Ana səhifə »  Gündəm »  İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib
A+   Yenilə  A-
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib
Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib.
“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.
Əvvəlcə birgə foto çəkdirilib.
Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbası, digər dövlət və hökumət başçılarını salamlayıb.
İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəldiklərini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dekabrın 6-da beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirib. Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. Türkiyə Prezidenti qeyd edib ki, Fələstin məsələsi ədalətli şəkildə həll olunmadan beynəlxalq və qlobal sülhdən söhbət gedə bilməz. Əks təqdirdə beynəlxalq hüquqa və BMT-yə etimad sarsılar. “Qüds bizim üçün qırmızı xətdir və “Hərami-Şərif” əbədiyyətə qədər müsəlmanların olacaq”, - deyən Rəcəb Tayyib Ərdoğan Sammit iştirakçılarını Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət edib və müstəqil Fələstin Dövləti ideyasından heç vaxt vaz keçməyəcəklərini bildirib.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğulayıb. “Bütün ümmət birləşərək Qüdsün işğalına qarşı mübarizə aparmalı, bu şəhərin xarakterinin dəyişdirilməsinə icazə verməməlidir”, - deyən Mahmud Abbas ABŞ Prezidentinin bu addımının beynəlxalq müqavilələri və BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq təhdid etdiyini və bununla da Birləşmiş Ştatların sülh prosesində vasitəçilik missiyasını itirdiyini diqqətə çatdırıb. “Qüds əvvəllər də olduğu kimi, Fələstin Dövlətinin paytaxtı olacaq, əks təqdirdə sabitlikdən və sülhdən söhbət gedə bilməz”, - deyən Mahmud Abbas vurğulayıb ki, Fələstin Dövlətinin tanınması prosesi sürətləndirilməlidir.
İordaniya Kralı II Abdullah qeyd edib ki, müsəlmanların qəlbində xüsusi yeri olan Qüdslə bağlı ABŞ-ın qərarı olduqca təhlükəlidir. Bu qərar bölgədə sülhü və sabitliyi təhdid edir. Qüdsün hər üç dinin bir araya gəldiyi tarixi şəhər olduğunu deyən Kral Abdullah bu tarixi dəyişdirməyə çalışan hər kəsə qarşı çıxacaqlarını bildirib və qeyd edib ki, bir neçə gün öncə Ərəb Liqasının İordaniyada keçirilən Zirvə görüşündə də vəziyyətin nə qədər təhlükəli olduğu bəyan edilib. “Biz bütün məsələləri bir kənara qoyub Qüdsü müdafiə etməliyik”, - deyən İordaniya Kralı əminliklə bildirib ki, müsəlmanların Qüdsdə olan haqları əbədidir.
Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış edib. O, əsas məqsədi bütün müsəlman ümmətinin hüquqlarının qorunması olan bu toplantının əhəmiyyətindən danışıb, ABŞ Prezidentinin Qüdslə bağlı verdiyi qərarın bütün beynəlxalq normalara zidd olduğunu bildirib. “Bu qərar ABŞ-ın sülh prosesində iştirakını heçə endirir”, - deyən Yusif Əl-Osaymin vurğulayıb ki, təşkilata üzv ölkələr ABŞ-ın təktərəfli qəbul etdiyi bu qərara qarşı çıxmalı, Qüdsün xarakteri və ədalətin arxasınca gedən Fələstin xalqının hüquqları qorunmalıdır.
İran Prezidenti Həsən Ruhani bildirib ki, Qüds müsəlmanların ilk qibləsi və üçüncü müqəddəs şəhəridir. ABŞ administrasiyasının bu yanlış qərarına müsəlman aləminin dərhal reaksiya verməsinin əhəmiyyətli olduğunu deyən Həsən Ruhani Birləşmiş Ştatların bu qərarının arxasında təhlükəli meyillərin dayandığını diqqətə çatdırıb. İran dövlətinin başçısı BMT qərarlarının da bu cür məsələlər qarşısında aciz qaldığını vurğulayıb, bu toplantının ABŞ-a qarşı güclü qınama qərarı qəbul edəcəyinə əminliyini ifadə edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib: “Bismillahir-rəhmanir-rəhim.
Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Hörmətli baş katib.
Zati-aliləri.
Zirvə görüşünün iştirakçıları.
İlk növbədə, fövqəladə İslam Zirvə görüşünün təşkilinə görə Prezident Ərdoğana təşəkkür edirəm. Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür.
Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.
Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq.
Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir.
Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır.
Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir.
Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Təşəkkür edirəm”.
* * *
Zirvə toplantısında İstanbul Bəyannaməsi qəbul olunub.
* * *
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri dekabrın 13-də başa çatıb.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  14-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

18:02
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
17:57
17 Yanvar
“İl Giornale” qəzeti: İtaliyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər
17:52
17 Yanvar
Fransa Prezidentinin müşaviri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
17:37
17 Yanvar
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib
17:26
17 Yanvar
Hikmət Babaoğlu: Əli Kərimli anti-Azərbaycan mərkəzlərin ruporu olmağa çalışır
17:18
17 Yanvar
Əhliman Əmiraslanov: Əhalinin sağlamlığı ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir
17:16
17 Yanvar
Ötən il Azərbaycandakı magistral neft kəmərləri ilə 42,7 milyon ton neft nəlq olunub
17:13
17 Yanvar
İsa Həbibbəyli: Azərbaycan «İslam həmrəyliyi ili» çərçivəsində bütün dünyaya sülhsevər ölkə olduğunu bir daha nümayiş etdirdi
17:04
17 Yanvar
XİN: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcək
16:52
17 Yanvar
Dini ekstremizmə qarşı mübarizəyə dair tədbirlər planı təsdiqlənib
16:50
17 Yanvar
Siyavuş Novruzov: “Freedom House” kimi təşkilatın qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur
16:49
17 Yanvar
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var
16:30
17 Yanvar
Böyük Britaniya Azərbaycanda energetika layihələrinə dəstəyini davam etdirəcək
16:13
17 Yanvar
Azərbaycanda korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri ötən il də qətiyyətlə davam etdirilib
16:01
17 Yanvar
Özbəkistan Avropa bazarlarına çıxış əldə etmək üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyir
15:53
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında hər iki ölkənin parlamentləri vacib rol oynayır
15:46
17 Yanvar
2018-ci ildə keçiriləcək buraxılış, qəbul və sınaq imtahanların tarixləri elan edilib
15:19
17 Yanvar
İstanbulda “Qanlı Yanvar” adlı sərgi açılıb
15:14
17 Yanvar
AMEA və Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
15:08
17 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başlayıb
14:42
17 Yanvar
Jan-Batist Lömuan: Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədədir
14:39
17 Yanvar
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
14:36
17 Yanvar
Media nümayəndələri Azərbaycan Dillər Universitetində imtahan prosesini izləyiblər
14:32
17 Yanvar
BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
14:30
17 Yanvar
Keçən ildə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:26
17 Yanvar
Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
14:22
17 Yanvar
Azərbaycan qrossmeysteri “Tata Steel Chess” turnirinin liderlərindən yarım xal geri qalır
14:19
17 Yanvar
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 100 faizi yerinə yetirilib
14:15
17 Yanvar
Əlahiddə Ümumqoşun Ordusunda komandirlərin toplantısı keçirilir
14:13
17 Yanvar
20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır
14:10
17 Yanvar
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 148 milyon dollara yaxın olub
14:06
17 Yanvar
Daxili Qoşunların 2017-ci ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib
14:02
17 Yanvar
Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq
12:56
17 Yanvar
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
12:44
17 Yanvar
BİLGESAM Mərkəzinin saytında Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən məqalə verilib
12:35
17 Yanvar
Sabah paytaxtda 7, bəzi bölgələrdə 9 dərəcə isti olacaq
12:34
17 Yanvar
Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon dollar məbləğində investisiya yatırıb
12:30
17 Yanvar
Türkiyəli deputat parlamentdə 20 Yanvar faciəsi ilə bağlı gündəmdən kənar çıxış edəcək
12:27
17 Yanvar
BMT-nin Baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun işi canlandırılmalıdır
12:24
17 Yanvar
Naxçıvan məhsulları “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılır
12:15
17 Yanvar
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
12:00
17 Yanvar
Türkiyə parlamentinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:57
17 Yanvar
Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün unudulmaz anları
11:50
17 Yanvar
Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib
11:48
17 Yanvar
Tibb Universitetində 20 Yanvar şəhidləri ilə bağlı silsilə tədbirlər davam edir
11:34
17 Yanvar
Ukrayna portalında “Qanlı Yanvar: Biz bütün həqiqətləri bilməliyik” sərlövhəli məqalə yayılıb
11:33
17 Yanvar
Bakıda Maliyyə Forumu keçirəcək
11:11
17 Yanvar
Bakı Ali Neft Məktəbi “Ernst&Young” şirkəti ilə əməkdaşlığa başlayır
10:58
17 Yanvar
Kamran Əliyev: Ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 7809 ərizə və şikayət daxil olub
10:51
17 Yanvar
Azərbaycanda tərəvəz və kartof toxumçuluğu işi israilli mütəxəssislərin layihəsi əsasında yenidən qurulur
10:50
17 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
10:28
17 Yanvar
Azərbaycanın və Fransanın xarici işlər nazirlərinin görüşü olub
10:25
17 Yanvar
Xanhüseyn Kazımlı: Respublikamızda aparılan islahatlar öz müsbət nəticələrini verir
10:13
17 Yanvar
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
20:35
16 Yanvar
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub
20:01
16 Yanvar
Gürcüstanda keçirilən qış hərbi təlimlərində Azərbaycan hərbçiləri də iştirak edirlər
19:54
16 Yanvar
“Azerspace-2” peykinin hazırlıq mərhələsindən ən son görüntülər əldə olunub
19:32
16 Yanvar
Formula-1 Azərbaycan Qran-Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub
19:09
16 Yanvar
“Jerusalem Post” qəzeti: Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
18:51
16 Yanvar
“YARAT” uşaqları növbəti dəfə sevindirəcək
18:27
16 Yanvar
Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın xarici işlər nazirinə təqdim edib
18:06
16 Yanvar
Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb
17:50
16 Yanvar
Azərbaycan ilə Fransa arasında təhsil sahəsində əlaqələrin inkişafı müzakirə olunub
17:37
16 Yanvar
Nəsimi rayonunda şəhidlərin xatirə guşəsi açılıb
17:33
16 Yanvar
UNEC İctimai Nəzarət Şurasının üzvləri imtahanların təşkilini yüksək qiymətləndiriblər
17:24
16 Yanvar
Dövlət Komitəsində görüş olub
17:21
16 Yanvar
BDU məzunlarına Vürçburq Universitetinin diplomları təqdim edilib
17:19
16 Yanvar
“Şəhidlər ölməz, Vətən basılmaz!” seriyasından ilk kitabın təqdimatı keçirilib
17:17
16 Yanvar
AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
16:43
16 Yanvar
Hərbi xidmətə yeni çağırılan gənclərin hərbi hissələrə qəbulu

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA