Ana səhifə »  Gündəm »  Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışı olub
A+   Yenilə  A-
Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib
Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məktəbin direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Qeyd olunub ki, Savalan yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən çoxdur. Əvvəllər yaşayış massivində məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib.
Sonra dövlətimizin başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşüb.
Azərbaycan Prezidenti görüşdə çıxış edib: “Sabahınız xeyir olsun, mən sizi ürəkdən salamlayıram və qarşıdan gələn yeni dərs ili münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yeni dərs ili ərəfəsində biz Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yeni məktəbin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.
Bu məktəb sakinlərin xahişi ilə tikilib. Mənə verilən məlumata görə, bu yaşayış massivində məktəb yox idi. Ona görə həm uşaqlar, həm valideynlər böyük əziyyət çəkirdilər. Göstəriş verildi və qısa müddət ərzində belə gözəl məktəb tikildi. 960 şagird yerlik məktəbdə indi oxumaq, işləmək üçün bütün şərait yaradılıb. Ərazisi də böyükdür. Böyük idman meydançası var. Yəni, burada işlər ən yüksək səviyyədə aparılıb. Hesab edirəm, bu gözəl təşəbbüs bir daha onu göstərir ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir.
Əlbəttə, harada ki, məktəbin inşasına ehtiyac var, biz orada mütləq məktəb tikintisi ilə məşğul oluruq, o cümlədən bu yerdə. Demək istəyirəm ki, bu il bütövlükdə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. İstəyirəm ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir.
Məktəbdə uşaqlar yaxşı oxumalıdır. Bir halda ki, belə gözəl şərait var, burada təhsilin keyfiyyəti də yüksək olmalıdır. Məktəb, eyni zamanda, müəllimlərin iş yeridir və müəllimlərin şəraiti də yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayı artır, müəllim peşəsinin hörməti artır və bu, çox sevindirici haldır. Çünki müəllim uşaqların, gənclərin tərbiyə olunmasında valideynlərlə bərabər aparıcı rol oynayır.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir. Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir.
Uşaqlar isə yaxşı oxumalıdırlar, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün, ilk növbədə, gərək bilikli, savadlı olsunlar. Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Ona görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər. Əlbəttə ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar və mən bunu alqışlayıram. Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar.
Bilirsiniz ki, bu gün ölkəmizin dünyadakı rolu, əhəmiyyəti artır. Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə icra edilə bilməz. Yaşadığımız regionda bizim siyasətimizdən, qərarımızdan çox şey asılıdır. Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana təsir etmək istəyən xarici qüvvələrin də sayı az deyil. Azərbaycan vətəndaşları bunu bilirlər. Ancaq bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər. Ona görə ki, bizim çox güclü siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik. Hesab edirəm, Prezident kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət aparır. O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulubdur və elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır. Belə olan halda Azərbaycan daim müstəqil siyasət aparacaq. Çünki bizim siyasətimiz həyatda öz əksini tapıb. İndi baxın, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə artır. Getdikcə daha çox narahatedici məqamlar üzə çıxır. Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır. İndi baxın, ölkəmizə nə qədər böyük investisiyalar qoyulur. Əgər biz təkcə təhsil sahəsini götürsək, üç min məktəbin tikintisi böyük maliyyə vəsaiti tələb edir. Yollar, su xətləri, elektrik xətləri, qazlaşdırma, hərbi gücümüzün möhkəmləndirilməsi, energetika və nəqliyyat layihələrimiz. Bütün bunları biz öz hesabımıza etmişik. Bu gün dünya miqyasında, xüsusilə yaşadığımız regionda Azərbaycan seçilən ölkələrdəndir. Sülh, əmin-amanlıq, inkişaf, sosial rifah Azərbaycanda təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə bağlı heç bir narahatlıq, heç bir şübhə yoxdur. Çünki biz bundan sonra da ancaq inkişaf yolu ilə gedəcəyik.
Bunu təmin etmək üçün biz, ilk növbədə, daha güclü olmalıyıq. Bir daha demək istəyirəm ki, bizim siyasətimizə heç bir qüvvə təsir edə bilməz. Bunu son 15 il ərzindəki vəziyyət dəfələrlə təsdiqləyib. Siz gənclər gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Ölkəmizin, xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki, ilk növbədə, milli maraqlardır, ilk növbədə, Vətənin xoşbəxtliyidir, ilk növbədə, müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu işdə öz rolunu oynayır və oynayacaq. Belə gözəl məktəbdə oxumaq və tərbiyə almaq üçün bütün şərait var.
Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun”.
* * *
Dövlətimizin başçısına yeni məktəb binasının inşasına görə minnətdarlığını bildirən valideyn Hacıbala Babayev deyib: “Cənab Prezident, Maştağa sakinləri adından Sizi ürəkdən salamlayır və Sizə “Xoş gəlmisiniz!” deyirik.
Cənab Prezident, bu gün bizim çoxdan arzuladığımız bir gündür. Bu yeni təhsil ocağı övladlarımızın xoş gələcəyini göstərir.
Cənab Prezident, biz bu münasibətlə Sizə Maştağa qəsəbəsinin və yeni yaşayış massivinin sakinləri adından ürəkdən “Çox sağ olun!” deyirik. Sizi əmin edirik ki, bu məktəbdə təhsil alacaq gənclərimiz gələcəkdə dövlətinə, millətinə, Prezidentinə layiqli övladlar olacaqlar.
Uzun illərdir ki, cənab Prezident, bizim övladlarımız çətinliklə uzaq məsafə qət edərək təkcə Maştağa qəsəbəsindəki orta məktəblərdə deyil, rayonumuzun digər qəsəbələrindəki məktəblərdə də təhsil alırdılar. Bu da övladlarımız üçün çətinlik yaradır, biz valideynləri narahat edirdi. Çox sağ olun ki, cənab Prezident, Sizin təhsilə və biz sakinlərə göstərdiyiniz qayğının nəticəsində bu narahatlığımıza son qoyuldu.
Cənab Prezident, biz daim Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik və həmişə Sizinləyik.
Möhtərəm cənab Prezident, biz sakinlər adından Sizə, Sizin ailənizə, övladlarınıza cansağlığı, uzun ömür, işlərinizdə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Allah Sizi qorusun”.
Prezident İlham Əliyev: Sağ olun.
* * *
Dövlətimizin başçısı müəllimlərlə söhbət edib.
Müəllimə Arizə Mahmudova: Cənab Prezident, Sizi salamlayırıq, “Xoş gəlmisiniz!” deyirik. Tikilən bu möhtəşəm bina bizim narahatlığımıza son qoydu. Buna görə də Sizə dərindən minnətdarıq, Allah Sizi var eləsin!
Prezident İlham Əliyev: Çox sağ olun. Burada neçə müəllim işləyir?
Direktor Qənirə Əmircanova: 70 müəllim fəaliyyət göstərəcək. 960 nəfərlik şagird heyəti nəzərdə tutulub. İnşallah, çox yaxın müddət ərzində məktəb fəaliyyətə başlayacaq.
Prezident İlham Əliyev: Bəli, mütləq. Müəllimlər başqa məktəblərdən gəliblər.
Qənirə Əmircanova: Bəli, nümunəvi məktəblərdən seçiləcək. Çünki bu cür məktəbdə elə müəllimlər işləməlidirlər ki, həqiqətən layiqli olsunlar.
Prezident İlham Əliyev: Təhsilin səviyyəsi yüksək olmalıdır. Uşaqlar da gedib Maştağa qəsəbəsində oxuyurdular.
Qənirə Əmircanova: Bəli, kənar yerdə oxuyurdular.
Prezident İlham Əliyev: Məsafə də uzaqdır. Hər gün get-gəl çətinlik yaradırdı. Savalan yaşayış massivində son illər əhali artıb.
Qənirə Əmircanova: Bəli, 30 minə yaxınlaşıb, 25 mindən artıqdır.
Prezident İlham Əliyev: Yəqin ki, gələcəkdə bir məktəbin tikintisinə də ehtiyac olacaq.
Qənirə Əmircanova: Bizim orada sahəmiz də var. Planlaşdırılır, hərtərəfli perspektiv düşünülüb, ehtiyac olarsa tikilər. Bütün sakinlər adından Sizə sonsuz dərəcədə minnətdarıq.
Prezident İlham Əliyev: Yaxşı ki, siz bu məsələni qaldırdınız. Mənə məlumat çatan kimi dərhal göstəriş verdim ki, tezliklə məktəb tikilsin. Bu, bir daha onu göstərir ki, bu məsələlər gərək ictimaiyyət tərəfindən qaldırılsın. Mən dəfələrlə çıxışlarımda demişəm ki, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Çünki ölkəmizdə hələ də bizi narahat edən məsələlər kifayət qədər var və onları həll etmək üçün gərək bizdə məlumat olsun. İctimai nəzarət, ictimaiyyətin fəallığı olmadan bəzi hallarda bu məlumat da bizə çatmır. Ona görə bir daha bu fürsətdən istifadə edərək Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm. Öz xahişlərini, onları narahat edən məsələləri çatdırsınlar ki, biz də onları həll edək.
Qənirə Əmircanova: Biz də çox sevinirik ki, Siz buna dərhal reaksiya verirsiniz. Yəni, bunu arxa plana keçirmirsiniz. Elə bil ki, bu, Sizin stolunuzun üstündə gündəlik bir məsələdir. Bu, sakinləri, bütün xalqı, bütün milləti çox sevindirir.
Prezident İlham Əliyev: Belə də olmalıdır. Mənim işim elə bundan, mövcud olan problemləri həll etməkdən ibarətdir ki, insanları narahat edən məsələlər aradan götürülsün. İnsanlar daha da yaxşı, rahat yaşasınlar və daha da çox iş görə bilək. Ona görə hesab edirəm ki, bu məktəbin tikintisi belə gözəl təşəbbüsün təzahürüdür. Vətəndaşlar müraciət ediblər, biz isə tezliklə göstəriş verib bunu təşkil etmişik və bu gün burada yeni dərs ili ərəfəsində bərabər sevinirik.
Qənirə Əmircanova: Siz bizim sevincimizə qatıldığınız, bizimlə bərabər sevindiyiniz üçün biz ikiqat sevinirik.
Prezident İlham Əliyev: Bilirsiniz, mən qeyd etdim ki, bu il Bakı şəhərində 19 məktəb istifadəyə verilib. Bəziləri tikilib, bəziləri əsaslı təmir edilib. Adətən yeni dərs ili ərəfəsində mən məktəblərin vəziyyəti ilə tanış oluram. Əvvəlki illərdə adətən bir məktəb seçilirdi ki, biz bu məktəbdə öz sözümüzü deyək. Bu il mən xüsusilə bu məktəbi seçdim. Çünki bu məktəbin çox özəl yeri var, bax, dediyim bu məsələlərə görə. Ona görə bir daha sizi təbrik edirəm.
* * *
Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.
Diqqətə çatdırılıb ki, təhsil müəssisəsi 960 şagird yerlikdir. Burada sinif otaqları bütün zəruri dərs ləvazimatları ilə təchiz edilib. Məktəbdə birinci sinif şagirdləri üçün hələlik 5 sinfin açılması nəzərdə tutulur. Onların hər birində 24 şagirdin təhsil alması planlaşdırılıb. Ehtiyac yarandığı halda əlavə siniflərin açılması üçün də imkanlar var. Birinci siniflərin şagirdləri dərslik və məktəbli çantaları ilə təmin olunublar. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb. Gənclərin çağırışaqədərki hazırlıq kabineti də zəruri avadanlıqla təchiz olunub.
Təhsil müəssisəsindəki əmək təlimi otaqlarında şagirdlər bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Məktəbin zəngin kitabxanası da müasir səviyyədə qurulub. Şagirdlərin ixtiyarına veriləcək oxu zalında mütaliə etmək üçün hər cür şərait var. 200 nəfərlik akt zalında isə müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şagirdlər ümumi sahəsi 540 kvadratmetr olan və bütün zəruri avadanlıqla təchiz edilən zalda idmanla məşğul ola biləcəklər.
Burada yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı istiqamətində aparılan islahatlar bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu, hər şeydən əvvəl Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsi üçün dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Odur ki, son illər təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmirin aparılması mühüm əhəmiyyət kəsb edir.
* * *
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  15-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi

12:41
15 Oktyabr
Akkan Suver: Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin araşdırılması üçün Əli Həsənovun məqaləsindən dəyərli mənbə kimi istifadə olunacaq
12:35
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
12:26
15 Oktyabr
Lənkəran Olimpiya İdman Kompleksi istifadəyə verilib
12:24
15 Oktyabr
Azərbaycandan MDB ölkələrinə 728 milyon dollar dəyərində məhsul ixrac olunub
12:17
15 Oktyabr
Səyyar “ASAN xidmət” davam edir
12:12
15 Oktyabr
Bakı Kitab Mərkəzində Xalq yazıçısı Elçinlə görüş təşkil olunacaq
11:48
15 Oktyabr
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
11:25
15 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib
11:17
15 Oktyabr
18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir " adlı dəyirmi masa
11:08
15 Oktyabr
Möhtəşəm 15 il: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib
11:03
15 Oktyabr
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə "BP Azərbaycan" arasında anlaşma memorandumu imzalanıb
10:38
15 Oktyabr
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
10:04
15 Oktyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
09:28
15 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
15:50
13 Oktyabr
Seçenov Universitetinin rektoru: Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir
15:48
13 Oktyabr
Arzu Nağıyev: Frankofoniya təşkilatının rəhbərliyi də bu qurumun artıq yararsız olduğunu etiraf edir
15:43
13 Oktyabr
Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir
15:29
13 Oktyabr
İlham Əliyev: Möhtəşəm və dayanıqlı inkişaf
15:24
13 Oktyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib
15:20
13 Oktyabr
Hikmət Hacıyev: Ermənistan hər vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur
15:16
13 Oktyabr
Kamilə Əliyeva: Həyata keçirilən siyasət ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır
15:13
13 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycan bütün sahələr üzrə ciddi nailiyyətlər əldə edib
13:32
13 Oktyabr
Avstriya BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib
13:13
13 Oktyabr
Elçin Mirzəbəyli: Beynəlxalq Frankofoniya Təşkilatına sahibliklə bağlı qarşıdurmanın Ermənistanda baş verməsi təsadüfi deyil
13:07
13 Oktyabr
Azərbaycan idmançısı ağırlıqqaldırma üzrə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb
12:51
13 Oktyabr
Arif Məlikovun mahnılarından ibarət konsert təqdim ediləcək
12:45
13 Oktyabr
Dünyanın ən yaxşı muzeylərinin reytinqi açıqlanıb
12:41
13 Oktyabr
Azərbaycanla Pakistan arasında ticarət missiyalarının mübadiləsi müzakirə olunub
12:36
13 Oktyabr
Muxtar respublikada gənclərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb
11:55
13 Oktyabr
Tahir Rzayev: Azərbaycanda aqrar sahənin daha da inkişafı üçün bütün imkanlar mövcuddur
11:32
13 Oktyabr
MM-in deputatı: Beynəlxalq aləmdə dövlətimizin nüfuzu artıb və mövqeləri möhkəmlənib
10:49
13 Oktyabr
Səfir: Çingiz Aytmatov təkcə qırğız xalqının yox, bütün türk dünyasının fəxridir
10:48
13 Oktyabr
SOCAR “Gazprom”la əməkdaşlığın perspektivlərini müzakirə ediblər
10:44
13 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
17:52
12 Oktyabr
On beş ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması sahəsində ardıcıl tədbirlər görülüb
17:50
12 Oktyabr
Xırdalanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib
17:49
12 Oktyabr
Azərbaycan ötən dövr ərzində çox mühüm nailiyyətlər əldə edib
17:48
12 Oktyabr
Sevinc Hüseynova: Rusiyalı deputatın Dağlıq Qarabağa qanunsuz səfəri iki dövlət arasında münasibətlərin ruhuna ziddir
17:47
12 Oktyabr
Əli Hüseynli: Rusiyalı deputatın Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Dövlət Dumasına müraciət ediləcək
17:45
12 Oktyabr
Azərbaycan Bolqarıstanın qaza tələbatının 1/3-ni təmin edəcək
17:38
12 Oktyabr
Azərbaycan Gənclərinin VIII Forumu ilə əlaqədar Sumqayıtda zona toplantısı keçirilib
17:35
12 Oktyabr
Doqquz ayın yekunları: nailiyyətlər və Prezidentin qarşıya qoyduğu vəzifələr
17:21
12 Oktyabr
Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək
17:11
12 Oktyabr
Özbəkistan Prezidenti MDB iştirakçı-dövlətlərinin müdafiə nazirlərini qəbul edib
17:04
12 Oktyabr
SOCAR-ın prezidenti Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
17:01
12 Oktyabr
Milli Məclisin deputatı avropalı parlamentariləri azərbaycanlı qaçqın və məcburi köçkünlərin səsini eşitməyə çağırıb
16:59
12 Oktyabr
ISESKO Baş Konfransının 13-cü sessiyası davam edir
16:37
12 Oktyabr
Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial qrupa çevrilib
16:28
12 Oktyabr
Prezident İlham Əliyevin qayğısı sayəsində ölkə idmanında sürətli inkişaf prosesi gedib
16:22
12 Oktyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Şabran rayonunda vətəndaşları qəbul edib
15:57
12 Oktyabr
AQTA “Sağlam məktəbli” maarifləndirici layihəsinə başlayıb
15:47
12 Oktyabr
Rusiyanın “Vestnik Kavkaza” agentliyinin saytında Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun məqaləsi dərc olunub
15:43
12 Oktyabr
Millət vəkili: İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər
15:38
12 Oktyabr
Son 15 ildə Azərbaycanda əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilib
15:34
12 Oktyabr
Siyavuş Novruzov: Biz fəaliyyətimizlə anti-Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik
15:21
12 Oktyabr
Türkiyədə keçirilən beynəlxalq konfransda Azərbaycanın qəhrəmanlıq dastanlarından danışılıb
15:14
12 Oktyabr
XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində seminar təşkil olunub
14:35
12 Oktyabr
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb
14:17
12 Oktyabr
Azərbaycanın mədəniyyət naziri: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir
14:13
12 Oktyabr
“Azerspace-2”nin orbitdəki sınaq prosesləri başa çatdıqdan sonra peyk kommersiya fəaliyyətinə başlayacaq
14:09
12 Oktyabr
Ötən 15 ildə Azərbaycanın sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib
14:06
12 Oktyabr
AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə Texniki Universitet arasında saziş imzalanıb
14:02
12 Oktyabr
Dəmir yolu işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
13:59
12 Oktyabr
Soydaşlarımız Kaliforniyada Merilend prospektinin Arsax adlandırılmasına etiraz edir
13:53
12 Oktyabr
On beş ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb
12:44
12 Oktyabr
Azərbaycan möhkəm ictimai-siyasi sabitlik əmsalına görə postsovet məkanında birinci yerdədir
12:23
12 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:21
12 Oktyabr
Energetika naziri: Azərbaycandakı investisiyalar yaxşı qorunur
12:07
12 Oktyabr
Füzulili fermer: Pambıq əkinlərini genişləndirməklə yanaşı, məhsuldarlığın da yüksəldilməsinə çalışacağam
11:59
12 Oktyabr
Ekspert: Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası aqrar islahatların daha da dərinləşdirilməsinə imkan verəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+13 +15