Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Azərbaycan həqiqətən də həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan həqiqətən də həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətini salamlayaraq deyib: “Xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Almaniyadan belə böyük nümayəndə heyətini görməyə çox məmnunam. Əminəm ki, ölkəmizə çox məhsuldar və maraqlı səfəriniz olacaq. Sizin səfəriniz onu nümayiş etdirir ki, ölkələrimizin biznes dairələrində qarşılıqlı maraq var və biz yeni layihələr və yeni ideyalar haqqında düşünməliyik. İndiyədək alman şirkətləri Azərbaycanda infrastruktur və inşaat sahəsində vacib layihələr həyata keçirib. Həmçinin bizim müasir zavodlarımız istehsalatda Almaniya avadanlığından istifadə edir. Buna görə də müxtəlif sahələrdə iqtisadi əməkdaşlığımızın artırılması üçün böyük potensial var.
Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Ötən il və bu il biz çox yaxşı nəticələr göstərmişik. İqtisadiyyatımız daha da çox rəqabətqabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşıb. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə gəldikdə, Azərbaycan 3-cü yerdədir. Beləliklə, bu, həqiqətən də islahatların aparılmasını nümayiş etdirir. Əlbəttə ki, bizim ixrac etdiyimiz çoxlu enerji resurslarımız var və bu ildən başlayaraq Cənub Qaz Dəhlizi ilə əlaqədar olaraq biz onları daha da çox ixrac edəcəyik. Lakin bizim əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur. Qeyri-enerji sektorunda yanvar ayında iqtisadiyyatımızda demək olar ki, dörd faizlik artım müşahidə olunub və qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Beləliklə, bu, islahatları çox yaxşı əks etdirir, xüsusilə şaxələndirmə ilə bağlı olaraq.
Alman şirkətləri ilə əməkdaşlığımız əsasən qeyri-enerji sektorunda aparılır. Bu da hər iki tərəf üçün yaxşı bir haldır. Əlbəttə, mən ümid edirəm ki, səfərinizdən sonra yaxşı əməli nəticələr olacaq və biz daha da fəal iqtisadi əməkdaşlıq aparacağıq”.
Sonra Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele çıxış edərək deyib: “Cənab Prezident, açılış nitqinizə görə çox sağ olun. Azərbaycan bizim üçün çox maraqlı ölkədir. Çünki biz həqiqətən də ölkənizdə çoxlu potensial görürük. Bizim Sizin ölkənizə olan marağımızı göstərən bu böyük nümayəndə heyəti, sadəcə, Azərbaycana səfər etmək üçün yox, ölkənizdə daha da fəal olmaq, qeyri-neft sektorunda alman müəssisələri üçün imkanları müəyyənləşdirmək məqsədilə gəlib. Çünki biz hesab edirik ki, uzunmüddətli perspektivdə bir tərəfdən neft və qaz sektorunun inkişafı, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı, əlbəttə, hər iki tərəf üçün faydalıdır. Bizim üçün ona görə ki, biz ən azından bu işə töhfəmizi verə biləcəyimizə ümid edirik. Azərbaycan isə uzunmüddətli perspektivdə iqtisadiyyatını daha da tarazlaşdıra bilər”.
Böyük nümayəndə heyəti ilə Azərbaycana gəldiklərini deyən Volfqanq Büxele bu tədbirdə ölkəmizlə birbaşa əməkdaşlıq etmək arzusunda olan iri şirkətlərin rəhbərlərinin təmsil olunduğunu deyib.
Almaniyanın tikinti sahəsində ixtisaslaşan “GP Günter Papenburg” şirkətinin İdarə Heyətinin sədri Günter Papenburg təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyəti barədə danışaraq şirkət tərəfindən ölkəmizdə ixtisaslı kadrlar üçün təlimlərin keçirildiyini bildirib, ölkəmizlə əməkdaşlığın gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. Günter Papenburg rəhbərlik etdiyi şirkətin Azərbaycan bazarında müxtəlif layihələrdə, o cümlədən tikinti materialları, tullantıların emalı sahələrində iştirak etməkdə maraqlı olduğunu deyib.
Prezident İlham Əliyev Azərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunaraq ölkəmizdə iri sement zavodlarının inşa edildiyini vurğulayıb, Azərbaycanın son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini bildirib. Bu sahəyə iri həcmdə investisiyaların cəlb edildiyini deyən dövlətimizin başçısı Azərbaycanın artan iqtisadi potensialını, qəbul edilmiş regional inkişaf proqramlarının yerinə yetirilməsini nəzərə alaraq növbəti beşillik proqramda da dövlət tərəfindən maliyyələşdirilən mühüm infrastruktur və inşaat layihələrinin əksini tapacağını, mənzil inşaatının genişlənməsinin, yeni zavodların tikilməsinin, əhali artımının gələcəkdə sementə böyük tələbat yaradacağını bildirib. “Bu baxımdan bu sahəyə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir. Nəzərə almaq lazımdır ki, bizim kifayət qədər xammalımız var və tikinti materialları sahəsində yerli istehsal son 10 ildə xeyli artıb.
Almaniyanın tunelqazma texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan “Herrenknext” şirkətinin İdarə Heyətinin sədri Martin Herrenknext Azərbaycanda fəaliyyətə başladıqlarını qeyd edərək bu istiqamətdə görülən işlərdən danışıb. O, ölkəmizdə metro tikintisi sektorunda təmsil etdiyi şirkətin iştirak etməkdə maraqlı olduğunu bildirib. Azərbaycanda fəaliyyətlərindən böyük məmnunluq hissi keçirdiklərini bildirən Martin Herrenknext deyib: “Biz Bakıda özümüzü həqiqətən təhlükəsizlik şəraitində hiss edirik. Bakı regionda fəaliyyət göstərən alman şirkətləri üçün bir mərkəz ola bilər. Bununla bağlı təbriklərimi çatdırıram. Mən Bakıya kifayət qədər hörmət hissi bəsləyirəm. Bura yaşamaq üçün yaxşı yerdir. Əla mehmanxanalar var”.
Martin Herrenknext Azərbaycanın regionlarına səfərinin də çox maraqlı keçdiyini qeyd edərək bir daha ölkəmizin regionda iqtisadi mərkəzə çevrilməsi üçün hər cür imkanın olduğunu vurğulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanın həqiqətən də həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrildiyini bildirib. Ölkəmizdə həm qonşu, həm də uzaq xarici ölkə nümayəndələrinin iştirakı ilə mühüm beynəlxalq tədbirlərin keçirildiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan regionun mühüm enerji mərkəzinə çevrilməkdədir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə çoxmilyardlı investisiyalar qoyulub.
Azərbaycanın regionun nəqliyyat mərkəzinə də çevrildiyini deyən Prezident İlham Əliyev ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daşındığını bildirib. Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə təhlükəsizliyin təmin olunmasının, insanlarımızın qonaqpərvərliyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin, yüksək standartlara cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin, müasir aeroportların Azərbaycanın gələcəkdə regionda önəmini daha da artırmaq üçün yaxşı imkanlar yaratdığını deyən dövlətimizin başçısı bu il yenidən metro tikintisi sahəsində layihələrin həyata keçiriləcəyini bildirib. Azərbaycanın neft-qaz sektorunun böyük perspektivlərə malik olduğunu və onun gələcək onilliklər üçün kifayət etdiyini deyən Prezident İlham Əliyev bu sahədə də xarici şirkətlərin fəaliyyəti üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Dövlətimizin başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 24 faiz, 2017-ci ildə 20 faiz və bu ilin yanvarında isə artıq 17 faiz artım olub. Bu baxımdan Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər üçün maraqlı marşrut ola bilər və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar var.
Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele Azərbaycanla ticarət imkanlarının daha çox öyrənilməsinin vacibliyini qeyd edib. O, gələcəkdə Azərbaycan vasitəsilə digər ölkələrlə də iqtisadi əlaqələr qurmaq imkanlarının ola biləcəyini vurğulayıb.
Almaniyanın nüfuzlu enerji şirkəti olan “Uniper Global Commodities” şirkətinin qaz təchizatı üzrə vitse-prezidenti Uve FİP təmsil etdiyi şirkətin “Cənub Qaz Dəhlizi” layihəsində iştirakından qürur duyduğunu deyib. O, artıq 10 ildir ki, “Şahdəniz-2” layihəsi ilə bağlı danışıqlarda iştirak etməkdən məmnunluğunu bildirib. SOCAR və digər qurumlarla uğurlu əməkdaşlıq etdiklərini, idarəetmə, menecment, texniki, uşaq proqramları mübadiləsi, “Azərikimya” şirkəti ilə birgə kimya zavodunun, buxar turbinlərinin inşası sahələrində uğurlu layihələr həyata keçirdiklərini deyən Uve Fip 2016-cı ildə ölkəmizdə birgə müəssisənin yaradıldığını vurğulayıb, gələcəkdə də bir sıra layihələr, o cümlədən enerji səmərəliliyi layihələri ilə bağlı əməkdaşlıq planlarının olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinin ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək bu şirkətin gələcəkdə də uğurlu əməkdaşlıq həyata keçirəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanda enerji sektorunun uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə ölkəmizin qlobal layihələr həyata keçirdiyini, bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan bu layihənin təşəbbüskarı, həmçinin lideridir və bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü olacaq. “Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır”, - deyən Prezident İlham Əliyev yeni yataqlar üzrə dünyanın bir sıra aparıcı şirkətləri ilə danışıqların aktiv fazaya daxil olduğunu diqqətə çatdırıb. Bununla da Azərbaycanda neft və təbii qaz hasilatının sabit qalacağını və gələcəkdə daha da artacağını vurğulayıb. “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarını nəzərdə tutan müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirib ki, bu, bundan sonra ən azı 30 il müddətində Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə bu nəhəng yataqların birgə işlənilməsini həyata keçirəcəyini göstərir. Bütün bunlar isə əhalinin rifah halının yaxşılaşdırılmasına, ölkə iqtisadiyyatının güclənməsinə və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa Komissiyası tərəfindən güclü şəkildə dəstəklənməsinin önəmini qeyd edən Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinə ölkəmizdəki gələcək fəaliyyətində uğurlar arzulayıb.
Alman-Azərbaycan Forumunun prezidenti Hanns-Eberhard Şleyer Forumun gələn həftə Berlində konfransının keçiriləcəyini vurğulayıb. Hanns-Eberhard Şleyer bu qurum çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, o cümlədən siyasi müzakirələrin aparıldığını deyərək hazırda peşə hazırlığı ilə bağlı məsələlərə diqqət yetirdiklərini bildirib. İqtisadiyyatın, enerji və digər sahələrdə əməkdaşlığın genişlənməsinin ixtisaslı kadrların hazırlanmasını tələb etdiyini deyən qonaq Almaniyada bu sahənin inkişaf etdiyini və bu sahədə Azərbaycanla əməkdaşlığa dair konsepsiyasının işlənməsinin vacibliyini qeyd edib.
Prezident İlham Əliyev peşə hazırlığının Azərbaycanda təhsilin mühüm istiqamətlərindən olduğunu deyərək ümumilikdə təhsil sisteminin ölkədə ən mühüm prioritetlərdən birinə çevrildiyini vurğulayıb. Azərbaycanda savadlılıq səviyyəsinin demək olar ki, 100 faiz olduğunu deyən dövlətimizin başçısı bunun ölkənin inkişafı üçün bir təməl olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə iqtisadi, sənaye və digər sahələrdə böyük nailiyyətlərin əldə edildiyi bir dövrdə peşə hazırlığı heç vaxt olmadığı qədər önəm kəsb edir. Bu baxımdan Azərbaycan peşə hazırlığı sahəsində əməkdaşlığın həyata keçirilməsini dəstəkləyir və bununla bağlı müvafiq qurumlar arasında əlaqələndirmənin həyata keçirilməsi vacibdir. Bu baxımdan Azərbaycanın bir sıra ölkələrlə beynəlxalq əməkdaşlıq həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib. Ölkədə iqtisadi, o cümlədən enerji, infrastruktur, xidmət, turizm sahələrinin və digər sahələrin inkişafının ixtisaslı kadrların yetişdirilməsini və texniki heyətin hazırlanmasını zəruri etdiyini bildirib.
Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olan “AIRBUS Group International” şirkətinin Avropa üzrə vitse-prezidenti Marko Miklis ölkəmizlə aerokosmik sənayenin müxtəlif seqmentləri üzrə əlaqələr üçün yaxşı imkanların olduğunu deyib və bu baxımdan “Azərkosmos”la məhsuldar əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. “Azərsky-1” peykinin çox yüksək səviyyədə fəaliyyət göstərdiyini deyən qonaq Azərbaycanda Yer səthini müşahidə edən yüksək həssaslığa malik yeni peykin perspektivlərinin onlarda böyük maraq doğurduğunu və təmsil etdiyi şirkətin bu işə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Azərbaycanın “AIRBUS” şirkəti ilə uzun illər çox yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev kosmik sənaye sahəsində də bu şirkətlə səmərəli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib. Azərbaycan peykinin müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatı, meliorasiya və digər sahələrin inkişafına xidmət etdiyini deyən Prezident İlham Əliyev mövcud peykin əsas iqtisadi və infrastruktur ehtiyaclarını ödədiyini vurğulayıb.
Almaniyanın kənd təsərrüfatı maşınqayırması sahəsində ixtisaslaşan “CLAAS Global Sales” şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan şirkətin regional prezidenti Nils Roitş artıq ölkəmizdə texniki xidmət üzrə şəbəkənin yaradılması və ixtisaslı kadrların hazırlanması ilə bağlı səylərin artırıldığını, Azərbaycan fermerlərinin müasir texnikadan rahat istifadəsi üçün təlimlərin keçirildiyini bildirib.
Azərbaycanın xarici ölkələrdən, o cümlədən Almaniyadan kənd təsərrüfatı texnikası aldığını deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmiz bu texnikanın Azərbaycanda yığılmasında da maraqlıdır. Lakin bütün bunlar bazar tələbinin parametrləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ölkəmizin böyük həcmdə kənd təsərrüfatı texnikası ilə təmin edilməsinin son illərdə aqrar sahədə nailiyyətlərin qazanılmasına imkan verdiyini deyən dövlətimizin başçısı kənd təsərrüfatı istehsalının ötən il 4 faiz artdığını, bu il də bu sahənin yeni texnika ilə təmin edilməsinin planlaşdırıldığını bildirib. Qeyd edib ki, bu baxımdan texniki xidmət və peşə hazırlığı mühüm rol oynayır və texniki xidmət sahəsində Almaniya ilə əməkdaşlıq bu işlərə öz köməyini göstərə bilər.
Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar qısa müddət ərzində artıq uğurlu nəticəsini verib. Bu, özünü qanunvericilik, gömrük, inzibati və digər sahələrdə göstərib. O, Almaniya-Azərbaycan Ticarət Palatasının bu ilin iyununda keçiriləcək Azərbaycan-Avropa İttifaqı biznes-forumuna təqdim etmək üçün biznes mühiti ilə bağlı tədqiqat üzərində fəal iş apardığını bildirib. Tobias Baumann həmkarları ilə birlikdə peşə hazırlığı sahəsində əməkdaşlıqla bağlı həyata keçirəcəyi işlərdən danışıb və sonda Ticarət Palatasının üzvlərinin sayının artdığını məmnunluq hissi ilə diqqətə çatdırıb.
İslahatlarla bağlı xoş sözlərə görə minnətdarlıq edən Prezident İlham Əliyev ölkəmizin bu islahatların bundan sonra da davam etdirilməsinə möhkəm sadiqliyini ifadə edib. Bildirib ki, iqtisadi sahədə, o cümlədən institusional, struktur, fiskal və digər sahələrdə aparılan islahatlar artıq uğurlu nəticələr verib və bu islahatlar davam etdiriləcək. “Qarşımızda duran əsas məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdən ibarətdir”, - deyən Prezident İlham Əliyev bildirib ki, bu baxımdan Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir və biz buna nail olacağıq. Biz Azərbaycanda investisiya mühitinə böyük diqqət yetiririk. Son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq sərmayənin cəlb olunduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, bu sərmayənin ən böyük hissəsinin neft sektoruna qoyulmasına baxmayaraq, - bu da təbiidir, - eyni zamanda, qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılması bizə iqtisadiyyatımızın şaxələndirilməsinə və regional inkişafa nail olmağa imkan verib.
Bundan sonra uzun müddət davam edəcək enerji layihələrinin ölkəmizə əlavə gəlir gətirəcəyini deyən dövlətimizin başçısı Azərbaycanda makroiqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib, xarici valyuta ehtiyatlarının ümumi daxili məhsulun həcminə bərabər olduğunu, xarici borcumuzun çox aşağı səviyyədə - təxminən 20 faiz həcmində olduğunu bildirib. İnflyasiyanın bu ilin ilk ayında 5,5 faiz təşkil etdiyini deyən Prezident İlham Əliyev əhalinin gəlirlərinin isə 11 faizdən çox artdığını bildirib. Bütün bunlar inkişaf üçün fundamental əsas yaradır. İnfrastruktur və kənd təsərrüfatı sahələrinə qoyulan investisiyaların artıq öz nəticələrini verdiyini deyən dövlətimizin başçısı bu baxımdan bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatların bundan sonra da davam etdiriləcəyini bildirib. Prezident İlham Əliyev deyib ki, neft-qaz sektoru bizə yalnız daha çox vəsait toplamaq və Neft Fondunun gəlirlərini artırmaq imkanı verəcək.

 
  • Oxunub:  7140  |  
  • Tarix:  14-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi

18:34
16 Oktyabr
26 il: Qələbələr salnaməsi
17:50
16 Oktyabr
Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,24 milyard manat ayırıb
17:49
16 Oktyabr
Berlində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunan konfrans təşkil edilib
17:45
16 Oktyabr
Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur
17:44
16 Oktyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:37
16 Oktyabr
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ölkəmizdəki dini vəziyyət barədə məlumatlandırılıblar
17:34
16 Oktyabr
Sevinc Fətəliyeva: “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması” haqqında qanun layihəsi çox vacib sənəddir
17:30
16 Oktyabr
Avropa İttifaqı və Türkmənistan nəqliyyat-tranzit marşrutlarının inkişafı məsələlərini müzakirə ediblər
17:29
16 Oktyabr
BDU-nun “50+50” qrant proqramı müsabiqəsində 89 nəfər iştirak edir
17:24
16 Oktyabr
Sahibə Qafarova: Məqsəd uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının qorunmasıdır
17:21
16 Oktyabr
Göyçay: kənd təsərrüfatında məhsul istehsalı 1,8 faiz artıb
17:20
16 Oktyabr
Milli Məclisin iclasında bır sıra qanunlara əlavə və dəyişikliklər edilib
16:46
16 Oktyabr
Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır
16:44
16 Oktyabr
Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib
16:31
16 Oktyabr
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min tondan çox məhsul təhvil verilib
15:45
16 Oktyabr
9 ayda sahələrdən 3049,6 min ton dənli və dənli paxlalı bitki məhsulu toplanıb
15:44
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək
15:38
16 Oktyabr
Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı
15:32
16 Oktyabr
İrəvanda Frankofoniya sammiti: rəsmi Parisin tarixi səhvi və fransızların “həmyerliləri”
15:29
16 Oktyabr
Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
15:19
16 Oktyabr
Siyavuş Novruzov: Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir
15:07
16 Oktyabr
SOCAR: Bu il Azərbaycana 1,59 milyard kubmetr qaz idxal olunub
15:04
16 Oktyabr
Misirli politoloq: Prezident İlham Əliyevin yürütdüyü ölçülüb-biçilmiş və şəffaf xarici siyasət sayəsində ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib
14:56
16 Oktyabr
Türkiyənin “Yeni gün” qəzeti son 15 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən yazır
14:47
16 Oktyabr
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib
14:44
16 Oktyabr
Kardinal Canfranko Ravazi: Azərbaycanla əməkdaşlığımız çox yüksək səviyyədədir
14:41
16 Oktyabr
On beş ilin salnaməsi faktlar və rəqəmlərlə
14:22
16 Oktyabr
Qadın güləşçilərimizin Türkiyə toplanışı davam edir
14:21
16 Oktyabr
Azərbaycan Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin toplantısında təmsil olunur
13:58
16 Oktyabr
Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi
13:56
16 Oktyabr
Tərtər rayonunun daha dörd kəndinə təbii qaz verilib
13:52
16 Oktyabr
Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib
13:50
16 Oktyabr
Bakıda Dünya Ərzaq Gününə həsr olunan tədbir keçirilir
13:44
16 Oktyabr
Sumqayıtda Aprel şəhidinin xatirəsinə həsr olunmuş bədii-sənədli film təqdim edilib
13:41
16 Oktyabr
Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edilib
13:39
16 Oktyabr
Vüqar Rəhimzadə: “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı
13:31
16 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
13:22
16 Oktyabr
Eldar İbrahimov: Aqroparkların istifadəyə verilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac potensialının artmasına böyük təsiri olacaq
13:20
16 Oktyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:19
16 Oktyabr
Azay Quliyev: Ermənistan sülhə məcbur edilməlidir
13:00
16 Oktyabr
The Washington Times: Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir
12:59
16 Oktyabr
Zakir Həsənov Çexiyaya səfər edəcək
12:29
16 Oktyabr
Üç rübdə külək elektrik stansiyalarında 32 milyon kilovat/saatadək elektrik enerjisi istehsal edilib
12:26
16 Oktyabr
Xalçaçılıq milli sənətimiz və milli sərvətimizdir
11:51
16 Oktyabr
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 5,8 milyard kubmetrədək təbii qaz ötürülüb
11:49
16 Oktyabr
Üç rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib
11:36
16 Oktyabr
Gənc müəllim: Tez-tez atəş səslərinin gəlməsinə baxmayaraq, şagirdlərin qorxmaması, dərsə həvəsi məni daha da ruhlandırır
11:33
16 Oktyabr
Bu il Azərbaycanda 29 milyon ton neft və 14 milyard kubmetrədək əmtəəlik qaz çıxarılıb
11:32
16 Oktyabr
San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib
11:31
16 Oktyabr
“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı keçirilib
11:15
16 Oktyabr
Çinin nüfuzlu “Global Times” qəzeti AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir
11:02
16 Oktyabr
"CanSat Azərbaycan 2018" müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub
10:42
16 Oktyabr
Statistika Komitəsi əmək statistiklərinin XX beynəlxalq konfransında təmsil olunur
10:40
16 Oktyabr
Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək
10:36
16 Oktyabr
Neft Fondunun 9 aydakı gəlir və xərcləri açıqlanıb
10:34
16 Oktyabr
Şəkidə fındıq istehsalı ötən illə müqayisədə 262 ton artıb
10:27
16 Oktyabr
Lerik şəhərində 48 mənzilli yaşayış binası tikiləcək
10:17
16 Oktyabr
Roman Nəsirov: Ukraynada yaşayan azərbaycanlılar qarşıdan gələn parlament seçkilərində fəallıq göstərəcəklər
10:16
16 Oktyabr
Azərbaycan Avropa İttifaqı ilə orta və uzunmüddətli proqnozlaşdırıla bilən şəraitdə fəaliyyət göstərmək istəyir
09:46
16 Oktyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub
09:09
16 Oktyabr
Azərbaycanın Misirdəki diaspor fəalları “Nil Mədəniyyət” televiziya kanalının qonağı olublar
19:21
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
18:01
15 Oktyabr
Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib
17:59
15 Oktyabr
14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş seminar keçirilib
17:56
15 Oktyabr
“Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrası başa çatıb
17:42
15 Oktyabr
Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
17:39
15 Oktyabr
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya qoyulub
17:30
15 Oktyabr
Bakıda Beynəlxalq fermer qadınlar günü qeyd olunub
16:57
15 Oktyabr
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 202 Proqram qəbul edilib
16:33
15 Oktyabr
Penzada Müslüm Maqomayevin gənclik illərindən bəhs edən musiqili tamaşa göstərilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +20
gecə+12 +15