Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır

Dövlətimizin başçısı Goranboy rayonuna və Naftalan şəhərinə səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Goranboy şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Sonra Prezident İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Daha sonra dövlətimizin başçısı Goranboy rayonunda “Region Agropark”ın açılışında iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İnam Kərimov, aqroparkın direktoru Sənan Qədimov və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat veriblər.
Sonra Azərbaycan Prezidenti aqroparkın kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Goranboy aqroparkının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir. Goranboy rayonunun iqtisadi potensialının möhkəmlənməsində bu aqroparkın çox böyük rolu olacaq. Dövlət öz dəstəyini növbəti dəfə göstərmişdir. Bildiyiniz kimi, Azərbaycanda aqroparkların yaradılması dövlət xətti ilə həyata keçirilir. Dövlət özəl sektora daim diqqət və dəstək göstərir. Vaxtilə istifadəsiz qalmış bu ərazidə dövlət xətti ilə böyük infrastruktur layihələri icra edilmişdir. Yollar, qaz, elektrik və su xətləri çəkildi, suvarma işləri görüldü, dövlət xətti ilə ən müasir texnika alındı. Bu texnikanın bir hissəsi burada nümayiş etdirilir. Bu, dünyanın ən aparıcı şirkətinin texnikasıdır. Dövlət xətti ilə 40-dan çox texnika gətirilmiş və bu aqroparka lizinqə verilmişdir.
Dövlət tərəfindən bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait ayrılmışdır. Bildiyiniz kimi, bu aqroparkın ərazisi 4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi isə burada gözəl işlər görülüb, özəl sektor öz tərəfindən vəsait qoyubdur. Mənə verilən məlumata görə, özəl investisiyaların həcmi 30 milyon manatdır. Beləliklə, biz görürük ki, dövlət-özəl sektor partnyorluğu gözəl nəticələrə gətirib çıxarır. Böyük investisiyalar qoyulur və bu investisiyaların böyük səmərəsi olacaqdır. Burada yüzlərlə iş yeri yaradılır, yerli istehsal təşkil olunur. Burada bir çox kənd təsərrüfatı məhsulları yetişdiriləcək və əminəm ki, ölkə bazarına, xarici bazarlara çıxarılacaqdır.
Bütövlükdə bu gün Azərbaycanda aqroparkların yaradılması geniş vüsət almışdır. Nəzərdə tutulan 45 aqroparkdan 4-ü artıq istifadəyə verilib: Yalama, Şəmkir, Cəlilabad və bu gün Goranboy rayonunda. Mən dördünün də açılışında şəxsən iştirak etmişəm. Bu, bir daha onu göstərir ki, dövlət bu məsələlərə çox böyük diqqət göstərir və dəstək verir. Bu 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulubdur. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir. Bax, bu qədər torpaq istifadəsiz qalmışdı. İndi isə tezliklə bu 45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri - ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq.
Mənə məlumat verilib ki, məhsuldarlıq da çox yüksəkdir. Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni, burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin.
Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq.
Bu aqroparkın yaradılması məni çox sevindirir. Çünki bu gün biz siyasətimizin real nəticələrini görürük. Bu, bir daha göstərir ki, biz düşünülmüş siyasət aparırıq. İstər sənaye, istər kənd təsərrüfatı istehsalı, istərsə də infrastruktur layihələrinin icrası ilə bağlı işlər ən yüksək səviyyədədir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu dünyada yol infrastrukturu ilə bağlı reytinqini açıqlamışdır. Bu reytinqə görə, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir. Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir, o cümlədən Goranboy rayonunda. Baxın, son illər ərzində nə qədər böyük işlər görülmüşdür. Goranboy rayonunda bir neçə yol layihəsi icra edilmişdir. Onlardan ikisi bu gün açılır. Bütövlükdə bu layihələrin icrası nəticəsində artıq rayon əhalisinin 60 faizi təmir edilmiş yollarla təmin edilir. Gələn il bir yol layihəsi icra ediləcək. O da 15 məntəqəni əhatə edəcək. Beləliklə, demək olar ki, Goranboy rayonunun əsas yol infrastrukturu tamamilə yenidən qurulacaqdır. Goranboy rayonunda elektrik xətləri çəkilib, elektrik təchizatı həll olunub, iki yarımstansiya inşa edilib, biz onlardan birini bu gün istifadəyə verəcəyik. Ev təsərrüfatlarının 95 faizi qazlaşdırılıb, içməli su təchizatı məsələsi hələ 4 il bundan əvvəl öz həllini tapıb. Mən sonuncu dəfə burada olarkən biz içməli su layihəsini istifadəyə verdik. Suvarma ilə bağlı işlər yüksək səviyyədədir. Bax, bu aqroparkda 4700 hektar torpaq suvarma suyu ilə təmin ediləcəkdir. Şəmkirçay su anbarının tikilməsi nəticəsində yaranmış o süni gölün potensialından istifadə edirik. Goranboy rayonunda əlavə 8 min hektar, eyni zamanda, Samux rayonunda bir neçə min hektar torpaq su ilə təmin ediləcəkdir. Yəni, Goranboy rayonunun timsalında görülən işlərin mahiyyəti və əhəmiyyəti budur. İnfrastruktur layihələri, sosial infrastrukturla bağlı layihələr demək olar ki, tam icra edilib. Goranboy rayonunda 40-dan çox məktəb təmir edilib və tikilibdir. Hazırda 130 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi gedir, bu ilin sonuna qədər istifadəyə verilməlidir. Xalça fabriki tikilir, yenə də bu ilin sonuna qədər istifadəyə verilməlidir. Yəni, bütün bu işlər onu göstərir ki, ölkəmiz uğurla, inamla inkişaf edir. Bütün regionlar inkişaf edir. Regionların kompleks inkişaf konsepsiyası həyatda öz əksini tapır. İş yerləri, yerli istehsal yaradılır. Bir daha deyirəm ki, dünyanın bir nömrəli şirkətinin texnikası bu gün Goranboydadır, ölkəmizin hər bir yerindədir. Biz son illər ərzində kənd təsərrüfatı üçün minlərlə texnika almışıq və yenə də alacağıq. Bir daha demək istəyirəm ki, bu aqroparkın yaradılması bizim uğurlu siyasətimizin təzahürüdür, onun göstəricisidir. Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun”.
Sonra “Region Agropark”ın direktoru Sənan Qədimov çıxış edib.
Görüşdən sonra dövlətimizin başçısı aqroparkda ilk buğda biçini prosesini izləyib.
Həmin gün Prezident İlham Əliyev Goranboy rayonunda Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonra dövlətimizin başçısı Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının açılışında da iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verib.
Dövlətimizin başçısı yarımstansiyanı işə salıb.
Həmin gün Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi barədə məlumat verib.
Dövlətimizin başçısı qurğunu işə salıb.
Prezident İlham Əliyev deyib: “Uğurlar olsun. Bu gün biz belə gözəl layihəyə start veririk. Yaxşı iş görmüsünüz. Gözəl kanal çəkmisiniz. Kənd təsərrüfatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti var. Goranboy rayonunun gələcək inkişafı da kənd təsərrüfatı ilə bağlıdır. Ona görə, 8 min hektar əlavə torpağa su veriləcək. İndi mənə məruzə edildi ki, növbəti layihələr də var. Biz bu kanalı uzatmalıyıq. Goranboyda əlavə 10 min hektar, sonra daha 20 min hektar torpaqda suvarma işlərini təşkil edəcəyik. Ona görə, bu il, gələn il işlər çox olacaq. Hazır olun ki, belə gözəl işləri davam etdirək”.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan şəhərinə səfərə gəlib.
Əvvəlcə dövlətimizin başçısı Ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına bu tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib.
Xəstəxana binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə müəssisəsinin kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Sizi salamlayıram. Naftalan Şəhər Xəstəxanasının açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl xəstəxanadır. İndi xəstəxana ilə tanış oldum. Görürəm ki, bütün işlər yüksək səviyyədə təşkil edilib. Şadam ki, bu xəstəxana istifadəyə verilir. Bu xəstəxananın tikintisi mənim təşəbbüsümlə həyata keçirildi. Naftalan şəhərinin müasir tibb ocağı olmalı idi və şadam ki, biz buna nail olduq. Həm xarici görünüşü, həm də daxili tərtibatı gözəldir və əlbəttə ki, şərait də yaxşıdır. Bütün lazımi avadanlıqlar var, ən yüksək standartlar tətbiq olunur, ölkəmizin hər bir yerində belə gözəl xəstəxanalar tikilir. Burada yüksək tibbi xidmət göstərmək üçün bütün şərait yaradılıb. On iki şöbə var. Demək olar ki, bütün şöbələr fəaliyyət göstərəcək. Həm şəhər sakinlərinə, həm də Naftalana gələn qonaqlara yüksək xidmət göstəriləcəkdir.
Bu xəstəxananın tikintisi son illər ərzində səhiyyə sahəsinə ayrılan diqqətin və qoyulan vəsaitin təzahürüdür. Səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində böyük işlər görülüb. Son 15 ildə 600-dan çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub. Biz demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq.
Bu ilin Dövlət İnvestisiya Proqramında 6 şəhər xəstəxanasının açılışı nəzərdə tutulur. Onların sırasında birinci Naftalan xəstəxanasıdır. Ümid edirəm ki, ilin sonuna qədər digər beş şəhərdə də xəstəxanaların açılışı təmin ediləcək. Beləliklə, Azərbaycanın bütün şəhərlərində ən müasir tibb mərkəzləri yaradılmış olur. Bu, bir neçə il bundan əvvəl qarşımıza qoyduğumuz məsələlərdən biri idi. Biz bu məqsədə çatmaq üçün ardıcıllıqla böyük işlər görürük.
Əlbəttə ki, bunlar böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır. Sosial məsələlər bizim siyasətimizin əsas prioritetidir. Ona görə imkanımız da, siyasi iradəmiz də, texniki imkanlarımız var. Bütün səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülübdür.
Azərbaycanda tibbi xidmətin səviyyəsi artır. Mənim təşəbbüsümlə bir neçə il ərzində artıq kütləvi müayinədənkeçmə proqramı həyata keçirilir. Mən əvvəlki illərdə bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bildirmişdim, demişdim ki, hər bir vətəndaş ildə heç olmasa bir dəfə gərək tibbi müayinədən keçsin. İndi bunu etmək üçün hər bir rayonda bütün imkanlar var. Dövlət öz dəstəyini göstərərək bu işləri təşkil edir. Bu il keçən ildəki kimi, 5 milyondan çox Azərbaycan vətəndaşı bu imkandan istifadə edib. Müayinə zamanı vətəndaşlarda aşkar olunan xəstəliklər sonra ixtisaslaşmış mərkəzlərdə müalicə edilir.
İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanmışdır. Artıq iki şəhərdə bu sistem mövcuddur və biz bu sistemin üstünlüklərini görürük. Biz səhiyyə sistemimizi tədricən bu istiqamətdə inkişaf etdirəcəyik. Biz növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik.
İnsan sağlamlığı ən vacib məsələlərdən biridir. Azərbaycanda insan sağlamlığını təmin etmək, sağlamlığı qorumaq, profilaktik tədbirlər görmək üçün kompleks işlər aparılır. Bundan sonra da bu işlərin görülməsi üçün yaxşı şərait var, o cümlədən Naftalan şəhərində. Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Hesab edirəm ki, hər bir həkim, hər bir tibb işçisi üçün belə şəraitdə işləmək xüsusi zövq verir.
Naftalan şəhərinin ümumi inkişafı sürətlə gedir. Mən Prezident kimi Naftalan şəhərinə ilk dəfə olaraq on il bundan əvvəl gəlmişdim. O vaxt gördüyüm mənzərə, sözün düzü, məni çox narahat etdi, çox məyus etdi. Çünki şəhər çox ağır vəziyyətdə idi. Siz bunu yaxşı bilirsiniz. O vaxt infrastruktur layihələri ilə bağlı böyük problemlər var idi, elektrik enerjisi fasilələrlə verilirdi, təbii qaz, içməli su yox idi, yaşayış binaları bərbad, yollar dağılmış vəziyyətdə idi, sovet vaxtında tikilmiş sanatoriyalarda ağır vəziyyətdə məcburi köçkünlər yerləşmişdi. Vaxtilə Sovet İttifaqının turizm mərkəzlərindən biri olan Naftalan bu adı demək olar ki, itirmişdi. Nəinki başqa ölkələrdən, hətta Azərbaycanın heç bir yerindən buraya gələn yox idi. Ona görə mən dərhal kompleks tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdim. Naftalanın hərtərəfli inkişaf planı hazırlandı və mən bu planı təsdiqlədim. Bu gün biz aparılan bu işlərin real nəticələrini görürük. İlk növbədə, biz ağır vəziyyətdə, yarıdağılmış sanatoriyalarda məskunlaşmış köçkünləri gərək yeni evlərə köçürəydik, bunu etdik. Bütün məcburi köçkünlər onlar üçün xüsusi tikilmiş, böyük maliyyə vəsaiti hesabına ərsəyə gələn yeni evlərə köçürüldü və Naftalan şəhərində köçkünlər problemi artıq həll olunub.
İnfrastruktur layihələri icra edilməyə başlandı. Elektrik enerjisi ilə təchizat təmin edildi. Bu gün bu məsələ ilə bağlı heç bir problem yoxdur. Təbii qaz indi Naftalanda yüz faiz təmin edilir. Əhalinin yüz faizi təbii qaza malikdir. Naftalanda içməli su layihəsi beş il bundan əvvəl mənim iştirakımla istismara verilmişdir. Yollar salındı, digər infrastruktur layihələri icra edildi, məktəblər əsaslı şəkildə təmir olundu. Yəni, Naftalanda infrastruktur layihələri ilə bağlı olan bütün məsələlər kompleks şəkildə öz həlli tapdı. O cümlədən şəhərin abadlaşdırılması işlərinə vəsait ayrıldı, parklar salındı, İcra Hakimiyyətinin yeni binası, Heydər Əliyev Mərkəzi tikildi və Naftalanın əvvəlki şöhrəti özünə qaytarıldı.
Bu, işin birinci mərhələsi idi. Bu layihələr həyata keçirilmədən hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Bununla paralel olaraq, biz Naftalanı müasir turizm mərkəzinə çevirmək üçün konkret addımlar atmağa başlamışıq. Mənim iştirakımla 3 böyük sanatoriya, - indi onlar mehmanxana sayılırlar, - yenidən tikildi, əsaslı şəkildə təmir edildi və istifadəyə verildi. Birinci “Çinar” sanatoriyası, ondan sonra “Qaşaltı”, ondan sonra isə “Qarabağ”. Bu 3 sanatoriya-mehmanxanada mindən çox otaq var. Burada həm ən yüksək səviyyədə müalicə işləri aparılır, həm də ki, vətəndaşlar və qonaqlar istirahət edirlər. Yaxın gələcəkdə yeni mehmanxananın açılışı gözlənilir. Mənə indi bu barədə məlumat verildi. O qədər də böyük olmayan digər mərkəzlər, istirahət zonaları yaradılır. Beləliklə, Naftalan nəinki ölkəmizin, dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilir.
Mənə verilən məlumata görə, keçən il Naftalana 62 ölkədən 35 min qonaq gəlmişdir. Baxın, on il bundan əvvəl, ümumiyyətlə, gələn qonaqlardan söhbət belə getmirdi. Ancaq ötən il 35 min qonaq gəlib. Mən hesab edirəm ki, bu, hələ başlanğıcdır. Çünki məndə olan məlumata görə, sovet vaxtında Naftalana ildə 70 min qonaq gəlirdi. Hesab edirəm ki, bu gün Azərbaycanda turizmin çox sürətlə inkişaf etdiyini nəzərə alsaq, biz bu hədəfə çata bilərik. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 5 ayında isə 10 faiz artıb. Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır. O cümlədən müalicəvi turizmin inkişafı üçün bizdə bütün imkanlar var, həm Naftalanda, həm digər şəhərlərdə. Belə şəraiti olan şəhərdə əlbəttə ki, qonaqların sayı artmalıdır.
Son 10 il ərzində Naftalanda görülən işlər ümumi inkişaf dinamikamızı göstərir. Onu göstərir ki, güclü siyasi iradə olan yerdə, düşünülmüş siyasət aparılan ölkədə uğurlar da, nəticələr də, qələbələr də olacaq, insanlar daha yaxşı yaşayacaqlar. Naftalanda iş yerlərinin yaradılması son illər ərzində çox sürətlə gedib. Burada yaşayan vətəndaşların böyük əksəriyyəti xidmət sektorunda işləyir, yaxşı məvacib alır və ölkəmizin inkişafına öz dəyərli töhfəsini verir. Əminəm ki, bundan sonra Naftalanda işlər yaxşı gedəcək və şəhərin inkişafı uğurla davam etdiriləcək.
Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm”.
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının həkimi Tünzalə Səfərova çıxış edib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısına raport verib.
Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi hissədəki texnikalara baxıb.
Ali Baş Komandana “ORBİTER-3B” Pilotsuz Uçuş Aparatı təqdim olunub.

 
  • Oxunub:  8580  |  
  • Tarix:  06-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir
20 Mart 11:08
Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq
20 Mart 11:07
Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20 Mart 11:05
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
20 Mart 11:04
Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
20 Mart 11:03
Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək
20 Mart 11:02
Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
20 Mart 11:01
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
20 Mart 11:00
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
20 Mart 10:59
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
20 Mart 10:59
Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
20 Mart 10:58
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib
20 Mart 10:57
Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub
20 Mart 10:56
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib
20 Mart 10:55
Gədəbəy rayonunda N saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib
20 Mart 10:54
Misirdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
20 Mart 10:53
Baş Prokurorluqda könüllülərlə görüş keçirilib
20 Mart 10:52
Ölkəmizdə tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək dəstək göstərilir
20 Mart 10:51
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır
20 Mart 10:50
Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub
20 Mart 10:49
Amerika Analitik Mərkəzi Prezident Əliyevin yüzlərlə məhkumun əfv edilməsi haqqında Sərəncamını alqışlayır
20 Mart 10:47
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
20 Mart 10:46
“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20 Mart 10:46
“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6