Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Uruqvay parlamenti Nümayəndələr Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Uruqvay parlamenti Nümayəndələr Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29.09.2016 [09:41]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı V Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay Respublikasının yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb. Prezident İlham Əliyev Forumda müzakirə ediləcək məsələlərin bütün ölkələr üçün əhəmiyyətli olacağını qeyd edib. Dövlətimizin başçısı Azərbaycanda millətlər və dinlər arası dialoqun inkişaf etdirilməsi üçün çox böyük işlərin görüldüyünü deyib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə Uruqvayın o qədər də yaxın olmayan bölgələrdə yerləşməsinə baxmayaraq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Dövlətimizin başçısı, eyni zamanda, səfərin Uruqvay nümayəndə heyətinin ölkəmizlə yaxından tanış olması üçün də yaxşı fürsət yaradacağına əminliyini söyləyib.
Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilya Uruqvay Prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırıb. O, V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğulayıb. Xerardo Amarilya ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini deyib. Uruqvaylı qonaq ölkəsinin növbəti aylarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayacağını da diqqətə çatdırıb.
Dövlətimizin başçısı Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş edib.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30