Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: İnsan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: İnsan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir

Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib
Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və 17 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi, Əməkdar həkim Elmira Rəfailova görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, 60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır, tibb ocağının binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.
Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Qeyd edilib ki, Qobustanda xəstəxana 1955-ci ildən fəaliyyətə başlayıb. Xəstəxana binalarının yararsız vəziyyətdə olması nəzərə alınaraq Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə Qobustan qəsəbəsindəki 17 nömrəli birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb. Aparılan inşaat işləri zamanı köhnə xəstəxananın yerləşdiyi binalar tam sökülüb və onların yerində müasir standartlara cavab verən yeni xəstəxana binası inşa edilib.
Xəstəxana binasında ümumi qəbul, funksional diaqnostika, pediatriya, mama-ginekologiya, travmatologiya, cərrahiyyə və doğum şöbələri, rentgen, terapevt, EKQ, otorinolarinqoloq, oftalmoloq, stomatoloq kabinetləri, əczaxana yaradılıb. Tibb müəssisəsində, eyni zamanda, ümumi terapiya, reanimasiya şöbələri, böyüklər və uşaqlar üçün palatalar, laboratoriyalar var. Xəstəxananın hemodializ və fizioterapiya şöbələrində müasir avadanlıq quraşdırılıb, bütün şöbələr və bölmələr arasında birbaşa əlaqələr mövcuddur. Bu isə həm həkimlərin, həm də xəstələrin rahatlığını təmin etmək baxımından böyük rol oynayır. Xəstəxana binasında istirahət və gözləmə guşələri də yaradılıb. Tibb müəssisəsinin müşavirə zalı və yeməkxanası da var. Xəstəxana binası yüksək zövq və keyfiyyətlə inşa olunub. Tibbi heyət köhnə xəstəxana binasında gün ərzində 80-90 xəstəyə xidmət göstərə bilirdisə, yeni binada gün ərzində 200-300 xəstəyə tibbi xidmət göstərmək mümkündür. Yeni xəstəxana binasının istifadəyə verilməsindən sonra burada 200-250 həkim, orta və kiçik tibb heyəti və yardımçı işçilərin işlə təmin olunması nəzərdə tutulur.
Səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mühüm yerlərdən birini tutur.
Heydər Əliyev Fondu səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinə dəyərli töhfələr verir. Fəaliyyəti dövründə Fondun təşəbbüsü ilə müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, Müalicə-Diaqnostika, Reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Fondun gələcəyimiz olan uşaqların sağlamlığı üçün atdığı addımlar görülən işlərin tərkib hissəsidir. Diabetli uşaqlara ən yüksək qayğı, talassemiyasız həyat naminə layihələr və Fond tərəfindən həyata keçirilən digər tədbirlər, ilk növbədə, vətəndaşlarımızın sağlamlığının qorunması, uşaqların sağlam böyüməsi kimi mühüm və nəcib məqsədə xidmət edir. Bu gün Azərbaycanda səhiyyənin inkişafı bir çox sahədə özünü aydın büruzə verir. Bu, istər yeni tibb ocaqlarının inşası, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpası, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir.
Sonra dövlətimizin başçısı tibb müəssisəsinin kollektivi ilə görüşüb.
Prezident İlham Əliyev deyib: “Bu gün Qaradağ rayonunun Qobustan qəsəbəsində çox gözəl hadisə baş verir, çox əlamətdar bir gündür. Biz yeni tikilmiş gözəl xəstəxananın açılışını birlikdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Çox gözəl binadır, çox gözəl şərait yaradılıb, ən müasir avadanlıq quraşdırılıb. Binanın sahəsi də çox böyükdür və əminəm ki, burada xəstələrə ən yüksək tibbi xidmət göstəriləcəkdir. Mən buraya gələrkən girişdə mənə xəstəxananın əvvəlki şəkilləri, görüntüləri göstərildi. Siz, burada işləyən həkimlər, tibb işçiləri yaxşı bilirsiniz ki, əvvəlki xəstəxananın vəziyyəti çox ağır, bərbad idi. Bu, təbiidir, çünki xəstəxana 50-ci illərin əvvəllərində fəaliyyətə başlamışdı və uzun müddət təmirsiz qalmışdı. Mən xatırlayıram, bir neçə il bundan əvvəl Qobustan qəsəbəsində olarkən mənə xəstəxananın baş həkimi müraciət etmişdi ki, yeni xəstəxana tikilsə, yaxşı olar. Mən də dərhal göstəriş verdim, vəsait ayırdıq və bu gün bu gözəl xəstəxananın açılışında biz birlikdə iştirak edirik. Onu da xatırlayıram ki, o səfərdə bir neçə xahiş irəli sürülmüşdü. Onların arasında Mədəniyyət evinin, məktəbin, poliklinikanın və xəstəxananın tikilməsi təklifləri var idi və hər biri icra edildi. Yəni, qəsəbənin və rayonun sakinlərinin xahişləri ən yüksək səviyyədə yerinə yetirildi. Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək.
Qobustan xəstəxanasının timsalında biz inkişafda olan ölkəmizin dinamik addımlarını görürük. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır. Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək. Onu da bildirməliyəm ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın.
Siz yaxşı bilirsiniz ki, 5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır.
Diaqnostika və müalicə bir-biri ilə vəhdət təşkil edir. Bu xəstəxanada həm diaqnostika, həm də poliklinika şöbəsi, təcili yardım stansiyası və əməliyyat aparmaq üçün imkanlar, doğum şöbəsi var. Mənə məlumat verildi ki, bu məsələ ilə bağlı ciddi problemlər var idi və bu bölgədə doğum şöbəsi yox idi. Siz onu da yaxşı bilirsiniz ki, bu xəstəxana ətraf qəsəbələrə də xidmət göstərəcək, on minlərlə insan bu imkanlardan istifadə edəcək. Əlbəttə ki, bu xəstəxanada dializ şöbəsinin yaradılması xüsusi məna daşıyır. Çünki mənə verilən məlumata görə, burada böyrək xəstələri var ki, onlar da müntəzəm olaraq Bakıya dializ almaq üçün getməli olurdular. Bu da həm məsrəfdir, həm də narahatlıqdır, əziyyətdir. Ona görə, burada indi dializ şöbəsinin yaradılması bu insanlara da böyük dəstək olacaq, onlar öz sağlamlığını burada bərpa edəcəklər.
Biz bütün bunları, bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və onları narahat edən məsələlər öz həllini tapsın. Əlbəttə ki, buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və biz bu iqtisadiyyatı qururuq. Keçən ilin nəticələri, - bir neçə gün bundan əvvəl bu barədə mən xalqa hesabat verdim, - çox müsbətdir. Bu, onu göstərir ki, biz düzgün yoldayıq, biz uğurla inkişaf edirik və ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir, həm sosial, həm iqtisadi, infrastrukturla bağlı və digər məsələləri. Əminəm ki, gələcək illərdə, o cümlədən əlbəttə ki, 2019-cu ildə biz bu müsbət dinamikanı saxlayacağıq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər öz həllini tapacaq.
Mən sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm və həkimlərə uğurlar arzulayıram. Həkimlər üçün gözəl iş yeri yaradılıbdır ki, siz burada xəstələrə yaxşı xidmət göstərəsiniz. Sağ olun”.
* * *
Xəstəxananın baş həkimi, Əməkdar həkim Elmira Rəfailova yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək deyib: “Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, biz sizi bir daha salamlayırıq, rayonumuza xoş gəlmisiniz. Bu gün Qobustan qəsəbəsi və bütün Qaradağ rayonu sevinc içərisindədir. Keçən əsrin 50-ci illərində tikilmiş 17 saylı birləşmiş şəhər xəstəxanası yararsız vəziyyətə düşdüyündən Siz dərhal Sərəncam verdiniz, xəstəxana söküldü və yerində yenisi tikildi. Bu müasir, gözəl tibbi cihazlarla təmin olunmuş xəstəxananı bu gün bizə hədiyyə edirsiniz. Bu hədiyyəyə görə Sizə böyük minnətdarlığımızı bildirmək istəyirik. Bu, şəxsən Sizin və Mehriban xanımın tibb sahəsinə olan qayğınızın nəticəsidir.
Dörd ildən artıqdır ki, Sizin Sərəncamınıza əsasən ildə bir dəfə əhalinin dispanserizasiyası keçirilir, bu aksiya xəstəliklərin aşkar edilməsinə və profilaktikasına böyük kömək edir. Belə bir növbəti dispanserizasiya bu gözəl binada daha səmərəli və keyfiyyətli keçəcək. Xüsusilə vurğulamaq istəyirəm ki, bizim xəstəxanada hemodializ və travmatologiya şöbələri Qaradağ rayonu tarixində ilk dəfə fəaliyyət göstərəcək. Nəinki bizim qəsəbəyə, ətrafdakı rayonlara, 50-60 min əhaliyə xidmət göstərmək imkanımız var. Bütün cihazlarımız, hər bir imkanımız var. Biz Sizə söz veririk ki, xalqımıza vicdanla, keyfiyyətlə xidmət edəcəyik.
Kollektivimiz adından və Qobustan qəsəbəsi sakinləri adından, bütün Qaradağ rayonu adından Sizə böyük minnətdarlıq edirik. Sizə və ailə üzvlərinizə cansağlığı, Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. Allah Sizi və Sizin ailənizi qorusun. Çox sağ olun”.
Prezident İlham Əliyev: Sağ olun.
Qobustan qəsəbəsi Ağsaqqallar Şurasının sədri Allahverdi Məmmədov deyib: Cənab Prezident, Qobustana ikinci dəfədir gəlirsiniz. Sizin gəlişiniz bizim üçün bayramdır. Bu bayramı bizə nəsib etdiyinizə görə Sizə minnətdarıq.
Qobustan qəsəbəsinin əhalisi adından, ağsaqqallar, ziyalılar adından Sizə “Xoş gəlmisiniz!” deyirik, Sizə uğurlar, cansağlığı arzulayırıq. Allah Sizi bizə çox görməsin.
Prezident İlham Əliyev: Çox sağ olun, Qobustan qəsəbəsinin, bütün Qaradağ rayonunun sakinlərinə salamlarımı çatdırın. Bilirsiniz ki, məni Qaradağ rayonu ilə uzun tarix birləşdirir. Mən öz siyasi fəaliyyətimi buradan başlamışam.
Allahverdi Məmmədov: Mehriban xanım bizim Qobustan qoruğunu 2007-ci ildə UNESCO-ya daxil edib. Bizim bu Qobustanı dünyaya tanıtdırdığı üçün sevimli Mehriban xanıma minnətdarıq.
Mehriban Əliyeva: Çox sağ olun.
Allahverdi Məmmədov: Qəsəbəmizin sakinləri adından Sizə də minnətdarlığımızı bildiririk, cənab Prezident, çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  6480  |  
  • Tarix:  15-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA