Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin müavinini qəbul edib

28.04.2016 [10:26]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifəri qəbul edib.
Dövlətimizin başçısı İran İslam Respublikasının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda yüksək səviyyədə təmsil olunmasından məmnun olduğunu deyib və bunu dostluğumuzun növbəti göstəricisi kimi qiymətləndirib. Son vaxtlar İran İslam Respublikasının yüksək vəzifəli şəxslərinin ölkəmizə səfər etdiklərini vurğulayan Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə bu yaxınlarda İstanbuldakı görüşünü də məmnunluqla xatırlayaraq bildirib ki, bütün bunlar ölkələrimiz arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasını göstərir. Dövlətimizin başçısı ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifər BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib. Hələ Gilan valisi vəzifəsində çalışdığı vaxt bir neçə dəfə Bakıda, Gəncədə və Azərbaycanın digər yerlərində olduğunu deyən iranlı qonaq budəfəki səfəri zamanı son vaxtlar ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib və bütün sahələrdə əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30