Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olub
A+   Yenilə  A-
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olub

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı “Ağ Şəhər-2” yarımstansiyasının açılışını edib.
“Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verib ki, “Ağ Şəhər” layihəsinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. “Ağ Şəhər” layihəsinin elektrik təchizatı üzrə qoyuluş gücü 250 meqavat təşkil edir və layihə çərçivəsində 110 kilovoltluq 4, həmçinin 35 kilovoltluq 46 yarımstansiyanın tikintisi nəzərdə tutulur. Artıq 110/35/10 kilovoltluq 100 meqavoltamper gücündə “Ağ Şəhər-2” yarımstansiyasının inşası yekunlaşıb.
Qeyd edək ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin bütün yeni inşa olunan qapalı tipli yarımstansiyaları kimi, “Ağ Şəhər-2” yarımstansiyasının da memarlıq görünüşü, texniki və texnoloji sahələri xüsusi layihə əsasında yaradılıb. Yarımstansiyada ehtiyat nəzərə alınmaqla 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, hər biri 50 meqavoltamper gücündə iki transformator var. Azərbaycanda ilk dəfə məhz “Ağ Şəhər-2” yarımstansiyasında yanğından mühafizə məqsədilə yağın transformatorlardan təcrid edilməsi və yanğının anındaca qarşısının alınması üçün avtomatik rejimdə işləyən qurğular quraşdırılıb. Mərtəbələrarası xüsusi kabel keçidləri, həmçinin ehtiyat giriş-çıxışları olan kabel zirzəmisi inşa olunub. Xüsusi dispetçer idarəetmə mərkəzi yaradılıb. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib, optik kabel çəkilib və məsafədən idarəolunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. “Ağ Şəhər-2” yarımstansiyasının qidalandırılması üçün “Ağ Şəhər-1” yarımstansiyasından 110 kilovoltluq ikidövrəli kabel xətti çəkilib. Bu energetika qurğusunu digər 110 kilovoltluq yarımstansiyalardan fərqləndirən əsas texnoloji fərqi odur ki, 110 kilovoltluq bölmə ABB şirkətinin istehsalı olan eleqaz izolyasiyalı qapalı tipli yuvalardan və ayırıcılardan ibarətdir. Bu tip qapalı paylayıcı qurğuların istismar müddəti açıq tipli qurğulardan üç dəfə çox olmaqla, istismarı təhlükəsizdir və mükəmməl şəbəkəyə inteqrasiya oluna bilir.
“Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə 75 min əhali abonentinin elektrik təchizatı həyata keçiriləcək. Həmçinin ərazidə yeni inşa olunan sosial obyektlər, otellər, əyləncə kompleksləri, Ağ Şəhər bulvarı, yeni layihələndirilən tikinti obyektləri, yaşayış kompleksləri “Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə enerji ilə təchiz olunacaq. “Ağ Şəhər-2” yarımstansiyası ilə yanaşı, layihə çərçivəsində “Bakı Ağ Şəhər”də 35/0,4 kilovoltluq yeddi yarımstansiya da inşa edilib.
Sonra Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə “Ağ Şəhər-2” yarımstansiyasını və 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasını işə salıb.
Dövlətimizin başçısına məlumat verilib ki, ötən əsrin 70-ci illərinin ortalarında o dövrün elektrik enerjisi tələbatına uyğun tikilərək istifadəyə verilən 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub.
Qeyd edək ki, Bakıxanov qəsəbəsinin istehlakçıları və onların tələbatı 30 il müddətində 10 dəfələrlə artıb. Bakıxanov qəsəbəsi ilə yanaşı, Bülbülə və Qaraçuxur qəsəbələrinin bir hissəsinin bu yarımstansiyadan qidalanması onun yenidən qurulmasını günün tələbinə çevirmişdi. Odur ki, yarımstansiya yenidən qurulmaqla yanaşı, onun mövcud 35 kilovoltluq elektrik şəbəkələri ilə əlaqələnmə sxemi daha dayanıqlı və etibarlı vəziyyətə gətirilib. Beləliklə, yeni “Bakıxanov” yarımstansiyası hazırda elektrik enerjisi ilə təchiz edilən bütün növ mövcud istehlakçılarla yanaşı, perspektivdə yaranacaq əhali və qeyri-əhali abonentlərin elektrik enerjisi təminatını daha keyfiyyətli və dayanıqlı formada həyata keçirmək üçün də bütün imkanlara malikdir.
* * *
Sonra Birinci Fəvvarələr küçəsinin açılışı olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, yeni yollar salınarkən ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə qədər dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materiallarından yol geyiminin əsası inşa olunub. Ümumilikdə, 2018-ci ildə 550 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzində 400 min kubmetr yararlı karxana materiallarından istifadə edilib. “Bakı Ağ Şəhər”in ərazisində layihəyə uyğun olaraq 22,4 kilometr uzunluğunda 16-47 metr enində iki, dörd və altı hərəkət zolağından ibarət olan 63 avtomobil yolunda işlər davam etdirilib. Ümumi uzunluğu 1420 metr olan Birinci Fəvvarələr, Birinci Yaşıl Ada, İkinci Yaşıl Ada, Altıncı Park və Mərkəzi Şərq küçələrində 550 min kubmetr torpaq işi görülüb, 36 min kvadratmetr sahəyə asfalt-beton döşənib, inşaat işlərində 400 min kubmetr karxana materiallarından istifadə edilib, 22 min kvadratmetr səki salınıb, 150 işıq dirəyi quraşdırılıb, yollar boyunca müxtəlif növ 240 ağac əkilib.
Sonra Prezident İlham Əliyev Birinci Fəvvarələr küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.
“Ağ Şəhər” yollarının təmir işləri çərçivəsində cari ildə Birinci Fəvvarələr küçəsinin Nobel prospektinə çıxışı təmin olunub. Uzunluğu 560, eni isə 32 metr olan bu küçə Yaşıl Ada və Fəvvarələr Meydanı kvartallarını kəsir və şimalda Mərkəzi Bulvar küçəsinə, cənubda isə Nobel prospektinə çıxır. Dördzolaqlı Birinci Fəvvarələr küçəsində digər küçələrdə olduğu kimi, avtodayanacaq və piyadaların təhlükəsizliyi də nəzərə alınıb. Burada layihəyə uyğun olaraq yolaltı infrastruktur işləri - çirkab və yağış suları kollektorları, elektrik xətləri, qaz təminatı boruları və İT kanal sistemləri çəkilib. Küçənin adı səkilərdə daş nişanlarla qeyd edilib, vətəndaşları istiqamətləndirən yolgöstəriciləri quraşdırılıb. Səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, həmçinin avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub. Yeddimərtəbəli binaları əhatə edən küçənin Nobel prospektinə birləşən 90 metrlik hissəsində istinad divarı tikilib.
* * *
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar.
“Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına məlumat verib ki, təməli 2016-cı ilin dekabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuş Fəvvarələr Meydanı Parkı piyada keçidi və 800 yerlik ictimai parkinq kompleksinin bir hissəsidir. Tikintisi əsasən başa çatmış Fəvvarələr Meydanı kvartalının mərkəzində yerləşən parkda geniş istirahət zonaları, üç fəvvarə kompleksi, uşaqların təhlükəsiz əyləncəsi üçün geniş meydança, gözəl landşaft dizaynı mövcuddur. “Bakı Ağ Şəhər”in hər bir guşəsində olduğu kimi, burada da klassika, müasirlik və qarışıq üslub, müxtəlif nou-haular, hay-teklər, tikinti materiallarının incə zövqlə seçimi, özünəməxsus memarlıq elementləri, ritmiklik, zəriflik, funksionallıq, konstruktivlik, elmi-texniki yeniliklərin tətbiqi, hər addımda nəfis ideyalar və bir-birindən üstün çalarların yer alması özünü qabarıq göstərir. Parkın bəzi hissələri “Qara Şəhər”in keçmiş tikililərindən qalma daşlarla döşənib. Parkda “Ağ Şəhər” layihəsi və ərazinin tarixi olan “Qara Şəhər” haqda məlumatlandırıcı lövhələr, küçə saatı, termometr, xatirə medalyonu quraşdırılıb. Burada 2018-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Daşın nəğməsi” üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu çərçivəsində təqdim edilmiş heykəl qoyulub. Fəvvarələr Meydanı Parkı və piyada keçidi “Ağ Şəhər” boyunca piyadaların gəzintisi və mənalı istirahətinə geniş imkanlar açacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən körpü vasitəsilə birbaşa Ağ Şəhər bulvarına qədər 2 kilometrlik maneəsiz gəzintiyə çıxa biləcəklər. Piyadalar, həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə metronun “Ağ Şəhər” stansiyasına rahat gediş-gəliş əldə edəcəklər. Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda “Baku City Mall” alış-veriş mərkəzinə, şimalda Fəvvarələr Meydanının mərkəzinə, Birinci Fəvvarələr küçəsinə, körpünün alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq.
Sonra dövlətimizin başçısına ötən illərdə “Ağ Şəhər”də həyata keçirilən və perspektivdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Qeyd olunub ki, “Bakı Ağ Şəhər” layihəsi ərazisində Xəzər dənizindən 25 metr hündürlükdə yerləşən Park rayonunda da inşaat işləri davam edir. Burada tikilən iyirmimərtəbəli yaşayış binalarının hündür podiumlarının üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydançaları olacaq. Hazırda burada tikinti, quruculuq və abadlıq işləri aparılır. Nizami parkının yaxınlığında bu rayonda “Knightsbridge (Naytsbric) Residence” kompleksinin tikintisi davam edir. Bu kompleksdə yaşayış binaları, biznes mərkəzi və məktəbin tikintisi planlaşdırılıb. Park rayonunun sakinlərə təhvili 2019-cu ilin sonunda gözlənilir.
Babək prospektindən başlayan yeni Mərkəzi Şərq küçəsi Babək kvartalını iki hissəyə bölür. Eni 37, uzunluğu 470 metr olan Mərkəzi Şərq küçəsində yerləşəcək yeni Qarabağ Atları Meydanının layihəsi hazırdır. Kvartalın mərkəzinə çevriləcək meydanda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılacaq, burada mağazalar, kafelər və mərkəzində 7 atdan ibarət fəvvarələr kompleksi inşa olunacaq.
2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı çərçivəsində layihənin qərbində yerləşən 26,7 hektar xaotik tikintili və infrastrukturu olmayan yeni ərazinin texniki inventarlaşdırılması aparılıb, Şəhərsalma və Arxitektura Komitəsinin tövsiyələri əsasında inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu “Ağ Şəhər” layihəsi ilə uzlaşdırılıb və müfəssəl planı hazırlanıb. Bununla yanaşı, inşa olunacaq çoxsaylı bina, yol, park, məktəb, servis obyektləri, digər ərazi-planlaşdırma və infrastruktur işlərinin layihələndirilməsi də yerinə yetirilərək cari ildə nəzərdə tutulan bütün işlər yekunlaşdırılıb. Ərazisi 7800 kvadratmetr olan Zaman meydanı şimal tərəfdən gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunacaq. Metronun “Ağ Şəhər” stansiyasının çıxışlarından biri də burada yerləşir. Meydan xüsusi sifariş edilmiş çoxsaylı saatlarla bəzədiləcək.
* * *
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağ Şəhər piyada körpüsünün və Zaman meydanının təməlini qoyublar.
Təməlqoyma mərasimindən sonra xatirə şəkli çəkdirilib.
“Bakı Ağ Şəhər”də ötən müddətdə həyata keçirilən işlər və növbəti illərdə icrası nəzərdə tutulan tədbirlərlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

 
  • Oxunub:  6840  |  
  • Tarix:  25-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA