ki, akademik Ramiz Mehdiyevin tarixi və fəlsəfi əsərləri Azərbaycan ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında alimlərimizə doğru yol göstərir.

 
  • Oxunub:  6120  |  
  • Tarix:  23-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA