Ana səhifə »  Gündəm »  Azərbaycan 2018-ci ildə bütün sahələrdə, o cümlədən idman sahəsində böyük uğurlar əldə etmişdir
A+   Yenilə  A-
Azərbaycan 2018-ci ildə bütün sahələrdə, o cümlədən idman sahəsində böyük uğurlar əldə etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib: “Əziz dostlar, 2018-ci il sona yaxınlaşır. Hər il idmançılarla görüş zamanı biz ilin idman yekunlarını müzakirə edirik, gələcək planlar haqqında danışırıq. 2018-ci il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Bütün sahələrdə, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə etmişdir.
Dünyada isə bildiyiniz kimi, 2018-ci ildə bir çox təhlükəli proseslər getmişdir və demək olar ki, beynəlxalq vəziyyət daha da gərginləşmişdir. Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr, demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir.
Azərbaycanda isə sabitlik, təhlükəsizlik təmin edilmişdir. Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur.
Bildiyiniz kimi, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş vermişdir. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq.
Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni, bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır.
İşğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olmuşdur. O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik.
Eyni zamanda, Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözlər deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olmuşdur. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam. Eyni zamanda, Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur.
Dünən Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin növbəti görüşü olmuşdur. Bu, birinci görüş deyil. Bundan əvvəl Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşü olmuşdur. NATO-Rusiya hərbi rəhbərlərinin görüşü də mütəmadi olaraq Azərbaycanda keçirilir. Bu, çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq. Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Hesab edirəm ki, bu, ikinci səbəbdir. Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var. Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz gündən-günə güclənir. NATO ilə bir çox proqramlar əsasında işləyirik, Əfqanıstana sülhməramlı əməliyyatların keçirilməsi üçün böyük dəstək oluruq, yardımlar edirik və digər amillər burada rol oynayıb. Amma bir daha Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəyirəm ki, məhz Azərbaycanda bu dünya üçün çox böyük əhəmiyyət daşıyan görüş keçirilir.
Azərbaycan iqtisadi sahədə bütün vəzifələri uğurla icra edir. İqtisadiyyatımız artır, sosial məsələlər öz həllini tapır. 2018-ci ildə bir çox önəmli infrastruktur layihəsi uğurla icra olunmuşdur, nəqliyyat və neft-qaz sahələrində tarixi nailiyyətlər əldə edilmişdir. Bütün bunları biz etmişik, Azərbaycan xalqının böyük dəstəyi ilə buna nail olmuşuq.
Beləliklə, ilə yekun vuraraq qeyd etmək olar ki, bu il də çox uğurlu olmuşdur, o cümlədən idman sahəsində. İdmançılarımız bizi hər il sevindirir. Bizim cəmiyyətimiz buna artıq öyrəşib. Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilmişdir. Bu, böyük nəticədir, böyük qələbədir. Bu qələbə münasibətilə idmançılarımızı təbrik edirəm.
Bu qələbələr, sadəcə olaraq, idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir. Yəni, idman qələbələri, idmançılarımızın uğurları çox böyük məna daşıyır. Buna görə biz idmançılarımıza minnətdarıq. Eyni zamanda, onu da böyük məmnunluq hissi ilə elə qeyd etməliyəm ki, bizim idmançılarımızın mütləq əksəriyyəti həyatda da, məişətdə də gözəl nümunə göstərir, vətənpərvərlik, ləyaqət nümunəsi göstərir. Əlbəttə ki, idmançılara cəmiyyətdə olan hörmət çox yüksək səviyyədədir. Uşaqlar, yeniyetmələr bizim çempionlarımıza oxşamaq istəyirlər. Bu da təbiidir. Mən əminəm ki, bundan sonra da idmançılarımız bizi, xalqımızı sevindirəcəklər.
Gözəl gənc nəsil yetişir. Gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda da biz gözəl nəticələr göstəririk. Gənc nəslin yetişməsi nəticəsində biz bu uğurları əldə edirik. Biz Rio Olimpiya Oyunlarında 18 medal qazanmışıq. Bu medalları qazanan həmin o gənclərdir ki, beş-altı il bundan əvvəl yeniyetmələrin yarışlarında iştirak ediblər. Biz medalların sayına görə Rioda 14-cü yerə qalxa bilmişdik. Bu, tarixi nailiyyətdir. Bunu təkrarlamaq çox çətin olacaq. Onu da qeyd etməliyəm ki, növbəti Yay Olimpiya Oyunlarına hazırlıq gələn il həlledici mərhələyə qədəm qoyacaq. Əlbəttə, biz çox ciddi hazırlaşmalıyıq ki, ölkəmizi Olimpiya Oyunlarında ləyaqətlə təmsil edək.
Bilirsiniz ki, idman infrastrukturunun yaradılması işində böyük uğurlar əldə edilib. Ancaq rayonlarda 44 Olimpiya İdman Mərkəzi tikilib və fəaliyyət göstərir. Bu il bir mərkəz tikilib, gələn il isə üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulur. Beləliklə, onların sayı 47-yə çatacaqdır.
Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. Əlbəttə ki, biz Avropa, İslam Həmrəyliyi oyunlarını xatırlaya bilərik. Bu il ölkəmizdə dünya, Avropa çempionatları keçirilmişdir. Formula 1 yarışı üç ildir Azərbaycanda, Bakıda keçirilir. Bu il və keçən il ümumi rəyə və bu məsələ ilə məşğul olan ictimai qurumların fikrinə görə, bizim yarışımız - Bakı yarışı ən gözəl yarış olmuşdur. Bu da çox gözəl hadisədir. Çünki bu da göstərir ki, bizim qəbul edilmiş hər bir qərarımız düzgün qərardır, gözəl nəticə verir.
Bilirsiniz ki, ölkəmizə turistlərin axını davam edir. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında 6 faizdən çox artmışdır. Düzdür, əvvəlki illərə nisbətdə artım bir qədər aşağıdır, ancaq biz bilməliyik ki, baza artır. Yəni, hər il bundan sonrakı ildə bu yüksək artımı əldə etmək daha çətin olacaq. Ancaq bu istiqamətdə də çox ciddi işlər aparılır. Deyə bilərəm ki, şəhərin mərkəzində keçirilən Formula 1 yarışının turistlərin cəlb edilməsində xüsusilə çox böyük rolu, payı var.
Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Həm Beynəlxalq Olimpiya Komitəsi, həm də Avropa Olimpiya Komitəsi bizim fəaliyyətimizə çox yüksək qiymət verir. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəkdir. Bu, gənclər arasında Avropa Oyunlarının bir növüdür. Biz bu yarışa da ciddi hazırlaşırıq. Bizdə əldə edilmiş təcrübə deməyə əsas verir ki, bu yarış yüksək səviyyədə keçiriləcək.
Gələn il tarixdə ilk dəfə olaraq, Bakıda futbol üzrə Avropa Liqasının final görüşü keçiriləcəkdir. Bu görüşü Bakıda keçirmək o qədər də asan məsələ deyil. Bir çox şəhərlər bu istiqamətdə mübarizə aparır. Məhz ölkəmizin ümumi inkişafı, mövcud olan infrastruktur, idman obyektləri, gözəl Olimpiya Stadionu, gözəl otellər, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində rol oynayıb.
Yəni, biz inamla irəliyə gedirik. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara hər zaman yüksək qiymət verilir, diqqət göstərilir. Mən 21 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi həmişə çalışmışam ki, idmançılara qayğı, diqqət göstərim, onların problemlərini həll edim, onların gözəl çıxışları üçün şərait yaradım. Əlbəttə ki, hər bir nəticə, hər bir uğur gərək qiymətləndirilsin. Ənənəvi olaraq, biz ilin sonunda idmançıları yüksək dövlət mükafatları ilə, pul mükafatları ilə və mənzillərlə mükafatlandırırıq. Bu il də bu mükafatlar verilir, o cümlədən görkəmli idman nümayəndələrimizə 25 mənzil veriləcəkdir.
Mən bir daha Azərbaycan idmançılarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm. Əziz idmançılar, sizə yeni qələbələr, uğurlar arzulayıram. Sağ olun”.
* * *
Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edilib.
Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə İsmayıl Həşimova, Tanziliya Deminaya, Yaqub Məmmədova, Vahid Məmmədova, Şamil Əlimzanova, İbrahim İbrahimova və Svetlana İşməmmədovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Dövlətimizin başçısı Azərbaycanda idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Esmiralda Ələkbərovaya “Əməkdar həkim” fəxri adının döş nişanını və vəsiqəsini təqdim edib.
Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Elşad Nərimanova, Elxan Əliyevə və Ağasəlim Mircavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub.
Sonra Prezident İlham Əliyev Elçin Zeynalova “Olimpiya” ordenini təqdim edib.
Tədbirdə, həmçinin Oktay Mehtiyev, Azər Aslanov, Vüqar Qasımov, Mustafa Əhmədov, Azad Əsgərov və Ceyhun Əşrəfov Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif olunublar.
Daha sonra Prezident İlham Əliyev 2018-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
* * *
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Elşad Nərimanov Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində akademiyada uğurlu islahatların aparıldığını bildirib. Qeyd edib ki, həyata keçirilən islahatlar çərçivəsində Azərbaycan Gimnastika Federasiyası Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman zalını təmir etdirib və bu zal zəruri gimnastika avadanlığı və alətləri ilə təchiz olunub. Akademiyanın bütün beynəlxalq tədbirlərdə iştirakına, icra olunan layihələrə verdiyi dəstəyə görə birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlıq edən Elşad Nərimanov ona təqdim olunan mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
* * *
Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov Ulu öndər Heydər Əliyevi dərin ehtiramla xatırlayıb, Onunla görüşlərini yada salıb. Ümummilli liderin idman ictimaiyyətinə hər zaman qayğı ilə yanaşdığını, bunun Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurla çıxış etmələrinə stimul verdiyini bildirib.
Elçin Zeynalov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkədə idmanın inkişafına və idmançılara göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini çatdırıb.
* * *
Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

 
  • Oxunub:  7320  |  
  • Tarix:  14-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 16:37
Azərbaycanın Energetika naziri Sankt-Peterburqda rusiyalı həmkarı ilə görüşüb
24 İyun 16:28
Əlyazmalar İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan konfransı keçirilib
24 İyun 16:14
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
24 İyun 15:44
Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
24 İyun 15:41
“Organic Food Festival 2019”a 3 gündə 10 mindən çox ziyarətçi qatılıb
24 İyun 15:36
Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir
24 İyun 15:33
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
24 İyun 15:27
BMT baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir
24 İyun 15:26
Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb
24 İyun 15:22
Dini radikalizmlə mübarizədə maarifləndirmənin böyük rolu var
24 İyun 15:16
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb
24 İyun 15:04
Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb
23 İyun 11:05
Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası təşkil olunub
23 İyun 10:28
“Huawei” şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 İyun 10:25
Azərbaycan idmançıları “Minsk 2019”un ikinci günündə 1 gümüş və 3 bürünc medal qazanıblar
23 İyun 10:23
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:19
“Minsk 2019”un üçüncü günündə atletlərimiz idmanın altı növü üzrə mübarizə aparacaqlar
23 İyun 10:16
Prezident İlham Əliyev: Azərbaycan özünün tarixi ilə qürur duyur
22 İyun 17:58
Azərbaycan millisinin ikinci Avropa Oyunlarında ilk medalını akrobatika gimnastlarımız qazanıblar
22 İyun 17:53
Daxili İşlər naziri Qubada vətəndaşların qəbulunu keçirib
22 İyun 17:50
İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş olub
22 İyun 17:46
FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi üzrə əməkdaşlıq genişlənir
22 İyun 17:42
“Minsk 2019”: Azərbaycan boksçusu ermənistanlı rəqibi üzərində inamlı qələbə qazanıb
22 İyun 17:37
Azərbaycanda bu günədək 522,7 min hektar sahədə taxıl biçini aparılıb
22 İyun 15:58
Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir
22 İyun 15:55
Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır
22 İyun 15:54
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
22 İyun 15:45
İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur
22 İyun 15:41
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə müzakirələr aparılıb
22 İyun 15:38
Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir
22 İyun 15:33
Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərir
22 İyun 11:36
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub
22 İyun 11:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub
22 İyun 11:11
Respublikada 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
22 İyun 11:07
Bərdədə kənd yolları təmir olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+32 +36
gecə+21 +25