Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib

Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verib.
Prezident İlham Əliyev xalqımızın Ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub.
Dövlətimizin başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədris binasında yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, yeni tədris binasının inşası 2016-2018-ci illərdə aparılıb. Altımərtəbəli bina müasir səviyyədə və yüksək zövqlə inşa olunub. Yeddi min kvadratmetrə yaxın sahəsi olan binada təlim-tədris üçün hər cür şərait yaradılıb. Burada 138 nəfərlik oxu zalı və elektron kitabxana müdavimlərin ixtiyarına veriləcək. Bina liftlər, havalandırma, videomüşahidə, səs-anons sistemləri, eləcə də elektron lövhələr və tədris prosesi üçün zəruri olan digər ləvazimatla təchiz edilib. Burada müasir akustik sistemin qurulduğu 252 nəfərlik iclas zalı yaradılıb. Zalda akademiyanın həyatında baş verən əlamətdar hadisələri qeyd etmək üçün hər cür şərait mövcuddur.
Yeni binada ümumilikdə 1400 kursant yerlik 11 mühazirə zalı var. Burada elektron jurnal tətbiq edilir. Bütün kursantlar bu elektron jurnalda qeydiyyatdadır və onlar haqqında məlumat xidməti vəsiqələrin vasitəsilə burada əks olunur. Bütün tədris proqramının daxil olduğu jurnalda kursantlar imtahan vaxtları və digər mövzularla bağlı məlumat ala bilirlər. Eyni zamanda, müəllimlər kursantların dərsə davamiyyətinə bu jurnal vasitəsilə nəzarət edirlər. Elektron jurnal həm də ümumilikdə auditoriyaya nəzarət etməyə imkan verir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası 1992-ci ildə yaradılıb və nazirliyin birbaşa tabeliyində olan dövlət ali təhsil-elm müəssisəsidir. Bu tədris müəssisəsi 1921-ci ildən milis nəfəri və komandir kadrları, 1957-ci ildən isə orta təhsilli hüquqşünas hazırlayan milis məktəbi kimi fəaliyyət göstərib. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Maddi-texniki bazası nəzərə alınaraq, 1995-ci ildə Akademiyaya Nazirlər Kabinetinin qərarı ilə birinci kateqoriyalı ali təhsil müəssisəsi dərəcəsi verilib.
Yeni tədris binasındakı kriminalistik təlim şəhərciyindəki müasir şərait müəllimlərə maddi sübutun götürülməsi, ayaq, əl və digər izlər barədə məlumatların toplanması, polis əməkdaşının davranış qaydaları, əməliyyat və xidmət zamanı digər zəruri hərəkətlər haqqında kursantlara əyani surətdə məlumat vermək imkanı yaradır. Buradakı şərait maksimal dərəcədə real vəziyyətə uyğunlaşdırılıb. Şəhərcikdə təlimlərin keçirilməsi üçün şərti olaraq mənzil, ofis, mağaza, bank, küçə və kafe yaradılıb.
Bu gün ölkədə qanunun aliliyinin təmin olunması, asayişin mühafizəsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm işlər görülür. Bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının inşa olunması da bu sahədə görülən işlərdəndir. Bütün bunlarla yanaşı, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların peşəkarlığının artırılması, onların sosial məsələlərinin həlli də dövlətimizin daim diqqət mərkəzindədir.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.
Məlumat verilib ki, Yol Patrul Xidməti üçün “Mersedes” markalı 118 avtomobil alınıb. Onlardan 75-i “Mersedes”in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Bu sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir. Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan “Radar” quraşdırılıb. Həmçinin avtomobillərdə yan istiqamətlərdə “Nömrətanıma”, gecə görüntüsü üçün 30 metrlik məsafəni əhatə edən “infraqırmızı” görünməz işıqlandırma sistemləri və GPS modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir. Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür.
Məlumat verilib ki, Post Patrul Xidməti üçün isə “Mersedes Citan” markalı 60 avtomobil alınıb. Bu avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında digər xidmətlər üçün Azərbaycan istehsalı olan “Khazar” LD avtomobilləri də alınıb.
Qeyd edək ki, yeni tədris korpusunun inşası zamanı ərazidə təntənəli mərasimlər üçün 140 nəfərlik tribuna yenidən qurulub, geniş abadlıq-quruculuq işləri görülüb. Burada görülən işlər bir daha sübut edir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanları üçün yüksək ixtisaslı kadrlar hazırlayan Polis Akademiyasının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində son illərdə mühüm islahatlar aparılır və bu sahədə iş davamlı xarakter alıb.

 
  • Oxunub:  7380  |  
  • Tarix:  26-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA