Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.
Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verib. Zavodun baş direktoru Adəm Yayla Prezident İlham Əliyevə müəssisə haqqında məlumat verib.
Prezident İlham Əliyev zavodu işə salıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında da iştirak edib.
“Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin müşahidə şurasının sədri Rasim Məmmədov Prezident İlham Əliyevə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçüncü fazası, yəni fasonlu tökmə zavodunun tikintisi barədə məlumat verib.
Dövlətimizin başçısına Daşkəsən rayonundakı dəmir-filiz yataqlarından istifadə edilməklə Gəncədə böyük metallurgiya zavodunun tikintisi ilə bağlı da məlumat verilib. Prezident İlham Əliyev əlvan metallar və ferroərintilər zavodunu işə salıb. Dövlətimizin başçısı müəssisənin istehsal prosesi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib.
“Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Sumqayıt Kimya Sənaye Parkında üç yeni müəssisə fəaliyyətə başlayır. Mən bu münasibətlə müəssisələrin kollektivlərini salamlayır və təbrik edirəm. Əminəm ki, bu müəssisələr çox səmərəli işləyəcək və ölkə iqtisadiyyatına böyük töhfə verəcəkdir.
Bu müəssisələr ən yüksək standartlara cavab verir və bizim sənaye potensialımızı böyük dərəcədə möhkəmləndirən müəssisələrdir. Ferroərintilər, inşaat kimyəvi qatqılar zavodları, siqaret fabriki bu gün fəaliyyətə başlayır. Birinci mərhələdə bu müəssisələrdə 400-dən çox iş yeri yaradılıb, gələcəkdə isə iş yerlərinin sayı 700-ə çatacaq. Mənə verilən məlumata görə, bugünkü mərhələdə siqaret fabrikinə 35 milyon dollar, ferroərintilər zavoduna 25 milyon dollar və inşaat materialları zavoduna isə 3,5 milyon dollar sərmayə qoyulub. Ancaq indi təqdimatda deyildi ki, siqaret fabrikinə bundan sonra da əlavə vəsait qoyulacaq və investisiya həcmi təxminən 50 milyon dollara çatacaq, ferroərintilər zavoduna isə 100 milyon dollar investisiya qoyulacaqdır. Yəni, bu, onu göstərir ki, vaxtilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı qərar düzgün və vaxtında qəbul edilmiş qərar idi.
Mən 2011-ci ilin sonunda müvafiq Fərman imzaladım və biz parkın yaradılmasına start verdik. Bu ərazidə vəziyyət çox acınacaqlı idi. Vaxtilə tikilmiş və dağılmış, avadanlığı paslanmış müəssisələrin qalıqlarını təmizləmək, torpaq qatını yaxşılaşdırmaq, rekultivasiya işləri aparmaq böyük səy və vəsait tələb edirdi. Ondan sonra kommunikasiya və infrastruktur layihələri icra edildi, 500 hektardan çox ərazi tamamilə təmizləndi və özəl sektorun sərəncamına verildi. Bu, dövlətin özəl sektora göstərdiyi dəstəyin növbəti təzahürüdür. Bu, onu göstərir ki, dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanda ən yüksək səviyyədə təşkil edilir.
Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var, 9 müəssisə fəaliyyətdədir. Bu il 5 müəssisə fəaliyyətə başlayacaq. Onlardan 3-ü bu gün fəaliyyətə başlayır. Gələn il əlavə 4 müəssisə fəaliyyətə başlayacaq və beləliklə, bu parkda ən müasir standartlara cavab verən 18 müəssisə fəaliyyət göstərəcək.
Sumqayıt Kimya Sənaye Parkı, əslində, şəhər içində bir sənaye şəhəridir. Gələcəkdə parkın hüdudları genişləndiriləcək və təbii ki, yeni rezidentlər qəbul ediləcəkdir. On səkkiz müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcəkdir. Əlbəttə ki, Sumqayıt şəhərində işsizliyin bundan sonra da aşağı səviyyədə saxlanması üçün bu parkın çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına, müəssisələrin fəaliyyətə başlamasına 2,2 milyard dollar sərmayə qoyulub və növbəti dövrdə bu rəqəm təxminən 3 milyard dollara çatacaqdır. Əgər biz bu parkı yaratmasaydıq və sahibkarlara güzəştli şərtlər təqdim etməsəydik, dövlət tərəfindən böyük dəstək göstərməsəydik, bu vəsait də qoyulmayacaqdı və iş yerləri də yaradılmayacaqdı. Ona görə biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək.
Təsadüfi deyil ki, bu ilin 10 ayında ölkəmizin qeyri-neft sənayesi 10 faiz artmışdır. Bu, çox gözəl göstəricidir. Kənd təsərrüfatı 5 faiz artmışdır. Sumqayıt Kimya Sənaye Parkında əlbəttə ki, sənaye müəssisələri fəaliyyət göstərir, ancaq onların bəziləri kənd təsərrüfatına sıx bağlı olan müəssisələrdir, o cümlədən siqaret fabriki. Mən əminəm ki, bu fabrikin fəaliyyəti nəticəsində Azərbaycanda tütünçülüyün inkişafı daha yüksək templərlə gedəcək. Biz tütünçülüyü bərpa edirik, əgər keçən il 3 min ton quru tütün yığılmışdısa, bu gün artıq 4500 ton yığılıb və 5 min tonu keçəcək. Əlbəttə ki, gələcəkdə bu fabrikdə bizim yerli tütündən daha da böyük həcmdə istifadə olunacaq. Yəni, bu, kənd təsərrüfatına böyük təkan verir.
Sumqayıt Kimya Sənaye Parkında hazırda əyirici boyaq fabrikinin tikintisi davam edir. Bu da xalçaçılığın inkişafına böyük təkan verəcək. Xalçaçılıq indi inkişaf edir, 30 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Xalçaçılığın əsas xammalı yun və ipəkdir. İndi yun tədarükü mərkəzləri yaradılır, baramaçılığa böyük təkan verilib. Şəki ipək kombinatı böyük həcmlə işləyir, fermerlər baramadan böyük gəlir əldə edirlər. Yəni, sənayenin və kənd təsərrüfatının inkişafı paralel şəkildə getməlidir, bir-birini tamamlamalıdır, bir-birinə dəstək verməlidir və biz bunu görürük. Eyni zamanda, əlbəttə ki, bizim əsas məqsədimiz qeyri-neft sektorunu inkişaf etdirmək, idxaldan asılılığı aradan götürmək və qeyri-neft ixracını artırmaqdır və biz burada bunu görürük. Siqaret fabriki tam gücü ilə işləyəndən sonra burada ildə 11 milyard ədəd siqaret istehsal olunacaqdır. Bu gün verilən məlumata görə, daxili tələbat 14 milyarddır. Əminəm ki, bu fabrik idxalı tam əvəzləyəcək. Çünki hazırda yerli istehsal var və gələcəkdə ixrac imkanları da geniş olacaq. Mən istərdim ki, daxili tələbat sıfır səviyyəsində olsun, insanlar siqaret çəkməsinlər, bu pis vərdişdən uzaq olsunlar. Əminəm ki, görülən tədbirlər, o cümlədən qanunvericilikdə atılan addımlar nəticəsində biz bu məqsədə çatacağıq. İstərdim ki, bu siqaret fabriki 100 faiz ixrac məhsulları istehsal etsin. Ancaq bu, hələ ki, mümkün deyil. Biz vətəndaşları keyfiyyətli yerli siqaretlə təmin etməliyik. Lakin, eyni zamanda, hamı, ilk növbədə, dövlət çalışmalıdır ki, Azərbaycanda siqaret çəkənlərin sayı minimum səviyyəyə ensin. Çünki ixrac bizə əlavə valyuta gətirir, əlavə imkanlar yaradır. O cümlədən ferroərintilər zavodunda istehsal olunacaq məhsulun 90 faizi ixraca gedəcək, 10 faiz isə Azərbaycan müəssisələrində yenidən emal olunaraq hazır məhsula çevriləcəkdir.
Qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması əsas məqsəddir. Bu ilin 10 ayında bizim qeyri-neft ixracımız 12 faiz, ümumi ixracımız isə 37 faiz artıbdır. İxrac artdıqca bizim iqtisadi vəziyyətimiz daha da yaxşılaşır. Bu, makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycanda makroiqtisadi sabitlik çox yaxşı səviyyədədir, inflyasiya on ayda cəmi 2,4 faizdir. Bu müəssisələrin yaradılması yerli və xarici investorlar üçün növbəti bir siqnaldır ki, gəlsinlər Azərbaycana sərmayə qoysunlar. Bu yaxınlarda Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan deyə bilərəm ki, tarixi nailiyyət əldə edib, dünya miqyasında biznes mühitinə görə 25-ci yerdə qərarlaşıb. Keçən il biz 57-ci yerdə idik. Yəni, belə bir böyük irəliləyiş əlbəttə ki, aparılan islahatların məntiqi nəticəsidir. “Doing Business” hər bir yerli və xarici investor üçün əsas amillərdən biridir ki, o ölkəyə pul qoyulsun, yoxsa yox. “Doing Business” hesabatı, belə gözəl müəssisələrin yaradılması, Azərbaycanda ümumi vəziyyət, sabitlik, inkişaf əlbəttə ki, xarici və yerli investorları daha da stimullaşdırır. Təsadüfi deyil ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulubdur.
Mən sizi fabriklərin, zavodların açılışı münasibətilə bir daha təbrik etmək istəyirəm. Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıtın inkişafı üçün çox böyük işlər görülür, çox böyük layihələr icra edilir. Sosial layihələr, infrastruktur layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir, içməli su 93 faiz səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl abadlıq işləri aparılır. Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl istirahət zonasıdır, “ASAN xidmət” mərkəzi, Olimpiya Kompleksi, xəstəxana istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəyik.
Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak edib.
Dövlətimizin başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Sumqayıt stansiyasının tikintisi, Bakı dairəvi, Ləki-Qəbələ, Astara-Astara dəmir yolu xətlərinin çəkilişi ilə bağlı indiyədək görülmüş və bundan sonra layihələrdə nəzərdə tutulan işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verib.
Sonra Prezident İlham Əliyev Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı ilə Bakıya yola düşüb.
Prezident İlham Əliyev Bakı Dəmir Yolu Vağzalına gəlib.
Dövlətimizin başçısı “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 2016-cı ildən bəri alınmış yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif dəmir yolu texnikaları ilə də tanış olub.
Dövlətimizin başçısına “Alstom Transport” ikisistemli sərnişin lokomotivi də təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  9510  |  
  • Tarix:  17-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25