Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.
Prezident İlham Əliyev Ulu öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səslənib.
Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan Öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.
İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan həqiqətdir. Zaman bu həqiqəti də təsdiq edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada Heydər Əliyevin ömür yolu müasir Azərbaycanın tarixidir. Elə bu səbəbdən də bu ömür yolu hər zaman yaddaşlarda yaşayacaq.
Ulu öndərin hakimiyyətdə olduğu 35 ildə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib. Əfsanəvi şəxsiyyət, Ulu öndər, böyük rəhbər, Ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu, xalqın sevimli, unudulmaz övladı... Bu ifadələrin hamısı yalnız Ona aiddir, yalnız Onun ünvanınadır. Çünki O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki O, Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı. O, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı. Heydər Əliyevin parlaq dühası Onu Azərbaycan xalqının Ümummilli lideri zirvəsinə yüksəltdi, dünya siyasətinin nəhənglərindən birinə çevirdi. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.
“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olmuşdur”, - deyən Ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxardı. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasi xadimlərindən biri idi. Buna görə də “Azərbaycan sənin üçün kiçikdir, sən İttifaqa lazımsan”, - deyə Onu Moskvaya dəvət etdilər. Amma burada O, həm də Onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi və Vətəninə qayıtdı. Bu qayıdış isə daha möhtəşəm oldu. Ulu öndər xalqımızı Öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Hər kəsi sözünün qüdrəti ilə inandırdı. Sözünü əməlləri ilə gerçəyə çevirdi. Uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanı fəlakətlərdən xilas etdi. O, sözün həqiqi mənasında, xalqının xilaskarına çevrildi.
Meydana silahsız gələn bu dahi insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlunun danılmaz xidmətlərindən biri güclü, sabitliyə qovuşmuş Azərbaycan idisə, digəri, Özünə layiq siyasi varisin yetişdirilməsi idi. O, Öz baxışlarını, ideyalarını, Öz yolunu davam etdirməyə qadir bir Prezident yetişdirdi. O, uzunömürlü bir dövlətçilik məktəbi və bu məktəbi ondan sonra davam etdirə biləcək bir şəxsiyyət qoyub getdi. Bu şəxsiyyət Ulu öndərin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevdir.

 
  • Oxunub:  5490  |  
  • Tarix:  13-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

24 Aprel 12:21
"ASAN ödəniş" sistemi ödənişləri qısa müddət ərzində həyata keçirmək imkanı yaradır
24 Aprel 12:15
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilir
24 Aprel 12:01
Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb
24 Aprel 11:46
TAP boru kəməri layihəsi üzrə işlərin 86,5 faizi tamamlanıb
24 Aprel 11:29
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib
24 Aprel 11:21
Prezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
24 Aprel 11:08
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Aprel 10:59
Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə “IDEF-2019” sərgisində nümayişi etdiriləcək
24 Aprel 10:50
Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb
24 Aprel 10:46
Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli, yaxud özünü azərbaycanlı hesab etməyən Vətən xaini haqqında
24 Aprel 10:31
Türkiyə mətbuatı: Ermənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər
24 Aprel 10:28
ADU-da Çin dili günü
24 Aprel 09:55
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub
24 Aprel 09:45
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
24 Aprel 09:36
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçiriləcək
24 Aprel 09:26
Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib
24 Aprel 09:19
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib
24 Aprel 09:16
Yevlaxda “Oxu günü” keçirilib
24 Aprel 09:15
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
24 Aprel 09:13
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
24 Aprel 09:11
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub
24 Aprel 09:07
Ölkəmizdə pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir
23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir
23 Aprel 16:49
Hikmət Babaoğlu: Hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir
23 Aprel 16:43
Leyla Abdullayeva: Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar davam etdirilir
23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7