Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verib.
Bildirilib ki, builki sərgidə 20 ölkədən 192 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunur.
Nazir Ramin Quluzadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə də məlumat verib.
Qeyd olunub ki, 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar “Elektron imza” sertifikatı ilə təmin olunacaqlar. Bunun üçün müvafiq infrastruktur artıq hazırdır. Gələn ildən “Elektron imza”ların dövlətlərarası qarşılıqlı tanınması prioritet istiqamətlərdən olacaq. Bu imzanın aktiv istifadə edilə biləcəyi məkan “Elektron Hökumət” portalıdır. Hazırda bu portal vasitəsilə vətəndaşlar 89 dövlət və qeyri-dövlət qurumunun xidmətlərindən yararlana bilirlər. “Güzəştli mənzil sistemi” artıq portala inteqrasiya olunub, burada “Elektron ipoteka sistemi” yaradılıb. Ümumilikdə, bu il portala 40 yeni xidmət əlavə olunub. Görmə qabiliyyəti məhdud olan insanlar üçün hazırlanan “Danışan Kitabxana”ya Heydər Əliyev Fondunun təşəbbüsü ilə 200 kitab əlavə edilib.
Sonra dövlətimizin başçısına və birinci xanıma “Baktelecom” və “Aztelekom”un il ərzində həyata keçirdiyi layihələrlə bağlı məlumat verilib. Müasir texnologiya sayəsində əlavə avadanlıq olmadan, bir xətt üzərindən əhaliyə telefon, internet və televiziya xidmətləri göstərilir. Eyni zamanda, dördüncü nəsil simsiz rabitə texnologiyası üzərindən xidmət də həyata keçirilir. Artıq Bakıda və Xaçmazın 4 kəndində bu texnologiya test qaydasında tətbiq edilib. Bir il ərzində layihə Abşeron yarımadasını da əhatə edəcək. “İctimai İnternet” layihəsi çərçivəsində 18 məkan pulsuz internetlə təmin olunub. Avropada 1 internet provayderinin təmin etdiyi ən geniş pulsuz “Wi-Fi” zonası Bakıdadır.
Daha sonra “AzInTelecom”un beynəlxalq səs trafiki mübadiləsinin təşkili, telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması, eləcə də Regional “Data Mərkəzi”nin texniki imkanları vasitəsilə “bulud” əsaslı xidmətləri barədə məlumat verilib.
Yeni yaradılan xidmət mərkəzlərindən biri də “Şəbəkə”dir. Hazırda respublika üzrə 5 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda yerləşir, digəri isə Cəlilabad şəhərindədir. Xidmət şəbəkəsinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin ölkənin bütün böyük şəhər və rayonlarında açılması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, bu il 25 yaşını qeyd edən “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2017-ci ildə bir sıra işlər görülüb. “Azərbaycan poçt markalarında” adlı kitab həm yerli, həm də əcnəbi filatelistləri ölkəmizin mədəni irsi ilə tanış edir.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin stendi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qurumun həyata keçirdiyi layihələr barədə məlumat verilib. 2010-cu ildə yaradılmış və Qafqazda ilk peyk operatoru olan Azərkosmos “Azərspace-1” peyki vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, səs, video məlumatlarının ötürülməsi və digər xidmətləri təqdim edir. Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” ASC-nin yaradılmasından ötən dövr ərzində bu qurum ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib.
Sərgidəki Yüksək Texnologiyalar Parkında yerli startapçılar tərəfindən hazırlanan məhsullar nümayiş olunur. “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların layihələri böyük maraqla qarşılanır.
Sonra Prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” televiziya kanallarının suallarını cavablandırıb.
Sərgidə Virtual Cərrahiyyə barədə də məlumat verilib.
Sərgidəki “Oyun zonası”nda Yüksək Texnologiyalar Parkının biznes inkubatorunda fəaliyyət göstərən yerli “startap”lar - “Pazl xalça” və “Yüksəklik” oyunlarını təqdim edirlər.
Məlumat verilib ki, Rusiya Federasiyası sərgidə geniş təmsil olunur. Rusiyanın 5 şirkəti televiziya şəbəkələri və onlayn video üçün platformalar, bu sahədə müxtəlif xidmətlərini təklif edir. Bundan başqa, Rusiyanın stendində mobil şəbəkələrin optimallaşdırılması və radioölçmələr, peşəkar texniki təlimlər, eləcə də şəbəkənin idarə edilməsi və nəzarət üzrə həll variantlarının hazırlanması və tətbiqi sahəsində ixtisaslaşmış xidmətlər nümayiş olunur.
Fransa “Bakutel-2017” sərgisində 4 şirkətlə təmsil olunur. Bunlar qlobal proqram hazırlığı üzrə dünyada tanınmış şirkətlərdir. Eyni zamanda, Fransa stendlərində sənaye üçün qabaqcıl texnologiyalar, batareyaların hazırlanması və quraşdırılması, həmçinin yaşayış və qeyri-yaşayış binaları, məlumat mərkəzləri, ofis məkanları üçün şəbəkə avadanlığı və müşahidə sistemləri təqdim olunur. Bu ölkənin şirkətləri alıcılara təhlükəsiz mobil rabitə həlləri, iOS və Android telefonlarının zənglərini, mobil məlumat axınlarını, mesajların, elektron və poçt mübadiləsini şifrələyən sistemlərini təklif edir.
“Bakutel-2017” sərgisində iştirak edən ölkələr arasında Sloveniya da var. Bu ölkə 10 ildən artıqdır ki, “Bakutel” sərgisində iştirak edir. Sloveniya pavilyonunda İKT avadanlıqları, yeni texnologiyalar nümayiş olunur. Stendlərdə rabitə, dəmir yolu, energetika, təhlükəsizlik sahələrində İKT məhsulları barədə məlumat verilir.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının pavilyonuna gəliblər. Məlumat verilib ki, Türkiyə digər sərgilərdə olduğu kimi, “Bakutel-2017”də də geniş təmsil olunur. Qardaş ölkənin ümumilikdə 4 aparıcı şirkəti burada məhsullarını təqdim edir. Bu məhsullar arasında peyk sistemləri, rabitə, mobil və milli poçt operatorlarının xidmətləri yer alır. Türkiyə bu sərgiyə böyük maraq göstərir və hər il şirkətlərin təklif etdiyi xidmət və məhsulların çeşidi artır.
Kanada artıq 8 ildir ki, “Bakutel” sərgisində təmsil olunur. Budəfəki sərgidə Kanadanın 5 şirkəti simsiz, məlumat və sabit kommunikasiya şəbəkələri, telekommunikasiya cihazları ilə bağlı məhsullarını nümayiş etdirir.
“Bakutel-2017”nin fəal iştirakçıları arasında İran İslam Respublikası da var. İranın 9 şirkəti sərgidə intellektual məhsullarını nümayiş etdirir. Yüksək səviyyəli bu məhsullar böyük maraqla qarşılanır. Burada əsasən “startap” layihələri barədə məlumat verilir.
Gürcüstanın 4 şirkəti “Bakutel-2017”də məhsullarını təqdim edir. Bu şirkətlər inşaat sənayesi üçün innovativ platformalar və İKT layihələri, “startap” və interaktiv dil öyrənmək üçün tətbiq ilə bağlı məhsullarını nümayiş etdirir.
İtaliya-Azərbaycan Ticarət Palatasının da sərgidə stendi var. Burada telekommunikasiya, naviqasiya, Yerin fəzadan müşahidəsi, ətraf mühitin idarə edilməsi, kəşfiyyat, elm və orbital infrastrukturlar üçün yüksək texnologiyalar üzrə həllər sahəsində 40 illik təcrübəsi olan İtaliya şirkəti məhsullarını nümayiş etdirir. Şirkət ölkəmizlə İKT sahəsində əməkdaşlıqda maraqlıdır.
Xorvatiya da “Bakutel” sərgisinə böyük maraq göstərir. Sərgidə bu ölkənin 5 şirkəti bulud və üztanıma texnologiyaları, mehmanxanalar, səhiyyə müəssisələri, aviasiya sənayesinin idarə edilməsi üçün proqram təminatı təqdim edir.
Birləşmiş Ərəb Əmirliklərinin stendində İT aktivlərinin ömrünü uzatmağa imkan verən məlumat mərkəzləri üçün texniki xidmətlər təklif olunur. Burada, həmçinin video, audio və məlumat siqnallarının qəbulu və yayılması üzrə texnologiyalar maraqla qarşılanır.
“Bestcomp” Cənubi Qafqaz və Orta Asiyanın İKT üzrə aparıcı şirkətidir. 2017-ci ildə şirkət ABŞ-ın Çikaqo şəhərində ilin ən yaxşı tərəfdaşı seçilib. Sərgidə şirkətə məxsus innovativ həllər nümayiş etdirilir. Həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan “Htech İnvest” şirkətinin Azərbaycanda istehsal etdiyi “Acer” kompüterləri təqdim olunur.
Sərgidə iştirak edən “AzQtel” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda 4G texnologiyası əsasında genişzolaqlı mobil internet xidməti göstərən operatordur. “Sazz” internet brendi ilə tanınan şirkət ölkənin ən böyük internet provayderlərindən biridir.
“Huawei” şirkəti Azərbaycan bazarına 2002-ci ildə daxil olub. 2004-cü ildə şirkətin ölkəmizdə nümayəndəliyi, 2011-ci ildə isə filialı təsis edilib. “Huawei” hər zaman İKT sənayesinin inkişafını təbliğ etməyi, ticarət və mədəniyyət əlaqələri mövzusunda yardımçı olmağı qarşısına məqsəd qoyub.
“Nokia” şirkəti də “Bakutel-2017” sərgisində təmsil olunur. Şirkət bütün dünyanı birləşdirən texnologiyalar hazırlayır və “Nokia Bell” laboratoriyalarının tədqiqat və innovasiyasından istifadə edərək xidməti provayderlərini, iri müəssisələr və istehsalçıları ən mükəmməl və fasiləsiz İKT xidmətləri ilə təmin edir.
Dövlətimizin başçısı “Microsoft” korporasiyasının stendi ilə də tanış olub. “Microsoft” 1975-ci ildə təsis olunub və proqram təminatı istehsalında dünya lideridir. Korporasiya geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server əlaqələri üçün server tətbiqləri var. Şirkət ölkəmizdə 2005-ci ildən fəaliyyət göstərir.
Sonra dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzinin foyesində “Azərmarka” tərəfindən 25 il ərzində dövriyyəyə buraxılan ən maraqlı poçt markalarından ibarət fotoqalereyaya baxıblar.

 
  • Oxunub:  6420  |  
  • Tarix:  07-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA