Ana səhifə »  Gündəm »  Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı keçirilib
A+   Yenilə  A-
Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edib
Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani konfransda iştirak ediblər.
Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rabbani konfransı açıq elan edib. O, çıxışında bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirərək deyib: “İlk növbədə, fürsətdən istifadə edərək iştirakçı və dəstəkləyici ölkələrin xarici işlər nazirlərini, yüksək səviyyəli nümayəndələrini, regional və beynəlxalq təşkilatların rəsmilərini gözəl Bakı şəhərində “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında salamlamaq istərdim. Biz səmimi qonaqpərvərliyə və bu mühüm konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Biz bu gün Bakıda 7-ci nazirlər toplantısında görüşürük. Bu görüş Əfqanıstanın və Asiyanın Qəlbi regionunda sülhün və tərəqqinin təbliği ilə bağlı qarşıda duran hədəfə çatmaq məqsədi daşıyan bu prosesin uğuru üçün eyni öhdəliyi paylaşdığımızı bir daha təsdiqləyir”.
Səlahuddin Rabbani Asiyanın Qəlbi olan regionda sülhün və əmin-amanlığın təmin edilməsi baxımından bu tədbirin önəmini vurğulayıb. “Bu tədbir bir daha bizim müştərək öhdəliyimizi əks etdirir”, - deyən Səlahuddin Rabbani əsas diqqətin regionda iqtisadi inkişafa və əməkdaşlığın daha da dərinləşməsinə yönəldiyini diqqətə çatdırıb. O, terrorla mübarizədə etimadın yaradılması tədbirlərinə rəhbərlik edən ölkələrin proqram və layihələrini həyata keçirməklə bağlı fəal rolunu xüsusi vurğulayıb. 2011-ci ildən başlayan prosesin artıq 7-ci dəfədir reallaşdığını, gələn il tədbirin Türkiyədə keçiriləcəyini deyib.
Sonra dövlətimizin başçısı konfransda nitq söyləyib: “Hörmətli cənab Prezident Əşrəf Qani.
Nümayəndə heyətlərinin rəhbərləri.
Xanımlar və cənablar.
“Asiyanın Qəlbi - İstanbul Prosesi”nin iştirakçı və dəstəkləyici ölkələrini və təşkilatlarını Bakıda keçirilən 7-ci nazirlər toplantısında salamlayıram.
Zati-aliləri, möhtərəm Prezident Məhəmməd Əşrəf Qaniyə nazirlərin Bakı toplantısının açılışında iştirak üçün mənim dəvətimi qəbul etdiyinə görə minnətdarlığımı ifadə edirəm.
Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri biz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdəyik.
Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” Bəyannamələrində bir daha vurğulanmışdır.
Müstəqilliyinin bərpasının ilk illərindən Azərbaycanın təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi təhdidlərlə üzləşmişdir. Azərbaycan ərazisinin beşdəbir hissəsinin davam etməkdə olan işğaldan və yüz minlərlə vətəndaşının məcburən öz torpaqlarından qovulmasından əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam anlayır. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycanın təqribən 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.
İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Şəhərlərimiz və kəndlərimiz, binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər Ermənistan tərəfindən dağıdılıb.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir.
Hörmətli qonaqlar, Azərbaycan Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasındadır. Biz ikitərəfli səylər və eləcə də çoxtərəfli platforma çərçivəsində fəal iştirakımızla Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma və inkişafına yardım işinə sadiq olaraq qalırıq.
Əfqanıstanın rifahı və tərəqqisi iqtisadi artım və regional əməkdaşlıq məsələləri ilə qarşılıqlı şəkildə bağlıdır və regionun ümumi təhlükəsizlik mühitindən asılıdır. Çox önəmlidir ki, Əfqanıstanın yenidən qurulması və iqtisadi inkişafı məsələlərinə səylərimizin yönəldilməsi ilə yanaşı, biz ölkənin indiyədək əldə etdiyi tərəqqini qoruyub saxlamaq üçün Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik.
Belə ki, terrorizm, radikal ekstremizm və separatizmin bütün forma və ifadə vasitələrindən qaynaqlanan təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərimizin davam etdirilməsi və bu məqsədlə regional əməkdaşlığın artırılması vacibdir.
Azərbaycan ikitərəfli müstəvidə, eləcə də idarəçilik, hərbi, hüquq mühafizə və minaların təmizlənməsi sahələri üzrə təlimlər vasitəsilə Əfqanıstanla öz təcrübəsini bölüşməyə sadiqdir. Biz Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrindən (İSAF) sonrakı Qətiyyətli Dəstək Missiyasına (RSM) qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təchiz etməklə töhfə veririk.
Şəffaf, korrupsiyaya və rüşvətə dözümsüz olan Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “ASAN xidmət” Əfqanıstanla fəal şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlıq vətəndaşlara ictimai və fərdi xidmətlər göstərən “bir pəncərə” mərkəzlərinin yaradılması ilə Əfqanıstanın ictimai xidmətlərinin inkişaf etdirilməsinə yönəlmişdir.
Azərbaycan, eyni zamanda, geniş regional bağlılıq vasitəsilə Əfqanıstanın regional iqtisadiyyata inteqrasiyası, eləcə də öz qonşu və daha geniş region ölkələri ilə ticarətin canlandırılması üçün Əfqanıstanla əməkdaşlıq edir.
Azərbaycanın təşəbbüskarı olduğu və davam etməkdə olan regional bağlılıq layihələri, o cümlədən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir. Bu layihələr Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdıracaq və bölgədə yükdaşımaların daha qısa, daha sürətli və daha səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq bağlılığı təmin edəcəkdir.
Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan tərəfindən bu yaxınlarda imzalanmış Lapis-Lazuli razılaşması Əfqanıstanı birbaşa Avropa ilə əlaqələndirəcək başlıca beynəlxalq, ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya boyu ticarəti artırmaq üçün infrastrukturun qurulması və təkmilləşdirilməsi vasitəsilə bağlılığa nail olmaq səylərində əldə olunmuş mühüm mərhələdir. Azərbaycan bu razılaşmanın bir hissəsi olaraq tranzit və nəqliyyat baxımından Əfqanıstan üçün çoxsaylı seçimlərin təmin edilməsinə töhfə verməkdən məmnundur.
Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün vacib qovşaq qismində rolunu nəzərə alaraq bu coğrafi mövqenin faydalarını bölüşmək və Əfqanıstanda davamlı inkişafı dəstəkləmək baxımından Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) rolu çox mühümdür.
Əfqanıstana yardım yalnız insan həmrəyliyi məsələsi deyil. Bu, bütün region üçün regional iqtisadi əməkdaşlıq kontekstində ölkənin təhlükəsizliyini təmin etmək və böyük potensialını aşkarlamaqdan ibarətdir. Asiyanın Qəlbi regionunda sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsinin iki əsas istiqaməti üzrə strateji müzakirələrin aparılması məqsədilə Bakıda keçirilən nazirlər toplantısının mövzusu “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” seçilmişdir. Əminik ki, uyğun coğrafi mövqeyi, xalqının əzmkarlığı və hökumətin səyləri ilə Əfqanıstan Asiyanın Qəlbi regionunda regional ticarət və bağlılıqda vacib tərəfə çevriləcəkdir.
İnanıram ki, 2015-2025-ci transformasiya onilliyində Əfqanıstana dəstək olmaq üçün birgə səylərimiz Əfqanıstanın layiq olduğu təhlükəsiz, vahid, çiçəklənən və qonşuları ilə sülh şəraitində yaşayan ölkə olmaq məqsədlərinə nail olması üçün mühüm pillədir.
Əfqanıstanın suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə Azərbaycanın dəstəyini vurğulayır və Milli Birlik Hökumətinin qardaş və dost əfqan xalqı üçün vahid və sülh şəraitində çiçəklənən gələcəyə nail olmaq istiqamətində səylərinə uğurlar arzulayıram. Sağ olun”.
* * *
Daha sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək deyib: “Biz regional əməkdaşlığa ehtiyacın heç vaxt indiki qədər böyük olmadığı bir vaxtda görüşürük. Qarşımızda duran böyük iqtisadi imkanlar bizi cəlb edir, zərərli transmilli şəbəkələr və cinayətkar təşkilatlar isə bizə təhlükə törədir. Coğrafiya bizi qonşulara çevirib. Ümumi baxış, liderlik, siyasi iradə, idarəçiliyə güclü diqqət bizi bir-birindən asılı olan dünyada regional və qlobal təhlükəsizlik çərçivəsində milli təhlükəsizlik və tərəqqiyə can atan tərəfdaşlara çevirəcək.
Cənab Prezident, icazə verin, bizi tarixi və gündən-günə gözəlləşən Bakı şəhərində qəbul etdiyinizə görə Sizə və Azərbaycan xalqına təşəkkür edim. Sizin Şimal marşrutunun açılması ilə bağlı rəhbərliyiniz bizim təhlükəsizliyimiz üçün mühüm əhəmiyyət kəsb edir və onun çoxmodullu nəqliyyat sistemində Lapus-Lazuli dəhlizinə çevrilməsi regional və qlobal iqtisadi bağlılıqda aparıcı rol oynayacaq. Sizin cəsur əsgərləriniz bizim təhlükəsizliyimizə, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinə və Qətiyyətli Dəstək Missiyasına öz töhfələrini veriblər. Biz Sizin hərbi dəstəyin artırılması ilə bağlı son bəyanatınızı alqışlayırıq. Siz özünüzə miras qalmış elan olunmamış müharibədən, məcburi köçkünlük, yoxsulluq, cinayətkarlıq və korrupsiyadan qaynaqlanan problemlərinizi həll edərək bizim problemlərimizi və perspektivlərimizi dərindən başa düşdüyünüzü nümayiş etdirmisiniz. 2000-ci ildən başlayaraq ümumi daxili məhsulun yüksəlməsi timsalında Sizin problemlərin öhdəsindən gəlməkdə əldə etdiyiniz uğur sabitlik və rifah axtarışımızda bizə inam verir. Davamlı islahatlar və ya nümunələr vasitəsilə iqtisadiyyatınızı sistematik olaraq şaxələndirməyiniz bizi sevindirir. Siz birbaşa təlim və paylaşma vasitəsilə bizə ən yaxşı formada texniki yardım göstərirsiniz. Mən bu gün ölkələrimiz arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması üzrə sazişin, eləcə də digər sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm”.
“Asiyanın Qəlbi - İstanbul Prosesi”nə dəstək verən bütün ölkələrə və beynəlxalq təşkilatlara minnətdarlıq edən Prezident Məhəmməd Əşrəf Qani hazırda Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün yol xəritəsinin həyata keçirildiyini bildirib, ölkəsinin Asiya regionunda tutduğu mövqedən danışıb, əfqan xalqının və hökumətinin mövcud problemlərin aradan qaldırmaq yolunda əzmlə çalışdığını deyib. Bu istiqamətdə İŞİD və terrorizmin bütün təzahürlərinə qarşı mübarizə, narkotiklərin qarşısının alınması ilə bağlı tədbirlərin görüldüyünü deyən Məhəmməd Əşrəf Qani son illərdə Əfqanıstanda infrastrukturun yaradılması, qonşu ölkələrlə ticari və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində görülən işlərdən də bəhs edib. Əfqanıstanın təbii ehtiyatlarından səmərəli istifadəyə, ölkədə kənd təsərrüfatının inkişafı sahəsində geniş fəaliyyət proqramına başlandığını və uğurla icra edildiyini diqqətə çatdırıb.
* * *
Sonda birgə foto çəkdirilib.
Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.
“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.

 
  • Oxunub:  12030  |  
  • Tarix:  02-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mehriban Əliyevanın gördüyü işləri UNESCO-da xoşməramlı səfirlər üçün örnək hesab edirlər

12:30
14 Avqust
Ukraynalı deputat: Konvensiyanın imzalanması Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır
12:25
14 Avqust
Eldar İbrahimov: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə müstəsna töhfələr verəcək
12:20
14 Avqust
Şahin İsmayılov: Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək
11:56
14 Avqust
Almaniyalı tələbələr ölkəmizin turizm imkanları barədə məlumatlandırılıb
11:49
14 Avqust
Ölkəmiz Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin turizm nazirlərinin iclasında təmsil olunub
11:19
14 Avqust
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
10:56
14 Avqust
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək
10:52
14 Avqust
Bilik Fondu Şamaxıda Сümhuriyyət tariximizlə bağlı maarifləndirici tədbirlər təşkil edib
09:46
14 Avqust
Atəşkəs rejimi sutka ərzində 88 dəfə pozulub
09:44
14 Avqust
Rumıniya milli hava yolları Bakı, Tbilisi və Odessaya uçuşlara başlayır
09:35
14 Avqust
Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıq işləri müzakirə edilib
09:32
14 Avqust
BMT-nin Baş katibi Xəzərin statusu haqqında Konvensiyanı tarixi sənəd adlandırıb
09:28
14 Avqust
Azərbaycanın nümayəndə heyəti Türkiyənin gənclər sahəsindəki təcrübəsi ilə tanış olub
19:22
13 Avqust
Gənclərimiz ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyirlər
19:06
13 Avqust
Elman Nəsirov: Xəzərin statusu haqqında Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq
18:59
13 Avqust
Sevinc Fətəliyeva: Sözügedən Konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün olduqca faydalıdır
18:59
13 Avqust
Elman Məmmədov: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə 5 Xəzəryanı dövlət arasında tarixi razılaşma əldə edildi
18:58
13 Avqust
Adil Əliyev: Bu Konvensiyanın imzalanması bir daha sübut edir ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur
18:06
13 Avqust
Mehriban Əliyevanın gördüyü işləri UNESCO-da xoşməramlı səfirlər üçün örnək hesab edirlər
17:55
13 Avqust
Dövlət Neft Fondu bu il “Şahdəniz” kondensatın satışından 94 milyon dollar gəlir əldə edib
17:54
13 Avqust
Ermənistan parlamentinin vitse-spikeri Azərbaycanın diplomatik uğurlarını etiraf edib
17:52
13 Avqust
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Caspian Energy Forum Baku – 2018”-ə rəsmi dəstək göstərir
17:48
13 Avqust
XİN: Azərbaycan qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək
17:46
13 Avqust
Neft Fondu bu il “Azəri-Çıraq-Günəşli”dən 5,6 milyard dollar qazanıb
17:33
13 Avqust
Bu il qeyri-OPEC ölkələrinin neft tədarükü sutkada 59,62 milyon barrel olacaq
17:11
13 Avqust
Təhsil naziri Qazaxda vətəndaşları qəbul edib
16:57
13 Avqust
Vüqar Rəhimzadə: Konvensiya Xəzər hövzəsində yeni əməkdaşlıq platforması yaradacaq
16:44
13 Avqust
Türkiyə KİV-ləri: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi tarixi hadisədir
15:45
13 Avqust
Kənd Təsərrüfatı Nazirliyi: Ötən illə müqayisədə buğda və arpa istehsalında artım qeydə alınıb
15:21
13 Avqust
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olub
15:03
13 Avqust
Qeyri-neft sektorunda istehsal 11 faizədək artıb
14:51
13 Avqust
Yaponiyanın NHK telekanalı Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə barədə məlumat yayıb
14:27
13 Avqust
ABŞ rəsmisi: TAP Avropanın təbii qaz tədarükündə güclü mənbə olacaq
14:12
13 Avqust
V Xəzər sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi
14:04
13 Avqust
Con Batçelor: Ermənilər ətraf mühitə qarşı da düşmənçilik edirlər
14:02
13 Avqust
Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir
13:45
13 Avqust
Tahir Mirkişili: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın mövqe ilə tam üst-üstə düşür
13:39
13 Avqust
Azərbaycan məhsullarının Çinə ixracı genişlənir
13:00
13 Avqust
Azərbaycan Prezidenti: Gələn il biz Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik
12:35
13 Avqust
Massaçusets Texnologiya İnstitutu Yüksək Texnologiyalar Parkı ilə birgə startap layihələri reallaşdıracaq
12:18
13 Avqust
Akademik İsa Həbibbəyli Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib
12:09
13 Avqust
Aşura mərasimi dövründə Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
12:03
13 Avqust
AAF klassik avtomobillərin yürüş və sərgisini keçirəcək
11:50
13 Avqust
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi başlayıb
11:26
13 Avqust
Səyyar “ASAN Kommunal” Zabratda
11:12
13 Avqust
Sahil Babayev: İlk DOST mərkəzinin yaradılması üçün gələn ay pilot rayon müəyyən olunacaq
11:10
13 Avqust
Hikmət Babaoğlu: Türkiyə bu imtahandan qalib çıxacaq
10:39
13 Avqust
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib
10:36
13 Avqust
Magistraturaların boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
10:35
13 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 79 dəfə pozub
08:26
13 Avqust
“Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib
08:23
13 Avqust
Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub
08:17
13 Avqust
Azərbaycan Ordusunda “açıq qapı” günü və andiçmə mərasimləri təşkil olunub
16:15
11 Avqust
AQTA-nın nümayəndələri Gəncədə işlə təmin olunmaq üçün müraciət edən sakinlərlə görüşüb
16:09
11 Avqust
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz olub
16:02
11 Avqust
Azərbaycan nümayəndə heyəti Kurık limanının təqdimat mərasimində iştirak edib
15:52
11 Avqust
Sahil qəsəbəsində müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərlə görüş keçirilib
15:39
11 Avqust
Hikmət Babaoğlu: Tacikistan Prezidentinin Azərbaycana səfəri hər iki ölkənin milli maraqlarının təmini baxımında faydalıdır
14:44
11 Avqust
ABŞ-ın məşhur radioproqramı Azərbaycan ilə bağlı silsilə verilişlər yayımlayıb
12:31
11 Avqust
Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri başa çatıb
12:29
11 Avqust
Məlahət İbrahimqızı: Beynəlxalq təşkilatların riyakar, qərəzli, ikili standartlara əsaslanan yanaşmasını Azərbaycan ictimaiyyəti qəbul edə bilməz
12:18
11 Avqust
“Xəmsə” Milli İntellektual Oyununun muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
12:03
11 Avqust
DSX rəisi sosial şəbəkələrdə yayılan videoda yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb
11:55
11 Avqust
Tacikistan Prezidentinə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib
11:46
11 Avqust
Azərbaycanın kişi voleybolçularının Avropa çempionatının seçmə mərhələsindəki görüşlərinin təqvimi açıqlanıb
11:06
11 Avqust
Bu il Azərbaycanda ticarət əməliyyatlarının həcmi 16 milyard dollardan çox olub
10:54
11 Avqust
Magistraturaların boş qalan yerlərinə ixtisas seçimi davam edir
10:50
11 Avqust
İxtisas seçiminin bitməsinə iki gün qaldı: 42 minədək abituriyent ərizəsini təsdiq edib
10:27
11 Avqust
Beynəlxalq Angin Festivalında Azərbaycan nümayəndə heyəti də iştirak edib
10:22
11 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 82 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +27
gecə+20 +23