Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi ilə tanış olub
A+   Yenilə  A-
Prezident İlham Əliyev XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi ilə tanış olub

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verilib.
Bildirilib ki, bu il “Xəzər Neft və Qaz” sərgisinin yubileyi sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləyən və onun təşəbbüskarı olan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edir. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. O vaxtdan etibarən “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü, əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib. Ötən dövrdə sərgilərdə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak edib. Hər il sərginin açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi bu beynəlxalq tədbirin yüksək statusunu bir daha təsdiq edir.
Builki sərgidə 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunur.
Fransanı builki sərgidə dünyada böyük nüfuza malik “Total” şirkəti ilə təmsil edir. “Total” Azərbaycanda kəşfiyyat və hasilat işlərinə 1996-cı ildə başlayıb. 2009-cu ilin fevralında şirkət SOCAR ilə Xəzər dənizinin dərin sulu sahəsində yerləşən “Abşeron” bloku üzrə hasilat və pay bölgüsü sazişi imzalayıb. 2011-ci ildə şirkət tərəfindən qazma işləri aparılıb və kifayət qədər karbohidrogen ehtiyatları aşkarlanıb. Bu kəşf “Total”ın Azərbaycandakı fəaliyyətinin yeni mərhələsinin başlanmasına imkan verib.
Norveçin “Statoil” şirkəti yeni strategiyaya uyğun olaraq fəaliyyətini artıq “Equinor” adı ilə davam etdirir. Bu şirkət 1992-ci ildə Azərbaycan bazarına daxil olub. Həmin vaxtdan ölkəmiz bu şirkətin beynəlxalq inkişafında mühüm rol oynayıb. Belə ki, şirkətin Xəzərdə nəhəng layihələrdə aparılan planlaşdırma, işlənmə və əməliyyat proseslərində rolu hər iki tərəf üçün mənfəətli olub. Azərbaycan üçün yeni neft-qaz hasilatı dövrü başlayıb, şirkət isə geniş beynəlxalq enerji arenasında etibarlı tərəfdaş kimi tanınıb.
“SOCAR Polymer” investisiya layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Şirkətin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilir. Bu il istismara verildikdən sonra zavodlar hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək.
Özbəkistanın “Uzbeknefteqaz” korporasiyası mütəmadi olaraq sərgidə iştirak edir. Bu qurum 200-dən çox şirkəti, o cümlədən 20 birgə müəssisəni, 6 səhmdar cəmiyyəti və bir sıra digər təşkilatları birləşdirən müasir, çoxpilləli korporasiyadır. Holdinqin hazırkı strukturu istehsal və texnologiyanın bütün mərhələlərini əhatə edən qarşılıqlı əlaqəli və yaxşı işlənmiş layihələri səmərəli idarə etməyə imkan verir.
Sərgidə iştirak edən yerli “Baku Steel Company” MMC Qafqazın ən böyük metallurgiya zavodudur. Hazırda zavodun istehsal gücü 180 min ton olmaqla 114-245 diametrli tikişsiz, qoruyucu və ümumi təyinatlı borular istehsal edir. Şirkət Rusiya, İran, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna, Türkmənistan və digər ölkələrə öz məhsullarını ixrac edir.
SOCAR-ın stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına şirkətin layihələri barədə məlumat verildi. Bildirildi ki, SOCAR bir sıra uğurlu sosial və ekoloji proqramlar həyata keçirir. Mayın 29-da rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi layihəsində fəal tərəfdaşlardan olan SOCAR müasir dövrdə ölkəmizin neft strategiyasının uğurla reallaşmasına töhfə verir.
SOCAR-ın stendində Azərbaycanın neft emalı və neft kimyası müəssisələri, neft və qaz ixracı marşrutları, həmçinin sərmayələr barədə geniş məlumatlar yer alıb. Bu layihələrin başa çatması Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsinə mühüm töhfə olacaq, həmçinin ölkəyə əlavə valyuta həcmlərinin axınını təmin etməklə yeni iş yerlərinin yaradılmasına, respublikamızda və region ölkələrində sürətli iqtisadi inkişafa təkan verəcək.
Onu da deyək ki, SOCAR son 15 ildə ümumilikdə 126,8 milyon ton neft, 92 milyard kubmetr qaz hasil edib, 2 milyon metrdən çox qazma işi həyata keçirib. Bundan əlavə, SOCAR-ın təlim və təhsil proqramları yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb.
Növbəti dəfə sərgidə iştirak edən “Türkiyə Petrolları” “Əsrin müqaviləsi”nə start veriləndən Azərbaycanda geniş fəaliyyət göstərir. Bu qurum Azərbaycanda bundan sonra da reallaşdırılacaq layihələrdə yaxından iştirak etməyə və sərmayə yatırmağa hazırdır. Ümumilikdə, Türkiyə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrdə ölkəmizlə hərtərəfli və uğurlu əməkdaşlıq edir.
BP şirkəti də uzun illərdir ki, Azərbaycanda neft-qaz sənayesində uğurla fəaliyyət göstərir. Ötən dövrdə Azərbaycan Hökuməti ilə tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr – “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” və “Cənub Qaz Dəhlizi” layihələri uğurla icra olunub. Ötən dövrdə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 33 milyard dollardan çox sərmayə qoyulub. 3,3 milyard barel neft və təqribən 32 milyard kubmetrdən çox səmt qazı hasil edilib.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağı isə BP-nin bu vaxtadək aşkar etdiyi ən böyük qaz yatağıdır. “Şahdəniz bravo” platforması ilə canlı bağlantı zamanı işəsalma üzrə rəis Elxan Dalqılıcov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, “Şahdəniz 2” layihəsinin uğurla həyata keçirilməsində bu platforma önəmli rol oynayır.
Prezident İlham Əliyev BP-nin əməkdaşlarına uğurlar arzulayıb.
İranın Təhsil, Tədqiqat və Mədəniyyət üzrə Akademik Mərkəzi də sərgidə iştirak edir. Bu mərkəz İranda yerli neft sənayesi üçün tələb olunan texnologiyaların hazırlanması sahəsində fəaliyyətə başlayan ilk təşkilatdır. Mərkəz mexaniki avadanlıqlar, qazma qurğuları, kiçik diametrli elastik nasos-kompressor boruları və digər məhsullar üzrə məsləhət verir.
Sərgidə təmsil olunan Bakı Rusiya İxrac Mərkəzinin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır. Burada Rusiya müəssisələri haqqında ətraflı məlumatlar almaq mümkündür.
Rusiyada aparıcı müəssisə olan “REP Holding” mexaniki intiqallı qabaqcıl maşınların layihələndiricisi, istehsalçısı və dəstləşdiricisidir.
“Global Energy Azerbaijan” şirkəti də ölkəmizdə uğurla fəaliyyət göstərir. Onun tərəfindən istismar edilən 10 neft yatağı Abşeron yarımadasında, digər neft yataqları isə Azərbaycanın Aran iqtisadi rayonunda yerləşir.
“Schulumberger” şirkəti dünyada neft-qaz sənayesi üçün kollektorların xarakteristikası, eləcə də qazma, hasilat və emal üzrə texnologiyaların aparıcı təchizatçısıdır. Şirkət hasilatdan tutmuş sənayedə mövcud olan məhsul və xidmətlərin ən geniş çeşidini təchiz edir.
Məlumat verilib ki, “Hallibörton” şirkəti enerji sektorunda fəaliyyət göstərən ən böyük məhsul və xidmət təchizatçılarından biridir. Şirkət karbohidrogenlərin axtarılması və geoloji məlumatların idarə edilməsi ilə yanaşı, qazma işləri və layihələrin qiymətləndirilməsi, quyuların tikilməsi və digər xidmətlərin göstərildiyi müddətdə istehsalın optimallaşdırılmasına maksimum dərəcədə töhfə verməklə dünyanın neft və qaz sektorunda önəmli rol oynayır.
BOTAŞ-EQUİNER “Belneftekhim” şirkəti xam neft hasilatı, neftayırma və daşıma, neft məhsullarının satışı ilə məşğul olan müəssisə və təşkilatlardan, kimya və neft-kimya, bir sıra elmi-tədqiqat və təkmilləşdirmə, tikinti, texniki baxış təşkilatlarından, eləcə də xarici bazarlarda geniş nümayəndəlik şəbəkəsindən ibarətdir. Şirkət 500-dən çox adda xam neft və kimyəvi məhsul istehsal edir. Şirkətin tərkibinə xam neftin kəşfiyyatı, hasilatı və daşınması, həmçinin neftayırma və neft məhsullarının satışı ilə məşğul olan müəssisələr daxildir.
Diqqətə çatdırılıb ki, “Saipem” şirkəti neft-qaz bazarında quruda və dənizdə qazma xidmətləri, həmçinin mühəndislik, təchizat, boru kəmərlərinin inşası və quraşdırılması, mürəkkəb layihələrin icrası üzrə dünya liderlərindəndir. Şirkət çətin şəraitdə uzaq sahələrdə və dərin sularda əməliyyat aparmaq uçun xüsusi imkanlara malikdir.
Sərgi təşkilatçıları Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
Sonra dövlətimizin başçısı və xanımı sərgi və konfransın xatirə kitabını imzalayıblar.
Azərbaycanın ilk beynəlxalq ixtisaslaşmış “Xəzər Neft və Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə nadir poçt markaları buraxılıb. Marka növlərindən birində “Xəzər Neft və Qaz” sərgisinin yubiley loqotipi və rəmzi neft platforması təsvir edilib. Digər markada isə Xəzərin sahilində Bakını təsvir edən rəsm əsərinin reproduksiyası verilib. Bundan əlavə, birinci sərgiyə həsr olunmuş poçt zərfi və xüsusi poçt ştempeli hazırlanıb.
Prezident İlham Əliyev poçt markalarına möhür vurub.
Sərgi təşkilatçıları adından dövlətimizin başçısına və birinci xanıma xatirə hədiyyələri təqdim olunub.
Sonra Prezident İlham Əliyev “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vuda və “ITE Group Plc” şirkətinin regional direktoru Strahan Edvard Corc Dankana “Dostluq” ordenini təqdim edib.
Dövlətimizin başçısı “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibəti ilə və ölkəmizdə sərgilərin təşkilindəki xidmətlərinə görə “İTECA Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədova “Tərəqqi” medalını təqdim edib.
Sonda xatirə şəkilləri çəkdirilib.

 
  • Oxunub:  3690  |  
  • Tarix:  30-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib

10:33
26 Sentyabr
Elman Nəsirov: “ADEX-2018” sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir
10:31
26 Sentyabr
Heydər Əliyev Sarayında bayram konserti təşkil ediləcək
10:25
26 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 91 dəfə pozub
10:01
26 Sentyabr
Bakıda keçirilən dünya çempionatında ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib
20:14
25 Sentyabr
Oktyabrda Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək
20:12
25 Sentyabr
Zaqatalada dini maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub
20:11
25 Sentyabr
Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb
20:09
25 Sentyabr
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı ağır fəsadlara yol aça bilər
19:58
25 Sentyabr
Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalanıb
19:54
25 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
19:49
25 Sentyabr
Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun əməkdaşlığının perspektivləri müzakirə edilib
19:45
25 Sentyabr
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
18:03
25 Sentyabr
YAP Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib
18:01
25 Sentyabr
Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib
17:59
25 Sentyabr
Rafael Hüseynov: Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib
17:56
25 Sentyabr
Finlandiya səfiri: Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, böyük nailiyyətdir
17:42
25 Sentyabr
Elman Məmmədov: Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir
17:38
25 Sentyabr
Hadi Rəcəbli: Əmək və sosial siyasət komitəsi payız sessiyası ərzində bır sıra qanunların müzakirəsini nəzərdə tutur
17:37
25 Sentyabr
Bilik Fondu Ağdaşda və Bakıda Milli Musiqi Gününü qeyd edib
17:28
25 Sentyabr
Bolqarıstanın Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş edilib
17:26
25 Sentyabr
Sahibə Qafarova: Prezident İlham Əliyev parlamentdəki çıxışında çox mühüm mesajlar verdi
17:20
25 Sentyabr
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib
17:20
25 Sentyabr
Akademik İsa Həbibbəyli: Məsud Əlioğlu universal təfəkkürə malik görkəmli alim olub
17:19
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Bakıda cüdo üzrə dünya çempionatını izləyib
17:10
25 Sentyabr
Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17:04
25 Sentyabr
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:00
25 Sentyabr
Aleksandr Koçkin: “Texmaş” konserni “ADEX-2018” sərgisində dünyada analoqu olmayan döyüş sursatları nümayiş etdirir
16:57
25 Sentyabr
Misirli deputat: Azərbaycan demokratik inkişaf sahəsində böyük təcrübəsi olan ölkədir
16:56
25 Sentyabr
Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib
16:54
25 Sentyabr
Heydər Əliyev Mərkəzi ilə tanışlıq
16:53
25 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Venesuela və Baham Adalarından olan həmkarları ilə görüşüb
16:50
25 Sentyabr
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb
16:47
25 Sentyabr
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
16:46
25 Sentyabr
Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipi və beynəlxalq hüquq əsas götürülməlidir
16:44
25 Sentyabr
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
16:31
25 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
16:30
25 Sentyabr
İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycan onun əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib
16:22
25 Sentyabr
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib
16:21
25 Sentyabr
Aqrar Universitetində “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların konfransı keçiriləcək
16:17
25 Sentyabr
Səfir Viktor Szederkenyi: Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün böyük potensial var
15:16
25 Sentyabr
Müdafiə naziri Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb
15:04
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
14:35
25 Sentyabr
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub
14:29
25 Sentyabr
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin zəngin irsinə dair elmi məruzələr dinlənilib
14:24
25 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır
14:19
25 Sentyabr
GEANT Assosiasiyası ilə əməkdaşlıq davam edir
14:16
25 Sentyabr
TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək
14:12
25 Sentyabr
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
14:08
25 Sentyabr
Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır
14:06
25 Sentyabr
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
14:03
25 Sentyabr
Prezident İlham Əliyev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
13:54
25 Sentyabr
Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır
12:57
25 Sentyabr
İspaniya universitetləri AMEA ilə elmi əməkdaşlıqda maraqlıdır
12:56
25 Sentyabr
Nikolay Yankov: Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq daha da genişləndiriləcək
12:48
25 Sentyabr
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
12:46
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycana işgüzar səfəri
12:42
25 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir
12:36
25 Sentyabr
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
12:17
25 Sentyabr
Kestutis Yankauskas: Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
12:09
25 Sentyabr
Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
11:59
25 Sentyabr
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
11:43
25 Sentyabr
Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +21