Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfər edib
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfər edib

Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər çərçivəsində açılışda iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsiblər.
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev məlumat verib ki, “Yeni Yaşma” Külək Elektrik Parkı bu il yenidən qurulub.
Dövlətimizin başçısına 3,6 MVt gücündə Yaşma Bağları Külək Elektrik Parkı və 1,7 MVt gücündə Şuraabad Külək Elektrik Parkı barədə də məlumat verilib.
* * *
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun tikintisi layihəsi barədə dövlətimizin başçısına məlumat verib.
* * *
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.
* * *
Həmin gün Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun açılışını edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.
Dövlətimizin başçısına Quba-Xaçmaz avtomobil yolunun yenidən qurulması barədə, həmçinin, Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin layihəsi haqqında məlumat verilib.
Sonra dövlətimizin başçısı Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.
Dövlətimizin başçısı və xanımı elmi-tədqiqat institutunun binasında yaradılan şəraitlə maraqlanıblar.
Kənd təsərrüfatı naziri İnam Kərimov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti barədə dövlətimizin başçısına ətraflı məlumat verib.
Dövlətimizin başçısına yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti barədə məlumat verilərkən bildirilib ki, indiyə qədər 300-dən çox fermerin müraciətinə baxılıb. Onlardan alınan 300 min kiloqramdan çox məhsul satışa çıxarılıb. Bu yaxınlarda Cocuq Mərcanlıda 15 fermerin məhsulunun satışı məqsədilə memorandum imzalanıb.
Azərbaycan Prezidentinə “Kənddən Şəhərə” layihəsi haqqında da məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib.
Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Quba şəhərində çox əlamətdar bir gündür. Qubada Mərkəzi Rayon Xəstəxanası açılır. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl tibb müəssisəsidir, ən yüksək, müasir standartlara cavab verir. Həm xarici görünüşü, həm daxili tərtibatı və dizaynı çox gözəldir. Əlbəttə ki, burada quraşdırılan tibbi avadanlıq ən yüksək standartlara malikdir. Əminəm ki, burada xəstələrə çox gözəl tibbi xidmət göstəriləcək və xəstələr şəfa tapacaqlar.
Bu tibb müəssisəsi həkimlərin iş yeridir və həkimlərin iş yeri belə gözəl səviyyədə olmalıdır. Bu xəstəxanada bütün şöbələr var. Burada bütün xəstəliklərin müalicəsi mümkündür. Eyni zamanda, diaqnostikası da mümkündür. Onu da deməliyəm ki, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Quba şəhərində müalicə-diaqnostika mərkəzi yaradılmışdır. Bu xəstəxana Qubada ikinci böyük tibb müəssisəsidir. Əminəm ki, Quba sakinləri bu imkanlardan istifadə edəcəklər.
Belə müasir xəstəxananın bölgədə yaradılması bizim siyasətimizi göstərir. Bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır. Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər.
Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir.
İnsan sağlamlığını şərtləndirən bir çox amillər var. Onların arasında, ilk növbədə, sağlam həyat tərzidir. Mən bütün vətəndaşlara buradan müraciət edirəm ki, sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır. Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır. Profilaktika çox önəmli rol oynayır. Digər tərəfdən, ölkəmizin ekoloji vəziyyəti, əlbəttə ki, insanların sağlamlığına birbaşa təsir göstərir. Bu istiqamətdə də çox vacib addımlar atılır. Havanı çirkləndirən müəssisələrdə, ictimai obyektlərdə təmizləyici qurğular quraşdırılır. İçməli su layihələri uğurla icra edilir, o cümlədən Quba şəhərində beş il bundan əvvəl mənim iştirakımla içməli su layihəsi istifadəyə verilmişdir. İndi müvafiq qurumlar qida təhlükəsizliyi ilə bağlı çox ciddi məşğuldurlar. Keyfiyyətsiz, bəzi hallarda saxta üsullarla hazırlanan qidalar aşkarlanır. Bu cinayətlərə yol verənlər isə cinayət məsuliyyətinə cəlb edilir. İdman, əlbəttə ki, insanların sağlamlığı üçün çox önəmli bir amildir. İdmanla məşğul olmaq üçün indi ölkəmizdə bütün şərait var.
Yəni, biz bu sahəyə kompleks şəkildə yanaşırıq. Səhiyyə sisteminin təkmilləşdirilməsi sosial siyasətimizin əsas istiqamətlərindən biridir və bu yolda çox böyük addımlar atmışıq, böyük uğurlara imza atmışıq. Onlardan biri də bu gözəl tibb müəssisəsidir.
Quba şəhərinin inkişafına həmişə böyük diqqət göstərilmişdir. Mən Prezident kimi, Quba rayonuna 10 dəfə səfər etmişəm. Bu, 11-ci səfərdir. Səfərlər zamanı bir çox obyektlərin açılışlarında iştirak etmişəm. Quba rayonunun inkişafı ilə bağlı çox ciddi tapşırıqlar verilmişdir. Onlar da uğurla icra edilir. Rayonda infrastruktur layihələri icra edilir. Mən içməli su layihəsini qeyd etdim. Bir neçə il bundan əvvəl “Şahdağ” elektrik stansiyasının tikintisi nəticəsində nəinki Quba rayonunun, bütün bölgənin elektrik təminatı böyük dərəcədə yaxşılaşıb. Avtomobil yollarının çəkilməsi davam etdirilir. Bu gün biz bir kənd yolunun açılışını qeyd etdik. Quba rayonunun əksər kəndlərində yollar artıq yaxşı vəziyyətdədir. Qalan layihələr də növbəti illərdə icra ediləcək. Digər infrastruktur layihələri ilə bağlı addımlar atılır. Ev təsərrüfatlarının 75 faizi təbii qaz ilə təmin edilib. Qırx səkkiz məktəb tikilib, yeddi məktəb əsaslı təmir edilib. “ASAN xidmət” mərkəzi yaradılıb, Gənclər evi, Şahmat məktəbi. Yəni, Quba şəhərində bir çox sosial və iqtisadi-sənaye obyektləri yaradılır, o cümlədən “Azərxalça” İstehsalat Birliyinin Quba filialı. Yəni, iş yerlərinin yaradılması, turizmin inkişafı üçün addımlar atılır. İndi Qubada turistlərin sayı da artır, həm yerli, həm xarici qonaqlar gəlirlər, yeni otellər açılır. Bu gün mən yeni tingçilik müəssisəsinin fəaliyyəti ilə tanış olmuşam. Kənd təsərrüfatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti olacaq.
Ona görə Quba rayonunun kompleks şəkildə inkişafı diqqət mərkəzindədir. Sosial-infrastruktur layihələrimiz, iş yerləri ilə bağlı olan layihələr, turizm, kənd təsərrüfatı. Rayon bu istiqamətdə bundan sonra da inkişaf edəcək. Əlavə göstərişlər də veriləcək. Mən daim rayonlardan gələn təkliflərə baxıram və o təkliflərin böyük hissəsi öz həllini tapır. Biz bunları regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində icra edirik.
Növbəti layihələr haqqında da sizə məlumat vermək istəyirəm. Quba şəhərində 5 kommunal ev var. O evlərin vəziyyəti o qədər də yaxşı deyil. Onların əvəzinə 48 mənzilli yeni yaşayış binası tikiləcək. Bu məsələ ilə bağlı müvafiq göstəriş veriləcək. Bir məktəbin tikintisi üçün əlavə vəsait ayrılacaq və kənd yollarının çəkilişi ilə bağlı əlavə tapşırıqlar veriləcək, o cümlədən Quba-Xınalıq yolunun yeni xətti çəkiləcək. Siz bilirsiniz ki, mənim təşəbbüsümlə təqribən on il bundan əvvəl biz Xınalığa yeni yol çəkdik. Artıq on il, bəlkə on ildən bir qədər çox vaxt keçib və bu yolun təmirinə ehtiyac var. Eyni zamanda, mənə verilən məlumata görə, yeni bir istiqamət var. Susay kəndindən Xınalıq kəndinə yeni yolun çəkilişi planlarımızdadır. O, 30 kilometrlik yoldur, eyni zamanda, o yoldan Qrız kəndinə də təxminən 5 kilometrlik bir yol çəkiləcək. Müvafiq göstəriş veriləcək.
Eyni zamanda, Quba-Qonaqkənd yolunun tamamilə yenidən qurulması ilə bağlı müvafiq göstəriş veriləcək. Bu yolun bir hissəsi Rustov kəndinə qədər artıq tikilib. Rustov kəndindən Qonaqkəndə qədər, düzdür, məsafə çox böyükdür və çox böyük maliyyə tələb edən layihədir. Ancaq biz bunu etməliyik. Çünki o yol üzərində bir çox kəndlər var, minlərlə insan yaşayır və indi yol, əlbəttə ki, çox pis vəziyyətdədir. Yəni, belə yol bizə yaraşmır.
Bax, bu layihələr növbəti mərhələdə icra ediləcək. Vəsait dərhal ayrılacaq. Digər layihələrlə bağlı, əlbəttə ki, vətəndaşlar, Quba rayonunun sakinləri müraciət etsinlər. Çünki biz indi regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının üzərində işləyirik. Dördüncü proqram gələn ilin əvvəlində qəbul ediləcək və bu gün Quba rayonunda hələ öz həllini tapmayan layihələr o proqrama salınmalıdır və salınacaq.
Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram. Sağ olun”.
Həkim Kəmalə Heybətova xəstəxananın kollektivi adından dövlətimizin başçısına minnətdarlıq edib.
Həmin gün Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Bağçada yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, körpələr evi-uşaq bağçasının inşasına ötən il başlanılıb. Bu ilin sentyabrında isə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb.
Oktyabrın 11-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər, burada yaradılan şəraitlə tanış olublar.
Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildiriblər ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. İkimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb.
“Paşa Holding”in dəstəyi ilə “ABAD” publik hüquqi şəxs tərəfindən həyata keçirilən “ABAD Gastro Village” layihəsi çərçivəsində isə “Quba ABAD Factory”nin önündə “Food truck park”ı yaradılıb.
“Quba ABAD Factory” və “ABAD Gastro Village” komplekslərində, ümumilikdə, 90-100 nəfər vətəndaşın məşğulluğu təmin ediləcək.
Həmin gün “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.
Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Quba-Xaçmaz iqtisadi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verib.
Sonra dövlətimizin başçısı zavodu işə salıb.
İqtisadiyyat naziri Şahin Mustafayev və müəssisənin rəhbəri Emin Məmmədzadə zavodda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat veriblər.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində salınan Gənclər Parkında yaradılan şəraitlə tanış olublar.
Dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verilib.

 
  • Oxunub:  9300  |  
  • Tarix:  12-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir
21 May 09:47
Ədliyyə Akademiyası Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hakimlər üçün təlim keçirib
21 May 09:46
Əli Kərimli artıq siyasi etikanın bütün mümkün sədlərini aşıb
20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır
20 May 17:47
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi
20 May 17:43
Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur
20 May 17:40
Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir
20 May 17:28
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 milyon 145 min manat vəsait ayrılıb
20 May 17:18
Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib
20 May 17:15
Bu gün Dünya Bal Arısı Günüdür
20 May 17:12
Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
20 May 16:56
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib
20 May 16:53
Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20 May 16:52
Şəkidə indiyədək 3737 hektarda yazlıq
20 May 16:42
Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub
20 May 16:38
Tahir Mirkişili: Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77 faizi Azərbaycanın payına düşür
20 May 16:18
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək
20 May 16:08
DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər
20 May 15:57
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
20 May 15:49
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20 May 15:42
İyulda İsveçrəyə ixrac missiyası təşkil ediləcək
20 May 15:37
Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan və Naxçıvan MR barədə xüsusi veriliş yayımlanıb
20 May 15:31
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
20 May 15:22
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20 May 15:15
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq
20 May 15:11
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir
20 May 15:07
Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir
20 May 15:05
Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir
20 May 14:41
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+21 +25
gecə+15 +17