Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Bakı Dövlət Universiteti doktorantura səviyyəsində “ikili diplom” verəcək

Bakı Dövlət Universiteti doktorantura səviyyəsində “ikili diplom” verəcək

27.10.2018 [10:38]

Oktyabrın 26-da Bakı Dövlət Universiteti (BDU) ilə Almaniyanın Martin-Luter adına Halle-Vittenberq Universiteti arasında Azərbaycanda ilk dəfə olaraq doktorantura səviyyəsində əməkdaşlıq sazişi imzalanıb. Sənədə əsasən hüquqşünaslıq sahəsində “ikili diplom” verilməklə birgə doktorantura hazırlığı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, sazişi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Martin-Luter adına Halle-Vittenberq Universitetinin rektoru Kristian Tyetyen imzalayıblar.
A.Məhərrəmov sazişin əhəmiyyətindən danışaraq bildirib ki, beynəlxalq doktorantura tədrisinin inkişaf etdirilməsi, eləcə də araşdırma və tədrisin beynəlmiləlləşdirilməsi məqsədilə imzalanan saziş hüquqşünaslıq sahəsində fəlsəfə doktoru proqramı üzrə birgə doktorant hazırlığı və doktorluq dissertasiyalarına ikitərəfli rəhbərlik məsələsini nəzərdə tutur. Bu proqramı bitirən doktorantlar həm Azərbaycanın, həm də Almaniyanın hüquq sahəsində fəlsəfə doktoru diplomuna layiq görüləcəklər. Rektor gələcəkdə bu layihə çərçivəsində Almaniya universiteti ilə fəlsəfə doktoru proqramı üzrə doktorluq dissertasiyalarının digər ixtisaslar üzrə həyata keçirilməsi təklifini də irəli sürüb.
Yenidən BDU-da olmaqdan məmnunluğunu ifadə edən Kristian Tyetyen əməkdaşlıq sazişinin əhəmiyyətindən danışaraq bildirib ki, mövcud əməkdaşlıq digər ixtisaslar üzrə müvafiq fakültələri cəlb etməklə genişləndiriləcək.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev imzalanan sazişi yüksək qiymətləndirib, “ikili diplom” və “ikili elmi rəhbər” məsələsində universitetin xidmətlərini qeyd edib.
“Volksvagen” Fondunun nümayəndəsi Matias Nöllenburq ölkələrarası elm və təhsil əlaqələrindən bəhs edib. O, fond tərəfindən bu əlaqələrin genişlənməsinə dəstək verildiyini bildirib.
Sonra qonaqlar universitetin nanoaraşdırmalar laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin nəticələri ilə tanış olublar.
Daha sonra Halle-Vittenberq Universiteti, Bremen Universiteti, Qazaxıstan Dövlət Hüquq Universiteti və Ural Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə “Keçid dövründə hüquq təhsili” adlı konfrans keçirilib.
Konfransda BDU-nun hüquq fakültəsi üçün təhsilin Avropa təhsilinə inteqrasiyası istiqamətində yeni bakalavr proqramının hazırlanması barədə müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 1164 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30