Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev metronun “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev metronun “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov “Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri barədə dövlətimizin başçısına ətraflı məlumat verib. Qeyd olunub ki, bu stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb. Stansiyanın yerüstü vestibülündə müvafiq təmir, yenidənqurma işləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğunlaşdırılıb, vestibülün estetik görkəmi dəyişib. Tavanda ümumi memarlıq-dizayn tərtibatını tamamlayan müasir işıqlandırma sistemi quraşdırılıb. Stansiyanın infrastrukturu, o cümlədən stansiya yolları, platforma və platformaaltı səviyyələrdə yerləşən texniki sahələr dövrün ən yeni standartlarının tələbləri nəzərə alınaraq yenidən qurulub və daha funksional olub. Mühəndis-texniki qurğularda əsaslı yenidənqurma işləri aparılıb. Stansiyada hərəkətin tənzimlənməsi, videomüşahidə, işarəvermə və rabitə sistemlərinin avadanlıqları yenilənməklə, onların yerləşdiyi sahələr və otaqlar yeni standartlar səviyyəsinə çatdırılıb. Stansiyada ən müasir mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırılıb.
Qeyd edək ki, stansiyada təmir işlərinə başlanılması, ilk növbədə, eskalatorların dəyişdirilməsi zərurətindən irəli gəlmişdi. Bakı Metropoliteninin 1967-ci il noyabrın 6-da istifadəyə verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. Onların dəyişdirildiyi müddətdə bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesinin dayandırılması qaçılmaz idi. Stansiyanın uzunmüddətli istismar dövründə sıradan çıxmış, yaxud köhnəlmiş avadanlıq və digər infrastrukturunun yenilənməsi də lazım gəlirdi. Stansiyada genişmiqyaslı yenidənqurma işlərinə 2017-ci ilin avqust ayından start verildi.
Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş 3 eskalator sökülərək əvəzində Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırılıb. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı Metropolitenində tətbiq olunub. Üç eskalator əvəzinə dördünün qoyulması isə bir giriş-çıxışı olan, həmçinin sərnişin axınının gur olduğu stansiyada hərəkətin daha operativ və rahat tənzimlənməsinə şərait yaradacaq. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, işıqlandırma və videomüşahidə sistemləri, habelə monitorlar yenilənib.
Dövlətimizin başçısı “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmaya qədərki vəziyyətini əks etdirən fotostendlə tanış olub. Bildirilib ki, burada söküntü başa çatdıqdan sonra metal konstruksiyalar, platforma boyunca stansiya yolları və yol divarları gücləndirilib, eləcə də tunellərdə axıntıya qarşı tədbirlər görülüb.
Bakı Metropoliteninin hər bir stansiyası memarlıq üslubu ilə də seçilir. Özünəməxsus görünüşü olan “Sahil” stansiyasında platformanın orta salonun sonunda əvvəlki pannonun yerində doğan günəş kompozisiyası yer alır. Bütün divar boyu həkk olunmuş kompozisiya mükəmməlliyi ilə diqqəti çəkir. Bundan başqa, pilon divarları boyunca milli xalçaçılıq sənəti elementləri ilə zənginləşdirilmiş pərvazların arxasının işıqlandırılması və digər yeni elementlər stansiyanın memarlıq ansamblını zənginləşdirir.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş Dövlət Proqramına əsasən Bakı Metropoliteni stansiyalarının yenidən qurulması, infrastrukturun müasir standartların tələbləri səviyyəsinə çatdırılması işləri planlı şəkildə aparılır. Dövlətimizin başçısına məlumat verilib ki, hazırda “Bakmil” stansiyasının yenidənqurma tədbirləri mərhələli şəkildə yerinə yetirilir. Yaxın gələcəkdə “Xətai” stansiyasında köhnə eskalatorların dəyişdirilməsi, eləcə də metropolitenin digər stansiya və stansiya yollarında yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulub.
“Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev Bakı Metropoliteninin kollektivinə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

 
  • Oxunub:  4950  |  
  • Tarix:  08-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

15:32
21 Noyabr
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib
15:29
21 Noyabr
Yeni Azərbaycan Partiyasının ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır
15:23
21 Noyabr
Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq
15:17
21 Noyabr
Masallının daha iki kəndi qazlaşdırılıb
15:13
21 Noyabr
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
15:08
21 Noyabr
Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Silahlı Qüvvələri arasında əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib
15:07
21 Noyabr
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
15:02
21 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimizin əlaqələrinin hərtərəfli inkişafına təkan verəcək
14:57
21 Noyabr
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir
14:53
21 Noyabr
“Eko səyahət” qısa film müsabiqəsinin qalibləri mükafatlandırılıb
14:50
21 Noyabr
Bahar Muradova: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi partiyadır
14:47
21 Noyabr
Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib
14:44
21 Noyabr
Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır
14:41
21 Noyabr
Vladimer Çaçibaia: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir
14:38
21 Noyabr
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
14:36
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib
14:28
21 Noyabr
Hacıbala Abutalıbov: Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir
14:00
21 Noyabr
Sevinc Fətəliyeva: Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır
13:58
21 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi möhtəşəm qala-konsertlə başa çatıb
13:55
21 Noyabr
Azərbaycanda miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılır
13:52
21 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası keçirilir
13:48
21 Noyabr
Bahar Muradova: Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin növbəti uğurudur
12:41
21 Noyabr
YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:19
21 Noyabr
BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı Prosesi”nin təqdimatı olub
12:16
21 Noyabr
Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
11:56
21 Noyabr
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib
11:52
21 Noyabr
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
11:50
21 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
11:48
21 Noyabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb
11:45
21 Noyabr
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
11:35
21 Noyabr
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+7 +10