Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədrini qəbul edib

Prezident İlham Əliyev ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədrini qəbul edib

06.03.2019 [09:32]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli əlaqələrin mövcud olduğunu qeyd edərək, yüksək səviyyədə həyata keçirilən səfərlərin önəmini vurğulayıb. İtaliya Prezidentinin keçən il Azərbaycana, Özünün isə İtaliyaya bir neçə dəfə səfər etdiyini xatırladan dövlətimizin başçısı İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan və İtaliya prezidentlərinin İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük sənaye müəssisəsinin açılışının qeyd edildiyini bildirib və ölkələrimiz arasında sənaye, energetika, mədəniyyət və digər sahələrdə yaxşı əməkdaşlıq formatının olduğunu deyib.
Səfər zamanı Bakı haqqında təəssüratları barədə xoş sözlərini çatdıran Paolo Qrimoldi ölkələrimizi bir-birinə bağlayan sıx əlaqələrin mövcud olduğunu deyib. Enerji sahəsində Azərbaycan ilə İtaliya arasında bir sıra razılaşmaların olduğunu vurğulayan qonaq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP boru kəməri üzrə işlərin uğurla davam etdirildiyini məmnunluqla vurğulayıb. Paolo Qrimoldi iqtisadi sahədə əməkdaşlığımızın inkişafı ilə yanaşı, ikitərəfli münasibətlərimizin siyasi əlaqələrlə də şərtləndiyini deyib və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd edib.
Görüşdə, həmçinin ölkələrimiz arasında mədəniyyət, turizm, idman və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30