Rəsmi Bakı Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edib
30.04.2024 [16:19]
Aprelin 29-da Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik. Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib.
Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jerar Darmaninin Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərhində yer alıb.
O, həmçinin qeyd edib: “Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa Parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma separatçı rejim ilə dostluq qrupunun fəaliyyətinə imkan yaratdığı məlumdur. Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır.
Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsmisinin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir.
Bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı Fransadan tələb edirik. Ölkəmizin öz milli maraqlarının qorunması üçün bundan sonra da bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik”.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:32
Dünya
17 May 16:23
Xəbər lenti
17 May 16:01
Sosial
17 May 15:40
Xəbər lenti
17 May 15:07
Xəbər lenti
17 May 14:51
Xəbər lenti
17 May 14:36
Xəbər lenti
17 May 14:34
Xəbər lenti
17 May 14:33
Gündəm
17 May 13:59
Siyasət
17 May 13:51
Xəbər lenti
17 May 13:45
Xəbər lenti
17 May 13:43
Xəbər lenti
17 May 13:41
Xəbər lenti
17 May 13:20
Xəbər lenti
17 May 13:05
Xəbər lenti
17 May 13:01
Xəbər lenti
17 May 12:43
Xəbər lenti
17 May 12:35
Siyasət
17 May 12:29
Xəbər lenti
17 May 12:06
Xəbər lenti
17 May 11:59
Gündəm
17 May 11:45
Siyasət
17 May 11:21
Xəbər lenti
17 May 11:20
Siyasət
17 May 11:17
Xəbər lenti
17 May 11:15
Xəbər lenti
17 May 10:55
Turizm
17 May 10:55
Ədəbiyyat
17 May 10:52
Siyasət
17 May 10:45
Siyasət
17 May 10:40
Analitik
17 May 10:37
Xəbər lenti
17 May 10:34
İqtisadiyyat
17 May 10:33
Xəbər lenti
17 May 10:32
Gündəm
17 May 10:31
Xəbər lenti
17 May 10:30
Analitik
17 May 10:28
İqtisadiyyat
17 May 10:25
Xəbər lenti
17 May 10:24
MEDİA
17 May 10:23
Xəbər lenti
17 May 10:20
Xəbər lenti
17 May 10:15
Xəbər lenti
17 May 10:10
Siyasət
17 May 10:10
Siyasət
17 May 10:04
Gündəm
17 May 10:00
Gündəm
17 May 09:50
Turizm
17 May 09:46
İdman
17 May 09:37
Dünya
17 May 09:32
Xəbər lenti
17 May 09:30
Xəbər lenti
17 May 09:27
Xəbər lenti
17 May 09:20
Dünya
16 May 21:55
Xəbər lenti
16 May 21:16
Siyasət
16 May 20:35
Xəbər lenti
16 May 20:33
Gündəm
16 May 20:31
Siyasət
16 May 20:26
Siyasət
16 May 20:18
Xəbər lenti
16 May 19:09
Xəbər lenti
16 May 19:07
Xəbər lenti
16 May 18:33
Xəbər lenti
16 May 17:45
Xəbər lenti
16 May 17:43
Xəbər lenti
16 May 17:22
Maraqlı
16 May 16:59
Xəbər lenti
16 May 16:36