Ana səhifə »  Gündəm »  Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksi istifadəyə verilib
A+   Yenilə  A-
Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksi istifadəyə verilib

Prezident İlham Əliyev mərasimdə iştirak edib
Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınıb. Məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Kompleksin inşasına bu ilin martında başlanılıb və tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.
Dövlətimizin başçısına məlumat verilib ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olublar.
Sonra dövlətimizin başçısı və birinci xanım uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Daha sonra yaşayış kompleksində tikilən Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, bu təhsil ocağı 792 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcək. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilir.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüblər.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Əziz dostlar, bu gün məcburi köçkünlərin problemlərinin həlli işində növbəti önəmli addım atılır. Biz min mənzildən ibarət yeni şəhərciyin istifadəyə verilməsini birlikdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Çox gözəl şəhərcikdir, böyük ərazidə yerləşir. Burada iyirmidən artıq çoxmərtəbəli yaşayış binası inşa edilib. Uşaq bağçası, tibb məntəqəsi, icma mərkəzi, təxminən 800 şagirdlik gözəl məktəb, yəni burada normal yaşamaq üçün bütün imkanlar, bütün şərait var. Bu şəhərciyin istifadəyə verilməsi bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bizim üçün bu, prioritet məsələdir.
Son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılmışdır. Üç yüz minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib. Bu məqsədlər üçün dövlət çox böyük vəsait xərcləyib və bu da təbiidir. Çünki mən həmişə demişəm ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır.
Bu il bu istiqamətdə çox böyük işlər görülüb. Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə böyük işlər görülür, həm Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində, həm də digər şəhər və rayonlarımızda. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilmişdir. Ancaq o da həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var. Onların problemləri də öz həllini tapacaq. Hazırda Dövlətqaçqınkom bu istiqamətdə öz işini davam etdirir, siyahılar dəqiqləşdirilir və növbəti ildə görüləcək işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır. Gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub.
Onu da bildirməliyəm ki, bu il, eyni zamanda, köçkünlərin məişət problemlərinin həlli işində bir yenilik də olub. O da ondan ibarətdir ki, özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlamışdır. Bu il “Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi idi. Orada da mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. O layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib.
Bu, onu deməyə əsas verir ki, biznesin sosial məsuliyyəti də artır. Ümid edirəm ki, növbəti illərdə bizim böyük biznes strukturlarımız bu işlərdə köçkünlərə kömək göstərəcəklər. Əlbəttə, əsas işi dövlət öz üzərinə götürüb. Köçkünlərin problemlərinin həlli, onların məşğulluğunun artırılması üçün son illərdə milyardlarla manat vəsait xərclənmişdir. Ancaq imkanı olan şirkətlər əlbəttə ki, bu sahədə öz sözünü deməlidirlər və biz bunu görürük. Ümid edirəm ki, gələn il də biznes strukturları bu istiqamətdə öz sözünü deyəcəklər.
Bu il bir neçə yerdə köçkünlər üçün yeni şəhərciklər salınıb. Onların arasında iki layihəni xüsusilə qeyd etmək istərdim. Bu il Cocuq Mərcanlı qəsəbəsində işlərin ikinci mərhələsi başa çatmışdır. Bildiyiniz kimi, keçən il mənim iştirakımla Cocuq Mərcanlıda köçkün qəsəbəsinin açılışı olmuşdur. O vaxt biz 50 evin açılışını qeyd etdik. Qarşıya vəzifə qoyulmuşdu ki, evlərin sayı daha da artmalıdır. Əlavə 100 evin tikilməsi də bu il təmin edildi. Bu, əlbəttə ki, tarixi hadisədir. Çünki uzun fasilədən sonra Cocuq Mərcanlıda həyat yenidən qurulur, vətəndaşlar öz doğma torpağında yaşayırlar, qururlar, yaradırlar. Bilirsiniz ki, orada bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib. Biznes üçün də çox gözəl şərait yaradılıb. Hazırda 150 evdən ibarət qəsəbə bizim iradəmizin rəmzinə çevrilibdir. Bu qəsəbənin yaşaması, yenidən qurulması onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır ki, tezliklə öz doğma torpağına qayıtsın. Biz bunu Cocuq Mərcanlı qəsəbəsinin timsalında görürük. Çünki uzun illər başqa yerlərdə yaşamış Cocuq Mərcanlı sakinləri imkan olan kimi, əlbəttə, öz doğma kəndinə üz tutdular. Hətta Cocuq Mərcanlını görməyən uşaqlar, yeniyetmələr böyük həvəslə o kəndə üz tutub, orada - doğma torpağında öz həyatlarını qururlar.
Digər layihə Tərtər rayonunun Şıxarx qəsəbəsində tikilmiş şəhərcikdir. O şəhərcik təxminən 1200 mənzildən ibarətdir. Hündürmərtəbəli binalar tikilib. O layihənin də əhəmiyyəti ondadır ki, vaxtilə işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda belə böyük, gözəl şəhərcik tikilib. Əlbəttə, hər bir köçkün şəhərciyinin istifadəyə verilməsi önəmli hadisədir və bizi, köçkünləri sevindirir. Ancaq bu iki layihəni xüsusilə qeyd etmək istəyirəm. Çünki məhz işğalçılardan azad edilmiş torpaqlarda biz bu gözəl şəhərcikləri qurmuşuq. Bu, bir daha onu göstərir ki, torpaqlarımız işğaldan azad olunandan sonra biz ermənilər tərəfindən dağıdılmış bütün şəhər və rayonlarımızı, kəndlərimizi bərpa edəcəyik. Buna bizim gücümüz də çatacaq, iradəmiz də var. Bizim siyasətimiz, bir daha demək istəyirəm ki, məcburi köçkünlərin problemlərinin həlli işinə dəstək verməkdən ibarətdir. Mən əminəm ki, bu gün hələ də işğal altında olan bütün torpaqlar azad ediləndən sonra o torpaqlarda gözəl şəhərlər, kəndlər yenidən qurulacaq. Azərbaycan xalqı işğalla barışmayacaq.
Ermənistanın işğalçılıq siyasəti onları ağır vəziyyətdə qoyub. Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində - iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çökdü. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq. Bütün vasitələrdən istifadə edərək buna nail olduq. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Ermənistanda kriminal, rüşvətxor xunta rejiminin çökməsində bizim də payımız var. Nə qədər ki, torpaqlarımız işğal altındadır, ilk növbədə, biz onları təcrid vəziyyətində saxlayırıq və saxlayacağıq. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı üçün heç bir əsas yoxdur. Biz onları bütün regional layihələrdən təcrid etmişik və bu proses davam etdirilir. Ermənistanda iqtisadi vəziyyət çox ağırdır və bu il orada baş vermiş hadisələrin əsas səbəbi də səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Demoqrafik baxımdan Ermənistan çox ağır vəziyyətdədir. Bizdə olan məlumata görə, yenə də işğalçılıq siyasəti nəticəsində ölkədən ən azı bir milyondan artıq vətəndaş gedibdir, həmişəlik ölkəni tərk edibdir.
Ümid edirəm, Ermənistan cəmiyyəti və Ermənistanın yeni rəhbərliyi başa düşəcək ki, ancaq Azərbaycan ilə münasibətləri normallaşdırandan sonra Ermənistanda hər hansı bir iqtisadi inkişaf ola bilər. Normallaşma torpaqlarımızın azad edilməsindən asılıdır və bunun əsas şərtidir.
Biz isə öz gücümüzü, qüdrətimizi artırırıq. Onu da bildirməliyəm ki, Ermənistanın kriminal rejiminin süquta uğramasında bizim hərbi qələbələrimiz də önəmli rol oynayıb. Xüsusilə, Aprel döyüşləri və ondan sonra bizim digər uğurlu əməliyyatlarımız nəticəsində Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən öz ordusu haqqında yaradılan mif tamamilə darmadağın edildi. Azərbaycan Ordusu, Azərbaycan əsgəri göstərdi ki, biz döyüş meydanında da qalib gəlirik. Bizim hərbi qələbələrimiz Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynamışdır.
Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz əlbəttə ki, xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq. Bu il həm ikitərəfli təmaslar əsasında mən bir çox ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir. Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var. Yəni, həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir. Eyni zamanda, bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur. Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər işğal edilmiş torpaqlar bizim əzəli, tarixi torpaqlarımızdır və bu, bu gün belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində o vaxt Azərbaycanda hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Biz bütün imkanlardan istifadə edirik ki, bu məsələ öz həllini tapsın. Ölkəmizin artan qüdrəti o günü yaxınlaşdırır ki, belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda tikilsin.
Sizin üçün bu, müvəqqəti yaşayış yeridir. Əlbəttə ki, burada gözəl şəraitin yaradılması bizim borcumuzdur. Mən bilirəm ki, burada yaşayacaq vətəndaşlar çox ağır şəraitdə yaşamışlar. İndi burada gözəl şərait yaradılır. Ancaq yenə də bu, müvəqqəti yaşayış yeridir, gün gələcək belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda açılacaqdır.
Mən sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Sizi qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Sağ olun”.
Sonra məcburi köçkün, Milli Qəhrəman atası Nəriman Həmidov, Qubadlı rayonundan məcburi köçkün Aqil Quliyev çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  4200  |  
  • Tarix:  25-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir

20 Fevral 18:02
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
20 Fevral 17:51
Nəsimi rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır
20 Fevral 17:47
Ankarada Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək dəyərləndirilib
20 Fevral 17:37
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib
20 Fevral 17:35
YAP Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
20 Fevral 17:28
Hadi Rəcəbli: Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq mühüm qərarlar qəbul edir
20 Fevral 17:24
Avstraliya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
20 Fevral 17:20
Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət ediblər
20 Fevral 17:13
Prezident: Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq
20 Fevral 17:10
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizinə digər ölkələrin də marağı artır
20 Fevral 16:30
Prezident İlham Əliyev: Azərbaycanın regiondakı rolu artmaqdadır
20 Fevral 16:19
Azərbaycan Prezidenti: Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir
20 Fevral 16:11
Günter Ottinger: Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz nəqlinin həcmi növbəti illərdə artırıla bilər
20 Fevral 16:09
Ziyad Səmədzadə: Əmanətlərin tam sığortalanmasının daha bir il müddətinə uzadılması banklara inamı artıracaq
20 Fevral 16:03
Prezident: Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş kimi təqdim etməyə imkan verib
20 Fevral 16:00
Elçin Mirzəbəyli: Dövlətimizin başçısının bu Fərmanından sonra mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər
20 Fevral 15:55
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir
20 Fevral 15:49
Azərbaycan Prezidenti: Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir
20 Fevral 15:46
Vüqar Rəhimzadə: Prezidentin yeni Fərmanı insan, vətəndaş amilinə verilən böyük dəyərdir
20 Fevral 15:08
Prezident: Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq
20 Fevral 14:46
Sahibə Qafarova: Təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu sahədə çox böyük nailiyyətlər müşahidə olunmaqdadır
20 Fevral 14:37
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir
20 Fevral 14:32
Siyavuş Novruzov: “Azərbaycan hökumətinin atdığı addımlar müxalifəti əndişələndirir”
20 Fevral 14:23
Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub
20 Fevral 14:22
Yeni subartezian quyuları vasitəsilə Ağcabədidə 480 hektar əkin sahəsi suvarılacaq
20 Fevral 14:16
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
20 Fevral 14:12
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
20 Fevral 14:10
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər çapdan çıxıb
20 Fevral 14:01
Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri başlayıb
20 Fevral 12:53
Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub
20 Fevral 12:49
SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb
20 Fevral 12:42
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
20 Fevral 12:34
Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub
20 Fevral 12:32
Horadizdə “Ana Vətən” adlı konsert proqramı keçirilib
20 Fevral 12:24
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işə başlayıb
20 Fevral 12:21
Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,067 milyard ton neft çıxarılıb
20 Fevral 12:11
Sədaqət Vəliyeva: Minimum əmək pensiyasının artırılması dövlətimizin uğurlu sosial siyasətinin əyani təzahürüdür
20 Fevral 11:52
Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb
20 Fevral 11:36
Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək
20 Fevral 11:28
Rayonlar üzrə IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi mart ayında keçiriləcək
20 Fevral 11:09
Tusi-Bohm Planetariumda “Elm günü”nə həsr olunmuş “Açıq qapı” təşkil edildi
20 Fevral 10:48
Daşkənddə ölkəmizin turizm imkanlarından danışılıb
20 Fevral 10:23
Kənd Təsərrüfatı Nazirliyində taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
20 Fevral 10:11
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir
20 Fevral 10:10
Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
20 Fevral 10:09
Milli Məclisin növbəti iclası keçirilib
20 Fevral 10:07
Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz
20 Fevral 10:04
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir...
20 Fevral 10:03
Ötən il Yevlaxda tikinti-quruculuq işləri davam etdirilib
20 Fevral 10:02
Şəhərdə kənd ab-havası
20 Fevral 09:59
“Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur
20 Fevral 09:58
Nikol Paşinyanın siyasi riyakarlığı
20 Fevral 09:56
Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib
20 Fevral 09:56
“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
20 Fevral 09:55
Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
20 Fevral 09:55
Ötən il respublikamızın cənub bölgəsində sosial-iqtisadi inkişaf baxımından ciddi uğurlar əldə olunub
19 Fevral 20:48
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19 Fevral 20:46
Əli Asayev: Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-birimizi dəstəkləmişik
19 Fevral 20:44
Henrik Hololey: Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasının nəticələri təqdirəlayiqdir
19 Fevral 20:32
Gömrük Komitəsi ilə Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb
19 Fevral 20:31
Küveytdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib
19 Fevral 20:29
Avstriya Federal Dəmir Yolları Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
19 Fevral 20:28
Vüqar Rəhimzadə: Əli Kərimli öz liderinə xəyanətlə qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir
19 Fevral 20:22
Musa Quliyev: Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
19 Fevral 20:20
Lvovda Xocalı soyqırımına həsr olunmuş beynəlxalq seminar keçirilib
19 Fevral 20:17
Hikmət Babaoğlu: Azərbaycanda müxalifətçilik milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir
19 Fevral 20:13
Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti görüşü 2019-cu ilin yazında olacaq
19 Fevral 20:08
Rufiz Qonaqov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xəyanətkarlar ölkədə çaxnaşma yaratmağa çalışırlar
19 Fevral 20:04
Bəhruz Quliyev: Milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də fiaskoya uğramaqda davam edəcəklər
19 Fevral 18:24
Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+1 +2