Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Nepalın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Nepalın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

06.04.2018 [10:44]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradip Kumar Qyavalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Pradip Kumar Qyavali Nepal Prezidenti xanım Bidhya Devi Bhandarinin və Baş nazir Kxadqa Prasad Şarma Olinin salamlarını dövlətimizin başçısına çatdırıb. Qoşulmama Hərəkatının nazirlər konfransının yüksək səviyyədə təşkili və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Nepalın xarici işlər naziri konfransın açılış mərasimində Prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını deyib. Əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayan Nepalın xarici işlər naziri turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.
İkitərəfli əlaqələrin məmnunluq doğurduğunu, iqtisadi, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanların mövcudluğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz BMT çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Qoşulmama Hərəkatında həmrəyliyin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Nepal Prezidenti və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Nepalın dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30