Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Dövlət müəssisələrinin korporativ idarə edilməsinə dair müzakirələr aparılıb

Dövlət müəssisələrinin korporativ idarə edilməsinə dair müzakirələr aparılıb

21.06.2019 [09:46]

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik əsaslı iqtisadiyyatda institusional amillər: Dövlət müəssisələrinin korporativ idarə edilməsi” mövzusunda II forum keçirilib.
Forum Bilik İqtisadiyyatı UNEC Tədqiqat və Empirik Tədqiqatlar mərkəzlərinin birgə təşkilatçılığı, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov müasir dövrdə korporativ idarəetmənin müəssisələrin səmərəli fəaliyyətindəki rolunu vurğulayıb. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət müsbət nəticələr verir. İqtisadi inkişafın dayanıqlığının təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində islahatlar uğurla davam edir. Həmin islahatların vacib elementlərindən biri ölkə iqtisadiyyatında mühüm rol oynayan dövlət müəssisələrinin idarəetməsinin təkmilləşdirilməsi ilə bağlıdır.
“Dünyanın bir çox ölkələrində dövlət müəssisələri ölkə iqtisadiyyatında, ümumi daxili məhsulun istehsalında, investisiyalarda, məşğulluqda böyük rol oynayır. Dövlət müəssisələri özəl sektorla müqayisədə bir sıra hallarda rəqabətədavamlı olmur. Forumun əsas müzakirə predmeti ölkə iqtisadiyyatına faydalılığı baxımından dövlət müəssisələrinin özəlləşdirilməsi və ya onların idarəetməsinin təkmilləşdirməsidir”, - deyə rektor qeyd edib.
Ədalət Muradov müzakirələrin nəticəsi olaraq tövsiyə xarakterli akademik təkliflər hazırlanacağını bildirib.
Bilik İqtisadiyyatı Tədqiqat Mərkəzinin direktoru, dosent Altay İsmayılov UNEC-də Universitet-Dövlət-Sənaye (UDS) platformasının yaradıldığı barədə məlumat verib. Bildirib ki, platformanın yaradılmasında məqsəd akademik mühitin formalaşdırılmasıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı dövlət müəssisələrinin korporativ standartlarının tətbiqi ilə bağlı tədbirlər planına ehtiyac olduğunu bildirib. O, UNEC-də yaradılan “Universitet-Sənaye-Dövlət” üçbucağının vəhdətində bu cür müzakirələr aparılmasının faydalı olacağını bildirib.
Sonra Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi dövlət müəssisələrində korporativ idarəetmənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, xarici və daxili investorlar əsasən ölkə iqtisadiyyatında maliyyə vəsaitlərinin idarə olunmasına və dövlət müəssisələrindəki şəffaflığa önəm verir. N.Naqvi dövlət müəssisələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı konsensusun əldə olunmasının vacibliyini vurğulayıb.
Tədbirdə Dünya Bankının Gürcüstan nümayəndəliyinin mütəxəssisi İrina Gordeladze “Dövlətin dövlət müəssisələrinin direktorlar şurası və rəhbərliyi ilə münasibətləri”, Dünya Bankının mütəxəssisi Tural Camalov “Dövlət müəssisələrində maliyyə intizamı”, UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyev “Dövlət müəssisələrində idarəetmə keyfiyyətinin fiskal dayanıqlılığa təsiri” mövzularında çıxış ediblər.
Sonda suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 901 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30